Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-647/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh, onun nümayəndəsi X6 və onun vəkili X10 iştirakları ilə, «pul tələbinə» dair ilk, «əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddialar üzrə Bərdə Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(021)-2846/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 1.“Torpağa mülkiyyət hüququna dair” JN-306 KOD61006018 nömrəli dövlət aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarına əsasən Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən 3,76 ha torpaq sahəsi X14, X11, İddiaçı1, İddiaçı2, İddiaçı4 Rəhim oğlunun və İddiaçı5 ümumi birgə mülkiyyətindədir
2. Bərdə rayonu Yeni Əyricə bələdiyyəsi tərəfindən verilmiş 08 iyul 2022-ci il tarixli, 30 nömrəli arayışdan görünür ki, Bərdə rayonu Yeni Əyricə kəndində 2014-2022-ci illərdə 1 hektar əkin sahəsinin illik icarə haqqı həqiqətən də 2014, 2015, 2016 və 2017-ci illərdə 300 manat, 2018-ci ildə 400 manat, 2019, 2020-ci ildə 500 manat, 2021-ci və 2022-ci ildə 600 manat təşkil etmişdir.
3. Bərdə rayonu Yeni Əyricə bələdiyyəsi tərəfindən verilmiş 30 iyun 2022-ci il tarixli, 25 nömrəli arayışdan görünür ki, İddiaçı1 və onun ailə üzvlərinə məxsus olan 3,76 ha torpaq sahəsinin 1,94 ha hissəsini ailə üzvləri ilə birlikdə X4, qalan 1,78 ha torpaq sahəsindən isə ailə üzvləri ilə birlikdə istifadə edir.
4. Bərdə Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(021)-1115/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı1 qarşı “pul tələbinə” dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı1 3300 (üç min üç yüz) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
5. 21 may 2021-ci il tarixli, AN-İ0938232, AN-İ0938233, AN-İ0938234, AN- İ0938234, AN-İ0938236 və AN-İ0938237 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqavilələrinin surətindən görünür ki, **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə İddiaçı1 3/14 hissə, 0,4168 ha, X16 2/14 hissə, 0,2779 ha, İddiaçı2 2/14 hissə, 0,2778 ha, İddiaçı5 3/14 hissə, 0,4168 ha, İddiaçı3 2/14 hissə, 0,2779 ha, İddiaçı4 2/14 hissə, 0,2779 ha torpaq sahəsini X2.
6. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 dekabr 2020-ci il tarixli, AZ-İ 935663 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə, 30 avqust 2021-ci il tarixli, AZ-İİ 201039 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
7. Bərdə rayonu Yeni Əyricə bələdiyyəsi tərəfindən təsdiq edilmiş 01 aprel 2013-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı1 1,95 ha pay torpaq sahəsini Cavabdeh cəmi 3300 manata ömürlük satmış, Cavabdeh 3300 manat pulu 1100 manatını İddiaçı1 nağd ödəmiş, qalan 2200 manatı isə gələcəkdə ödəmək şərti ilə razılaşmışlar.
8. X34 bələdiyyəsi tərəfindən təsdiq edilmiş 05 yanvar 2014-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı1 1,95 ha pay torpaq sahəsini Cavabdeh cəmi 3300 manata ömürlük satmış, Cavabdeh 3300 manat pulu nəğd ödəmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(104) 2744/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(021) 1115/2021 nömrəli qətnaməsi iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı1 3300 (üç min üç yüz) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat.
10. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi paylı mülkiyyətlərində olan 1,95 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından 2014-2021-ci illərdə qanuni əsas və ya müqavilə əsası olmadan istifadə etməyə görə cəmi 7000 (yeddi min) manat və iddia tələbinə baxılması üçün ödənilmiş 96 manat dövlət rüsumunun, cəmi 7096 (yeddi min doxsan altı) manat pulun cavabdehdən tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar bir ailənin üzvləridir. Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 saylı qərarı ilə onlara və ailə başçısı, xx.xx.2001-ci ildə vəfat etmiş X17 və onun həyat yoldaşı 2001-ci ildə vəfat etmiş X11 (cəmi 7 nəfər) Bərdə rayonunun Yeni Əyricə kəndində kənd təsərrüfatı təyinatlı 3,76 hektar torpaq sahəsi ayrılaraq ümumi pay torpağı kimi daimi istifadələrinə verilmişdir. Bu barədə onlara “Torpağa mülkiyyət hüququna dair” JN-306, KOD 61006018 saylı Dövlət Aktı da verilmiş və həmin Dövlət Aktında iddiaçıların hər birinin ad, soyadı və ata adı, həmçinin torpağın mülkiyyətçilərindən biri kimi X21 və X16 qeyd edilmişdir. 2013-cü ilədək həmin torpaq sahəsinin hamısından özlərindən birgə istifadə edərək orada müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğul olmuş və bu fəaliyyətlərindən illik xalis gəlirləri təxminən 3000-3500 manat təşkil etmişdir. Müxtəlif səbəblərdən 2014-cü ilin yanvar ayından etibarən həmin torpaq sahəsinin 1,95 hektarını qeyri-müəyyən müddətdə onlar iddiaçılardan biri olan X5 rayonu Əyricə kənd i.ə.d-nin Kərimbəyli kənd sakini Cavabdeh istifadəsinə vermiş və bunun üçün ondan cəmi 3300 man pul almışdır. (1100 manat beh, daha sonra isə 2200 manat olmaqla). Lakin İddiaçı1 ilə Cavabdeh arasında bu barədə qanunla müəyyən edilmiş qaydada (yəni notariat təsdiqli) hər hansı bir müqavilə o cümlədən də daşınmaz əmlakın alqısatqısı müqaviləsi, icarə müqaviləsi və s. bağlanmamışdır. Odur ki, Cavabdeh sözügedən 1,95 ha torpaq sahəsindən 2021-ci ilin dekabr aymadək istifadə etmiş, orada müxtəlif kənd təsərrüfat məhsulları əkibbecərməklə qazanc əldə etmişdir. xx.xx.2021-ci ildə sözügedən 1,95 ha torpaq sahəsini hər biri ayrıayrılıqla Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin Notariat ofisi vasitəsi ilə “Daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlamaqla Bərdə rayonu Yeni Əyricə kənd sakini X3. Buna baxmayaraq Cavabdeh həmin torpaq sahəsindən 2021-ci ilin dekabr ayınadək istifadə etməkdə davam etmişdir. Sözügedən 1,95 ha torpaq sahəsini X1 narazı qalan Vəliyev X13 Rahim Qasım oğluna qarşı 2021-ci ildə Bərdə rayon məhkəməsində “pul tələbinə dair” iddia çaldırmış və verdiyi 3300 manat pulun, həmçinin torpağı münbitləşdirməyə görə çəkdiyi xərc olan 1100 manatın İddiaçı1 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaya baxan Bərdə rayon Məhkəməsi (hakim Əyyub Kərimov) 09 aprel 2021-ci il tarixli, 2(021)-1115/2021 saylı qətnaməsi ilə iddianı qismən təmin edərək İddiaçı1 3300 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsini qət etmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada notariat təsdiqi ilə 1,95 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi və ya icarə müqaviləsi bağlanmamışdır, odur ki, 3300 manat Cavabdeh qaytarılmalıdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)2744/2022 nömrəli qətnaməsi ilə Bərdə rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanmış və sözügedən qətnamə artıq qanuni qüvvəyə minmişdir. Beləliklə də, Bərdə rayon məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(021)- 15/2021 saylı qətnaməsi ilə də təsdiq olunur ki Cavabdeh onlara məxsus olan 1,95 torpaq sahəsini 2014-2022-ci illərdə qanuni əsas və ya müqavilə əsası olmadan istifadə edərək qazanc götürüb varlanmışdır. Hazırki mübahisənin faktiki halı da ondan ibarətdir ki, Cavabdeh onların ümumi mülkiyyəti olan 1,95 ha torpaq səhərindən 2014-cü ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək olan müddət ərzində (8 il) istifadə etmiş, orada kənd təsərrüfatı məhsulları yetişdirərək qazanc əldə edib varlanmışdır, lakin torpaqdan istifadəyə görə onlara 1 manat da verməmişdir və verməkdən imtina edir. Ədalətlilik baxımından da yanaşılarsa, 8 il ərzində 1,95 ha torpaq sahəsindən hər hansı bir qanuni əsas və ya müqavilə əsası olmadan istifadə edən Cavabdeh iddiaçılara torpaqlarından istifadəyə görə haqq ödəməkdən imtina etməsi ədalətsizlikdir. Bərdə rayonu Yeni Əyricə bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 30 №-li arayışı ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən 2014-2022-ci illərdə istifadə edilmiş 1,95 ha torpaq sahəmiz kənd təsərrüfatı təyinatlı torpaq olmaqla münbitliyinə görə 2-ci kateqoriya torpaq hesab edilir, Yeni Əyricə kəndində kənd təsərrüfatı təyinatlı 2-ci kateqoriya torpağın 1 hektarının 1 illik icarə haqqı isə 2014-cü ildə 300 manat, 2015-ci ildə 300 manat, 2016-cı ildə 300 manat, 2017-ci ildə 300 manat, 2018-ci ildə 400 manat, 2019cu ildə 500 manat, 2020-ci ildə 500 manat, 2021-ci ildə 600 manat və 2022-ci ildə 600 manat olmuşdur.
12. Qarşlıqlı iddia üzrə iddiaçı Vəliyev X13 Rahim Qasım oğluna qarşı məhkəməyə iddia ərizəsi verərək əldən çıxmış faydaya görə 1155 (min beş yüz əlli beş) manat və dövlət rüsumu üçün ödədiyi 32 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı1 tanıyır. Ona məxsus olan 1,95 hektar əmlak pay torpağını 3300 manata razılaşaraq cavabdehə 1100 manat beh verib, xx.xx.2014-cü ildə 2200 manat pul ödəyərək torpaq sahəsini Rahimdən Bərdə rayonu, Yeni Əyricə bələdiyyəsini tərəfindən tərtib edilmiş akt üzrə satın almışdır. Torpaq sahəsinə görə cavabdehə ümumilikdə 3300 manat pul ödəmişdir. Halhazırda İddiaçı1 ondan mübahisəli torpaq sahəsindən çıxmasını tələb etmiş, o, torpaq sahəsindən çıxmışdır. Dəfələrlə cavabdehdən alq-satqı müqaviləsi bağlanmasını tələb etsə də cavabdeh müxtəlif bəhanələr edərək torpağın onun adına sanədləşdirilməsindən yayınmışdır. Torpaq sahəsini cavabdehdən satın alındığı üçün torpaq sahəsinin münbitləşməsi üçün xərc çəkmişdir. Cavabdeh İddiaçı1 ödədiyi 3300 manatı tələb etmək üçün Bərdə Rayon Məhkəməsində iddia qaldırmış, xx.xx.2021-ci il tarixli 2(021)-1115/2021 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək cavabdeh X12 3300 (üç min üç yüz) manat məbləğində pulun alınaraq ona verilməsinə qərar verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 01 sentyabr 2021-ci ıl tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli 2(021)- 1115/2021 saylı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra olunması üçün Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmiş, cavabdeh İddiaçı1 1000 manatı ödəmiş, qalan 2330 manatı isə xx.xx.2022-ci il tarixdə ödəməyi öz öhdəsinə götürmüşdür. Hal-hazırda qarşılıqlı iddia tələbi onunla bağlıdır ki, İddiaçı1 ilə onun arasında şahidlərin iştirakı ilə torpaq sahəsinin alqı-satqı aktına görə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu günə kimi onu aldadaraq satmaq adı ilə 1.95 ha torpaq sahəsinə görə 3300 manat məbləğində pulu özündə saxlayaraq onun həmin pul ilə əldə edəcəyi faydadan məhrum etmişdir.
14. Bərdə Rayon Məhkəməsinin (hakim Fuad Babaşov) 24 oktyabr 2022-ci il tarixli, 2(021)-2846/2022 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin olunmamış, iş üzrə ödənilmiş dövlət rüsumu hər bir iddiaçıya aid edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. İlk iddia üzrə iddiaçılar tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsinin qətnaməsini pul tələblərinin təmin edilməməsi hissəsində ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsi tərəfindən 2(021)-2846/2022 saylı mülki iş üzrə aparılan icraat zamanı həqiqət təmin edilməmiş qalmışdır, yəni məhkəmə sadə bir həqiqəti- iddiaçılara "Torpağa mülkiyyət hüququna dair" JN-306 KOD 61006018 nömrəli Dövlət Aktı əsasında birgə paylı mülkiyyət kimi məxsus olan 3,76 ha torpaq sahəsinin 1,95 ha hissəsindən 2014-2021-ci illərdə Cavabdeh müqavilə və ya qanuni əsas olmadan istifadə etməsi, bununla da qazanc əldə etməsi, mülkiyyətçilərin isə həmin 8 il ərzində bu torpaq sahəsindən istifadə etməməklə qazancdan (gəlirdən) mərhum olmaları faktını müəyyən etməmişdir. Bərdə Rayon Məhkəməsinin sözügedən qətnaməsi onların iddia tələblərinin təmin edilməməsi hissəsində nə aidiyyəti qanunlara, nə də sübutlara əsaslanmır. Hesab edirlər ki, məhkəmə hazırkı mülki mübahisənin onların iddia tələblərnə aid olan hissəsinə mülki qanunvericiliyin işgüzar adətlərdən irəli gələn münasibətləri tənzimləyən hüquq normalarını tətbiq etməklə, yaxud formalaşmış işgüzar adətlərə əsaslanmaqla onu təmin etməli idi (Yəni müqavilə və ya hüquqi əsas olmadan özgəsinin torpağından istifadə edib qazanc götürmüsənsə, qazancından həmin ərazidə formalaşmış torpaq icarə qiymətinə uyğun torpaq mülkiyyətçilərinə haqq ödəməlisən). Hesab edirlər ki, məhkəmə iddiaçılarla Cavabdeh arasında hazırkı mübahisəni həll edərkən tərəflərin qarşılıqlı münasibətlərinə mülki qanunvericiliyin məhz özgəsinin əmlakından müqavilə əsası və ya hüquqi əsas olmadan istifadə etməklə varlanmanı tənzimləyən maddi hüquq normalarını tətbiq etməli idi. Onlarla Cavabdeh arasında 1,95 torpaq sahəsinin ona satılmasına və icarəyə-itifadəsinə verilməsinə dair qanunla müəyyən edilmiş qaydada bağlanmış müqavilə olmamışdır. Cavabdeh bundan sui-istifadə edərək torpaqlarından istifadəsi üçün verdiyi 3300 manat pulu Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1115/2021 saylı qətnaməsinə əsasən geri almışdır. Məhkəmənin həmin qətnaməsinə əsasən Cavabdeh 3300 manatı geri alması ona görə qanuni hesab edilmişdir ki, tərəflər arasında müqavilə olmamışdır. Belə olan halda məhkəmə hazırkı mülki iş üzrə 2(021)-1115/2021 saylı qətnaməsinə istinad edərək müqavilə əsası və ya digər hüquqi əsası olmadan özgəsinin torpaq sahəsindən 8 il istifadə edərək varlandığına görə Cavabdeh qarşı da onların iddialarını təmin etməli idi. Bundan başqa, məhkəmənin 2(061)-2846/2022 saylı qətnaməsində göstərilir ki, güya iddiaçılar iddia tələbilərini əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda hesab edirlər ki, məhkəmə onlar tərəfindən təqdim edilən çoxsaylı sübutları naməlum səbəbdən görməmişdir. Məhkəmə ilk iddiaçılar tərəfindən təqdim edilmiş çoxsaylı sübutları-Dövlət aktını, iddiaçılardan İddiaçı1 izahatını, şahid ifadələrini, rəsmi arayışları və s. sübutları naməlum səbəbdən bir tərəfli qaydada və qərəzli qiymətləndirmiş, cavabdehin mövqeyindən çıxış etdiyini açıq-aşkar surətdə biruzə vermişdir. Məhkəmə qətnaməsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində naməlum səbəbdən İddiaçı5 adı ümumiyyətlə qeyd edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 16.apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
17. İlkin iddia üzrə İddiaçı1 məhkəmə iclasında izahat verərək ilk iddianı, apellyasiya şikayətini müdafiə etdi və təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi Cavabdeh satılmamış, 9 illiyinə 3300 manata icarəyə verilmişdir. Hazırda tələb etdiyi məbləğ özü tərəfindən hesablanmışdır. Torpaq sahəsinin qiyməti əvvəl icarəyə verilən zaman 3300 manat olmuş, hazırda qiymət bahalanmışdır.
18. İlkin iddia üzrə Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. 8 ilə yaxındır ki, torpaq sahəsi onlarda olub, lakin torpağı satın aldıqlarından özlərinin hesab etmiş və istifadə etmişlər. Sonradan iddiaçı torpaq sahəsini başqa adama satmış və onlarda ödədikləri pulun qaytarılmasını iddiaçıdan tələb etmişlər. Hazırki tarixədək həmin pul iddiaçı tərəfindən tam ödənilməmişdir.
19. İlkin iddia üzrə cavabdehin nümayəndəsi X15 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir. Belə ki, İddiaçı1 2012-ci ilin fevralmart ayında onlara torpağı ömürlük 3300 manata satmışdır. İllərdir İddiaçı1 razılığı ilə, yəni onlara satdığından torpaq sahəsini istifadə ediblər. Sonradan torpaq sahəsi bahalandığı üçün digər şəxsə satdı, verdikləri behin qaytarılmasına dair iddia ərizəsi məhkəməyə müraciət etdilər. Hazırda həmin puldan cəmi 1200 manat qaytarılmışdır. Odur ki, şikayətin təmin olunmamasını xahiş edir.
20. İlkin iddia üzrə cavabdehin vəkili X19 ilkin iddia üzrə Cavabdeh ilə eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
21. İş üzrə İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iştirak etməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
22. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
24. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
28. 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
29. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:
31. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir
32. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
37. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
42. Mülki iş materiallarından məlum olur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlansa da həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmədiyindən Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-1115/2021 saylı qətnaməsi ilə alqı-satqı kimi qiymətləndirilməmiş, ədalətlilik baxımından torpaq sahəsinin alınması üçün ödənilmiş pulun qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
43. Hazırki tələbində ilk iddiaçılar cavabdehin torpaq sahəsindən illərdir istifadəsinin qanunsuz olduğunu bildirmiş və həmin illərə dair pul ödənilməsini tələb etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən ilk iddia rədd olunmuş və hazırki apellyasiya şikayətində ilk iddia üzrə məhkəmənin gəldiyi nəticə mübahisələndirilmişdir.
44. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti birinci instansiya məhkəməsinin ilk iddia ilə bağlı hissəsidir. Apellyasiya şikayətində tərəf təqdim olunmuş sübutlara kifayət qədər qiymət verilmədiyini iddia edərək qətnamənin ləğv olunmasını xahiş edir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə cavabdehin mülki qanunvericiliyə əsasən öhdəliyinin yaranması əsası mövcud deyildir və sonuncu ona əqd əsasında satılmış torpaq sahəsindən istifadə etmişdir.
46. Sonradan məhkəmə qərarı ilə aralarında bağlanmış əqd etibarsız hesab edilmiş və ödənilən pulun qaytarırlması qət edilmişdir.
47. Bundan başqa tərəflər arasında torpaq sahəsinə dair digər bir razılaşma olmamış, tərəflərin öhdəliyi müəyyən edilməmişdir. Aralarında bağlanan aktda isə torpaq sahəsinin ömürlük satılması qeyd olunmuşdur.
48. Cavabdehin ona verilmiş torpaq sahəsindən istifadə etməsi məhz həmin akt əsasında olmuş, iddiaçıda aralarında bağlanan aktın icarə müqaviləsi olduğunu iddia etmişdir. Başqa sözlə, İddiaçı1 da izahatında aktı imzalamalarını, torpaq sahəsini özlərinin razılığı və iradələrinə əsasən Cavabdeh istifadəsinə vermələrini təsdiq etmişlər.
49. Odur ki, hazırki iş üzrə ilk iddiaçıların hər hansı hüquqi əsasla cavabdehdən pul tələb etməsi müəyyən olunmur və iddia tələbi əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”.
51. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(021)-2846/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov