Məhkəmə qərarları › İş №2(104)-62/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-62/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-62/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X9, X6, X2 və X10 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı1 QSC-nin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı1 QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X9, X6, X2 və X10 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 42724.4 ABŞ dolları, faiz borcu üzrə 18595.95 ABŞ dolları, 15039.61 ABŞ dolları, cəmi 76359.96 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(044)-100/2021 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə 24 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2013-cü il tarixli 06L000006870 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, İddiaçı1 QSC tərəfindən Cavabdeh3 120 ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

2. xx.xx.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasının surətindən görünür ki, İddiaçı1 QSC-ti tərəfindən Cavabdeh3 36 ay müddətinə 110000 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır.

3. xx.xx.2015-ci il tarixli 06R000013067S saylı sazişin surətindən görünür ki, xx.xx.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir.

4. xx.xx.2015-ci il tarixli 06R000013067SA saylı sazişin surətindən görünür ki, xx.xx.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir.

5. xx.xx.2016-cı il tarixli 06R000013067SB saylı sazişin surətindən görünür ki, xx.xx.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir.

6. xx.xx.2016-cı il tarixli 06R000013067SC saylı sazişin surətindən görünür ki, xx.xx.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir.

7. xx.xx.2016 cı il tarixli 06R000013067SD saylı sazişin surətindən görünür ki, xx.xx.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir.

8. xx.xx.2016-cı il tarixli 06R000013067SE saylı sazişin surətindən görünür ki, xx.xx.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir.

9. xx.xx.2017-ci il tarixli 06R000013067SF saylı sazişin surətindən görünür ki, xx.xx.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir.

10. xx.xx.2017-ci il tarixli 06R000013067SG saylı sazişin surətindən görünür ki, xx.xx.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir.

11. xx.xx.2018-ci il tarixli 06R000013067Sİ saylı sazişin surətindən görünür ki, xx.xx.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 437 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları xx.xx.2013cü il tarixli 06L000006870 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2013-cü il tarixli 06R000013067 saylı razılaşmasının əsasında imzalanmış sazişlərin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh3 xx.xx.2019-cu il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) İddiaçı1 QSC-nə olan cəmi 45949.81 ABŞ dolları (əsas borc üzrə 42724.42 ABŞ dolları, faiz borcu üzrə 3225.39 ABŞ dolları) məbləğində müəyyən edilmişdir (ekspertiza xərci 145 manat).

13. xx.xx.2013-cü il tarixli 06M000001042 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsində liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B-də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evi (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikinti sahədən ibarət xidməti binaya, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv.m tikinti altı sahədən ibarət xidməti binaya) İddiaçı1 QSC-nə ipoteka qoyulmuş və bu barədə ipoteka müqaviləsi bağlanmışdır.

14. xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 125 saylı fərdi yaşayış evi İddiaçı1 QSC-nin hesabına ipoteka ilə yüklü edilmişdir.

15. xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 125 saylı fərdi yaşayış evi Cavabdeh2 adına qeyd edilmişdir.

16. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli ƏQ-120/2021 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 125 saylı fərdi yaşayış evinin Likvid dəyəri 133000 (yüz otuz üç min) manat, bazar dəyəri 140000 (yüz qırx min) manat təşkil edir (ekspertiza xərci 400 manat).

17. "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatlarından görünür ki, ünvan 1 ünvanında 0,0405 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə olan bazar qiyməti 310.000 manat, likvid satış qiyməti isə 280.000 manat təşkil edir.

18. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8615-9/9385 saylı ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 125 saylı fərdi yaşayış evinin və 0,0405 ha həyətyanı torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 322.000,0 manat məbləğində müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı1 QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X9, X6, X2 və X10 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 42724.4 ABŞ dolları, faiz borcu üzrə 18595.95 ABŞ dolları, 15039.61 ABŞ dolları, cəmi 76359.96 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Bundan sonra İddiaçı1 QSC “iddia həcminin artırılması”na dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 06R000013067 saylı kredit razılaşması üzrə əsas borc üzrə 42724.4 ABŞ dolları, faiz borcu üzrə 18595.95 ABŞ dolları, cərimə 15039.61 ABŞ dolları, cəmi 76359.96 ABŞ dolları vəödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının İddiaçı1QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində mülkiyyətində olan 0.0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B-də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinə (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikinti sahədən ibarət xidməti binaya, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv.m tikinti altı sahədən ibarət xidməti binaya) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına 76359.96 (yetmiş altı min üç yüz əlli doqquz dollar doxsan altı sent) ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət vrüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutulması, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində mülkiyyətində olan 0.0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində Liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinə (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikintialtı sahədən ibarət xidməti binaya, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv.m tikintialtı sahədən ibarət xidməti binaya) tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2, X7, X3, X1, X8 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(044)-100/2021 nömrəli qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 06R000013067 saylı kredit razılaşması üzrə əsas borc üzrə 42724.4 ABŞ dolları, faiz borcu üzrə 3225.39 ABŞ dolları, cərimə 10 ABŞ dolları, cəmi 45959.79 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı İddiaçı1 QSC-nin xeyrinə tutulması, tutma öhdəliyin təmini kimi Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B-də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinə (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikinti sahədən ibarət xidməti bina, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv.m tikinti altı sahədən ibarət xidməti bina) yönəldilməsi, ilkin satış qiyməti 140000 (yüz qırx min) manat qəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B-də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinə (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikinti sahədən ibarət xidməti bina, liter Çdə yerləşən 1 mərtəbəli, 8 kv.m tikinti altı sahədən ibarət xidməti bina) açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına 45959.79 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqı İddiaçı1 QSC-nə ödənilməsi, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində Liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evi (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikintialtı sahədən ibarət xidməti bina, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv.m tikintialtı sahədən ibarət xidməti bina) satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2, X13, X12, X4, X14 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində Liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evi (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikintialtı sahədən ibarət xidməti bina, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv.m tikintialtı sahədən ibarət xidməti bina) boşaldılması və İddiaçı1 QSC-nə təhvil verilməsi, iİddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh2 qaytarılması, iş üzrə məhkəmə ekspertiza xərci 400 (dörd yüz) manat cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Yevlax şəhəri, VÖEN:- **********, Bank:-"xxxx" ASC Yevlax filialı, kod - 509299, VÖEN:********** (bankın VÖENİ), h/h: AZ61BRES********************, SWİFT: BRESAZ722 m/h: AZ80NABZ******************** - ödənilməsi, iş üzrə məhkəmə ekspertiza xərci 145 (yüz qırx beş) manat cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, büdcə səviyyəsinin kodu 3, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319-a ödənilməsi qət edilmişdir.

22. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 319.1, 467 və 470.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 119.1, 216- 220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh3 apellyasiya şikayəti verərək, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(044)-100/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və faiz borcunun rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə çıxarılmışdır. Belə ki, o banka olan borcunu vaxtı-vaxtında ödəsə də, sonradan dollarla bağlı yaranan devalivasiya nəticəsində o ödənişlərini ödəyə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 QSC-nin nümayəndəsi X16 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

31. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

32. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Maddə 449. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır.

35. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

36. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

İpoteka Haqqında Azərbaycan Respuiblikasının Qanunu

37. Maddə 1.0.6. İpoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

38. Maddə 39. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.

39. Maddə 39.3.2 və 39.3.3. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 102. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

44. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti əksini tapmışdır.

Apellyasiya baxışının hədləri

48. MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

49. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

52. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 tərəfindən apellyasiya şikayətində qətnamənin yalnız faiz hissəsi mübahisələndirilsə də, apellyator məhkəmə kollegiyasının iclasında qətnamənin faiz hissəsi ilə birlikdə ipoteka predmetinin ilkin satış qiymətini də müabisələndirmişdir. Ona görə də qətnamənin əsaslığı həmin hissələr üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qismən əsaslıdır.

54. İşin faktiki hallarından da göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Borcun düzgün müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2020-ci il tarixli, 437 nömrəli rəyi ilə görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları xx.xx.2013-cü il tarixli 06L000006870 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2013-cü il tarixli 06R000013067 saylı razılaşmasının əsasında imzalanmış sazişlərin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh3 xx.xx.2019-cu il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) İddiaçı1 QSC-nə olan cəmi 45949.81 ABŞ dolları (əsas borc üzrə 42724.42 ABŞ dolları, faiz borcu üzrə 3225.39 ABŞ dolları) məbləğində müəyyən edilmişdir.

55. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslı olmuşdur. Çünki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Qeyd olunanlara görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini sübut kimi qəbul etmiş və borc məbləğini rəydə göstərilən həddə müəyyən etmişdir.

56. Apellyator apellyasiya şikayətində əsas borca hesablanmış faiz məbləğini mübahisələndirmiş və iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir.

57. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə əsas yoxdur.

58. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 102-ci maddəsində əlavə və ya təkrar ekspertiza keçirilməsinin əsasları müəyyən olunmuşdur. Orada deyilir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər (MPM-nin 102.1-ci maddəsi). Məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi).

59. Baxılan işdə ekspertin rəyi kifayət qədər aydın və tamdır. Rəyin əsassız olması barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Cavabdeh tərəf rəy verilərkən nəzərə alınmamış hər hansı ödəniş barədə və ya rəyin başqa əsaslarla düzgün olmaması nəticəsinə gəlməyə əsas verən heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, iş üzrə təkrar ekspertiza keçirilməsi formal və əsassızdır.

60. Apellyasiya şikayətinin devalvasiya olması səbəbindən ödənişlərin edilməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hal borclunun risk dairəsinə aiddir və Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

61. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

62. Bundan başqa Cavabdeh3 xx.xx.2021-ci il tarixdə keçirlən məhkəmə kollegiyasının iclasında ona məxsus olan, ünvan 1 ünvanında 0,0405 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində də mübahisələndirmişdir.

63. Hazırki iş üzrə də ipoteka predmetinin ilkin satış qiyməti barədə tərəflər arasında mübahisə olduğuna görə məhkəmə kollegiyası tərəfindən ipotekanın qiymətləndirilməsi təyin olunmuşdur.

64. "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə rəyindən görünür ki, ünvan 1 ünvanında 0,0405 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə olan bazar qiyməti 310.000 manat, likvid satış qiyməti isə 280.000 manat təşkil edir.

65. İddiaçı1 QSC-nin nümayəndəsi tərəfindən ipoteka predmeti olan əmlakın qiymətində kəsik fərq olduğu üçün məhkəməyə şifahi vəsatət verilmiş və iş üzrə yenidən məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekpertizası keçirilmişdir.

66. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8615-9/9385 saylı ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 125 saylı fərdi yaşayış evinin və 0,0405 ha həyətyanı torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 322.000,0 manat məbləğində müəyyən edilmişdir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında 0,0405 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 280.000 manat məbləğində müəyyən edilməlidir.

68. Çünki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli, 10/8615-9/9385 saylı ekspert rəyi ilə "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli rəyi arasında kəskin (40.000 manat) fərq olduğundan, ipoteka predmetinin ilkin satış qiymətinin 280.000 manat məbləğində müəyyən edilməsini məhkəmə kollegiyası daha ağlabatan və tərəflərin mənafeələrinə uyğun olaraq ədalətli hesab edir.

69. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - ipoteka predmeti olan evin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi - hissəsində dəyişdirilməli, xx.xx.2013-cü il tarixli 06M000001042 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0,0405 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 280.000 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanmalıdır.

70. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli, 10/8615-9/9385 nömrəli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 manat təşkil edir.

71. "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 300 manat təşkil edir.

72. İddia qismən əsaslı olduğundan və apellyasiya şikayəti qismən təmin edildiyindən Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, ekspertiza xərcləri Cavabdeh3 aid edilməli və ondan tutularaq, 100 manat rüsum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və 300 manat rüsum isə "xxxx" MMC-nin hesabına ödənilməlidir.

73. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır və qismən təmin olunmalıdır.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.3, 392, 393, 402, 403, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(044)- 100/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilmiş, “Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B-də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinin (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikinti sahədən ibarət xidməti bina, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv.m tikinti altı sahədən ibarət xidməti bina) ilkin satış qiymətinin 140.000 manat qəyərində qiymətləndirilməsi” hissəsində dəyişdirilsin. İpoteka predmeti olan mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında 0,0405 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 280.000 (iki yüz səksən min) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlansın. İş üzrə 11 aprel 2023-cü il tarixli aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Cavabdeh3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İş üzrə 23 may 2022-ci il tarixli aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat olan qiymətləndirmə xərci Cavabdeh3 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, "xxxx" ASC Abşeron filialı, VÖEN: **********, M/h:AZ03NABZO13501**********2944, Kodu: S05539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h:AZ521BAZA**********9********) ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar