Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-689/2023 01.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və “Azəriqaz” X2 X4 İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Ağstafa Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(015)-886/2022 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 30.07.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, X1 məxsus Ağstafa Rayonu Qədimqala kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış Elster G-4 tipli, zavod nömrəsi ******* nömrəli qaz sayğacının plastmas borusunda deşik aşkar olunmuşdur.
2. Abonentin Saldosundan görünür ki, X1 2019-cu ilin iyul ayında akt üzrə 475.20 manat borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı мящкямядя иддиа галдырараг, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsasız hesablnamış 172,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun qazdan istifadəsinə dair abonent saldosundan görünür ki, 172,80 manat borc yaranıb. Yalnız şifahi şəkildə bildiriblər ki, sayğacla bağlı borc hesablanıb, borcla bağlı olaraq rəsmi heç bir məlumat verilməyib. xx.xx.2021-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları qaz sayğaclarının kütləvi əvəzlənməsi zamanı ona məxsus sayğacı sökmüşlər və əvəzinə yeni sayğac quraşdırmışlar. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akt tərtib olunmuşdur. Həmin aktın 5-ci bəndində sayğacın çıxarılma səbəbi “əvəzləmə” kimi qeyd olunmuşdur. Bu da təsdiq edir ki, sayğacların dəyişdirilməsi hər hansı bir xəta, şübhə ilə bağlı olmayıb. Borcla bağlı hər ay təqdim edilmiş bildiriş-xəbərdarlıqda da heç bir ayrı borc göstərilməyib, indiyə qədər də göstərilmir. 29 aprel 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt-da isə qeyd olunur ki, “sayğaca istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2022-ci il tarixdə baxış keçirildi və aşağıdakılar müəyyən edildi: “Azəriqaz” İB qaz sayğacının yoxlanılması barədə 31 mart 2022-ci il tarixli29/1710-01265-1 nömrəli aktına əsasən 10032725 nömrəli sayğaca baxış keçirilmiş, qaz keçmir, hesablama mexanizmi keçək qazın həcmini qeyd etmir. “Azəriqaz” İstehsalat Birliyi qaz sayğacının yoxlanılması barədə 31 mart 2022-ci il tarixli, 29/1710-01265-1 nömrəli aktda yazılanları olduğu kimi köçürüb. Bu da göstərir ki, 29 aprel 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt yerində tərtib edilməyib, etibarsız aktdır. Çünki sayğac əslində xx.xx.2021-ci il tarixdə dəyişdirilib. Qeyd etmək lazımdır ki, sayğaca laborator baxış keçirən təşkilat müstəqil təşkilat deyil və “Azəriqaz” İN-nin orqanıdır. Sayğaca laborator baxışkeçirilən zaman itehlakçı kimi onun iştirakı təmin edilməyib ki, bu da qanunsuzdur və gəldiyi nəticəni öncədən şübhə altına alır. Abonent saldosundan görünür ki, 2021-cilin yanvarında 525, fevralında 369, martında isə 471 kub metr qaz, 2022-ci ildə isə yeni sayğacla yanvarında 448, fevralında 327, martında 397 kub metr qaz istifadə edilib. Köhnə sayğac necə qeyd etmirdi ki, yeni sayğacdan daha artıq qaz sərfi qeydə alınıb. Bundan başqa sayğacın niyə qaz sərfini qeyd etməməsinə dair heç bir səbəb göstərilməmişdir. Sayğac istismar müddətini başa vurduğu üçün də sərfiyyatı qeydə alına bilərdi. Yuxarıda qeyd etdiyi kimi, köhnə sayğac daha çox sərfiyyat qeyd edirdi. Cavabdeh sayğaca müdaxilə olub-olmadığını izah etmir. Müdaxilə olsa belə bu müdaxilədə kimin təqsiri olduğunu izah edilməlidir. Qeyd etmişdir ki, qazdan istifadə qaydalarına əsasən sayğacın işlək vəziyyətdə saxlanmasına “Azəriqaz” İB cavabdehdir. Qazdan istifadə qaydalarının ziddinə olaraq nə əvvəlki sayğac, nə də daha sonra quraşdırılmış sayğac örtüklə ötürlməyib. Ümumiyyətlə cavabdeh belə nəticəyə gəlməsi qazdan istifadə qaydalarına və onun əsasında hazırlanmış abonent müqaviləsinə də ziddir. Ona görə də cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsasız hesablnamış 172,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ağstafa Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(015)-886/2022 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddianın təmin edilməsi, “Azəriqaz” İB-nin Şəmkir X4ı İdarəsi tərəfindən abonent kodu **********00700 olan İddiaçı yazılmış 172,80 manat borcun silinməsi, “Azəriqaz” İstehsalat Birliyindən iddia üçün ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 390.1-ci maddəsinə, Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunun 8, 11, 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2, 4.7, 4.8 ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 və 88-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(015)-886/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay isyehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2022-ci ilin aprel ayında iddiaçının abonent hesabına işlənilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları
11. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
12. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
13. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
17. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
18. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
19. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
20. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
22. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı evinə gedən qaz xəttində olan qaz sayğacı küçədə quraşdırlmışdır. Küçə ictimai yer hesab olunduğundan, qaz sayğacı ilə bağlı akt tərtib olunarkən, İddiaçı tərəfindən müdaxilənin və borcunun olması araşdırılmalı və sübuta yetirilməli olduğu halda iş materiallarında onun borcu olmasına dair heç bir sübut yoxdur. Bundan başqa, küçədə quraşdırılan qaz sayğacına İddiaçı məsuliyyət daşımalı olmasını təsdiq edən hal da müəyyən edilməmişdir.
27. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2022-ci ilin aprel ayında iddiaçının abonent hesabına işlənilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən sayğac sərfiyyatının düzgün qeyd etməməsinə səbəb olan qanunsuz müdaxilə edilməsi öz təsdiqini tapmamışdır.
28. Odur ki, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassız olmaqla təsdiqini tapmamışdır.
29. Hazırki iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağstafa Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(015)-886/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .