Məhkəmə qərarları › İş №2(104)-65/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-65/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-65/2023 14.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı1 QSC-nin nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(043)-1279/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan İddiaçı1 QSC ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli, 06A000048605 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 aylıq 1,3333 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 40.000 ABŞ dolları məbləğində borc verilmişdir.

2. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə olan qalıq borcu 11974,78 ABŞ dolları, 607,11 ABŞ dolları faiz, 8047,9 ABŞ dolları cərimə olmaqla, cəmi 20629,79 ABŞ dolları təşkil edir.

3. İşdə olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir.

4. İşdə olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 QSC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə yüklü edilmişdir.

5. İşdə olan məhkəmə tərəfindən müstəqil qiymətləndirici kimi təyin edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 may 2021-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatlarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixə olan likvid satış qiyməti 35.000 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı1 QSC-nin xeyrinə 11974.78 ABŞ dolları kredit borcu, 607.11 ABŞ Dolları faiz borcu və 8047.90 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 20629 ABŞ dolları 79 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Gəncə şəhəri Kəpəz rayonu X4 prospektində yerləşən 12 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 20629 ABŞ dolları 79 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı1 QSC-nin xeyrinə tutulması, Gəncə şəhəri Kəpəz rayonu X4 prospektində yerləşən 12 A nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1279/2021 saylı iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (Tural Qocayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11974,78 ABŞ dolları əsas, 607,11 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə olmaqla, cəmi 13181,89 (on üç min yüz səksən bir tam yüzdə səksən doqquz) ABŞ dolları məbləğində pulun ödəniş vaxtına Azərbaycan manatına məzənnə ilə manat ekvivalentində alınaraq İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın, Cavabdeh1 məxsus olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 (otuz beş min) manat müəyyən edilməklə evin açıq hərracda satılması və əldə olunan vəsait hesabına borcun və xərclərin ödənilməsi təmin edilmiş, əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1 həmin evdən çıxarılması, evin boşaldılaraq alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 442, 445.1, 445.2.1, 449, 470.1, 472.1 və 472.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(043)-1279/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. O, qeyd etmişdir ki, onun savadı yoxdur, bankla kredit müqaviləsi bağladığı gündən indiyədək ona heç nə izah edilmədən, başa düşmədiyi müxtəlif sənədlərə imza etdirmişlər. Onunla bank arasında bağlanmış müqaviləyə əsasən o, kredit məbləğini xx.xx.2023-cü ilədək ödəməlidir. Göründüyü kimi iddiaçı həmin müddət başa çatmamış ailəsinin yeganə yaşayış sahəsi olan evinin satılması məqsədilə məhkəməyə müraciət etmiş, məhkəmə isə iddianı təmin etmişdir. Bundan başqa o, indiyədək banka 28025.22ABŞ dolları ödəniş etmiş, bu günə qədər də imkanı çatan qədər ödəyir. Buna baxmayaraq borc gündən günə artır. Ona görə də məhkəmə bankın hesabladığı faizlərin və cərimənin düzgünlüyünün yoxlanılması üçün ekspertiza keçirməli idi. Bundan əlavə evin qiyməti 100.000 manat olduğu halda məhkəmə tərəfindən müstəqil qiymətləndirici kimi təyin edilmiş "xxxx" MMC evi 35000 manata qiymətləndirmişdir. Halbuki həmin Cəmiyyətin lisenziyası olmadığı üçün onun təqdim etdiyi mənzilin qiymətləndirilməsinə dair hesabatın hüquqi qiyməti yoxdur. Məhkəmə is bu nüansları nəzərə almamış, nəticədə birtərəfli, ədalətsiz, qeyri-qanuni qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

18. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

19. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

20. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

21. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

İpoteka Haqqında Azərbaycan Respuiblikasının Qanunu

22. Maddə 39. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.

23. Maddə 39.3.2 вя 39.3.3. Mящкямя тутманын ипотека предметиня йюнялдилмяси барядя гярар гябул едяркян, гярарда ипотека предметинин тясвири вя илкин сатыш гиймяти эюстярилмялидир. Иpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26 Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Birinci instansiya məhkəməsi borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını qət etsə də, həmin qətnamədən Cavabdeh1 (əsas borclu) apellyasiya şikayəti vermiş, digər cavabdeh-zamin şikayət verməmişdir. Hazırki işdə mübahisənin predmeti bölünməz olduğu üçün apellyasiya baxışının hədləri qətnamənin əsas borcluya aid hissədə qanuniliyi və əsaslılığı tam qaydada yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 33 Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsnin iş üzrə gəldiyi nəticə qismən əsaslıdır.

34. Belə ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərindən biri bank tərəfindən göstərilən borcun düzgün hesablanmamasındandır. Apellyasiya şikayətinin bu dəlilinə hüquqi qiymət verilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2022-ci il tarixli 9/9483 saylı rəyinə əsasən Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 26 sentyabr 2014-cü il tarixli 06A000048605 saylı kredit müqaviləsi, 12 fevral 2016-cı il tarixli saziş, 21 oktyabr 2016-cı il tarixli saziş və 19 noyabr 2019-cu il tarixli sazişin şərtlərinə müvafiq olaraq Cavabdeh1 xx.xx.2020-ci il tarixə banka olan borcu 12.238.75 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmçinin, hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 299.48 ABŞ dolları məbləğində ödəniş edildiyindən, həmin ödəniş nəzərə alındığı təqdirdə Cavabdeh1 11.939.27 ABŞ dolları məbləğində əsas borcu, 0.00 ABŞ dolları faiz borcunun qalması müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası göstərilən ekspert rəyinə istinad edərək, hesab edir ki, apellyatorun şikayətinin bu dəlili qismən əsaslıdır və buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11974,78 ABŞ dolları əsas, 607,11 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə olmaqla, cəmi 13181,89 (on üç min yüz səksən bir tam yüzdə səksən doqquz) ABŞ dolları məbləğində pulun ödəniş vaxtına Azərbaycan manatına məzənnə ilə manat ekvivalentində alınaraq, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə verilməsi hissəsində qətnamə dəyişdirilməli, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 11.939.27 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

36. Bundan başqa Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ona məxsus olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində də mübahisələndirmişdir.

37. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin bu dəlilinə də hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər qismən əsaslıdır.

38. Belə ki, 26 sentyabr 2014-cü il tarixli 003 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti 12A nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2022-ci il tarixli 10/6305-9/6978 saylı rəyinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti 12A ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (**********40-10301 reyestr nömrəli Çıxarışa əsasən fərdi yaşayış kimi qeydiyyata alınmış, lakin faktiki olaraq tikilinin təyinatı dəyişdirilərək qeyri-yaşayış obyekti kimi istifadə edilir) hazırki bazar qiymətinə uyğun likvid dəyirinin təqribən 50500 manat məbləğində olduğu göstərilmişdir.

39. Ona görə də kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən həmin hissədə də dəyişdirilməli və 26 sentyabr 2014-cü il tarixli 003 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti 12A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 50500 manat məbləğində müəyyən edilməlidir.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan 18 fevral 2022-ci il tarixli 9/9483 nömrəli və 15 dekabr 2022-ci il tarixli 10/6305-9/6978 nömrəli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 150 manat təşkil edir.

41. İddia qismən əsaslı olduğundan və apellyasiya şikayəti qismən təmin edildiyindən Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, ekspertiza xərcləri Cavabdeh1 aid edilməli və ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

42. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasi şikayətinin dəlilləri hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır və qismən təmin olunmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.3, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(043)-1279/2021 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11974,78 ABŞ dolları əsas, 607,11 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə olmaqla, cəmi 13181,89 (on üç min yüz səksən bir tam yüzdə səksən doqquz) ABŞ dolları məbləğində pulun ödəniş vaxtına Azərbaycan manatına məzənnə ilə manat ekvivalentində alınaraq İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə verilməsi hissəsində dəyişdirilsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 QSC-yə olan borcu 11.939.27 (on bir min doqquz yüz otuz doqquz dollar iyirmi yeddi sent) ABŞ dolları (pulun ödəniş vaxtına Azərbaycan manatına məzənnə ilə manat ekvivalentində) məbləğində müəyyən edilsin. Qətnamə ipoteka predmeti olan mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti 12A nömrəli fərdi yaşayış evinin orta bazar qiymətinin 35000 manat məbləğində müəyyən edilmiş hissəsində dəyişdirilsin, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti 12A nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 50500 (əlli min beş yüz) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlansın. İş üzrə 18 fevral 2022-ci il tarixli aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat və 15 dekabr 2022-ci il tarixli aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat, cəmi 150 (yüz əlli) manat ekspertiza xərci Cavabdeh1 alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar