Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-64/2023 21.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, Cavabdeh X14 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X16 qarşı cavabdehlərdən vurulmuş ziyana görə 60000 manat pulun alınıb ona verilməsi tələbinə dair Samux Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(058)-11/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh və X22 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və X16 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən vurulmuş ziyana görə 60000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(058)-11/2021 saylı qətnaməsi ilə (hakim S.Zeynalova) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh və X10 11689,5 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iş üzrə aparılmış tədqiqatın dəyəri olan 150 manat ekspertiza xərcinin İddiaçı, cavabdehlər Cavabdeh və X10 tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ 22 Məhkəmə ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilməsi və 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh və X22 qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı xx.xx.2021-ci il tarixdə öldüyünə görə onun arvadı X17, uşaqları X18, X15, X19 və X20 iddiaçının hüquq varisi kimi tanınmışlar (hüquq varisi kimi tanınma ilə bağlı heç biri məhkəməyə gəlməmiş və ərizə verməmişdir). İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Samux rayonunda keçirilən torpaq islahatı zamanı ona və ailəsinə xx.xx.1999-cu il tarixdə Qarabağlar kənd Yerli İslahat Komissiyasının iclasında ərizəsi və ailə vəziyyəti nəzərə alınmaqla əmlak payı hesabına kənddə sahəsi 195 kv.m olan kolxozun anbar binası və ətrafında olan yararsız 0,68 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsini daşdan və çınqıldan təmizləyib yararlı hala gətirmiş, ora taxıl və digər kənd təsərrüfatı məhsulları əkib ailəsini dolandırmışdır. İldə 5000-6000 manat qazanc əldə etmişdir. 2005-ci ildə qohumları olan cavbdehlər anbara və torpaq sahəsinə özbaşına girərək xx.xx.2019-cu il tarixədək oradan istifadə etmişlər. İnzibati orqanlara müraciətinin nəticəsi olmadığından xx.xx.2014-cü il tarixdə Samux rayon Çobanabdallı bələdiyyəsi ilə alqı-satqı müqaviləsi bağlayıb bələdiyyənin xx.xx.2014-cü il tarixli qərarı əsasında qeyd edilən 0,68 ha torpaq sahəsini satın almışdır. Lakin cavabdehlər yenə də anbar binası və torpaq sahəsindən çıxmamış, buna görə də onların çıxarılması tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(058)-03/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Samux rayonu Qarabağlar kəndinin üst tərəfində yerləşən, eni 51 metr, uzunluğu 134 metr olan 0,68 ha torpaq sahəsindən çıxarılaraq torpaq sahəsi sərhədləri müəyyən edilməklə ona təhvil verilmişdir. Beləliklə, cavabdehlər Cavabdeh və X22 2005-ci ildən 2019-cu il tarixə kimi ona məxsus anbar və torpaq sahəsindən istifadə etməklə 60000 manat məbləğində ziyan vurmuşlar. Belə ki, əmlakının onun istifadəsində olduğu 1999-cu ildən 2004-cü ilədək olan dövrdə hər il torpaq sahəsinə kartof əkmiş, kartof yığıldıqdan sonra torpaq sahəsinə turp, kişniş, acıtərə, reyhan, nanə, tərxun və digər tərəvəz məhsulları əkmişdir. İl ərzində torpaq sahəsindən kiloqramını bir manatdan satmaqla 4 ton kartof əldə etmiş, göy dəstələrini isə 60-80 qəpik arasında satmışdır. Buna görə də cavbdehlər tərəfindən ona bir ildə 5000 manat olmaqla 14 il ərzində 60000 manat ziyan vurulmuşdur. Məhkəmənin sorğusu əsasənda Samux rayon İHB aparatı Sosial- İqtisadi İnkişafın təhlili və Proqnozlaşdırma şöbəsinin mütəxəssisi tərəfindən verilmiş rəyi qəbul etmir, belə ki, torpağından 2005-ci ildən 2019-cu ilədək istifadə etmədiyini və günəbaxan bitkisinin cavabdehlər tərəfindən əkildiyini mütəxəssisə bildirmiş, buna baxmayaraq həmin rəylə torpaq sahəsinə az müddətli günəbaxan bitkisi əkildiyi göstərilmiş və ondan alınacaq gəlir qiymətləndirilmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, hakim tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamış, hüquqi əsaslandırılması gülünc doğuran qətnamə qəbul edilmişdir. Hakim iddia tələbini qismən təmin edərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına istinad etmişdir. Həmin məhkəmə qərarları isə Samux Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli, 2(058)- 271/2014 saylı qərardadı və Samux rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(058)- 03/2019 saylı qətnaməsi olmuşdur. İşə baxacaq məhkəmə kollegiyasının diqqətinə adları sadalanan məhkəmə qərarlarının mahiyyətini çatdırmaq istəyir. Samux Rayon Məhkəməsinin icraatında olmuş 2(058)-271/2014 saylı mülki işin mahiyyəti ondan ibarət olmuşdur ki, iddiaçı Samux rayon Çobanabdallı bələdiyyəsi cavabdehlər İddiaçı və X11 qarşı Çobanabdallı bələdiyyəsinə məxsus 0,30 ha və 0,68 ha torpaq sahəsinin təhvil verilməsinə dair iddia qaldırmışdır. Samux Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli, 2(058)-271/2014 saylı qərardadı ilə tərəflər arasında barışıq sazişi təsdiq edilmiş, cavabdehlərdən X8 əmlak payının yerləşdiyi mübahisəli 0,30 ha torpaq sahəsini və cavabdehlərdən İddiaçı əmlak payının yerləşdiyi 0,68 ha torpaq sahəsini qanuna uyğun şəkildə alqı-satqı müqaviləsi bağlamaqla onların mülkiyyətinə verilməsi Samux rayon Çobanabdallı Bələdiyyəsinin üzərinə qoyulmaqla ona bir vəzifə olaraq tapşırılmış, cavabdehlər İddiaçı və X8 üzərinə isə əmlak paylarının yerləşdiyi mübahisəli 0,30 ha və 0,68 ha torpaq sahələrinə görə qanunla müəyyən edilmiş qiyməti bələdiyyənin hesabına ödəməklə həmin torpaqları satın almaq vəzifəsi qoyulmuş və tərəflər arasında barışıq sazişi təsdiq edildiyindən iddianın icraatına xitam verilmişdir. Samux Rayon Məhkəməsinin icraatında olmuş 2(058)-03/2019 saylı mülki iş üzrə İddiaçı cavabdehlər X5, Cavabdeh və X16 qarşı Samux rayonu, Qarabağlar kəndində yerləşən ona məxsus olan 0,68 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsinin sərhədləri müəyyən edilməklə ölçülüb onlara təhvil verilməsi tələbinə dair iddia qaldırmışdır. Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(058)-03/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavbdehlər X5, Cavabdeh və X14 Samux rayon Çobanabdallı Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Samux rayon Qarabağlar kəndində köhnə anbar binasının üst tərəfində yerləşən eni 51 metr, uzunluğu isə 134 metr olan 0,68 ha sahəsindən çıxarılsınlar və həmin torpaq sahəsi ölçülüb sərhədləri müəyyən edilməklə İddiaçı verilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş hər iki məhkəmə qərarı Samux Rayon Məhkəməsində ədalət mühakiməsinin X26 tərəfindən necə həyata keçirilməsinə əyani sübutdur. Hal-hazırda Samux rayon Məhkəməsinin hakimi Nizami Hümbətovun sədrliyi ilə qəbul edilmiş, 02 may 2014-cü il tarixli, 2(058)-271/2014 saylı qərardadı və xx.xx.2019-cu il tarixli, 2(058)- 03/2019 saylı qətnaməsinin qanuni olub-olmaması mübahisələndirilməsə də, həmin məhkəmə qərarlarında hakim tərəfindən ya savadsızlıqdan, ya da ki, şəxsi maraqlar naminə buraxılmış kobud pozuntuları qeyd etmək istəyir. Buraxılmış kobud pozuntular isə həqiqətin müəyyən edilməsində əvəzsiz rol oynayacaqdır. Samux Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli, 2(058)-271/2014 saylı qərardadında göstərilir ki, “işə əlavə edilmiş və notarial qaydada təsdiq edilmiş Samux rayon Qarabağlar kənd X32 Komissiyasının 14 iyun 1999-cu il tarixli 05 saylı və 14 sentyabr 1999-cu il tarixli 07 saylı qərarlarının surətlərindən görünür ki, həmin qərarlarla cavabdehlərdən X8 əmlak payının yerləşdiyi ərazidən 0,30 ha torpaq sahəsi, İddiaçı əmlak payı yerləşdiyi ərazidən 0,68 ha torpaq sahəsi onlara verilmişdir. X26 cavabdehlərin mülkiyyət sənədləri olmasına baxmayaraq iddiaçı ilə cavbdeh arasında alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etmişdir. Sual yaranır əgər tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdırsa niyə bu günədək İddiaçı və X17 0,68 ha və 0,30 ha torpaq sahələrinə çıxarış almamışlar. Elə işin əmması da buradan başlayır. Samux Rayon Məhkəməsinin hakimi Nizami Hümbətov etdiyi səhvi düzəltmək əvəzinə daha çox nöqsanlara yol verir. Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(058)-03/2019 saylı qətnaməsi ilə (X26) iddia tələbi ilə təmin edilmiş, cavabdehlər X5, Cavabdeh və X7 rayon Çobanabdallı Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Samux rayon Qarabağlar kəndində köhnə anbar binasının üst tərəfində yerləşən eni 51 metr, uzunluğu 134 metr olan 0,68 ha torpaq sahəsindən çıxarılmalarə və həmin torpaq sahəsinin ölçülüb sərhədləri müəyyən edilməklə İddiaçı təhvil verilməsi qət edilmişdir. Burada təəccüb doğuran məsələ odur ki, hakim alqı-satqı müqaviləsini mülkiyyət sənədi kimi qəbul etmiş və buna görə də iddia tələbini təmin etmişdir. İddiaçı imkanı olsaydı xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 0,68 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd çıxarış alardı. Bunu isə etmək mümkün deyildir. Belə ki, Nizami Hümbətov qətnamədə dırnaq arası çox yaxşı manevr edir. İddiaçı mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından məhkəmə iclasında şahid kimi dindirilmiş Samux rayon Qarabağlar bələdiyyəsinin sədri X21 və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin müdiri işləmiş X12 ifadələrinə istinad etmişdir. Həmin şəxslərin ifadəsi isə hər hansı mötəbər sənədə deyil, gördüklərinə uyğun əsaslandırılmışdır. Hamıya yaxşı məlumdur ki, ekspert yalnız onun qarşısında qoyulmuş suallar əsasında araşdırma aparır və rəy verir. X26 qəsdən sualları elə qoymuşdur ki, ekspertizanın keçirilməsi dairəsi məhdud olsun və onun maraqlarına uyğun gələn rəy verilsin. Məsələn, xx.xx.2018-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, cavabdehlər və onların ailə üzvlərinin mülkiyyətində olan JN-150 nömrəli Dövlət Aktına əsasən 3,72 ha pay torpaq sahəsi elektron baza məlumatlarına əsasən həmin ərazidə yerləşmir. xx.xx.2019-cu il tarixli ekspert rəyində göstərilir ki, X4 icarəyə verilmiş 4.00 ha torpaq sahəsinə dair hər hansı plan və ölçü sənədi olmadığından həmin torpaq sahəsinin hansı ərazidən ayrıldığını müəyyən etmək mümkün olmamışdır. Hakim yaxşı bilirdi ki, iddiaçıya məxsus 0,68 ha torpaq sahəsi sənəd üzrə və ya faktiki ölçüsü barədə hər hansı sual qoymamışdır. Bunları deməkdə məqsədi ondan ibarətdir ki, iddiaçının məhkəmədə dəymiş ziyanla bağlı istinad etdiyi məhkəmə qərarları kökündən səhvdir. Həmçinin, bildirir ki, iddiaçının 0,68 ha torpaq sahəsi sənəd üzrə yenə onların icarəsindədir. Belə ki, Samux rayon Çobanabdallı bələdiyyəsi tərəfindən 5 ha torpaq sahəsi Samux rayonu, Qarabağlar kəndindən xx.xx.2020 tarixdə 49 il müddətinə anaları X4 verilmişdir. Samux rayonu, Qarabağlar kəndi ərazisində icarəyə verilmiş torpaq sahəsi ilə bağlı anasıın adına çıxarış, torpaq sahəsinin plan və ölçü sənədi vardır. Çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin təsdiqlənmiş surətini apellayasiya şikayətinə əlavə etmişlər. İddiaçı onlardan vurulmuş ziyana görə pul tələb etməsinə dair iddiası əsassızdır. Belə ki, 0,68 ha torpaq sahəsi 20 dekabr 2002-ci il tarixdən bu günədək onların icarəsindədir. Həmin torpaq sahəsi onların icarəsində olduğu üçün iddiaçı ora sənəd ala bilmir. Hal-hazırda isə həmin torpaq sahəsinə icarə ilə bağlı çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi almışlar. Həmin torpaq sahəsindən qanuni əsaslarla istifadə etdikləri üçün iddiaçı bu əsasla onlardan dəymiş ziyana görə pul tələb edə bilməz. İş materiallarında olan məhkəmə qərarlarından da, görünür ki, iddiaçı 2014-cü il tarixdə qeyd olunan torpaq sahəsini alqısatqı müqaviləsi əsasında almışdır. Torpaq sahəsinin onun olmasını bilməmişlər. Yalnız məhkəmədə onlara qarşı iddia qaldırdıqdan sonra bilmişlər ki, torpaq sahəsini alıbdır. Samux rayonu Çobanabdallı bələdiyyəsi iddiaçını aldatmış, onunla alqı-satqı müqaviləsi bağlamış, ancaq ona torpaq sahəsinin plan və ölçü sənədini verməmişdir. Torpaq sahəsinin sənədi olmayan şəxsin onlardan dəymiş ziyanla bağlı hər hansı tələb etməsi absurddur. İddiaçı ən yaxşı halda onlardan 1063,5 manat dəymiş ziyanla bağlı pul tələb edə bilərdi. Bu isə o halda mümkün idi ki, o həmin torpaq sahəsindən çıxmaqları üçün müəyyən hərəkətlər edərdi, onun torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi olardı və ən əsası isə onların vicdansız sahiblik etdiklərini sübut edərdi. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh İddiaçı hüquq varisləri X17, X18, X15, X19 və X20 və Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X22 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 2(058)-03/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər X3, Cavabdeh və X14 Samux rayon Çobanabdallı bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixində bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan, Samux rayonu Qarabağlar kəndində köhnə anbar binasının üst tərəfində yerləşən eni 51 metr, uzunluğu 134 metr olan 0,68 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ölçülüb sərhədləri müəyyən edilməklə İddiaçı təhvil verilməsi qət edilmişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-03/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icra edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 7/660-9/3736 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə və bioloji tədqiqatlarının nəticələrinə əsasən ekspert qarşısında qoyulan sual üzrə Samux rayon Qarabağlar kəndində yerləşən, İddiaçı məxsus 0,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən kartof əkilməklə, kartof yığıldıqdan sonra turp, kişniş, acıtərə, reyhan, nanə, tərxun və digər tərəvəz məhsulları əkilməklə bir il ərzində nə qədər məhsul əldə edilməsi barədə sözügedən mütəxəssis rəyində kifayət qədər məlumat olmadığından tədqiqat və qiymətləndirmə aparılması mümkün olmamışdır. Ekspertiza xərci 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/6015 sayl, ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə Samux rayonu İHB Aparatının Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli rəyə əsasən Qarabağlar kəndində yerləşən, İddiaçı məxsus 0,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tərəvəz məhsulları əkilməklə bir il ərzində (2005-2019-cu illər üzrə) əldə edilməsi ehtimal olunan məhsulun dəyəri təxminən 2127 manat, o cümlədən kartof məhsulu üzrə-1312 manat, kişniş məhsulu üzrə 365 manat, turp məhsulu üzrə 450 manat müəyyən olunur. Samux rayonu ərazisində tələb və təklifdən, eləcə də qiymətə təsir edən digər amillərdən (məhsulun növü, məhsuldarlığı, inkişaf səviyyəsi və s.) asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Ekspertiza xərci 100 manat təşkil edir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 2(104)-340/2022 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Cavabdeh naturada təqdim etdiyi faktiki istifadələrində olan 5,5989 ha torpaq sahəsinin 4,9066 ha hissəsi **********25 reystr nömrəli Çıxarışa əsasən X2 icarəsində olan 5,0 ha torpaq sahəsinin 4,9066 ha hissəsi ilə üst-üstə düşür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən mülki iş materialları və elektron baza məlumatlarında İddiaçı məxsus olmasını təsdiq edən 0,68 ha torpaq sahəsinə dair dövlət qeydiyyatına alınmış hüquqi sənəd aşkarlanmadı. Bununla yanaşı İddiaçı ekspertiza baxışında iştirak etmədiyindən sualda qeyd olunduğu kimi ona məxsus olduğunu iddia etdiyi 0,68 ha torpaq sahəsinin yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Gəncə şəhər Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli 05/Q-3515/70 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “durğunluq ürək çatmamazlığı”ndan ölmüşdür. İddianı qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 0,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnu Samux rayon Çobanabdallı bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə etmiş, Samux Rayon Məhkəməsinin 2(058)-03/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə məhz həmin fakt nəzərə alınmaqla hazırki iş üzrə cavabdehlər və onların anası X1 torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Deməli iddiaçının tələb etmə hüququ həmin tarixdən, yəni torpağa mülkiyyət hüququnu əldə etdiyi xx.xx.2014-cü il tarixdən yaranmışdır. 2019-cu ildə isə torpaq sahəsi məhkəmə qaydasında iddiaçıya təhvil verilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə çıxarılmış qanuni qüvvədə olan məhkəmə qərarlarında təsbit edilmiş mövqedən yanaşmaqla hesab edir ki, cavabdehlər iddiaçının torpaq sahəsinin ona verilməsi ilə əlaqədar iddia qaldırdığı zamanadək onun payına düşən torpaq sahəsinə vicdansız sahiblik etdiklərindən və mülki qanunvericiliyin tələblərinə görə vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməli oldugundan hazırki iş üzrə iddia tələbi ekspertiza rəyində müəyyən edilmiş məbləğ nəzərə alınmaqla 2014-cü il iyul ayından 2019-cu ilin sonunadək hesablanmaqla qismən-2014-cü il üçün 2127:2=1063,5 manat, 2015-2019-cu illər üzrə 2127x5=10635 manat, 10635+1063,5=11698,5 manat məbləğində təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəəsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən mülki iş materialları və elektron baza məlumatlarında İddiaçı məxsus olmasını təsdiq edən 0,68 ha torpaq sahəsinə dair dövlət qeydiyyatına alınmış hüquqi sənəd aşkarlanmadığından və ona məxsus olduğunu iddia etdiyi 0,68 ha torpaq sahəsinin yerləşmə mövqeyinin müəyyən edilməsi mümkün olmamışdır. Qanunvericiliyin yuxarıda istinad olunan normasının tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Hazırkı halda zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs dedikdə, mülkiyyətində və ya qanuni sahibliyində olan torpaq sahəsindən istifadə etməsinə edilmiş maneçiliyə görə ona dəymiş zərərin əvəzinin ödənilməsi başa düşülür. İddiaçı cavabdehlərin 0.68 ha torpaq sahəsindən qanunsuz istifadə etməklə ona zərər vurduqlarını iddia etmiş olsa da, ona ayrılmış torpaq sahəsinə hüququnu təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Samux rayonu Çobanabdallı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə gəldikdə kollegiya həmin müqaviləni iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Kolleqiya qeyd edir ki, iddiaçı tələbini əsaslandırmaq üçün bələdiyyə ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsinin surətini təqdim etmiş olsa da, lakin həmin torpaq sahəsinin sərhədlərini özündə əks etdirən plan və ölçü sənədini təqdim etməmiş, ona görə də ona məhz hansı torpaq sahəsinin ayrıldığını və cavabdehlərin məhz həmin torpaq sahəsindən istifadə etməklə ona zərər vurduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyinə görə apellyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalı, ekpsertiza xərci cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdehlər Cavabdeh və X22 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Samux Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(058)-11/2021 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh və X16 qarşı cavabdehlərdən vurulmuş ziyana görə 60000 manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh və X10 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-64/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-64/2023
21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver