Məhkəmə qərarları › İş №2(104)-695/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-695/2023

28.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-695/2023 28.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh4 və Cavabdeh5 qarşı evdən çıxarılma və istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2905/2021 saylı iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh1 əşyaları ilə birlikdə ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı evdən çıxarılmalarını, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh2 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)-2905/2021 saylı iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia tələbi təmin olunmuş, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, çıxarılmalarını, cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh1 əşyalraı ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnaməninin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 may 2022-ci il tarixli 2(104)- 1364/22 nömrəli iş üzrə qətnaməsi ilə (hakimlər – Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2(102)-5335/2022 saylı qərarı ilə cavabdehlər Cavabdeh1 verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1364/2022 nömrəli mülki iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsinin Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı evdə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaları ilə birlikdə həmin evdən çıxarılması hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, Cavabdeh2 Rza qızı və Cavabdeh3 kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2905/2021 saylı iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar məhkəmə iclası 28 fevral 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı Cavabdeh1 ilə birlikdə barışıq sazişi təqdim edərək qarşılıqlı razılaşma əldə etdiklərini bildirmiş sazişin təsdiq edilməsini məhkəmədən xahiş etmişdirlər. Barışıq sazişində iddiaçı sazişin bağlanması ilə əlaqədar Cavabdeh1 aid hissədə iddiadan imtina etdiyini qeyd etmiş, həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh1 eyni zamanda ərizə ilə təqdim edərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki işin icraatına Cavabdeh1 aid hissədə xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflər mübahisənin barışıq yolu ilə həll olunması barədə razılığa gəldiklərini, bu barədə aralarında şərtləri dəqiqləşdirməklə barışıq sazişi bağladıqlarını bildirmiş və məhkəmə kollegiyasından həmin sazişi təsdiq etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərin məhkəmə işini barışıq sazişi bağlamaqla qurtarmaq hüququ, bunun prosessual qaydaları və hüquqi nəticələri qanunvericiliklə tənzimlənmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin apellyasiya icraatı mərhələsində barışıq sazişi ilə bağlı prosessual məsələləri tənzimləyən 370-ci maddəsində deyilir ki, apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Tərəflərin təqdim etdiyi və imzaladıqları barışıq sazişində göstərilir ki: İddiaçı onun mülkiyyətində olan Gəncə şəhəri, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı fərdi yaşayış evinə istifadə və digər hüquqlarının itirilməsi məqsədilə Cavabdeh1 8000 (səkkiz min) manat məbləğində kompensasiya ödəmişdir və cavabdeh həmin məbləği qəbul etmişdir; İddiaçı Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı fərdi yaşayış evində 15 iyun 2023-cü il tarixədək yaşamasına icazə verir; Cavabdeh1 8000 (səkkiz min) manat məbləğində kompensasiya almaqla ata-baba evləri olan Gəncə şəhəri, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı fərdi yaşayış evinə olan istifadə və digər hüquqlarından imtina edir və 15 iyun 2023-cü il tarixədək həmin evdən çıxmağı öz üzərinə öhdəlik götürür; İddiaçı barışıq sazişinin bağlanması ilə əlaqədar Cavabdeh1 aid hissədə iddiasından imtina edir və iş üzrə icraata həmin hissədə xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında tərəflərə barışıq sazişinin hüquqi nəticələri müfəssəl izah olunaraq bildirilmişdir ki, barışıq sazişi məhkəmə kollegiyası tərəfindən təsdiq edilərsə qətnamə Cavabdeh1 aid hissədə ləğv olunaraq iş üzrə icraata həmin hissədə xitam veriləcək və barışıq sazişi ilə nəzərdə tutulmuş şərtlər onlar üçün məcburi olacaqdır. Həmçinin tərəflərin eyni əsaslarla və eyni predmet barədə yenidən məhkəməyə müraciəti yolverilməz hesab ediləcəkdir. Tərəflər barışıq sazişini heç bir kənar təsir olmadan bağladıqlarını, həmin şərtlərin onların mənafelərinə və istəyinə uyğun olduğunu bildirmiş və barışıq sazişini təsdiq etməklə işin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinin tələbinə görə məhkəmə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Eyni zamanda həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası barışıq sazişinin şərtlərini təhlil edərək bu qənaətə gəlmişdir ki, iddiaçı ilə Cavabdeh1 aralarındakı barışıq sazişinin şərtləri qanuna zidd deyildir, onların iradə ifadəsinə əsaslanır və hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Ona görə də məhkəmə kollegiyası barışıq sazişini təsdiq edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263-264, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh1 əşyaları ilə birlikdə ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı evdən çıxarılmalarını, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh2 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı ilə Cavabdeh1 arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: İddiaçı Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı fərdi yaşayış evində 15 iyun 2023-cü il tarixədək yaşamasına icazə verməsini öhdəsinə götürür. Cavabdeh1 8000 (səkkiz min) manat məbləğində kompensasiya almaqla ata-baba evləri olan Gəncə şəhəri, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı fərdi yaşayış evinə olan istifadə və digər hüquqlarından imtina edir və 15 iyun 2023-cü il tarixədək həmin evdən çıxmağı öz üzərinə öhdəlik götürür. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2905/2021 saylı iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar