Məhkəmə qərarları › İş №2(104)-592/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-592/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-592/2025 10.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 (bundan sonra - cavabdeh) qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "Toyota Prius" markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı avtomobil X2 mülkiyyətində olmaqla, 12 may 2023-cü il tarixli etibarnamə ilə iddiaçı sürücülük hüququ olduqda avtomobili idarə etmək, habelə ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək, qeydiyyatdan çıxarmaq və digər hərəkətlər barədə 12 may 2024-cü il tarixədək səlahiyyətlər vermişdir. Həmin avtomobil Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən avtomobil təmiri sexində olarkən 20 aprel 2023-cü il tarixdə yanğın hadisəsi baş vermiş və yanğın nəticəsində avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Qeyd olunan avtomobil təmiri sexinin yerləşdiyi, sahibkarlıq istifadə növü məqsədli 0,05 ha torpaq sahəsi cavabdehin mülkiyyətindədir və həmin torpaq sahəsi üzərində 466,04 kv.m sahəsi olan obyekt inşa olunaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti ilə cavabdeh arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli Komissiya aktı ilə cavabdehin istismarına verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində qəbul edilən 07 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən 20 aprel 2023-cü il tarixdə Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən cavabdehə məxsus avtomobil təmiri sexində baş vermiş yanğın hadisəsi üzrə aparılmış araşdırma zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli məhkəmə yanğıntexniki ekspertizası rəyi əsasında müəyyən olunmuşdur ki, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən cavabdeh məxsus ümumi sahəsi 430 kv.metr olan 5 boksdan ibarət avtotəmir sexində və sexə bitişik olan ümumi sahəsi 50 kv.metr olan avtomobil ehtiyat hissələrinin satışı mağazasında baş vermiş yanğının mənbəyi, X4 tərəfindən istifadə olunan 2-ci boksun tavan hissəsində havalandırma sisteminin yerləşdiyi zonada olmuşdur. Yanğın, mənbə zonasında yerləşən havalandırma sisteminin borularının divarlarına yapışmış halda olan lak-boya qatının alışması nəticəsində baş verməsi üçün xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 7.14-cü bəndinin tələbləri pozulmuşdur. Sexin daxilində daimi olaraq istifadə olunan havalandırma sisteminin borularını lak-boya qatından təmizlənməsi təmin olunmadığına görə, “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 7.14-cü bəndinin tələbləri avtotəmir sexinin daxilində yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. Araşdırma zamanı alınmış izahatlarla, hadisə yerinə keçirilmiş baxış protokolu materiala əlavə olunmuş digər sənədlərdən göründüyü kimi Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən, cavabdeh məxsus avtotəmir sexləri icarəyə verilərkən sexlərin sahibi cavabdeh icarəçilərlə yazılı və rəsmi müqavilə bağlamamış, sexləri icarəçilərin istifadəsinə şifahi razılaşma əsasında vermiş, icarəyə verdiyi sexlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin etməmişdir. “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 1.10.2-ci bəndində göstərilmişdir ki, “Yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidirlər”. Odur ki, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən, avtotəmir sexlərində yanğın təhlükəsizliyinə cavabdeh şəxs sexlərin sahibi cavabdehdir. Beləliklə, cavabdeh Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən avtotəmir sexlərinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 1.10.2-ci və 7/14-cü bəndinin tələblərini pozaraq avtotəmir sexlərində yanğın təhlükəsizliyini təmin etməmişdir. Bu səbəbdən də, 20 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən avto-təmir sexlərində X4 tərəfindən istifadə olunan 2-ci boksun tavan hissəsində havalandırma sisteminin borularının divarlarına yapışmış halda olan lak-boya qatının alışmasından yanğın baş vermişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 23 may 2023-cü il tarixli qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/3972 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, təmir məqsədilə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 14500,00 manat olmuş 2006-cı il buraxlışlı, "Toyota Prius" markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 10150,00 (14500-30%) manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş 16 yanvar 2024-cü il tarixli qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verimiş 9/2724 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, respublikada yerləşən avtobazalarda, qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, analoji mallara internet saytlarında mövcud olan müvafiq olaraq, təqdim edilmiş iş materiallarında olan məlumatlara və fotoşəkillərə əsasən 2006-ci il buraxılışlı, "Toyota Prius" markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanmamışdan əvvəl təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 9700,00 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14.500 manat məbləğində pulun, ödənilmiş 134 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 400 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 aprel 2023-cü ildə idarə etdiyi "Toyota Prius" markalı **-KA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini təmir etmək üçün Şəmkir şəhəri, H.Cavid küçəsində yerləşən avtotəmir sexində usta işləyən Cavabdeh2 təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə dostu Elmar ona zəng edərək avtomobil təmir sexində yanğın hadisəsi baş verməsi barədə məlumat vermişdir. Dərhal avtotəmir sexinin yerləşdiyi ünvana getmiş, ora çatdıqda avtotəmir sexinin yandığını, hadisə yerində olan yanğınsöndürənlərin yanığını söndürməyə çalışdıqlarını görmüşdür. Həmin vaxt avtomobilimi təhvil verdiyi Cavabdeh2 işlədiyi sexin qarşısına getmiş və idarə etdiyi "Toyota Prius" markalı **-KA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yanaraq yararsız hala düşdüyünü görmüşdür. Bir müddət sonra yanğın söndürülmüşdür. Hadisə nəticəsində ona 14.500 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılmış və müəyyən edilmişdir ki, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən avtotəmir sexində yanğın təhlükəsizliyinə cavabdeh şəxs olaraq sexlərin sahibi Cavabdeh1 göstərilmişdir. Bundan sonra o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona dəymiş ziyanın qaytarılması üçün müraciət etmişdir. Cavabdeh1 ona dəymiş ziyanı qaytaracağı barədə yanğın hadisəsi baş verdikdən sonra öhdəlik götürsə də, bir müddət sonra Cavabdeh1 verdiyi sözə əməl etməmişdir. Hesab edir ki, ona dəymiş ziyana görə təqsirkar şəxslər cavabdehlər Cavabdeh1 və Cavabdeh2dur. Belə ki, Cavabdeh1 avtotəmir sexində yanğın təhlükəsizliyini təmin etsəydi, həmçinin avtotəmir sexini sığortalasaydı və digər Cavabdeh2 da Cavabdeh1 yanğın təhlükəsizliyinin təmin olunmasını tələb etsəydi qeyd olunan hadisə baş verməz və ona maddi zərər dəyməzdi. Hesab edir ki, iddiası qanuni və əsaslıdır. Buna görə də cavabdehlərdən pulun alınıb verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(076)- 266/2024 nömrəli iş üzrə qəbul etdiyi 13 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia qismən təmin edilmiş, Cavabdeh1 vurulmuş ziyana görə 10.150 (on min bir yüz əlli) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 135 (bir yüz otuz beş) manat pulun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh1 vəkil xidmət haqqının əvəzi kimi 400 (dörd yüz) manat pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, 20 aprel 2023-cü il tarixdə Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus avtomobil təmiri sexində yanğın hadisəsi baş vermişdir və yanğın zamanı "Toyota Prius" markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. İşin qeyd olunan halları tərəflərin izahatları, habelə iş materiallarındakı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin 0560 saylı material üzrə qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə sübuta yetirilir. Həmin qərardan müəyyən olunur ki, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus ümumi sahəsi 430 kv.m olan 5 boksdan ibarət avtotəmir sexində və sexə bitişik olan ümumi sahəsi 50 kv.metr olan avtomobil ehtiyyat hissələrinin satışı mağazasında baş vermiş yanğının mənbəyi, X4 tərəfindən istifadə olunan 2-ci boksun tavan hissəsində havalandırma sisteminin yerləşdiyi zonada olmuşdur. Yanğın, mənbə zonasında yerləşən havalandırma sisteminin borularının divarlarına yapışmış halda olan lak-boya qatının alışması nəticəsində baş verməsi üçün xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 7.14-cü bəndinin tələbləri pozulmuşdur. Sexin daxilində daimi olaraq istifadə olunan havalandırma sisteminin borularını lak-boya qatından təmizlənməsi təmin olunmadığına görə, “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 7.14-cü bəndinin tələbləri avtotəmir sexinin daxilində yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən, Cavabdeh1 məxsus avtotəmir sexləri icarəyə verilərkən sexlərin sahibi Cavabdeh1 icarəçilərlə yazılı və rəsmi müqavilə bağlamamış, sexləri icarəçilərin istifadəsinə şifahi razılaşma əsasında vermiş, icarəyə verdiyi sexlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin etməmişdir. Beləliklə, Əliyev X6 şəhəri Hüseyn Cavid küçəsində yerləşən avtotəmir sexlərinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 1.10.2,-ci və 7/14-cü bəndinin tələblərini pozaraq avtotəmir sexlərində yanğın təhlükəsizliyini təmin etməmişdir. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus avtomobil təmiri sexinin yerləşdiyi torpaq sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti ilə Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiya aktına əsasən qeyd olunan avtomobil təmiri sexi Cavabdeh1 istismarına verilmişdir. Yanğın hadisəsi baş vermiş avtomobil təmiri sexi obyekt kimi Cavabdeh1 istismarına verildiyindən, habelə sonuncu tərəfindən həmin sexə yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin edilmədiyindən Cavabdeh1 müəssisənin rəhbəri kimi X7 orqanlarının yanğın təhlükəsizliyi ilə bağlı tələblərinə riayət etmək vəzifəsi daşıyır. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 04 avqust 2023-cü il tarixli 10/3817 nömrəli məhkəmə yanğın-texniki ekspertizası rəyindən göründüyü kimi Cavabdeh1 avtomobil təmiri sexində daimi olaraq istifadə olunan havalandırma sisteminin borularını lak-boya qatından təmizlənməsi təmin etməmiş və beləliklə yanğın təhlükəsizliyi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmuşdur. İddiaçı Cavabdeh1 vurulmuş zərəin əvəzi kimi 14.500 manat pul tələb etmişdir. Cavabdeh iddiaçının tələb etdiyi zərərin məbləğini mübahisələndirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyində zərərin miqdarı 9700 manat müəyyən edilmiş olsa da, yanğın hadisəsi ilə bağlı xx.xx.2023-cü il tarixli cinayət işin başlanmasının rədd edilməsi barədə materiala əlavə edilmiş əmtəəşünaslıq ekspertizasının rəyi ilə təmir məqsədilə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 14.500 manat olmuş 2006-cı il buraxılışlı, "Toyota Prius" markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 10.150 (14500-30%) manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert tərəfindən zədələnməmişdən əvvəlki bazar qiyməti 14.500 manat olmuş avtomobilin, zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 10.150 (14500-30%) manat müəyyən edildiyindən vurulmuş ziyana görə 10.150 manat məbləğində (avtomobilə dəymiş ziyan) pul Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1, 1108.2, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 121, 217.4, 218-cü maddələrinə və Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”na istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində 6 boksdan ibarət təmir sexləri tikmişdir. Onları müxtəlif şəxslərə, o cümlədən hazırkı iddia tələbinə cavabdeh şəxs kimi qeydə alınmış Cavabdeh2 icarəyə vermişdir. Cavabdeh2 və qeyriləri uzun müddətdir ki, həmin sexlərdən təyinatı üzrə istifadə edirlər. Ustalar, eyni zamanda Cavabdeh2 sexi cavabdehdən icarəyə götürəndə öz aralarında belə razılaşmışlar ki, hər bir icarəçi öz istifadəsində olan binaya tam cavabdehdir. Hər bir istifadəçi öz istifadəsində olan hissəyə nəzarət etməli, həmin hissəni təmiz və təhlükəsiz saxlamalı, istifadə etdiyi enerjinin pulunu vaxtında ödəməlidir. Cavabdeh onların qarşısında heç bir öhdəlik götürməmişdir. Lakin hər bir istifadəçi cavabdeh qarşısında öhdəlik götürmüşdür ki, istifadəsində əraziyə tam cavabdehlik daşıyır və vurduqları ziyanı tam şəkildə özləri qarşılayacaq. Ustalar, o cümlədən Cavabdeh2 uzun müddət problemsiz sexdən istifadə etmiş, vaxtlı-vaxtında icarə haqqını ödəmiş, istifadələrində olan sex binasını tam təhlükəsiz şəraitdə saxlamış və heç bir problem yaratmamışlar. İcarəyə verilmiş sexlərin birində işləyən usta X1 cavabdehin mobil telefonuna zəng edərək avtotəmir sexlərində yanğın hadisəsinin baş verməsi barədə məlumat vermişdir. Cavabdeh dərhal oraya getmişdir. Avtotəmir sexlərində olan avtomobilləri çıxartmağa çalışsa da, alov və tüstünün səbəbindən buna nail ola bilməmişdir. Avtotəmir sexləri və onların içərisində olan avtomobillər yanaraq tamamilə yararsız vəziyyətə düşmüşlər. İddiaçının hazırki tələbi tamamilə əsassızdır. Cavabdeh təmir sexlərini tikib müxtəlif şəxslərə icarəyə vermişdir. İcarəyə verilmiş sexlərdə çalışan ustaların müştəriləri ilə heç bir müqaviləsi və ya razılaşması olmamışdır. Cavabdeh iddiaçını, iddiaçı isə cavabdehi tanımır. İddiaçı ilə cavabdeh arasında nə yazılı, nə də ki şifahi razılaşma olmuşdur. Belə olduğu halda iddiaçı ona dəymiş maddi ziyanı cavabdehdən necə tələb edə bilər? Əgər icarəyə götürənin məsuliyyətsizliyi nəticəsində müştəriyə ziyan dəyibsə, onun əmlakı zədələnibsə bu halda icarəçini günahkar hesab etmək olarmı? Məhkəmə bu mühüm halı nəzərə almamışdır. Eyni zamanda iş materiallarından da göründüyü kimi iddiaçı həm cavabdehə, həm də onun avtomaşını təmir üçün götürmüş usta, icarəçi Cavabdeh2 qarşı iddia qaldırmış, dəymiş ziyanın müştərək qaydada ödənilməsini tələb etmişdir. Lakin cavabdeh hesab edir ki, məhkəmənin gedişində iddiaçı Cavabdeh2la çirkin niyyətlə razılaşmağa gəlmiş, ondan almış olduğu pul müqabilində ona münasibətdə iddia tələbində tələb etdiyi məbləği tək cavabdehdən tələb etməklə, heç bir hüquqi əsas olmadan cavabdehin hesabına varlanmaq istəmişdir. Odur ki, cavabdeh məhkəmə qətnaməsinin təmin olunmuş hissəsindən və Cavabdeh2 cavabdeh iddiadan kənarlaşdırılmasından narazıdır. Belə ki, məhkəmə ən azından Cavabdeh2 payına düşəcək ziyanın da cavabdehdən tutulmasına dair qərar verməməli idi. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, verilmiş apellyasiya şikayətində məhkəmə aktı qismən, “iddia tələbinin təmin edilməsi” hissəsində mübahisələndirildiyindən, Məhkəmə qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi cavabdehdən tutulacaq pul məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, işdə olan sənədələrə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan “Toyota Prius” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil (hazırki iş üzrə tərəf olmayan) mülkiyyət hüququ əsasında X3 məxsusdur. Sonuncu xx.xx.2024-cü il tarixdə İddiaçı adına həmin avtmobilə dair özündə geniş səlahiyyətəri əks etirən, o cümlədən sürücülük hüququ olduqda avtomobili idarə etmək, habelə ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək, qeydiyyatdan çıxarmaq və sair hərəkətlərin həyata keçirilməsi barədə etibarnamə vermişdir. Bu baxımdan hesab edilməlidir ki, İddiaçı avtomobilin mülkiyyətçisi olmasa da, onun həmin avtomobilə dair qanunvericiliklə müəyyən olunmuş mülkiyyətçi hüquqları vardır və iddiaçı həmin hüquqlara söykənərək hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir. İşdə olan sənədlərə və tərəflərin məhkəmələrə verdikləri məlumatları əsasən o da müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə avtomobili təmir etdirmək məqsədilə Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən və Cavabdeh1 məxsus avtomobil təmiri sexində usta işləyən (hazırki iş üzrə tərəf olmayan) Cavabdeh2 Füzuli oğluna təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə avtomobil təmiri sexində baş vermiş yanğın nəticəsində həmin avtomobil yanmış və bununla da iddiaçıya maddi zərər dəymişdir. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilən yuxarıda qeyd olunan işin halları tərəflər arasında mübahisə doğurmur. Tərəflərin mübahisələndirdikləri hal, xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus avtomobil təmir sexində baş vermiş yanğın zamanı avtomobilin yanması nəticəsində iddiaçıya vurulmuş zərərə görə kimin məsuliyyət daşımasıdır. Belə ki, iddiaçı hesab edir ki, yanğın nəticəsində ona vurulmuş zərərə görə mülki məsuliyyət avtomobil təmir sexinin mülkiyyətçisi olan Cavabdeh1 üzərinə qoyulmalıdır. Cavabdeh1 isə bildirir ki, avtomobil təmiri sexi ona məxsus olsa da o, həmin sexi ayrı-ayrı şəxsərin icarəsinə vermiş və icarəçilərlə razılaşmışlar ki, sexdə baş vermiş hər hansı hadisənin nəticələrinə icarəçilər cavabdehlik daşıyacaqlar. Sexdə baş vermiş yanğınla bağlı onun təqsiri olmamışdır. Ona görə də iddiaçıya dəymiş zərərə görə məsuliyyət onunla yanaşı, avtomobili təmirə qəbul edən Cavabdeh2 üzərinə də qoyulmalıdır. Məhkəmə müzakirə olunan məsələnin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/3817 nömrəli məhkəmə yanğıntexniki ekspertizası rəyində qeyd olunanlara əsasən məlum olur ki, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən və yanğın hadisəsi baş vermiş avtomobil təmiri sexi obyekt kimi Cavabdeh1 istismarına verildiyindən, habelə sonuncu tərəfindən həmin sexə yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin edilmədiyindən Cavabdeh1 müəssisənin rəhbəri kimi yanğın təhlükəsizliyi ilə bağlı tələblərə riayət etmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli məhkəmə yanğıntexniki ekspertizası rəyindən göründüyü kimi, Cavabdeh1 avtomobil təmiri sexində daimi olaraq istifadə olunan havalandırma sisteminin borularının lak-boya qatından təmizlənməsini təmin etməmiş və beləliklə yanğın təhlükəsizliyi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmuş, nəticədə ayrı-ayrı şəxslərə, o cümlədən İddiaçı maddi zərər vurulmuşdur. Məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2023cü il tarixdə Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus avtomobil təmiri sexində baş vermiş yanğın hadisəsində mülki hüquq pozuntusu (delikt) məsuliyyəti daşıyan şəxs Cavabdeh1dir və sonuncu baş vermiş yanğın hadisəsi nəticəsində İddiaçı aid “Toyota Prius” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzini ödəmək vəzifəsini daşıyır. Məhkəmə cavabdehin avtomobil təmir sexini icarəyə verməsi və yanğın hadisəsinin baş verməsində onun təqsirinin olmaması barədə dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, mülki qanunvericiliyə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin daşınmaz əmlaka hüququn əmələ gəlməsindən bəhs edən 146.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Sözügedən avtomobil təmir sexi daşınmaz əmlakdır və həmin əmlakın başqa şəxslərə icarəyə verilmiş olması barədə iş materiallarında notariat qaydasında təsdiqlənmiş əqd mövcud deyil. Belə olan halda, xx.xx.2023-cü il tarixdə Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus avtomobil təmiri sexində baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş ziyanın əvəzini ödəmək vəzifəsi digər şəxslərə aid edilə bilməz. Odur ki, göstərilənlərəi nəzərə alan Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus avtomobil təmiri sexində baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçıya vurulmuş zərərə görə məsuliyyət cavabeh Cavabdeh1 üzərinə qoyulmalı və o, zərərin əvəzini iddiaçıya ödəməlidir. Məhkəmə, iddiaçıya vurulmuş zərərin məbləği ilə bağlı aşağadıkıları bildirir: İddiaçıya vurulmuş maddi zərərin həcmini müəyyən etmək məqsədilə Rayon Məhkəməsi iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 3-16-16/2-9/2724/2024 №-li, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, 2006-cı il buraxılışlı, “Toyota Prius” markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin yanmamışdan əvvəl təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 9.700 manat təşkil edir. Yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində aparılmış araşdırma zamanı İddiaçı aijd avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqədilə əmtəşünaslıq ekspertizasının rəyi alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 16 avqust 2023-cü ildə verdiyi həmin rəy ilə təmir məqsədilə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 14.500 manat olmuş 2006-cı il buraxlışlı, "Toyota Prius" markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 10.150,00 (14500-30%) manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayətində vurulmuş zərərin məbləğini mübahisələndirməsə də Məhkəmə iş üzrə verilmiş ekspert rəyini nəzərə alaraq, həmin məbləğin müəyyən edilməsində Rayon Məhkəməsinin səhvə yol verdiyini aşkarlamış və bu səbəbdən şikayətin dəlillərindən kənara çıxmışdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-nin 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş zərərin məbləği Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024-cü il tarixdə verdiyi rəy əsas götürülməklə müəyyən edilməlidir. Çünki sözügedən rəy analoji əmlaka dair internet saytlarında mövcud olan müvafiq məlumatlardan istifadə edilməklə verilmişdir. Məhkəmə qəbul edir ki, ekspertin avtomobilin dəyərini müəyyən etdiyi həmin 9.700 manat real bazar qiymətlərinə uyğundur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş maddi zərər 9.700 manatdır. Lakin işə baxan Rayon Məhkəməsi həmin zərəri 10.150 manat məbləğində qiymətləndirmişdir. Ona görə də qətnamə cavabdehdən tutulmuş pul məbləğinin müəyyən edilməsi və dövlət rüsumunun tutulması hissəsində dəyişdirilməlidir. Beləliklə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh1 İddiaçı xeyrinə tutulacaq pul məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 avqust 2024cü il tarixli qətnaməsi “Cavabdeh1 vurulmuş ziyana görə 10.150 (on min bir yüz əlli) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 135 (bir yüz otuz beş) manat pulun tutularaq İddiaçı verilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh1 vurulmuş ziyana görə 9700 (doqquz min yeddi yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 117 (bir yüz on yeddi) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən, Cavabdeh1 qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar