Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-630/2025 20.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-224/2021 nömrəli mülki iş üzrə qəbul etdiyi 06 dekabr 2024-cü il tarixli qərardadından Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi ziyana görə 8600 manat və mənəvi ziyana görə 10.000 manat, cəmi 18.600 manat, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 22 iyul 2021-ci il tarixli, 2(076)-224/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Nümayəndə Rayon Məhkəməsinə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Rayon Məhkəməsi “apellyasiya şikayətinin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, Nümayəndə tərəf və ya tərəfin səlahiyyətli nümayəndəsi olması iş materialları ilə təsdiqini tapmır. Nümayəndə həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maraqlarına toxunduğu üçün iş üzrə maraqlı şəxs kimi apellyasiya şiakyəti vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Mülki Prosessual Məcəllənin tələblərinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər(maddə 357.1). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2). İş materiallarından görünür ki, Nümayəndə hazırki iş üzrə Cavabdeh övladı(oğlu) olmaqla tərəf və ya cavabdehin səlahiyyətli nümayəndəsi olmamışdır. Mübahisələndirilən qətnamənin onun maraqlarına toxunması isə iş materialları ilə öz təsdiqini tapmır. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1ci maddəsində təsbit olunmuşdur ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “apellyasiya şikayətinin geri qaytarılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan cavabdehin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 dekabr 2024cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-630/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-630/2025
20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver