Məhkəmə qərarları › İş №2(104)-659/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-659/2023

20.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-659/2023 20.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Nifatliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kamil oğlu, Cavabdeh7 və Cavabdeh8 qarşı maneələrə son qoyulması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 14 noyabr 2022ci il tarixli 2(042)-1011/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8 tərəfindən vеrilmiş apellyasiya şikаyətinə, Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kamil oğlu, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən mülkiyyətində olan “Qarasu” dərəsindəki ağaclıq adlanan sahədən gələn su bulağından onun istifadə etməsinə cavabdehlər tərəfindən yaradılan müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(042)-1011/2022 nömrəli (hakim M.Kazımov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Gədəbəy rayonu, Arıxdam kənd ərazisində yerləşən, Gədəbəy rayon Aqrar İslah Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 nömrəli protokoluna əsasən İddiaçı qanuni sahibliyində olan, “Qarasu” dərəsindəki ağaclıq adlanan sahədən gələn su bulağından onun istifadə etməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kamil oğlu, Cavabdeh7 və Cavabdeh8 tərəfindən yaradılan hər cür müdaxilələrə son qoyulması; Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kamil oğlundan, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 30 yanvar 1998-ci il tarixli qərarı ilə M.Quliyev sovxozuna məxsus olmuş və 1962-ci ildə tikilmiş 120 başlıq inək tövləsi və ona bitişik buzov damı və həmin obyektlərə xidmət edən su kəməri ona satılmış və buna dair Arıxdam kənd AİK-in 30 yanvar 1998-ci il tarixli, 11 nömrəli protokolu tərtib edilmişdir. Həmin protokolda M.Quliyev sovxozuna məxsus olmuş 1962-ci ildə tikilmiş və istismar olunan 120 başlıq inək tövləsi, ona bitişik buzov damı və həmin obyektlərə xidmət edən “Qarasu” dərəsindəki ağaclıqdan 1300 metr məsafədən 32 mm diametrlik su kəməri ******* manata (o vaxtkı Azərbaycan manatı ilə) ona satılaraq xüsusi mülkiyyətinə verilməsi qeyd edilmişdir. Həmin obyektlərin və onlara xidmət edən su kəmərinin dəyirinin ödənilməsini təsdiq edən qəbzləri da mövcuddur. Obyektlərə dair onun adına texniki pasport tərtib edilmiş və 2021-ci ilə qədər həmin obyektlər, eləcədə su kəməri onun mülkiyyətində olmuş, hal-hazırda da onun mülkiyyətindədir. Lakin 2021-ci ilin yaz aylarında cavabdehlər həmin suyun mənbəyini onun icazəsi olmadan dağıdaraq yenidən təmir etmişlər və onun özünə həmin sudan istifadə etməsinə imkan vermirlər. Halbu ki, bulağın onun mülkiyyətində olmasına baxmayaraq suyun mənsəbində kiçik ölçülü hovuz tikərək kənd sakinlərinin də həmin sudan istifadə etməsinə şərait yaratmışdır. Cavabdehlərin bu hərəkətləri tamamilə qanunsuz olamaqla onun sözügedən sudan istifadə etmək hüquqlarını kobud surətdə pozur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi iş üzrə hərtəfli, tam və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, məhkəmə iclasında iştirakları təmin edilməmişdir. İddiaçının hazırki tələblə məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. “Qarasu” darəsindəki ağaclıq adlanan sahədən gələn su bulağı və yerləşdiyi ərazi bələdiyyə mülkiyyətindədir. Həmin su bulağı kənd sakinləri tərəfindən bərpa və təmir etdirilmiş, lakin həmin zaman iddiaçı köməklik göstərməkdən imtina etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, su bulağı ümumi istifadədə olduğundan iddiaçının həmin sudan istifadəsnə etiraz etmir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8 da Cavabdeh1 ilə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh6 Kamil oğlu məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gədəbəy rayon Aqrar İslah Komissiyasının 30 yanvar 1998-ci il tarixli, 11 nömrəli protokolunun surətindən görünür ki, M.Quliyev sovxozuna məxsus və 1962-ci ildə tikilmiş, 1962-ci ildən istismar olunan 120 başlıq inək tövləsi, ona bitişik buzov damı və həmin obyektlərə xidmət edən “Qarasu” dərəsindəki ağaclıqdan 1300 metr məsafədən 32 mm diametrlik su kəməri ******* manat (o vaxtkı Azərbaycan manatı ilə) dəyərində İddiaçı satılaraq xüsusi mülkiyyətinə verilmiş və buna dair Gədəbəy rayon Aqrar İslahat Komissiyası tərəfindən texniki pasport tərtib edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157, 158 maddələri və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasıl Qanunun 4 maddəsi, “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanunun 10 maddəsinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4. maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Gədəbəy rayon Aqrar İslah Komissiyasının 30 yanvar 1998-ci il tarixli, 11 nömrəli protokoluna əsasən M.Quliyev sovxozuna məxsus olmuş 1962-ci ildə tikilmiş, 1962-ci ildən istismar olunan 120 başlıq inək tövləsi, ona bitişik buzov damı və həmin obyektlərə xidmət edən “Qarasu” dərəsindəki ağaclıqdan 1300 metr məsafədən 32 mm diametrlik su kəməri ******* manata (o vaxtkı Azərbaycan manatı ilə) İddiaçı satılaraq xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı su bulağından istifadəsənə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Kamil oğlu, Cavabdeh7 və Cavabdeh8 tərəfindən maneələr yarandığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar, habelə yaşayış məntəqələri daxilində ümumi istifadədə olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlər istisna olunmaqla bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə olunur. Göründüyü kimi yaşayış məntəqələri daxilində olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlər ümumi istifadədəyə verilmişdir. Belə olan təqdirdə iddiaçının ümumi istifadədə olan sudan istifadəsinə cavabdehlər tərəfindən meneə yaradıla bilməz. Ona görə də kollegiya hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, “Qarasu” dərəsindəki bulaq ümumi istifadədə olduğundan iddiaçının da digərləri kimi həmin bulaqdan maneəsiz istifadə hüquqü var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384., 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(042)-1011/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar