Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-581/2023 18.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-889/2022 saylı mülki iş üzrə 26 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmədə baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 740 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Gərgər kəndində yaşayır. Fərdi olaraq kənd təsərrüfatı və heyvandarlıqla məşğul olur. 26 iyun 2022-ci ildə Gədəbəy rayonunda yerləşən “Mal bazarı” adlanan ərazidən Gədəbəy rayonu, Leşkər kənd sakini Cavabdeh bir baş erkək dana almışdır. Dananın qiymətini 740 manata razılaşmışlar. Həmin vaxt cavabdeh ona danada heç bir qüsur olmadığını bildirmişdir. O, dananı aldıqdan sonra kökəlməsi ilə əlaqədar iynə vurdumuşdur. O, danını həyətinə gətirdiyi və həmin axşamdan görmüşdür ki, dana yaxşı otlamır. 9 gün gözləmiş və danının yenə otlamadığı görmüşdür. Bundan sonra özü cavabdehin yaşadığı evə getmiş və satdığı dananın otlamadığını bildirərək heyvanını özünə təhvil verməyi və pulunu qaytarmağı təklif etmişdir. Cavabdeh isə ona "dananı qaytarma, onsuz da pulunu verməyəcəm, hara istəyirən şikayət et" demişdir. Bundan sonra o 06 iyul 2022-ci il tarixdə axşam saat 9 radələrində maşın tutaraq dananı cavabdehin yaşadığı ünvana aparmış və heyvanı onun həyətinə düşürmüşdür. Həmin vaxt cavabdeh dananı ağacla möhkəm qoymüş və onu söyüb-təhqir etmişdir. O, heyvanı cavabdehə qaytararkən yanında həmkəndlisi X2 və X3 olmuşdur. Qalib Cəbrayılov sürücü kimi maşını sürmüş, Mehriban Məmmədov isə ona danını maşına mindirib-düşürməkdə köməklik etmişdir. Eyni zamanda bununla bağlı 07 iyul 2022-ci ildə polisə ərizə ilə müraciət etmiş, eləcə də DİN-in "102" xidməti zəng mərkəzinə məlumat vermişdir. Müraciəti ilə bağlı araşdırma aparılaraq ona məsələnin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi izah edilmişdir. Hal-hazırda o, cavabdehdən aldığı heyvanı onun özünə qaytarmış, buna baxmayaraq cavabdehə verdiyi 740 manat məbləğində pulunu geri ala bilməmişdir. Hesab edir ki, cavabdeh 740 manat məbləğində əsassız olaraq varlanmışdır. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-889/2022 saylı mülki iş üzrə 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi heç bir dəlil və sübutları araşdırmadan qərar qəbul etmişdir. Ona görə də, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-889/2022 saylı mülki iş üzrə 26 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, bildirdi ki, dananı aldıqdan 9 gün sonra aparıb Razimə qaytarmışdır. Lakin, Razim onun pulunu verməyərək, onu təhqir edib, qapıdan qovmuşdur. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, dananı sentyabr ayında 740 manata İddiaçı satmışdır. O, dananı iddiaçıya satanda onun heç bir problemi olmamışdır. Dananı iddiaçıya satdığı tarix barədə dəqiq məlumat verə bilmir. İddiaçı dananı alqıdan 4 həftə sonra ona qaytarmışdır. Qaytardıqdan iki gün sonra dana tələf olmuş və o da bu barədə polisə məlumat vermiş, polislər onun evinə gəlib, dananın ölməsini sənədləşdirmişlər. Lakin, bu barədə məhkəməyə sənəd təqdim edə bilmir. Sonda cavabdeh şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikasıнын MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən müba hisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasıнын MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün qətnamənin əsaslılığı tam yoxlanmalıdır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin dəlillərini hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi irəli sürülən iddianı təmin etməyərkən hesab etmişdir ki, həmin heyvanla bağlı olan bütün risqlər alıcıya keçmişdir. Məhkəmə kollegiyası aparılmş araşdırmamalar nəticəsində belə nəticəyə gəlir ki, irəli sürülən iddianı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88- ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həminsübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, İddiaçı Cavabdeh bir baş iribuynyzlu heyvanı 740 manat məbləğində pul ödəməklə satın alması işin mübahisəsiz hallarıdır. Birinci insansiya məhkəməsi aparılmış araşdırmalarin nəticəsi olaraq işin faktiki halı kimi müəyyən etmişdir ki, iddiaçı 26 iyun 2022-ci il tarixdə Gədəbəy rayonunda yerləşən “Mal bazarı” adlanan ərazidə cavabdehdən bir baş erkək dana almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci insansiya məhkəməsinin həmin halla bağlı gəldiyi nəticə doğru olmuşdur. İş materiallarından işin faktiki halları kimi müəyyən olunur ki, iddiaçı həmin heyvanı 07 iyul 2022-ci il tarixdə Cavabdeh qaytarmışdır. Belə ki, işə apellyasiya qaydasında baxılarkən Gədəbəy rayon polis şöbəsindən alınmış, Gədəbəy rayon polis şöbəsinin Təhqiqat Bölməsinin 03 dekabr 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarına əlavə edilmiş, İddiaçı Gədəbəy rayon polis şöbəsinin rəisinə ünvanlamış olduğu ərizənin surətindən görünür ki, İddiaçı həmin ərizədə göstərmişdir ki, Cavabdeh aldığı bir baş erkək dananı həmin heyvanın xəstə olması səbəbindən 07 iyul 2022-ci il tarixdə Cavabdeh yaşadığı ünvana aparmış və heyvanı onun həyətinə düşürmüşdür. Həmin vaxt Cavabdeh onu söyüb-təhqir etmiş və heyvanın pulunu qaytarmamışdır. Ərizənin üzərində olan qeyddən görünür ki, həmin ərizə 08. iyul 2022-ci il tarixdə yazılmış və həmin tarixdə də Gədəbəy rayon polis şöbəsində qeydə alınmışdır. Qeyd edilən yazılı sübutla işin faktiki halı kimi müəyyən olunur ki, Nağıyev X1 Razim Əli oğlundan satın almış olduğu bir baş erkək dananı məhz 07 iyul 2022-ci il tarixdə Cavabdeh yaşadığı ünvana aparmış və heyvanı onun həyətinə düşürmüşdür. Beləliklə, işə apellyasiya qaydasında baxılarkən aparılmış araşdırmalarin nəticəsi olaraq işin faktiki halları kimi müəyyən edilir ki, İddiaçı 26 iyun 2022-ci il tarixdə Gədəbəy rayonunda yerləşən “Mal bazarı” adlanan ərazidə Cavabdeh bir baş iribuynyzlu heyvanı 740 manat məbləğində pul ödəməklə satın almış, həmin heyvanı xəstə olması səbəbindən 11 gün sonra-07 iyul 2022-ci il tarixdə Cavabdeh yaşadığı ünvana aparmış və heyvanı onun həyətinə düşürmüşdür. Həmin vaxt Cavabdeh heyvanın pulunu İddiaçı qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 609.1-ci maddəsinə əsasən, heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır: 609.2. Faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır; 609.2.1. cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi-14 günlük qarantiya müddəti ilə; 609.2.2. qaramalda-heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi-14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı-28 günlük qarantiya müddəti ilə; 609.2.3. davarda-qoturluq-14 günlük qarantiya müddəti ilə, qızıl yel-3 günlük qarantiya müddəti ilə; taun-10 günlük qarantiya müddəti ilə; 609.3. yeyinti məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır; 609.3.1. cıdır və yük heyvanlarında - manqo-14 günlük qarantiya müddəti ilə; 609.3.2. qaramalda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi-14 günlük qarantiya müddəti ilə; 609.3.3. qoyunlarda və keçilərdə-ümumi hidropos-14 günlük qarantiya müddəti ilə; 609.3.4. donuzlarda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi-14 günlük qarantiya müddəti ilə, habelə trixin-14 günlük qarantiya müddəti ilə; 609.4. Digər heyvanlar, quşlar və balıqlar satılarkən başlıca qüsurlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən, normativ hüquqi aktlar olmadıqda isə müqavilə ilə müəyyənləşdirilir; 609.5. Qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən 740 manat qarşılığında iddiaçıya satılmış heyvan xəstə olduğundan, iddiaçı həmin heyvanı qanunvericiliklə tənzimlənən 14 günlük müddəti keçirmədən onun özünə qaytarmışdır. Buna görə də kollegiya yuxarıda qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə qənaətə gəlir ki, irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar vardır və hazırki halda xəstə heyvanı iddiaçıya satdığına görə cavabdeh iddiaçıdan aldığı 740 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikasının MPM-in 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-889/2022 saylı mülki iş üzrə 26 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək, iddia 740 manat pul tələbi hissədə təmin edilməlidir. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənmişdir. İrəli sürülən iddia əsaslı sayıldığından və təmin edilməli olduğundan məhkəmə kollegiyası hesab edir ki,Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddiaçı tərərfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən мülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki işdə bu məbləğ 740 manat olmaqla 5000 manatdan az məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2 və 402.1-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-889/2022 saylı mülki iş üzrə 26 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş ürə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilsin. 740 (yeddi yüz qırx) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul Cavabdeh alınaraq, İddiaçı verilsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-581/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-581/2023
18.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver