Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-658/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1178/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1178/2024 saylı qətnaməsi ilə (hakim E.Mansırov) İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh 1873 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 39 manat, cəmi 1912 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin 26 dekabr 2024cü il tarixli, 2(015)-1178/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə, yəni 465 manat hissəsində təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1-da qeydiyyatda olan X1 ona borclu olduğu 1873 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin yaz aylarından başlayaraq 20 Yanvar Metrosu yaxınlığında "xxxx" satışı ilə məşğul olmağa başlamışdır. Adını sonradan bildiyi Cavabdeh ilə də həmin vaxtlarda tanış olmuşdur. Cavabdeh əslən Qazax rayonundan olduğunu, lakin Bakı şəhərində, Bakı şəhəri Nəsimi rayonu X3 1061, mənzil 50-də yaşadığını ona bildirmişdir. Orxan Qazaxlı olduğuna onu inandırmaq üçün Qazax rayonundan onun ən yaxın tanıdığı adamların adını çəkmişdir. Bundan sonra Orxan ona istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini də vermiş və həmin nömrə ilə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra Orxan hər gün onun işlədiyi köşkə gəlib lotereya pozmuşdur. Bir gün lotereyada 10000 manat qazandığını və ona da 500 manat hörmət edəcəyini bildirmişdir. Orxan onun etibarını qazandığından, artıq heç fikirləşmədən ona pulsuz lotereya və borc pul vermişdir. Qısa müddət ərzində Orxanın ona 1873 manat borcu yığılmışdır. Artıq məbləğin çoxaldığını görüb ona lotereya vermək istəmədikdə, Orxan “mənim qarşıma qara çəkmə”, 100000 (yüz min) manat udub daha oynamayacağını bildirmişdir. O, Orxana 1873 manat borcu yığıldığını, borcunu qaytarmasını tələb etdikdə, Orxan maaşını alıb, borcunu bağlayacağını bildirmişdir. Hər gün Orxanın ***-***-**-** mobil telefonuna zəng edərək, borcunu qaytarmağı tələb etsə də, Orxan müxtəlif bəhanələr uyduraraq, lotereyada uduşu alıb hamısını qaytaracağına söz vermişdir. Təxminən 2 ay sonra zənglərinə cavab verməmiş, ondan gizlənmişdir. Bundan sonra onun yaşadığı evə getmiş, orada belə bir adam yaşamadığını ona bildirmişlər. Uzun müddət onu tapa bilməmiş, aradan 2-3 ay keçdikdən sonra 20 Yanvar Metrosu yaxınlığında "xxxx" satışı ilə məşğul olduğu yerdə Orxan təsadüfən ona rast gəlmişdir. O Orxandan pulu nə vaxt verəcəyini, borcunu bağlayacağını soruşduqda, sonuncu tez bir vaxtda verəcəyini deyib, getmişdir. Qazax rayonunda olarkən, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatda olduğunu öyrənmişdir. Aldanıldını görüb bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bakı şəhəri Yasamal rayon RPİ-nin 27-ci PB-si tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh izahat verərək ona 1873 manat borclu olduğunu təsdiq etmiş və həmin pulu 20 gün ərzində qaytaracağını bildirmişdir. 27-ci PB-dən ona məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində və məhkəmə iclasında etmiş olduğu çıxışında qeyd etmişdir ki, cavabdehi həmin yerdə Qazaxlı olaraq tanıdıqdan sonra, cavabdeh ona 10.000 manat pul udduğunu və ona da 500 manat hörmət edəcəyini bildirməklə onun etibarını qazandığını və iddiaçı da nisyə lotereya və borca pul vermişdir. Belə bir maraqlı sual ortaya çıxır ki, əgər cavabdeh 10.000 manat lotereyadan pul udurdusa bəs nə üçün o zaman iddiaçıdan nisyə lotereya və borc pul alırdı. Həmin işə məhkəmədə baxılan zaman iddaçının həmin borcu hansı loterayalar sırası ilə verdiyini, nə zaman verdiyini, ümumilikdə nə qədər vermişdirsə, həmin borcdan nə qədər ödənildiyini məhkəmə iclasında suallar əsasında aydınlaşdırmaq istəməyinə baxmayaraq, iddiaçı həmin suallara cavab verə bilməmişdir. Hətta iddiaçının deməsinə görə DİN-nin 102 qaynar xəttinə zəng vuraraq şikayət etdiyini bildirməsinə baxmayaraq, həmin hissə də araşdırılmamış, yəni ki, iddiaçının DİN-nin 102 qaynar xəttinə deyil, özünün tanışı olan, iş üzrə izahat almış olan polis məmuru ilə işini həll etdiyininin şahidi olmuşdur. Həmin polis tətqiqatçısı da, məhz iddiaçının işlədiyi ərazidə deyil, Bakı şəhəri Yasamal rayonu 27-ci polis bölməsində işlədiyi görünür. Məhkəmə iddiaçının iddia ərizəsində göstərmiş olduğu 1873 manatın etirafı, ancaq və ancaq iddiaçının, 27-ci polis bölməsinin tətqiqatçısı tərəfindən alınmış olan saxta izahatı etiraf olaraq qiymətləndirmişdir. Amma əslində isə onun çoxsaylı sübutları olan səs yazıları var ki, hansı ki, onun 27-ci polis bölməsində görmüş olduğu şiddətlə əlaqədar olaraq, onun qanunsuz olaraq telefon vasitəsi ilə çağırılmağı, o, də öz növbəsində tanışı olan Asif adlı polis əməkdaşından məsləhət almağı və onun da ona narahatçılığın olmaması ilə bağlı olaraq getməyini məsləhət gördüyü üçün, getdiyini, 27-ci polis bölməsindən çıxandan sonra Asifə səs ataraq onun şəxsiyyətinə qarşı edilmiş olan hörmətsizlik, şantaj edilməyilə qorxudulmağı və ona fiziki zorakılığın göstərilməsini və ona haqq olmayan izahatın yazdırılmasını bildirmiş, o da heç Zamiqdən gözləmədiyini bildirməklə onun şikayət etməməyini ona məsləhət gördüyü üçün vaxtında şikayət etməmişdir. Sonradan etmiş olduğu şikayətlərin araşdırılması zamanı izlərin qalmaması ilə heç bir sübutu olmamışdır. Onun iddiaçıya 465 manat borcu olması, aralaırnda hər hansısa bir müqavilə öhdəliyinin olmamasına baxmayaraq, işə baxan hakim sanki alqı-satqı müqaviləsinin olmuş kimi qiymətləndirməklə iddia tələbini tam təmin etmişdir. Məhkəmə iddiaçının istifadə etmiş olduğu sübut olan, cavabdehin 27-ci polis bölməsində vermiş olduğu izahatının hansı şəraitdə, ümumiyyətlə həmin izahatı almaq kimi hüququnun olub-olmamasını, iddiaçının həqiqətən də DİN-nin 102 qaynar xəttinə şikayət edib-etməməsini, yazılmış olan izahatda yazılanların təzyiq altında yazılması da izahatın birinci vərəqi ilə ikinci vərəqi arasında olan fərqlərdən tam olaraq nəzərə çarpması halını araşdırmamışdır. Prosessual məsələlər və tərəfin izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Cavabdeh Yasamal RPİ-nin 27-ci PŞ-də verdiyi izahatının surətindən görünür ki, Gümrah adlı şəxslə lotereya satan zaman tanış olmuşdur. O, İddiaçı lotereya alırdı. Onun İddiaçı 1873 manat borcu vardır və borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh müraciəti əsasında Baş Prokurorluğun xidməti araşdırmalar idarəsində sonuncunun polis idarəsində fiziki zorakılığa qalması ilə bağlı müraciəti araşdırılmış və toplanmış material üzrə CPMnin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd olunmuşdur. İş materiallarında olan etiraz ərizəsindən görünür ki, Cavabdeh iddia tələbini qismən qəbul edir, belə ki, iddiaçının iddia ərizəsində göstərmiş olduğu 1873 manat miqdarında olan borc 465 manat təşkil etmişdir. İddiaçıya olan 465 manat borcu iddiaçının işlətmiş olduğu lotereya satışından, yəni Nəsimi rayonu Velatrek ticarət mərkəzinin yanında olmuşdur. İddiaçının işlədiyi yerdən hər gün çox saylı lotereyalar alırdı, bir dəfə pulu çatmayanda özü də bildirmişdir ki, borca götürsün sonra verər. O, da borca almış və həmin 465 manatlıq lotareyadan uduş çıxmamışdır. O, dəfələrlə ona olan borcunu, yəni 465 manat qaytarmaq istəyəndə iddiaçı ona bildirirdi ki, faizi ilə birlikdə qaytarsın. Həmçinin Bakı şəhəri Yasamal rayonu Pİ-nin 27-ci PB-də ondan qanunsuz izahat alınmışdır. Belə ki, o izahat verərkən ona zor tətbiq etməklə, onu döyməklə və narkotiklə şərləcəyi ilə bağlı olaraq qorxutmaqla izahatı vermişdir. İddia tələbini 465 manat miqdarında qəbul edir. İddia qalan hissədə əsasızdır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı 2022-ci ildən başlayaraq Bakı şəhərində 20 Yanvar Metrosu yaxınlığında "xxxx" ASC-yə məxsus lotereya biletlərinin satışı ilə məşğul olmuş, Cavabdeh ilə də həmin vaxtlarda tanış olmuşdur. Cavabdeh əslən Qazax rayonundan olduğunu, lakin Bakı şəhərində, Bakı şəhəri Nəsimi rayonu X3 1061, mənzil 50-də yaşadığını ona bildirmişdir. Orxan Qazaxlı olduğuna onu inandırmaq üçün Qazax rayonundan onun ən yaxın tanıdığı adamların adını çəkmiş, bundan sonra ona istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini də vermişdir. Cavabdeh dəfələrlə onun işlədiyi köşkə gəlib lotereya pozmuş, lotereyada 10000 manat qazandığını və ona da 500 manat hörmət edəcəyini bildirmiş, beləliklə də onun etibarını qazandığından, artıq heç fikirləşmədən ona pulsuz lotereya və borc pul vermişdir. Qısa müddət ərzində Orxanın ona 1873 manat borcu yığılmışdır. İddiaçı yığılmış borcun geri qaytarılması qüçün cavabdehlə dəfələrlə əlaqə saxlamış olsa da, o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayındığına görə iddiaçı hüquqmühafizə orqanlarına müraciət etməyə məcbur olmuş, cavabdeh polis orqanında verdiyi izahatında iddiaçıya 1873 manat borcunun olduğunu və həmin borcu qaytaracağını bildirmişdir. Bundan sonra da cavabdeh borcunu qaytarmadığına görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ümumilikdə 1873 manat dəyərində lotereya satmışdır. Cavabdeh həmin pulu qaytarmadığından 1873 manat məbləğində pul vəsaiti ondan alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Birincin instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə görə bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə İddiaçı Cavabdeh ümumilikdə 1873 manat dəyərində lotereya satdığı, sonuncunun lotereyanın pulunu qaytarmadığı, bu hal cavabdehin Bakı şəhəri Yasamal rayonu Pİ-nin 27-ci PB-də verdiyi izahatla da təsdiq olunduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, o, iddiaçıdan 1873 manat dəyərində yox, 465 manat dəyərində lotereya almış, lakin onların pulunu geri qaytarmamışdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlilini inandırıcı saymır. Ona görə ki, iş materiallarında olan iddiaçı tərəfindən yazılmış izahatdan görünür ki, o, iddiaçıya lotereya biletlərinin nisyə alışından 1873 manat borcunun yarandığını etiraf etmişdir. Kollegiya cavabdehin həmin izahatı təzyiq altında yazdığına dair göstərdiyini inandırıcı saymır. Ona görə cavabdehin göstərdiyi həmin xüsusat onun özünün göstərdiyindən başqa işin hər hansı bir halı ilə təsdiq olunmur. Cavabdeh məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etmədiyinə görə məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini də inandırıcı saymır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1178/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1178/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-658/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-658/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver