Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-592/2024 28.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı X2 və onun nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 2 (076)-451/2023 saylı mülki iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı X4 Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlakın və tikilmiş evə xərclənilən xərcin bölünməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin 2/3 hissəsinə iki nəfər uşaqları ilə birgə paylarının tanınması, həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikililərə çəkilmiş 70.000 manat xərcin birgə nikahdan doğulmuş uşaqların onunla qalması nəzərə alınaraq 2/3 hissəsinin, yəni 46.660 manat pulun, 50 manat mediasiya xərcinin və 179 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2 (076)-451/2023 saylı mülki iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərə birgə nikah dövründə sərf olunan 56.351 manat pulun ½ hissəsi olan 28.175,5 (iyirmi səkkiz min yüz yetmiş beş manat əlli qəpik) manat məbəğində pulun Cavabdeh alınıb, iddiaçı X3 verilməsi, Cavabdeh 50 (əlli) manat mediasiya xərci və 179 (bir yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumunun alınıb, iddiaçı X3 verilməsi, iddiaçı X1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki iş Şəmkir Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-592/2024 saylı mülki iş üzrə 05 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 və onun nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin 2 (076)-451/2023 saylı mülki iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsindən dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-592/2024 saylı mülki iş üzrə 05 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməli və apellyasiya şikayətinə baxılması qeyri-mümkün sayılmalıdır. Belə ki, apellyasiya instansiyasında işə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Şəmkir Rayon Məhkəməsinin 2 (076)-451/2023 saylı mülki iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, imzalamaqla verilməmişdir. Lakin, işə baxan məhkəmə qeyd edilən xüsusatları araşdırmadan apellyasiya şikayətinə baxılması üçün işi Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmçinin həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Qanunvericiliyin qeyd olunan tələblərini qiymətləndirən məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 2 (076)-451/2023 saylı mülki iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının mümkün hesab edildiyi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-592/2024 saylı mülki iş üzrə 05 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün iş materialları Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.6 və 402- 404-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-592/2024 saylı mülki iş üzrə 05 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin 2 (076)-451/2023 saylı mülki iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin, iş apellyasiya baxışından çıxarılsın və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün iş materialları Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Bu qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qərardaddan kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(104)-592/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-592/2024
28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver