Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-627/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3704/2024 saylı qərardadından İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən, xx.xx.2018-ci il tarixli Çıxarışda göstərilən fərdi yaşayış evindən istifadə hüququnun tanınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-3704/2024 saylı qərardadı ilə mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilmişdir. Qərardaddan iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən şikayət verilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3704/2024 saylı qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-3704/2024 saylı qərardadı dəyişdirilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3704/2024 saylı qərardadının ləğv edilməsini və ərizənin mahiyyəti üzrə baxılıb nəticə verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarından narazıdırlar. Çünki mübahisə predmeti olan evi birgə nikah dövründə, sabiq əri ilə birlikdə inşa etmişdir. Həmin evin tikilməsində maddi vəsait xərcləmişdir. Uzun müddət bu mülkdə yaşamaqla evdən istifadə hüququ əldə etmişdir. Eyni zamanda qeyd olunan qətnamədən apellyasiya qaydasında şikayət vermişdir. Həmin qətnamə qanuni qüvvəsini almadığı üçün, sübut kimi qəbul oluna bilməz. Cavabdehlər adlarına qeydə aldırmış olduqları mülkə heç bir əmək sərf etməmiş və heç bir hüquqi əsas olmadan onun tərəfindən inşa olunmuş fərdi yaşayış evini öz adlarına qeydə aldırmaqla, onun vəsaiti hesabına varlanmışlar. Belə ki, onların öz evləri vardır bu evə heç bir ehtiyacları yoxdur. Heç vaxt bu evdə yaşamamışdırlar. Bu evdə onlara məxsus heç bir əşya yoxdur. Lakin buna baxmayaraq məhkəmə onun həmin evlə bağlı olan hüquqlarını kobudluqla pozmuşdur və iddia tələbini rədd etmişdir. Məhkəmə qeyd olunan qərardadda göstərir ki, guya onun belə bir iddia vermək hüququ yoxdur və onun həmin evdən istifadə hüququna xitam verilib. Məhkəmənin nəzərinə çatdırır ki, onun cavabdehlərə qarşı belə bir iddiası olmamışdır. Məhkəmə belə bir mübahisəni araşdırmayıb. Bu səbəbdən də məhkəmənin iddia tələbi ilə bağlı qəbul etmiş olduğu qərardadı qanunsuz və əsassız hesab edir. Bu səbəbdən də hazırkı qərardadı mübahisələndirir. Hesab edir ki, məhkəmənin sözügedən qərardadı qanunsuz və əsassızdır. Həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Odur ki, məhkəmə qərardadının ləğv edilməsini və iddia tələbinin mahiyyəti üzrə baxılıb nəticə verilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-3704/2024 saylı qərardadı ilə İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3704/2024 saylı qərardadının ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi və qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, şikayətə şifahi icraat qaydasında baxılmasını, iştiraklarının təmin edilməsini və əlavə sübutların təqdim edilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3704/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(076)- 117/2024 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2018-ci il tarixli Çıxarış əsasında Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması və Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4204/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “Cavabdeh2 və Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli və xx.xx.2018- ci il tarixli Çıxarışların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır. Hazırki iddia ərizəsindən görünür ki, eyni mübahisə üzrə məhkəmə tərəfindən araşdırma aparılmış və İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Hazırda həmin qətnamədən apellyasiya şikayəti verilmiş və mülki iş Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Buna baxmayaraq, iddiaçı yenidən iddia qaldıraraq, cavabdehlərin ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən, xx.xx.2018-ci il tarixli Çıxarışda göstərilən fərdi yaşayış evindən istifadə hüququnun tanınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(076)-117/2024 saylı qətnaməsində iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququ məsələsinə qiymət verilmiş və onun həmin evdən çıxarılması qət edilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə məhkəmənin icraatında mülki iş olmasına baxmayaraq, iddiaçı yenidən eyni tələbə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin icraatında olan və hazırda qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsi mövcud olduğu üçün iddia ərizəsini baxılmamış saxlamaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3704/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 398.0.1 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3704/2024 saylı qərardadından İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3704/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-627/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-627/2025
18.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver