Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-693/2024 22.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1910/2018 qərardadından borclu Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(013)-1910/2018 saylı məhkəmə əmri ilə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada məhkəmə əmri icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 5640 ABŞ dolları əsas, 1009 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə – cəmi 6669 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumu əvəzində 20 manat alınaraq İddiaçı ASCnin xeyrinə tutulması əmr edilmişdir. Borclulardan Cavabdeh2 qeyd olunan əmrə qarşı etiraz vermişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1910/2018 saylı qərardadı ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(013)-1910/2018 saylı əmrindən borclu Cavabdeh2 tərəfindən verilmiş etiraz ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Borclu Cavabdeh2 həmin qərardaddan şikayət verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1910/2018 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun yaşadığı ünvana məhkəmə əmri göndərilməmişdir. O, yalnız xx.xx.2023-cü il tarixdə qəbzə imza etməklə məhkəmə əmrini əldə etmiş və həmin gün də əmrə etiraz etmişdir. O, ünvan 1 ünvanında rəsmi qeydiyyatda olsa da, məcburi köçkün kimi Bərdə rayonu, Qaradəmirçi kəndində məskunlaşmış və həmin ünvanda yaşayır. Lakin məhkəmə əmrində onun yaşadığı yer kimi ünvan 3 ünvanı göstərilmişdir. Göründüyü kimi, məhkəmə əmri onun yaşadığı ünvana göndərilməmişdir, ona görə də qanunvericlikdə nəzərdə tutulmuş müddət onun tərəfindən ötürülməmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1910/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)- 1910/2018 saylı qərardadı tam, onunla bağlı Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1910/2018 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(013)- 1910/2018 saylı əmrindən borclu Cavabdeh2 tərəfindən verilmiş etiraz ərizəsinə yenidən baxılması üçün mülki iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(013)-1910/2018 saylı məhkəmə əmrinin surəti həmin tarixdə Cavabdeh2 göndərilmişdir. Məhkəmə əmrinə 10 gün ərzində etiraz verilmədiyindən surəti icra edilməsi üçün xx.xx.2018-ci ildə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və həmin şöbənin icra məmuru X1 xx.xx.2018-ci ildə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Bundan sonra icra məmuru tərəfindən qanuna müvafiq olaraq hərəkətlər edilmiş, həmçinin çağırışa gəlmiş borclu Cavabdeh1 izahatı alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən, borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. İş materialları ilə müəyyən edilir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(013)-1910/2018 saylı məhkəmə əmri ilə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada məhkəmə əmri icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 5640 ABŞ dolları əsas, 1009 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə – cəmi 6669 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumu əvəzində 20 manat alınaraq İddiaçı ASCnin xeyrinə tutulması əmr edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, borclunun hazırkı etirazı Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(013)-1910/2018 saylı əmri ilə bağlıdır. İş materiallarından göründüyü kimi, əmrin surəti icra edilməsi üçün xx.xx.2018-ci ildə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və həmin şöbənin icra məmuru X1 xx.xx.2018-ci ildə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi borclu Cavabdeh2 şikayətində qeyd etdiyi dəlilləri araşdırmamış və Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(013)- 1910/2018 saylı məhkəmə əmrini nə vaxt rəsmi qaydada almasını müəyyən etməmişdir.Bununla bağlı, həm də, müvafiq icra işini tələb edib onun tərəfindən məhkəmə əmrinin hər hansı məbləğdə icra olunub-olunmaması və ya ona münasibətdə hansı icra hərəkətlərinin edilməsini aydınlaşdırıb, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0. və 398.0.2.-ci maddələrinə görə, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1910/2018 saylı qərardadı tam, onunla bağlı Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1910/2018 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(013)-1910/2018 saylı əmrindən borclu Cavabdeh2 tərəfindən verilmiş etiraz ərizəsi və ona əlavə edilmiş sənədlərə yenidən baxılması üçün mülki iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi etiraza baxarkən qeyd edilən nöqsanları aradan qaldırmalı və qanuni qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 282, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1910/2018 saylı qərardadı tam, onunla bağlı Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)- 1910/2018 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Borclu Cavabdeh2 Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(013)- 1910/2018 saylı əmrindən vermiş olduğu etiraza yenidən baxılması üçün mülki iş Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-693/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-693/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver