Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-661/2024 27.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi; əsassız varlanma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2(125)-6103/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 27 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 26 may 2014-cü il tarixli 727 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri Ş.İ.Xətai prospektindən gəc zavoduna gedən yolun sol tərəfində yerləşən 400 kv.m torpaq sahəsində X8 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir;
2. Gəncə şəhəri 2 saylı notariat ofisində X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X17 şəhəri Ş.İ.Xətai prospektindən gəc zavoduna gedən yolun sol tərəfində yerləşən 400 kv.m torpaq sahəsindən könüllü imtina etdiyini və həmin torpaq sahəsinə dair müqavilənin istənilən şəxslə bağlanmasına etiraz etmədiyini bildirmişdir.
3. Cavabdeh, X8, İddiaçı və X7 iştirakları ilə tərtib edilmiş 19 noyabr 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, Cavabdeh X2 nümayəndəsi kimi Gəncə şəhəri Ş.İ.Xətai prospektindən gəc zavoduna gedən yolun sol tərəfində yerləşən 400 kv/m torpaq sahəsini boş olaraq İddiaçı 11000 manata satmış, göstərilən məbləğ alıcı tərəfindən Cavabdeh tam ödənilmişdir. Aktın sonunda aktın tərtibində iştirak etmiş şəxslərin ad və soyadları qeyd edilmiş və qarşısında müvafiq imzalar çəkilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli 4/1186-5/868 nömrəli ekspert rəyindən görünür ki mülki işin 13-cü vərəqində olan 19 noyabr 2022-ci ikl tarixli aktın kserosurətində “İmzalar: 1) qrafasında əks olunmuş “Adıgözələv Marif” yazısı və həmin yazının qarşısındakı imza Cavabdeh tərəfindən icra edilmişdir. Tədqiqata təqdim edilmiş 19 noyabr 2022-ci il tarixli aktın surəti şırnaklı çoxaldıcı çap qurğusunda (surətçıxaran, printer və.s) çap edilmişdir. Təqdim edilmiş 19 noyabr 2022-ci il tarixli akt surət olduğu üçün həmin aktın əslinin üzərindəki “Cavabdeh” əlyazısının və qarşısında olan imzanın hansı üsulla icra edildiyini müəyyən etmək mümkün olmamışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5155 manat pulun və və ödənilmiş 80 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin noyabr ayında öyrənmişdir ki, gəc zavoduna gedən yolda 4 sot həyətyanı torpaq sahəsi satılır. Telefon nömrəsinə zəng etmiş, Cavabdehla görüşmüşdür. Həmin vaxt Marifin yanında Vasif adlı şəxs olmuş, Vasif özünü torpaq sahəsinin sahibi Həqiqətin həyat yoldaşı kimi təqdim etmişdir. Sonradan öyrənmişdir ki, Həqiqət Marifin tanışı, sinif yoldaşıdır. Torpaq sahəsinin qiyməti 11000 manata danışılmışdır. Özü, atası, Marif və Marifin atası 05-in kruqunda 4 nəfərin iştirakı ilə manat və dollarla Marifə 9000 manat pul vermiş, həmçinin sənədləşmə üçün də 252 manat pul vermişdir. Qalan 2000 manat pulu çıxarış alandan sonra ödəyəcəyini demişdir. Torpağın pulunu Marifə vermişdir. Pulu verəndə bu barədə akt tərtib olunmuşdur. Sonra torpağın sənədlərini aparıb çıxarış almaq istəyəndə Nizami Rayon Bələdiyyəsində həmin torpaq sahəsinin yola aid olduğu müəyyən olunmuşdur. Verdiyi pulu dəfələrlə Marifdən tələb etsə də, Marif onun pulunu qaytarmamışdır. Torpağı Marifdən alarkən akt tərtib olunmuş, sonra isə Həqiqət adlı şəxs notariusda onun adına etibarnamə vermişdir. Həmin etibarnaməni Həqiqət ona verəndən sonra Marif aktın əslini sənədlərin içərisindən çıxarıb cıraraq «səninlə qurtardıq demişdir.» Atası Marifin atasına demişdir ki, “pulu ödəmək üçün söz vermişdiniz”, atası isə cavab olaraq “ o oğlum, o da siz, gedin alın pulunuzu demişdir.” Marif ona demişdir ki, “məhkəməyə vermə qırıq-qırıq ödəyəcəm. Torpağı satan Marif olmuşdur. Onlar torpağı Həqiqətin özündən almaq istəmişlər ki, sonradan qız onun adından torpağın satıldığını deyib, alqı-satqını mübahisələndirməsin. Marifin atası pul verilən zaman orada olmuşdur. Pulu Marif alıb, Həqiqətə verməmişdir ki, lombard borcunu bağlasın. Sonradan pulunu Marifdən tələb etdikdə Marif ona satdığı torpağı başqasına sataraq onun pulunu qaytaracağına söz versə də həmin torpağı başqa şəxsə sataraq pulunun 4250 manatını versə də, yerdə qalan pulunu qaytarmamışdır.
7. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X13 ifadəsində göstərmişdir ki, akt tərtibində iştirak etmişdir. Marif, oğlu Rövşən, Marifin atası və başqa bir qadın olmuşdur yanlarında. Qadının adını bilmir. Torpaqla bağlı akta qol çəkmişdir, oxuya bilməmişdir. Torpaq qadının adına olmuşdur, ancaq Marif satmışdır. Qadın qol çəkib getmişdir. Torpağın onun olduğunu dediyinə görə 11000 manat pulu Marifə vermişdirlər. Aktdakı imza öz imzasıdır, aktın doğruluğunu təsdiq edir. Marif pulu qaytaracağını desə də, hamsını qaytarmamışdır. Pul Marifin atasının yanında Marifə verilmişdir
8. Gəncə Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2(125)-6103/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 4750 (dörd min yeddi yüz əlli) manat pulun və 67,50 (altmış yeddi manat 50 qəpik) manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1. 337.1, 386.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 19 noyabr 2022-ci il tarixli akt sübut kimi qəbul edildiyindən MPM-nin 89.1 və 89.3-cü maddəllərinin tələbləri pozulmuşdur. Çünki, həmin akt surətdir və əsli yoxdur. Bundan başqa, məhkəmə iclasında şahid qismində dinlənilmiş X7 ifadəsi sübut kimi qəbul edilə bilməz. Çünki, o, hazırkı iş üzrə məhkəmə hazırlıq iclasından başlayaraq yekun məhkəmə qərarı qəbul edilənədək keçirilmiş bütün məhkəmə iclaslarında zalda iştirak etmişdir. Məhkəmə iclaslarının audio və video qeydiyyatına baxılsa, Şöhrəddin Əliyevin bütün məhkəmə iclaslarında iştirak etdiyini görmək olar. Hətta xx.xx.2023-cü il tarixdə hakim öz təşəbbüsü ilə Şöhrəddin Əliyevi şahid kimi dindirmək istəyərkən buna etiraz etmiş, lakin məhkəmə onu şahid kimi dindirmişdir. Həmçinin, İddiaçı iddia tələbini Cavabdeh qarşı qaldırmaqla, MPM-nin 50.3-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclası zamanı İddiaçı verdiyi izahatını diqqətlə tədqiq etdikdə açıq-aşkar görünür ki, onun iddia tələbi Cavabdeh yönəlməməlidir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatını olduğu kimi diqqətinizə çatdırıram: “Torpağın pulunu Marifə vermişdir. Pulu verəndə bu barədə akt tərtib olunmuşdur. Sonra torpağın sənədlərini aparıb çıxarış almaq istəyəndə Nizami Rayon Bələdiyyəsində həmin torpaq sahəsinin yola aid olduğu müəyyən olunmuşdur. Verdiyi pulu dəfələrlə Marifdən tələb etsə də, Marif onun pulunu qaytarmamışdır. Torpağı Marifdən alarkən akt tərtib olunmuş, sonra isə Həqiqət adlı şəxs notariusda onun adına etibarnamə vermişdir. Həmin etibarnaməni Həqiqət ona verəndən sonra Marif aktın əslini sənədlərin içərisindən çıxarıb cıraraq səninlə qurtardıq demişdir”. İddiaçı özü izahatı ilə təsdiq edir ki, hal-hazırda məhkəməyə təqdim etdiyi aktın cırılma səbəbi Həqiqət tərəfindən onun adına etibarnamə verilməsi olmuşdur. Bu isə o deməkdir ki, iddia Həqiqət adlı şəxsə qarşı qaldırılmalı idi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, Aktakı imza təmsil etdiyi şəxs Cavabdeh tərəfindən imzalanmamışdır. Ona görə də, həmin imzanın Cavabdeh aid olubolmaması məsələsi aydınlaşdırılmalıdır.
13. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, torpaq sahəsini Cavabdeh almışdır. Həmin vaxt Cavabdeh adına etibarnamə olmuşdur. Lakin, o, aldığı torpaq sahəsinin mülkiyyətçisinin Həqiqət adlı xanım olmasından əmin olmaq üçün həmin şəxsin özündən adına etibarnamə almışdır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, aktıb tərtib edilməsində Həqiqət adlı xanım, Cavabdeh və onun atası iştirak etmişlər və adları qeyd olunan şəxslər aktı imzalamışlar. Pulu notariat hərəkətləri aparıldıqdan iki gün sonra öz atası ilə birlikdə Cavabdeh vermişdir. Sonradan cavabdeh torpaq sahəsini etibarnamə əsasında başqa şəxsə satmışdır. Həmin vaxt Cavabdeh ona 4250 manat pul vermiş və bildirmişdir ki, torpağı yeni alan şəxs torpağın pulunu ödədikdə torpağın satılması üçün ödənilmiş qalan vəsaiti də verəcək. Aktın əslini cavabeh Cavabdeh cırmış və ona bildirmişdir ki, akt lazımsızdır.
14. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil izahatında bildirmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən məhkəməyə sənədlərin əsli və ya qanunla müəyyən edilmiş qaydada təsdiq olunan surəti təqdim edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli akt isə kserosurətdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdeh Maarif Adıgözəlov torpaq sahəsinin alqı-satqısına görə 9000 manat pulu alıb Həqiqət Hüseynovaya vermişdir. Aktın tərtib edilməsində həm Maarif Adıgözəlov, həm də Həqiqət Hüseynova iştirak etmişlər. X12 Hüseynova arasında qohumluq əlaqəsi olub-olmamasını bilmir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixli akt tərtib edilən zaman Həqiqət Hüseynova da orada olmuşdur. Torpaq sahəsinin alqı-satqısına görə 9000 manat pulu Maarif Adıgözəlova vermişlər. Akt tərtib edilərkən Həqiqət Hüseynovanı oraya dəvət etməkdə məqsədi torpaq sahəsinin əsl mülkiyyətçisini tanımaq və ona imtina məktubu yazdırmaq olmuşdur. Torpaq sahəsinin alqı-satqısına görə 9000 manat pul verilən zaman Həqiqət Hüseynova orada iştirak etməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
18. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
31. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 26 may 2014-cü il tarixli 727 nömrəli sərəncamı ilə Gəncə şəhəri Ş.İ.Xətai prospektindən gəc zavoduna gedən yolun sol tərəfində yerləşən 400 kv.m torpaq sahəsində X8 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. İddiaçı ilə X9 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair razılıq əldə edilmişdir. Belə ki, X8 xx.xx.2022-ci il tarixli 7E-6173 reyestr nömrəli etibarnamə ilə Gəncə şəhəri Ş.İ.Xətai prospektindən gəc zavoduna gedən yolun sol tərəfində yerləşən 400 kv.m torpaq sahəsinə dair X1 hüququ vermişdir. Sonuncu da X2 nümayəndəsi kimi Gəncə şəhəri Ş.İ.Xətai prospektindən gəc zavoduna gedən yolun sol tərəfində yerləşən 400 kv/m torpaq sahəsini boş olaraq İddiaçı satmış və torpaq sahəsinin alqı-satqısı müqabilində İddiaçı 9000 manat pul almışdır. Bu barədə İddiaçı, onun atası X13, Cavabdeh və X2 iştirakı ilə 19 noyabr 2022-ci il tarixli akt tərtib olunmuşdur. Sonradan yaranmış problemlərə görə tərəflər arasındakı faktiki alqı-satqı münasibətləri pozulmuşdur. İddiaçı sözügedən torpaq sahəsini cavabdehə qaytarmış, sonuncu da torpaq sahəsinin alqı-satqısına görə iddiaçıdan aldığı 9000 manat pulun 4250 manatını qaytarmışdır. Lakin, torpaq sahəsinin alqı-satqısına görə ödənilmiş qalıq 4750 manat qaytarılmamışdır. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bu qətnamənin 31-ci bəndində qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmuş hissəsində yoxlanılır.
34. Məhkəmə kollegiyası yoxlanılan hissədə birnci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
35. Cavabdeh, X8, İddiaçı və X7 iştirakları ilə tərtib edilmiş 19 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh X2 nümayəndəsi kimi Gəncə şəhəri Ş.İ.Xətai prospektindən gəc zavoduna gedən yolun sol tərəfində yerləşən 400 kv/m torpaq sahəsini boş olaraq İddiaçı 11000 manata satmış, göstərilən məbləğ alıcı tərəfindən Cavabdeh tam ödənilmişdir.
36. Həmin aktda cavabdeh X3 adından çəkilmiş imzanın sonuncu tərəfindən icra edilibedilməməsinin aydınlaşdırılması məqsədilə apellyasiya baxışı zamnı iş üzrə xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli 4/1186-5/868 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin 13-cü vərəqində olan 19 noyabr 2022-ci ikl tarixli aktın kserosurətində “İmzalar: 1) qrafasında əks olunmuş “Adıgözələv Marif” yazısı və həmin yazının qarşısındakı imza Cavabdeh tərəfindən icra edilmişdir.
37. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, həqiqətən də cavabdeh Maarif Adıgözəlov torpaq sahəsinin alqı-satqısına görə İddiaçı 9000 manat pul almışdır. Bu hal həmçinin cavabdehin nümayəndəsinin (vəkil) hazırkı məhkəmə iclasında verdiyi izahatı ilə təsdiqini tapmışdır (bax qətnamənin 14-cü bəndi).
38. Bununla yanaşı işin faktiki halları ilə torpaq sahəsinin iddiaçı tərəfindən cavabdehə qaytarıldığı öz təsdiqini tapır ki, bu halda iddiaçı torpaq sahəsinin alqı-satqısına görə ödədiyi vəsaiti cavabdehdən tələb etməkdə də haqlıdır. Ona görə ki, yuxarıda da göstərildiyi kimi cavabdeh Maarif Adıgözəlov torpaq sahəsinin alqı-satqısına görə İddiaçı 9000 manat pul almışdır. Hazırkı vəziyyətdə torpaq sahəsi iddiaçı tərəfindən geri qaytarıldığı halda sonuncunun torpağın alqı-satqısına görə ödədiyi vəsaitin qalıq 4750 manat hissəsi cavabdeh tərəfindən geri qaytarılmamışdır və o, iddiaçının hesabına həmin məbləğdə əsassız varlanmışdır.
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəf torpaq sahəsinin alqı-satqısına görə iddiaçı tərəfindən ödənilmiş vəsaiti alıb torpaq sahəsinin sahibi X5 verildiyini, bu səbəbdən də hazırkı iddia üzrə cavabdehlik daşıyan şəxsin Həqiqət Hüseynova olduğunu bildirsə də, lakin həmin vəsaitin Həqiqət Hüseynovaya verilməsini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
40. Kollegiya göstərir ki, iddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqısına görə 9000 manat pulun cavabdehə verilməsi sübuta yetirildiyinə görə, həmin vəsaiti alıb torpaq sahəsinin sahibinə verilməsi barədə cavabdeh tərəfindən irəli sürülən dəlili sübut etmə öhdəliyi də MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
43. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
44. Lakin, cavabdeh tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və göstərilən halı sübuta yetirə bilməmişdir. 45, Məhkəmə kollegiyası həmçinin göstərir ki, işin faktiki halları ilə iddiaçıya satılmış torpaq sahəsi geri qaytarıldıqdan sonra torpağın alqı-satqına görə ödənilmiş vəsaitin 4250 manat hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması müəyyən olunur ki, bu hal da torpağın alqısatqına görə iddiaçı tərəfindən ödənilmiş vəsaitin məhz cavabdeh tərəfindən alınmasına dəlalət edir. Məhkəmə kollegiyası işin bu halını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək qeyd edir ki, cavabdeh tərəfin «torpaq sahəsinin alqı-satqısına görə iddiaçı tərəfindən ödənilmiş vəsaiti alıb torpaq sahəsinin sahibi X5 vermişdir» barədə dəlili əsassız mülahizə olmaqla qanuni və əsaslı tələbin təmin edilməməsi üçün məhkəməyə çaşqınlıq yaratmaq məqsədi daşıyır.
46. İşin yuxarıda şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Yoxlanılan hissədə iddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir. Apellyasiya şikayətində göstərilən dəlillər isə işin müəyyən edilmiş və faktiki halları ilə təkzib olunur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Bundan əlavə işdən müəyyən olunur ki, apellyasiya baxışı zamanı aparılmış xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 138 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 138 (bir yüz otuz səkkiz) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
48. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2(125)-6103/2023 saylı qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.