Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-648/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(066)-102/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(066)-102/2021 saylı qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 352577.69 (üç yüz əlli iki min beş yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin 01 okiyabr 2021-ci il tarixli, 2(066)-l02/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1335/22 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5573/2022 nömrəli qərarı ilə Cavabdeh2 şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1335/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçı MMC-nin nümayəndəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 437.339.02 (dörd yüz otuz yeddi min üç yüz otuz doqquz manat iki qəpik) manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 uzun illər ”AZRİB” MMC-nin Şəmkir Regional üzrə (Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax) satış təmsilçisi olmuşdur. Bu müddət ərzində onun oğlu olan digər Cavabdeh2 ilə birlikdə onlara etibar edilmiş maddi nemətləri vəzifəsindən sui-istifadə edərək mənimsəmişlər. Cavabdehin iştirakı ilə ”AZRİB” MMC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020 ci il tarixədək Şəmkir regionu üzrə inventarizasıya aparılmışdır. Həmin inventarizasiyanın nəticələrini özündə əks etdirən xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh1 işlədiyi dövr ərzində 437339.02 (dörd yüz otuz yeddi min üç yüz otuz doqquz manat iki qəpik) manat əskik gəlmişdir. Cavabdehin öz izahatında yol verdiyi mənimsəmə hallarını qəbul etmişdir və məsuliyyəti üzərinə götürmüşlər. İzahatın surəti iş materiallarına əlavə olunmuşdur. Cavabdeh2 da öz izahatında atası Cavabdeh1 vasitəçiliyi ilə ”AZRİB” MMC-də işlədiyini, fəhlələrin üstündə nəzarət etdiyini, malların təhvil alınmasını həyata keçirdiyini, anbarın açarının onlarda olduğunu, qanunazidd fəaliyyətləri nəticəsində ”AZRİB” MMC-nin aktivlərində 437339.02 manat əskik gəlmə olmuşdur. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək göstərmişdir ki, sonradan cavabdehlər iddiaçı təşkilata 80000 (səksən min) manat pul qaytarmışlar, cavabdehlərin hazırda 352577.69 (üç yüz əlli iki min beş yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat borcları qalmışdır. Odur ki, cavabdehlərdən müştərək qaydada 352577.69 (üç yüz əlli iki min beş yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat miqdarında pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və qətnamədə göstərilən nəticə işin hallarına uyğun deyildir. Belə ki, məhkəmə iddianı təmin edərkən xəstə və eyni zamanda iddiaçı tərəfindən təzyiqlərə məruz qalan qoca yaşlı Cavabdeh1 yazdığı izahata istinad etmişdir. Hansı ki, heç həmin izahatda da onun işlədiyı dövrda 437339.02 manat deyil, 235000 manat qeyd edilmişdir. Qalan məbləğlərin 50000 manat dəyərində olan malın hal-hazırda anbarda olmasını, mağazalara paylanmış, lakin hələ satılmamış malın 30000 manat dəyərində olması və sair qeyd edilsə də, mahkəmə bu halları araşdırmamış, yalnız məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli rəyinə əsaslanmışdır ki, həmin rəy cavabdehbr tərəfindən verilmiş izahatlara zidd olmasına baxmayaraq məhkəmə təkrar ekspertiza təyın etməmişdir. Eyni zamanda, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilməsinə baxmayaraq məhkəmə işə irəli sürülmüş tələb üzrə baxmışdır. Belə ki, cavabdeh qismində isə cəlb edilmiş Cavabdeh2 hazırkı tələb üzrə heç bir aidiyyəti olmadığı halda tələb olunan pul məbləğinin müştərək qaydada tutulması qət edilmişdir. Cavabdeh2 nəinki "xxxx" MMC şirkətində məsul vəzifədə işləməmiş, ümumiyyətlə onunla iddiaçı şirkət arasında əmək müqaviləsi olmamışdır. O, bəzən atasına kömək etmək üçün şirkətdə olmuşdur. Onun hansı bir maddi nemət mənimsəməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Lakin buna baxmayaraq iddia Cavabdeh2 münasibətdə də təmin olunmuşdur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə nəzərə almamışdır ki, hazırkı iddia tələbindəki tərəflər arasındakı münasibət kommersiya işi olduğu üçün iş Kommersiya Məhkəməsinin aidiyyatı olduğuna görə iş həmin məhkəməyə göndərilməli idi. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 səhhəti imkan vermədiyinə görə məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəmə kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, iş üzrə digər Cavabdeh1 onun atasıdır, hazırda iflic olmaqla beyin infarktı keçirdiyinə görə onda birinci dərəcə əlillik müəyyən edilmişdir. Əmək qabiliyyətsiz olmaqla daim kənar şəxsin qulluğuna ehtiyacı vardır. Atası iflic olduğuna görə anlaqsız vəziyyətdədir, hədə-qorxu və təzyiq nəticəsində izahatlarında məsuliyyəti öz üzərlərinə götürmüşlər, iddia sübut olunmadığı halda birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. O, iddiaçı MMC-də qısa müddət satış təmsilçisi kimi fəaliyyət göstərmiş olsa da, o, maddi məsul şəxs olmamış və onunla bu kimi müqavilə də bağlanmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, "xxxx" MMC-nin Şəmkir anbarında çatışmazlıq müəyyən olunduğuna görə etdikləri müraciət əsasında Şəmkir rayon prokurorluğunda cinayət işi başlandığına görə həmin regiona aid sənədlər MMC-dən götürüldüyünə görə cavabdehlərlə bağlanmış əmək müqavilələrinin və tam maddi məsuliyyətə dair müqavilələrin əslini məhkəməyə təqdim edə bilmir, odur ki, həmin sənədlərinin əslini Şəmkir rayon prokurorluğundan götürülməsini xahiş edir. Həmçinin izah etdi ki, mal əskikliyi üzə çıxandan sonra cavabdehlər 80 000 manat ödəniş etmiş, ona görə də iddianın həcmi azaldılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı işdə iştirak edən cavabdehin və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Belə ki, işdə olan xxxxxxx000103 nömrəli Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-də aylıq əmək haqqı 250 manat, məşğulluq təsnifatı üzrə: satıcı, topdansatış müəssisələri; əmək müqaviləsi üzrə satış təmsilçisi vəzifəsinə (peşəsinə) işə götürülmüşdür. İşdə olan İşdə olan xxxxxxx0001XO nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xx.xx.2020-ci il tarixdən İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xxxxxxx000103 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, həmin müqavilənin 1-ci bəndinə görə işçi tutduğu vəzifəyə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanıonların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinəgörə tam həcmdə məsuliyyət daşıyır. Bununla əlaqədar vəzifəsinə uyğun olaraq işçi aşağıdakı vəzifələri yerinə yetirməlidir: -təşkilatın kassasında olan nağd pulun və diqər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin edir və onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında məlumat verir və təhlükənin qarşısımı almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görür; -kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat proseduralarını müvafiq qaydalara uyğun olaraq həyata keçirir; -formalaşdırdıqları pul bağlamalarında kənarlaşmaya (artıqgəlmə, əskikgəlmə və ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin edir; -qiymətlilərin mühafizəsi, daşınması, saxlanması və sair əməliyyatların aparılması, habelə qiymətlilərlə bağlı digər xidməti məlumatları səlahiyyətli vəzifəli şəxslər dairəsindən kənara yaymır; -ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün normativ xarakterli aktlarda nəzərdə tutulan vəzifələri yerinə yetirir. Müqavilənin 3-cü bəndinə görə bu müqavilə işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi qüvvədə olduğu bütün dövrə şamil edilir. İşdə olan xxxxxxx000100 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdən ”AZRİB” MMC-də aylıq əmək haqqı 250 manat, məşğulluq təsnifatı üzrə satıcı, topdansatış müəssisələri, əmək müqaviləsi üzrə satış təmsilçisi vəzifəsinə (peşəsinə) işə götürülmüşdür. İşdə olan İşdə olan xxxxxxx0001XO nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə əsasən xx.xx.2020-ci il tarixdən İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan İddiaçı MMC-nin Şəmkir deposunun rəhbəri Cavabdeh1 (təhvil verən) tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli İddiaçı MMC-nin Şəmkir deposunda rəhbər dəyişikliyi ilə bağlı aparılan təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəmkir regionu üzrə inventarizasıya aparılmış və inventarizasiya zamanı Cavabdeh1 işlədiyi dövr ərzində 437339.02 (dörd yüz otuz yeddi min üç yüz otuz doqquz manat iki qəpik) manat əskik gəlməsi müəyyən olunmuşdur. İşdə olan cavabdeh İddiaçı MMC-nin Şəmkir deposunun rəhbəri Cavabdeh1 İddiaçı MMC-nin direktoru Mehdi Ramazanova yazdığı izahatın surətindən görünür ki, Cavabdeh1 İddiaçı MMC-nin Şəmkir deposunda 437339 manat pulun əksik gəlməsini pandemiya ilə bağlı, vaxtı keçmiş təxminən 50000 manat dəyərində malın anbarda qalması, ərazidə fəaliyyətini dayandırmış mağazalarda, təxminən 30000 manat dəyərində borcun qalmasını, 21900 manat dəyərində devalvasiya ilə bağlı yaranmış köhnə borc fərqini qəbul etməməsini, yerdə qalan borcu qəbul etməsini, səhv etməsini şirkətin əvvəlki rəhbərliyi Fizuli Adıgözəlov və onun qardaşı oğlu Famil Adıgözəlovun dönəmində 100440 manat üzərinə pul yüklənməsini, onu üzərinə götürdüyünə görə səhv etməsini və bu barədə şirkətin təsisçilərinə hər hansı yazılı və şifahi məlumat verməməsini, 235000 (iki yüz otuz beş min) manat pulun onun öz günahı üzündən olmasını və həmin məbləğdə borcun məsuliyyətini öz üzərinə götürməsini bildirmişdir. İşdə olan cavabdeh İddiaçı MMC-nin Şəmkir deposunun rəhbəri Cavabdeh2 İddiaçı MMC-nin direktoru Mehdi Ramazanova yazdığı izahatın surətindən görünür ki, İddiaçı MMC-də yalnız bəzi vaxtlarda atası Cavabdeh1 kömək etmək məqsədilə işləməsini, boş vaxtlarında etibarnamə əsasında idarə etdiyi **-OB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə taksilik etdiyini, İddiaçı MMC-də işlədiyi müddətdə 600-700 manat əmək haqqı almasını, atası onu kömək məqsədi ilə çağıranda şirkətə mal gələndə onun anbara yerləşdirilməsi, fəhlələrin üstündə başçı kimi durub onlardan malları təhvil almasını, anbarın açarlarının atasında və onda olmasını, açarın onlardan başqa heç kimdə olmamasını, atası ona etibar etdiyi üçün həmin malları sayıb atasına təhvil verməməsini bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2019-cu il tarixli, SA/293 saylı icazəyə əsasən ********** VÖEN-lə fəaliyyət göstərən sərbəst auditor X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli müstəqil-auditor hesabatının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün maddi-məsul şəxs, İddiaçı MMC-nin Şəmkir bölgəsi üzrə satış təmsilçisi Cavabdeh1 öhdəsində olan malmaterialların dövriyyəsinin müəyyənləşdirilməsi üçün aparılan araşdırma zamanı Şəmkir bölgəsi üzrə satış təmsilçisi Cavabdeh1 öhdəliyində 432577.69 manat dəyərində mal çatışmazlığı müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/267 saylı rəyindən görünür ki, Cavabdeh1 hesabında 432577.69 manat çatışmazlığın yaranması müəyyən edilmişdir. İşdə olan Şəmkir rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli məktubundan və material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək cinayət işi başlanması və ibtidai istintaq aparılmasının tapşırılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı MMC-nin Şəmkir bölgəsi üzrə regional satış təmsilçisi, maddi-məsul şəxs Cavabdeh1 İddiaçı MMC-yə məxsus 432577.69 manat məbləğində külli miqdarda əmlakı etibardan istifadə etməklə mənimsəməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 13 sentyabr 2021-ci il tarixdə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Şəmkir Rayon Prokurorluğunun 03 dekabr 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh1 ağır xəstəliyi sağalana qədər cinayət işinin icraatı dayandırılmışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 07 fevral 2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 birinci dərəcəli əlil olmaqla, əmək qabiliyyətsiz, daim kənar şəxsin qulluğuna ehtiyacı vardır. Məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsinin (vəkilinin) vəsatəti əsasında Şəmkir rayon prokurorluğuna sorğu göndərilərək prokurorluğun icraatında olan cinayət işinin materiallarında olduğu halda məhkəmə iclasında baxış keçirilməsi üçün iş üzrə cavabdehlərlə bağlanmış əmək müqavilələri, onlarla bağlanmış tam maddi məsuliyyət barədə müqavilələrin əslinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Şəmkir rayon Prokurorluğu tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 186-D-23 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, həmin sənədlər əmək müqaviləsinin bağlanması və xitam verilməsi ilə bağlı bildirişlərin və əmək müqavilələrinin, həmçinin xx.xx.2019-cu il tarixli aktın İddiaçı MMC tərəfindən təsdiq edilmiş surətlərindən ibarətdir. Göründüyü kimi iddiaçının nümayəndəsi qeyd olunan sənədlərin əslinin Şəmkir rayon Prokurorluğunda olduğunu vurğulasa da, Şəmkir rayon Prokurorluğundan göndərilmiş sənədlərdən prokurorluğa həmin sənədlərin əslinin verilmədiyi müəyyən olunur. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı MMCyə satış təmsilçisi kimi xx.xx.2019-cu ildə işə qəbul olunmuş, onunla tam maddi məsuliyyət barədə müqavilə bağlanmış, Şəmkir Regionu üzrə (Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax) satış təmsilçisi olmuşdur. Cavabdeh1 iştirakı ilə İddiaçı MMC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəmkir regionu üzrə inventarizasıya aparılmış, Cavabdeh1 işlədiyi dövr ərzində 437339.02 manat məbləğində mal əskikliyi müəyyən edilmiş, bundan sonra maddi məsul şəxs Cavabdeh1 tərəfindən müəyyən miqdarda ödəniş edildiyinə görə iddiaçı tərəfindən iddianın həcmi azaldılaraq 352577.69 manat pulun alınıb verilməsi xahiş edilmişdir. İşdən göründüyü kimi Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət barədə müqavilə bağlanmışdır. İşdə olan İddiaçı MMC-nin kassiri X1, anbardarı X2 və MMC-nin Şəmkir rayonu üzrə satış təmsilçisi, maddi məsul şəxs Cavabdeh1 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə aparılmış anbar qalığı və pul vəsaitinin üzləşməsi zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdə Şəmkir rayonu üzrə satış təmsilçisi Cavabdeh1 öhdəliyində İddiaçı MMC-yə məxsus 350.000 (üç yüz əlli min) manat dəyərində mal qalığı və 457574,42 (dörd yüz əlli yeddi min beş yüz yetmiş dörd manat 42 qəpik) manat dəyərində nağd pul vəsaiti vardır. Həmin akt aktı tərtib etmiş şəxslər, o cümlədən Cavabdeh1 tərəfindən imza edilmişdir. İşdən göründüyü kimi Cavabdeh1 həmin tarixdən sonra iki ildən artıq müddətdə iddiaçı müəssisədə eyni vəzifədə işini davam etdirmiş olsa da, qeyd olunan aktda göstərilənləri mübahisələndirməmişdir. Bundan başqa yuxarıda qeyd edildiyi kimi Cavabdeh1 (təhvil verən) tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli İddiaçı MMC-nin Şəmkir deposunda rəhbər dəyişikliyi ilə bağlı aparılan təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəmkir regionu üzrə inventarizasıya aparılmış və inventarizasiya zamanı Cavabdeh1 işlədiyi dövr ərzində 437339.02 (dörd yüz otuz yeddi min üç yüz otuz doqquz manat qırx iki qəpik) manat əskik gəlməsi müəyyən olunmuşdur. İşdən göründüyü kimi tərəflər arasında yaranmış mübahisə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış mübahisədir və tərəflərin arasında yaranmış mübahisə Əmək Məcəlləsinin 32-ci fəslinin müddəaları və əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Həmin Məcəllənin 200.1-ci maddəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Əmək Məcəlləsinin 202.1-ci maddəsinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 202.2-ci maddəsinə görə işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə də Cavabdeh1 öhdəsinə verilmiş mal-material və diqər qiymətlilərin saxlanmasına görə tam maddi məsuliyyət daşıdığı halda öhdəliyinə lazımi qaydada əməl etməmiş və İddiaçı MMC-nin Şəmkir deposunda rəhbər dəyişikliyi ilə bağlı aparılan təhviltəslim zamanı maddi vəsaitlərin 437339.02 (dörd yüz otuz yeddi min üç yüz otuz doqquz manat qırx iki qəpik) manat əskikliyi müəyyən edilmiş, bundan sonra cavabdeh tərəfindən müəyyən ödənişlər edilməklə dəymiş ziyanın məbləği azaldıldılmış, ona görə də iddiaçı iddianın həcmini azaldaraq 352577.69 (üç yüz əlli iki min beş yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat pulun xeyrinə alınmasını xahiş etmişdir. Odur ki, kollegiya hesab edir ki, həmin məbləğ Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, ona görə də qətnamə Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamənin digər Cavabdeh2 aid hissəsi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. İş materiallarındakı sənədlərdən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən satış təmsilçisi kimi işə qəbul edilərək onunla əmək müqaviləsi bağlanmış, xx.xx.2020-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarından həmçinin görünür ki, Cavabdeh2 iddiaçı MMC-də əmək müqaviləsi üzrə satış təmsilçisi kimi işə qəbul edilmiş olsa da, iddiaçı ilə Cavabdeh2 arasında sonuncunun tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmamış, ən əsası isə ona satış üçün və ya saxlanması üçün qaimə ilə və ya təhvil-təslim aktı ilə hər hansı miqdarda və çeşiddə mal-material və qiymətlilər təhvil verildiyini təsdiq edən sübut təqdim olunmamışdır. İddiaçının məhkəmə kollegiyasının iclasında iştirak edən nümayəndəsi də məhkməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi cavabdehlərdən Cavabdeh2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı MMC-də satış təmsilçisi kimi fəaliyyət göstərmiş olsa da, lakin onunla tam maddi məsuliyytlə bağlı müqavilə bağlanmamış (hər bir halda bu kimi müqavilə məhkəməyə təqdim edilməmişdir), onunla təhvil-təslim aktı bağlanmamış və ya da ona hər hansı miqdarda və çeşiddə malmaterial təhvil verilməsi ilə bağlı qaimə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 qarşı iddianı təmin etməkdə haqlı olmamışdır. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən - iddia olunan pul məbləğinin Cavabdeh1 tutulmalı olan hissəsi ilə razılaşsa da, həmin məbləğin müştərək qaydada həm də Cavabdeh2 da tutulmalı olan hissəsi ilə razılaşmır və hesab edir ki, qətnamə Cavabdeh2 aid hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə kommersiya məhkəməsində baxılmalı olması dəlilinə qiymət verərək hesab edir ki, cavabdehlərin həmin dəlili əsassızdır. Çünki işdən göründüyü kimi iddiaçının hazkı tələbi sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər arasında yaranmış münasibətlərdən yox, tərəflər arasındakı əmək müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi ilə bağlı yaranmış tələbdir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(066)-102/2021 saylı qətnaməsi qismən - müştərək qaydada 352577.69 (üç yüz əlli iki min beş yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat pulun həm də Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilsin və ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-648/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-648/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver