Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-619/2023 14.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması, girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2(043)-298/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “pulun tutulmasına, girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına və sair” tələbinə dair iddia qaldıraraq, Cavabdeh xx.xx.2020-ci il tarixli, GNLMB-9705 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1485,07 manat manat, faiz borcuna görə 482,61 manat, cərimə borcuna görə 841,90 manat olmaqla, borcun cəmi məbləği 2809,58 manat məbləğində pulun və 48,10 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına, tələblərin xx.xx.2020-ci il tarixli GNLMB-9705 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Gəncə” filialı ilə cavabdeh - Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, GNLMB-9705 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adları çəkilən qızıl-zinət əşyalarına yönəldilməsi Şep-braslet-dəst-yolka 1 ədəd, çəkisi-39,8 qram, əyarı - 583; Sep – braslet - dəst 1 ədəd, çəkisi - 35,4 qram, əyarı - 750; Sep - 2 ədəd, çəkisi - 12,5 qram, əyarı -583; Braslet - 1 ədəd, çəkisi - 2,8 qram, əyarı - 583; Sırğa - üzük - dəst - 1 ədəd, çəkisi - 10,3 qram, əyarı - 585; Klon - 1 ədəd, çəkisi - 4,1 qram, əyarı 583; Üzük- 1 ədəd, çəkisi - 1,8 qram, əyarı 583; Cəmi: 106,7 qram. Həmin qızılzinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsait xx.xx.2020-ci il tarixli, GNLMB- 9705 saylı kredit müqaviləsi üzrə cəmi 2809,58 manat borcun və 48,10 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2(043)-298/2022 saylı qətnaməsi ilə (hakim Z.İmanov) iddianın qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağalanmış xx.xx.2020-ci il tarixli, GNLMB-9705 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh 1485,07 manat əsas borc, 482,61 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 1977,68 (bir min doqquz yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat pulun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 48,10 (qırx səkkiz manat on qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın girov predmeti olan Cavabdeh məxsus çəkisi 39,8 qram, 583 əyarlı 1 ədəd sep-braslet-dəst-yolka; çəkisi 35,4 qram, 750 əyarlı 1 ədəd sep-brosletdəst; çəkisi 12,5 qram, 583 əyarlı 2 ədəd sep; çəkisi 2,8 qram, 583 əyarlı 1 ədəd braslet; çəkisi 10,3 qram, 585 əyarlı 1 ədəd sırğa-üzük-dəst; çəkisi 4,1 qram, 583 əyarlı 1 ədəd klon; çəkisi 1,8 qram, 583 əyarlı 1 ədəd üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2(043)-298/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 2130/2022 saylı qərardadı ilə (sədrlik edən L.Süleymanov, hakimlər A.Hüseynzadə və İ.Həsənov) apellyasiya şikayətinin təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2(043)-298/2022 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması, girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-2130/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5996/2022 saylı qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-2130/2022 saylı qərardadının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş kreditin tarixinə dair çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, GNLMB-9705 saylı kredit müqaviləsi üzrə kredit qalığı 0,00 manat, faiz borcu 0,00 manat, dəbbə pulu 0,00 manat, ümumi borc 0, 00 manatdır. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli ərizədən görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s” tələbinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-3630/2021 saylı və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-298/2022 saylı qətnamələri tam icra edilmişdir. xx.xx.2020-ci il tarixli, GNLMB-9705 saylı kredit müqaviləsi üzrə Cavabdeh qarşı heç bir tələbləri yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçı banka olan borcunu tam şəkildə ödəmişdir. Hazırda heç bir borcu yoxdur. İş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, cavabdeh banka olan borcunu tam şəkildə ödəmişdir. Odur ki, cavabdehə qarşı heç bir tələbləri yoxdur. Məhkəmə kollegiyası təqdim olunmuş ərizəni nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının ərizəsi qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtinaetmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı tələbdən imtina etmiş və onun iddia tələbindən imtina etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. İddiaçının iddiadan imtina etməsi barədə ərizəsinin qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Qeyd olunlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-264, 370, 384.0.4, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması, girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” mülki iş üzrə iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi qəbul edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2(043)-298/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Аli Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Bayramov Hakimlər: Rəşad Mamedov Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2(104)-619/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-619/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver