Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-694/2025 11.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-5417/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Cavabdeh1 izahatında bildirmişdir ki, Aygün və Atəşdən evin satılması üçün aldığı 27.500 manat məbləğində pul vəsaitinin 25.000 manat məbləğində hissəsini onlara geri ödəyəcəkdir, lakin 2.500 manat məbləğində olan hissə beh ödənişi olduğu üçün sonuncu məbləği geri qaytarmayacaqdır.
2. Cavabdeh1 Gəncə ŞBPİ-nin 2-ci Polis şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, izahatın verilməsindən təxminən 3 ay əvvəl özünə məxsus mənzili Atəş adlı şəxsə 34.000 manat məbləğində pul vəsaitinə satmış və ümumilikdə 27.000 manat məbləğində pul vəsaitini almışdır. Lakin rəsmi qaydada alğısatqı müqaviləsi bağlanmamışdır. Yerdə qalan pulu Atəşdən istəyən zaman Atəş pulu verməmiş, evin açarını dəyişərək onu evə buraxmamışdır. Bu səbəbdən də məcbur olub polis orqanına müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 34.500 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 193 manat 50 qəpik və müvəqqəti təminat tədbirinə dair ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 19 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 27.500 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, özünə yeni mənzil almaq məqsədi ilə Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən fərdi yaşayış evini satdıqdan sonra oğlu Atəş ilə birlikdə yeni ev tapmaqda kömək etməsi üçün ev alqı-satqısı ilə məşğul olan Ceyhun adlı şəxslə tanış olmuşdur. Ceyhun adlı şəxs onlara büdcələrinə uyğun olaraq Cavabdeh1 məxsus olan 34.000 manat məbləğində olan Gəncə şəhəri, Təcrübə zavodu qəsəbəsində yerləşən binanın 3-cü mərtəbəsində olan 29 nömrəli mənzili almağını məsləhət görmüşdür. O, oğlu Atəşlə birlikdə Cavabdeh1 məxsus sözügedən mənzilə baxmağa getmiş, həmin mənzili almaq qərarına gəlmiş və mənzilin 31.500 manat məbləğində qiymətləndirilməsi ilə bağlı Cavabdeh1 ilə razılaşmışdır. Bununla bağlı 2024-cü ilin fevral ayında oğlu Atəş Cavabdeh1 2.500 manat məbləğində beh olaraq pul vermişdir. Lakin cavabdeh ona bildirmişdir ki, evin sənədlərində problem olduğu üçün notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması 1 ay müddətinə gecikəcəkdir. Daha sonra Cavabdeh1 ona xəstə olduğunu, müalicə üçün Bakı şəhərinə getməli olduğundan pula ehtiyacı yarandığını, qeyd olunan səbəbdən də, mənzilin ödənişindən 25.000 manat hissəsini verməsini bildirmişdir. Bundan başqa, Cavabdeh1 ona etibar etməsi üçün həmin mənzilin açarlarını da, təhvil vermişdir. Cavabdeh1 Bakı şəhərindən qayıdanadək həmin mənzildə təmir işləri apara biləcəklərini və daha sonra da alğı-satqı müqaviləsini rəsmiləşdirəcəklərini bildirmişdir. O isə bu vədə inanaraq həmin mənzildə 7.000 manat məbləğində təmir işləri aparmışdır. Daha sonra Cavabdeh1 evin öz adına rəsmiləşdirilməsinə dair notariat orqanına müraciət etməyi tələb etsə də, Cavabdeh1 bundan imtina etmişdir. Cavabdeh1 hquq mühafizə orqanlarına müraciət edərək onun mənzilində qanunsuz yaşadıqlarını və oğlu Atəşin sözügedən mənzildə qanunsuz olaraq narkotik vasitələrindən istifadə etdiyini bildirərək evi satmaqdan imtina etmişdir. Cavabdeh1 verdiyi pulları və mənzilə çəkdiyi xərcləri geri qaytarmasını tələb etsə də, hazırki tarixədək heç bir nəticə əldə etməmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5417/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 ödənilmiş avansın əvəzi qismində 27.500 (iyirmi yeddi min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 172 (bir yüz yetmiş iki) manat 50 (əlli) qəpik, cəmi 27.672 (iyirmi yeddi min altı yüz yetmiş iki) manat 50 (əlli) qəpik məbləğində pul vəsaitinin alınıb, İddiaçı verilməsi, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasındakı mübahisə üzrə edilmiş şikayət əsasında Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin icraatında olmuş araşdırma materialı əsasında xx.xx.2024-cü il tarixdə «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Göründüyü kimi, tərəflər arasındakı mübahisə cinayət təqibi qaydasında araşdırılmış və onlar arasındakı qarşılıqlı etimada əsaslanan inam zədələnmişdir. Belə olan Cavabdeh1 izahatında göstərdiyi kimi 2024-cü ilin avqust ayının sonu sentyabr ayının əvvəllərində hər hansı sübut (yazılı qəbz, auido-video qeyd, şahid müşahidəsi və s.) olmadan 25.000 manat məbləğində pul vəsaitini İddiaçı qaytarması inandırıcı deyildir.
7. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 324.1, 389.1, 442 və 491-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5417/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, oğlu Cavabdeh2 vasitəsi ilə tanış olduğu makler onu İddiaçı və İddiaçı oğlu X4 ilə tanış etmişdir. Onlar sözügedən mənzilin 34.000 manat dəyərində satılması ilə bağlı razılığa gəlmişlər. İddiaçı oğlu Atəş vasitəsi ilə əvvəlcə ona 2.500 manat məbləğində beh vermiş, daha sonra isə 25.000 manat məbləğində pulu hissə-hissə ödəmişdir. A.Ə.Mirzəyeva razılaşdırılmış alğı-satqı məbləğinin ödənilməmiş 6.500 manat hissəsini isə ödəməkdən imtina etmişdir. Buna görə də, evi satmaqdan imtina etmişdir. Beləliklədə, evin alqısatqısı ilə bağlı öhdəliyi o, yox iddiaçı tərəf pozmuşdur. Buna görə də, ödənilmiş behin ondan tutulub iddiaçıya verilməsi təmin olunmamalı idi. Məhkəmə bu prosessual maddənin də, tələblərini pozmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 34.500 manat pul tələb etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Agün Mirzəliyeva iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ondan 34.500, yox 27.500 manat pul tələb etmişdir. Bununlada iddiaçı ona böhtan ataraq vermədiyi əlavə 7000 manat pulu almaq istəmişdir. Bu da onu göstərir ki, iddiaçıya 25.000 manat pulu qaytardığı halda ona böhtan ataraq almadığını bildirmişdir. Evin satılmasında müştəri tapmaq üçün ona köməklik edən Ceyhun və Tural adlı maklerlərin şahid kimi məhkəmə prosesinə dəvət olunnması ilə bağlı şifahi vəsatət versə də, hakim heç bir münasibət bildirməyərək, sübutlarını məhkəməyə təqdim etmək üçün şərait yaratmamışdır. Məhkəmə işə baxarkən İddiaçı tələblə bağlı ona qarşı iddia vermək üçün subyektiv hüququnun olub-olmamasını da aydınlaşdırmamışdır. Belə ki, məhkəmə iclasında araşdırmalardan görünür ki, məhkəmənin hakimi işi bir tərəfli apararaq sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə araşdırması zamanı yuxarıda göstərilən halları tam müəyyənləşdirilmədən iddianın qismən təmin etməkdə haqlı olmamışdır.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məkhəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı ilə alqı-satqı etmişik, 27.500 manat pul almışam. Lakin onun 2500 manatı beh olmuşdur. Yazılı beh müqaviləsi bağlamamışıq. Ona alqı-satqıya getməyi təklif etmişlər, o, isə evin qalan pulunu istəmişdir. İddiaçının oğlu ona Rusiya Federasiyasına gedəcəyini hər ay onun kartına pul göndərəcəyini bildirmişdir. O, evi başqa adama satmış və iddiaçının oğluna pulu qaytarmışdır. Birinci instansiya məhkəməsində şahidlər dindirilmişdir. Bir neçə gün sonra qaytarmışdır. İddiaçı polisə şikayət edəndən sonra evi başqa adama satıb pulunu bir neçə gün sonra iddiaçının oğluna vermişlər.
12. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onlar pulu qaytarmışlar. O, pul qaytarılan zaman evdə olmamışdır. Pulu qaytarmaqla bağlı səs yazıları yoxdur.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 2(125)-5417/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məkhəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, hazırda kirayədə yaşayır. Pulunu qaytarsınlar o, da gedib ev alsın.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır
15. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir
16. Maddə 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X1 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur.
17. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
18. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
19. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
21. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apellyasiya şikayətində qətnamə ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı mübahisələndirilən tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5417/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında evin alqı-satqısına dair razılıq əldə edilmişdir, Cavabdeh1 alğı-satqı müqaviləsi üzrə 34.000 manat məbləğində pul vəsaitinin 27.500 manat məbləğində hissəsini almasını etiraf etmişdir. Bununla da, İddiaçı həmin pul vəsaitini Cavabdeh1 verməsini sübut etmək vəzifəsindən azad olunmuş, Cavabdeh1 isə 27.500 manat məbləğində pul vəsaitini İddiaçı qaytarmasını sübut etmə vəzifəsi yaranmışdır. Lakin İddiaçı həmin halı, yəni 27.500 manat məbləğində pul vəsaitini İddiaçı qaytarmasını bildirmiş, lakin bu halı təsdiq edən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, beh, müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Qanunvericiliyə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Tərəflər arasında belə bir müqavilə olmamışdır. Tərəflər arasında evin alqı-satqısına dair razılıq əldə edilməsi və beh olaraq iddiaçı cavabdehə 2500 manat pul verməsi iş materialları ilə təsdiqini tapmışdır. Lakin tərəflər evin alqı-satqısına dair məcəllədə nəzərdə tutulmuş qaydaya riayət etməmişlər. Həmçninin 27.500 manat məbləğində pulun Cavabdeh1 verilməsi iş materialları təsdiqini tapmışdır. Lakin tərəflər evin alqı-satqısı ilə müqavilənin notarial qaydada bağlanmasına dair formasına riayət etməmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il Qərarında qeyd edilir ki, beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, iş materialları, tədqiq edilmiş sübutlar və tərəflərin izahatı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı hesabına əsassız varlanmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin şahid ifadələri ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh yalnız şahid X3 ifadəsini təqdim etməklə kifayətlənmişdir. X5 isə ifadəsində evdə olarkən Cavabdeh1 əlində sellofan paketlə otaqdan çıxaraq, qapını açmışdır. O, kimin gəldiyini və həmin şəxsə Cavabdeh1 nə verdiyini görməmişdir. Lakin Cavabdeh1 geri qayıtdıqdan sonra halı pisləşmiş və əsas pulu alsalar da, baş tutmamış alğı-satqı ilə əlaqədar behə görə əlavə vəsait istədiklərini bildirmişdir. Göründüyü kimi, şahidin özününü də, ifadəsi gördüklərinə deyil, Cavabdeh1 dediklərinə əsaslanır.
40. Məhkəmə həmçinin apellyasiya şikayətinin İddiaçı tələblə bağlı iddia vermək üçün subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmamasına dair dəlili bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi işin həqiqi halları, yəni İddiaçı 2024-cü ilin yanvar ayında Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən fərdi yaşayış evini satdıqdan sonra başqa mənzil almaq istəyi müqavilənin tərəfinin İddiaçı olmasına dəlalət etməsi nəticəsinə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsində dindirilimiş Cavabdeh2 izahatında göstərmişdir ki, Cavabdeh1 onun anasıdır. Anası xəstə olduğu üçün sonuncuya məxsus olan mənzili satmaq məqsədi ilə maklerlə əlaqə saxlamış, maklerin vasitəsi ilə evi İddiaçı satmaqla bağlı razılığa gəlmişdir. Göründüyü kimi evin İddiaçı satılması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
41. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın qismən təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-5417/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5417/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.