Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-591/2024 07.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, X1 (məruzəçi və sədrlik edən), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, Qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh və nümayəndəsi X4 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-575/2023 saylı iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Tərtər Rayon Şöbəsinin 69 saylı, 10 yanvar 2023-cü il trixli arayışından görünür ki, Əsədov X6 rayonundan məcburi köçkündür və hazırda Tərtər rayonu Şıxarx Qəsəbəsində müvəqqəti qeydiyyatdadır.
2. İş materiallarında olan X5 Şəhadətnaməsinin surətindən görünür ki, 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, yaşıl metallik rəngli, ** ES *** dövlət şeydiyyat nişanlı, “Mercedes-Benz E230” minik markalı avtomobil 14 sentyabr 2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir.
3. İş materiallarında olan 14 sentyabr 2022-ci il tarixli etibarnamədən görünür ki, hazırkı İddiaçı Cavabdeh 2 ay müddətinə “Mercedes-Benz E230” markalı, ** ES *** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün etibar etmişdir. Etibarnamənin müddəti 14 noyabr 2022-ci il tarixdə bitmişdir.
4. İş materiallarında olan İmişli "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən avtomaşına baxış keçirilmiş, mütəxəssislər tərəfindən müəyyən edilmişdir ki, ** ES *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E 230” minik markalı avtomaşında yararsız və çatışmayan hissələrin dəyəri 6415 manat təşkil edir.
5. İşdə olan Nəqliyyat vəsitəsinin alqı-satqı barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, AZ **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E230” minik markalı avtomobil Yevlax RQİ və TBŞ-də mülkiyyətçi X4 adından oğlu Cavabdeh tərəfindən İddiaçı satılmışdır.
6. İşdə olan “Whatsapp” sosial şəbəkəsində aparılmış yazışmaların çıxarışından görünür ki, Cavabdeh və Sevdimalıdan sələm qaydasında 2500 manat borc pulun alınıb Cəmaləddinə verilməsində vasitəçilik etmiş Nəsir adlı şəxsin aralarında avtomaşınla və pulların ödəmələri ilə bağlı davamlı yazışmalar aparılmış, həmin yazışmalarda Nəsir adlı şəxs Cəmaləddinə onun Sevdimalıdan götürdüyü pulların faizlərini ödəməyi xahiş etmişdir.
7. İşdə olan İddiaçı, Cavabdeh və sonuncunun bibisi oğlu Elməddinin aralarında aparılan telefon və canlı danışıqların səs yazılarından görünür ki, İddiaçı həmin danışıqlar zamanı bir dəfə də olsun satın aldığını iddia etdiyi “Mercedes-Benz E 230” minik markalı avtomobilin özünə məxsus olması, icarəyə verməsi barədə heç bir fikir bildirməmiş, yalnız ondan Cəmaləddinin aldığı pulların qaytarılmasını istəmiş, pulunun veriləcəyi təqdirdə maşını sahiblərinə qaytaracağını bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh özünə məxsus olan 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, ** ES *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E 230” minik markalı avtomobilin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bundan sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, onun avtomobilinə dəymiş zərərə görə 6415 manat məbləğində pulun alınıb ona verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tərtər rayon Şıxarx kəndində məskunlaşmışdır. Cavabdeh ilə münasibətləri yaxşı olmuşdur. 14 sentyabr 2022-ci ildə özünə məxsus olan 1995-ci il buraxılışlı, AZ **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E230” minik markalı avtomobili xx.xx.2022-ci il tarixədək ƏN-İV 231488 saylı etibarnamə ilə sürmək üçün Cavabdehlə münasibətləri yaxşı olduğundan ona inanıb istifadəsinə vermişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətləri başqa şəxsə verə bilməzdi, avtomobili yalnız sürmək üçün Cavabdeh vermişdir, Cavabdeh isə avtomaşının hər günü üçün ona 20 manat icarə qaydasında pul verməli idi. Razılaşmaya əsasən 2 ay tamam olduqdan sonra cavabdeh ona 13.000 manat pul verməli, avtomobil cavabdehə qalmalı idi. Aralarında olan razılıq bundan ibarət olmuş, əgər cavabdeh pulu verə bilməsə avtomobil qaytarılmalı idi. Lakin Cavabdeh 1 manat da olsun belə ona pul ödəməmiş, Cavabdeh avtomobili qaytarmasını tələb etmiş, Cavabdeh ona yalan vədlər verərək vaxtı uzatmış, maşını qaytarmamışdır. Aralarında razılaşdıqları 2 ay müddət tamam olmuşdur. Həmin müddətdə yol polisinə müraciət etmişdir ki, avtomobilini saxlasınlar, ona bildirmişlər ki, avtomobili tapa bilmirlər. Sonuncu dəfə bir müddət əvvəl Cavabdeh avtomobilə görə zəng etmiş, lakin cavabdeh onun telefonuna cavab verməmişdir. Dekabr ayının 12-də “turbo az” İnternet Saytında Cavabdeh avtomobili satışa qoyduğunu görmüş və həmin günü polisə şikayət etmişdir. Məhkəmədə iddia tələbi irəli sürülərkən avtomaşın tapılmamışdır. Sonradan avtomaşın tapılaraq İmişli Rayon Polis Şöbəsinə təhvil verilmişdir, hazırda avtomaşın özündədir. Polis Şöbəsində avtomaşına İmişli "xxxx" MMC mütəxəssisləri tərəfindən baxış keçirilmiş, mütəxəssislər müəyyən etmişlər ki, Cavabdeh tərəfindən avtomaşına 6415 manat zərər vurulmuşdur.
11. Daha sonra Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X2 mülkiyyətində olmuş “Mercedes-Benz E230” markalı ** ES *** qeydiyyat nişanlı avtomaşını ona verdiyi etibarnamə əsasında cavabdeh İddiaçı Hüseyin oğlu arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsində Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh İddiaçı arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Mercedes Benz E230” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı əvvəl tanımamış, sonradan Nəsir adlı şəxsin vasitəsi ilə tanımışdır. X2 mülkiyyətində olan **- ES-*** dövlət qeydiyyat nişanlı, MERSEDES BENS E 230 minik markalı avtomobili anası tərəfindən verilmiş etibarnamə ilə idarə etmişdir. Həmin maşınla avtoqəza törətdiyindən maşının təmiri üçün ona 2000 manat pul lazım olmuşdur. Ona görə də bu barədə Nəsirə bildirmiş, Nəsir ona Sevdimalı adlı şəxsin 10 % sələmi ilə istənilən şəxslərə pul verdiyini bildirmişdir. Sevdimalı ilə danışmış və 2500 manat pul lazım olduğunu ona bildirmişdir. Sevdimalı isə 2500 manatı verə biləcəyini bildirmiş, lakin şərt qoymuşdur ki, gərək avtomaşını pulun qaytarılacağı müddətinə kimi onun adına sənədləşdirsin, maşını sürmək üçün ona etibarnamə verəcək. Sevdimalının dediklərinə inanmış, anasının mülkiyyətində olan **-ES-*** dövlət qeydiyyat nişanlı, sözügedən “Mercedes-Benz E230” minik markalı avtomobili Yevlax Rayonlararası İmtahan və X3 adına sənədləşdirmiş və 2500 manatı Sevdimalıdan almışdır. Həmin məbləğdən maşının sənədləşdirilməsinə 600 manat pulu özü vermişdir. Avtomaşını adına sənədləşdirdikdən sonra Sevdimalı avtomaşını idarə etmək üçün ona etibarnamə vermişdir. Aralarında olan razılaşmaya görə Sevdimalıya hər ay sələm formasında 500 manat ödəməli idi. Nəsirin vasitəsi ilə Sevdimalıya 2 ay 500 manatdan olmaqla, yəni 1000 manat ödəmişdir. 1 aydan sonra isə Sevdimalıya bildirmişdir ki, ondan borc aldığı pulu və faizləri ödəmək istəyir, maşını qaytarsın. Lakin Sevdimalı bildirmişdir ki, maşını ona icarəyə verib, maşını qaytarmayacaq, maşın onun mülkiyyətindədir. Bu mübahisədən sonra maşını Sevdimalıya verməmişdir. Bundan sonra Sevdimalı maşının axtarışı ilə bağlı polisə müraciət etmişdir. Sevdimalıya dəfələrlə bildirmişdir ki, aralarında olan razılaşmanı pozmasın, lakin heç bir nəticə olmamış, üstəlik də Sevdimalı ondan maşına vurulmuş zərəri də tələb etməyə başlamış, məhkəməyə müraciət etmişdir. Bunlar barədə Sevdimalı ilə aralarında danışıq səs yazıları, Whatsapp yazıları var.
14. Ağdam Rayon Məhkəməsinin 2(013)-575/2023 saylı iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elşad Bayramov), ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh aralarında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, ** ES *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E230” minik markalı avtomobili ilə bağlı Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X13 aparılmış 14 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomaşının İddiaçı alınaraq, qanuni sahibinə qaytarılması, İddiaçı 100 (bir yüz) manatın tutularaq, dövlət nəfinə verilməsi qət edilmişdir.
Apellyasiya instansiya məhkəməsində birinci icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1445/2023 saylı iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 2(013)- 575/2023 saylı iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə İddiaçı ilə qarşılıqlı iddia üzrə Cavabdeh aralarında **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E230” minik markalı avtomobili ilə bağlı aparılan 14 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi formal xarakterli olmaqla, Cavabdeh İddiaçı sələm qaydasında aldığı 2500 manat pulun qaytarılmasını təmin etmək üçün bir tərəfin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd kimi qiymətləndirilməlidir, həmin əqd həqiqi alğı-satqı niyyəti ilə aparılmamışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda isə hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Tərəflərin razılığı ilə kollegiyanın iclasında tədqiq olunmuş və səs yazısındakı həmin səsin Cavabdeh ilə İddiaçı məxsus olması sonuncular tərəfindən təsdiqlənmişdir. Eyni zamanda, həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
Kassasiya instansiya məhkəməsində birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)-4427/2023 saylı 29 noyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-1445/2023 saylı iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
18. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Baxılan iş üzrə qarşılıqlı iddiaçı anasının mülkiyyətində olan və etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsinə dair digər tərəflə bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edir. Qeyd olunan maddi hüquq normalarından görünür ki, etibarnamə təmsilçiliyi üçüncü şəxslər qarşısında rəsmiləşdirən sənəddir. Təmsilçilik isə birtərəfli əqd olmaqla, təmsil edilən şəxs üçün hüquq və vəzifələrinin yaradılmasına, dəyişdirilməsinə və xitam verilməsinə dair təmsilçiyə verilmiş səlahiyyətdir. Yəni qanunun mənasına görə etibarnamə əsasında yalnız təmsil edilənin hüquqi statusunda dəyişikliklər baş verə bilər. Təsadüfü deyil ki, MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. İşə baxmış apellyasiya instansiyası məhkəməsi MPM-in 4.1-ci maddəsinə əsasən qarşılıqlı iddiaçının belə bir iddia qaldırmaqla bağlı subyektiv hüququnun olub-olmadığına ümumiyyətlə qiymət verməmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsinə nəqliyyat vasitəsinin mülkiyyətçinin müqavilə bağlanmazdan əvvəl kimliyi müqavilə tərəfləri aydın olmuşdur. Bunlarla bağlı sübutlar iş materiallarında olmuşdur. Məhkəmələr həmin sənədlərin surətlərini iş materiallarına əlavə etsələr də, həmin sənədlərə ümumiyyətlə qiymət verməmişlər. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
19. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-575/2023 saylı iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, avtomobili rəsmi alqı-satqı müqaviləsi əsasında almışdır və onun mülkiyyətindədir. Cavabdehə isə sürmək üçün etibarnamə vermişdir. Maşınına dəymiş ziyan isə 6415 manat təşkil edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, X2 mülkiyyətində olan **-ES-*** dövlət qeydiyyat nişanlı, MERSEDES BENS E 230 minik markalı avtomobili anası tərəfindən verilmiş etibarnamə ilə idarə etmişdir. Həmin maşınla Sevdimalını tanıyana qədər avtoqəza törətdiyindən maşının təmiri üçün ondan 2500 manat pul almışdır. Sevdimalı adlı şəxs 2500 manatı verə biləcəyini bildirmiş, lakin şərt qoymuşdur ki, gərək avtomaşını pulun qaytarılacağı müddətinə kimi onun adına sənədləşdirsin, maşını sürmək üçün ona etibarnamə verəcək. Sevdimalının dediklərinə inanmış, anasının mülkiyyətində olan **-ES-*** dövlət qeydiyyat nişanlı, sözügedən “Mercedes-Benz E230” minik markalı avtomobili Yevlax Rayonlararası İmtahan və X3 adına sənədləşdirmiş və 2500 manatı Sevdimalıdan almışdır. 1 aydan sonra isə Sevdimalıya bildirmişdir ki, ondan borc aldığı pulu və faizləri ödəmək istəyir, maşını qaytarsın. Lakin Sevdimalı razılaşmamış, maşını ona icarəyə verdiyini bildirmişdir. Bu mübahisədən sonra o, maşını Sevdimalıya verməmişdir. Sevdimalıya dəfələrlə bildirmişdir ki, aralarında olan razılaşmanı pozmasın, lakin Sevdimalı razılaşmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı - ilk iddia üzrə cavabdehin Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, oğlu Cəmaləddin qəza törətdiyi üçün ona məxsus avtomaşına ziyan dəymişdir. Cəmaləddin Sevdimalıdan sələmə 2500 manat almışdır. Sevdimalı onu aldadaraq avtomobili öz adına müvəqqəti keçirmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
25. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
29. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
30. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
31. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
32. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
33. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
34. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
35. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
41. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
42. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
43. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
46. Belə ki, Ali Məhkəmə öz qərarında göstərmişdir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi MPM-n 4.1-ci maddəsinə əsasən qarşılıqlı iddiaçının hazırki iddianı qaldırmaqla bağlı subyektiv hüququnun olub-olmamasına qiymət verməmişdir. Ona görə də həmin halların araşdırılması üçün işi yeni apellyasiya baxışına göndərmişdir.
47. Kollegiya qeyd edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
48. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
49. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
50. Bununla belə Ali Məhkəmənin qərarında göstərildiyi kimi qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.
52. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisə pretmeti olan 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, ** ES *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E230” minik markalı avtomobilə dair heç bir mülkiyyət hüququ qeydə alınmadığından onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır.
53. Belə ki, iş materiallarının 43-cü vərəqində olan 14 sentyabr 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, mübahisəli avtomobilin əvvəlki sahibi X8 olmuş və onun tərəfindən hazırki işdə ilk iddia üzrə iddiaçı olan İddiaçı satılmışdır.
54. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-575/2023 saylı iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsi qismən, qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və qarşılıqlı iddia tələbi rədd edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-575/2023 saylı iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddia tələbinin təmin edilməsi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı ilə Cavabdeh aralarında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, ** ES *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E230” minik markalı avtomobilinə dair Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X13 aparılmış 14 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomaşının İddiaçı alınaraq, qanuni sahibinə qaytarılmasına dair Cavabdeh qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş döblət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.