Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-697/2023 20.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar söz: (Borcun qaytarılması sübutetmə) Giriş hissə: Sədrlik edən və məruzəçi hakim Süleymanov Loğman Srac oğlu, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-393/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 20 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İşin halları: 1.xx.xx.2020-ci il tarixdə İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X5 tərəfindən tərtib olunmuş akta əsasən, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 46000 (qırx altı min) ABŞ dolları (həmin günə məzənnə ilə 78000 (yetmiş səkkiz min manat) alver məqsədi ilə pul verilmiş, pulun bir hissəsini, yəni 26000 (iyirmi altı min) ABŞ dolları (44200 – qırx dörd min iki yüz manat) ayda 3000 (üç min) manat olmaqla, ödənişi hər ayın 25-nə kimi Cavabdeh2 və Cavabdeh1 ödəməyə razılıq vermişdir. Pulun qalan hissəsini, yəni 20000 (iyirmi min) ABŞ dolları (34000-otuz dörd min manat) Cavabdeh1 hissə-hissə ödəməyə razılıq vermiş və akt iştirakçılar tərəfindən imzalanmışdır 2.Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2109/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.A.Hünmətov) iddiaçı X3 cavabdeh X1 qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46000 ABŞ dolları əsas, əsas borca yarım illik 5 faiz olmaqla hesablanmış 2300 ABŞ dolları, cəmi 48300 ABŞ dolları və ya ödənildiyi günə Azərbaycan manatına məzənnəsi ilə, eləcə də hər ay üçün nəzərdə tutulan 3000 manat gəlir hesablanmaqla 21000 manat zərər və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 mart 2020-ci il tarixdə Gəncə şəhərində yaşayan Cavabdeh1 və onun şəriki Cavabdeh2 alver etmək məqsədilə X4 iştirakı ilə 46000 ABŞ dolları, yəni 78000 manat vermişdir. Cavabdehlər guya “Sədərək Ticarət Mərkəzindən” velosiped, kolyaska, plitka və digər mallar gətirib qazanc əldə edəcəklər, ona isə hər ay 3000 (üç min) manat qazanc verəcəklər. Belə ki, guya Cavabdeh2 “Sədərək Ticarət Mərkəzində” yaxşı əlaqələri var və hər ay ona 7000 (yeddi min) manat qazanc verəcəklər. Lakin pulu verəndən sonra məlum olmuşdur ki, Cavabdeh2 və Cavabdeh1la birgə qabaqcadan əlbir olaraq insanlardan külli miqdarda pul yığıb onları aldadaraq qaçıb gizlənmişlər. Cavabdehlərdən pulu tələb etdikdə, sonuncular gah gizlənmiş, gah da ziyan etdiklərini və mallarının batdığını bəhanə gətirmişlər. Cavabdehlər ona cəmi 1000 (aprel ayında 500 manat, may ayında 500 manat) pul ödəmişlər. 5.Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, o, iddiaçıdan iki il əvvəl 19000 (on doqquz min) ABŞ dolları borc pul götürmüşdür. O, həmin pulun faizini hər ay iddiaçıya ödəmişdir. Sonradan o, ziyana düşdüyündən, iddiaçıya olan borcundan nə faizini, nə də əsas hissəsini ödəyə bilməmiş və nəticədə iddiaçıya olan borcun məbləği artmışdır. Hazırda o, işləmir, maddi vəziyyəti yaxşı deyildir və ona məhkəmə tərəfindən müəyyən vaxt verilərsə o, iddiaçıya olan borcunu hissə-hissə ödəyə bilər. 6.Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. 7.Məhkəmə iclasından şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə uşaqlıqdan dostdurlar. Rufat bir gün əsəbi halda ona bildirdi ki, Vüsal və Xəqani adlı şəxslərə pul 46000 (qırx altı min) ABŞ dolları vermişdir. Günorta vaxtı Yeni Gəncədə çay evində görüşəcəklər. Həmin görüşdə Rufatın, Vüsalın, Xəqaninin və onun da iştirakı ilə akt tərtib olunan zaman 44000 manat Xəqaninin, 34000 manat isə Vüsalın Rufata borcu olmasını etiraf etmişlər. Bu barədə akt tərtib olunmuş və o, da həmin akta imza etmişdir. Bundan o, Vüsalı və Xəqanini görməmişdir. 8.xx.xx.2020-ci il tarixdə İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X5 tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 46000 (qırx altı min) ABŞ dolları (həmin günə məzənnə ilə 78000 (yetmiş səkkiz min manat) alver məqsədi ilə pul verilmiş, pulun bir hissəsini, yəni 26000 (iyirmi altı min) ABŞ dolları (44200 – qırx dörd min iki yüz manat) ayda 3000 (üç min) manat verməklə razılaşmışlar. Ödənişi hər ayın 25-nə kimi Cavabdeh2 və Cavabdeh1 ödəməyə razılıq vermişdir. Pulun qalan hissəsini, yəni 20000 (iyirmi min) ABŞ dolları (34000-otuz dörd min manat) Cavabdeh1 hissə-hissə ödəməyə razılıq vermiş və akt iştirakçılar tərəfindən imzalanmışdır. 9.Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 02 fevral 2021-ci il tarixli 2(044)-393/2021 nömrəli (hakim G.Şirinov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X1 verilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. 10.Birinci instansiya məhkəməsi tərəflərin izahatlarına, şahid ifadəsinə, cavabdehlər tərəfindən imzalanmış akta və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 385-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədikləri bütün hallar üçün iddiaçı qarşısında məsuliyyət daşıyırlar, cavabdehlərdən 46000 (qırx altı min) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X2 ödənilməlidir. 11.Bundan əlavə məhkəmə iddia tələbinin əsas borcdan hesablanmaqla yarım illik 5 (beş) faiz olmaqla 2300 (iki min üç yüz) ABŞ dolları faizin, hər ay üçün nəzərdə tutulan 3000 (üç min manat) gəlir hesablanmaqla 21000 (iyirmi bir min) manat zərərin ona ödənilməsi hissələrinə qiymət verərək hesab etmişdir ki, iddiaçı həmin hissələrə dair məhkəməyə kifayət qədər sübutlar təqdim etmədiyindən iddia tələbinin həmin hissələrdə təmin olunması istisna olunur. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayətinin dəlilləri 12.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini xahiş etmişdir. 13.Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. İddiaçı ona faiz ödəmək şərti ilə 9000 ABŞ dolları vermiş, lakin hər 15 gündən bir 2000 ABŞ dolları ödənilməsini tələb etmiş və ona hədə qorxu gəlmişdir. 12 mart 2020-ci il tarixdə iddiaçı ona aktda imza etdirmiş və öz xətti ilə ***-**** manat ödəniş olunacağına dair qeyd yazmışdır. Şəriki Cavabdeh2 bir neçə dəfə 500 manat, eləcə də onun vasitəsilə 17000 manatadək iddiaçıya ödəniş etmişdir. Həmçinin iddiaçıya Türkiyə Respublikasında olan zaman 1000-1500 manat bank vasitəsi ilə göndərmişdir. 14.Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərini pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Cavabdeh1 İddiaçı 44000 manat sələmə pul aldığını və sonuncuya hər 15 gündən bir 2000 ABŞ dolları faiz verdiyini bildirmiş, həmçinin həmin pulla şərikli alver etməyi təklif etmişdir. Sonradan qazanc əldə edə bilməmişlər və iddiaçı hər ay 7000 manat ödəniş tələb etmişdir. İddiaçı Cavabdeh1 hədə qorxu gəlmiş və onu xilas etmək üçün 12 mart 2021-ci il tarixdə aktda imza etmişlər. Akt iddiaçı tərəfindən tərtib olunmuş və notarial qaydada təsdiq olunmamış, eləcədə orada qeyd olunan 44000 manat ona heç bir zaman verilməmişdir. Hər dəfə 500 manat olmaqla iki dəfə, eləcə də 17000 manat iddiaçıya ödəniş etmişlər. 15.Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-237/2022 nömrəli iş üzrə 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Ş.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Mehtiyevdən və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli 2(044)-393/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X1 verilməsi hissədə ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, Cavabdeh2 25411,76 ABŞ dolları, Cavabdeh1 20000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi ilə alınaraq İddiaçı verilməsi, iddia tələbinin 588,24 ABŞ dolları hissədə təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh2, 10 manatı Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. 16.Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən sübut edilməli olan hallar - pul məbləğinin verilməsi, onun cavabdehdə olması və geri qaytarılmamasıdır. İddiaçı tələbini əsaslandırmaq üçün cavabdeh tərəfindən imzalanmış qəbzə istinad etmişdir. Cavabdehlər həmin yazılı aktda borcunu etiraf etmişdir. 17.Cavabdehlər tərtib olunmuş akta hədə-qorxu nəticəsində imza etdiklərini qeyd etsələr də, məhkəmə cavabdehlərin bu dəlilini inandırıcı hesab etməmişdir, eləcədə onların bu dəlili iş materialları ilə sübut olunmamışdır. Belə ki, cavabdehlər iddiaçının onlara hədə və zor tətbiq etməsi nəticəsində aktı imzaladıqlarını qeyd etsələr də, lakin iddiaçının qanunsuz hərəkətləri barədə cavabdehlər hüquq-mühafizə orqanlarına şikayət etməmişlər. Əksinə işdən müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlərin barəsində polisə şikayət etmişdir. 18.Digər tərəfdən cavabdehlərdən Cavabdeh2 12 mart 2020-ci il tarixli aktın etibarsız hesab edilməsinə dair iddia qaldırmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(044)-2109/2021 nömrəli qətnaməsi ilə sonuncunun iddiası rədd olunmuşdur. 19.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat 20.Cavabdeh2 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-237/2022 nömrəli iş üzrə 24 yanvar 2022-ci qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 386.1, 389.1, 740.2, 337.1, 337.4 və 339.4-cü maddələri pozulmuşdur. 22.Belə ki, tərəflər arasında tərtib edilmiş 12 mart 2020-ci il tarixli akt yazılı borc müqaviləsi hesab edilə bilməz, yalnız tərəflər arasında bağlanmış şifahi borc müqaviləsinə əlavə kimi qəbul edilə bilər. Bu səbəbdən həmin əqd etibarsız hesab edilərək, heç bir hüquqi nəticələrə səbəb olmur. Həmçinin apellyasiya instansiya məhkəməsi aktı imzalamağa məcbur olduqlarını, həmin aktın məcburetmə, hədələmə nəticəsində bağlanmasını nəzərə almamıış, bu istiqamətdə həqiqətin müəyyən edilməsi üçün araşdırma aparmamışdır. Nəticədə məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi səbəbindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. 23.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5451/2022 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim Əhməd Nurməmmədov, hakimlər Abiddin Hüseynov və Zaur Əliyevdən ibarət tərkibdə) Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-237/2022 nömrəli iş üzrə 24 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Tərəflərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə: Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 226.1. Məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir. 226.2. Məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 420.Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri 28.MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 29.MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 30.Cavabdehlər apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, cavabdehlər qətnamənin iddia tələbinin qismən təmin edilmiş hissəsini mübahisələndirmiş və həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. İddianın təmin edilməmiş hissəsi isə mübahisələndirilməmişdir.
31. Cavabdehlərin apellyasiya şikayətləri qətnamənin iddianın təmin edilmiş hissəsinin ləğv edilməsinə yönəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-393/2021 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X1 verilməsi hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 25411,76 ABŞ dolları, Cavabdeh1 20000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi ilə alınaraq İddiaçı verilməli, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilməli, iddia tələbi 588,24 ABŞ dolları hissəsində təmin edilməməlidir. 33.İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı 46000 ABŞ dolları əsas borc, əsas borca yarım illik 5 faiz olmaqla hesablanmış 2300 ABŞ dolları, cəmi 48300 ABŞ dolları və ya ödənildiyi günə Azərbaycan manatına məzənnəsi ilə, eləcə də hər ay üçün nəzərdə tutulan 3000 manat gəlir hesablanmaqla 21000 manat zərəri cavabdehlərdən müştərək qaydada alınmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək 46000 ABŞ dollarını ödəniş vaxtına manatın məzənnəsi üzrə cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməsini qət etmişdir. 34.İşə baxan birinci instansiya məhkəməsi isə, göstərilən halı diqqətdən qaçırmış, maddi və prosessul hüquq normalarının tətbiqində səhvə yol verərək, bütövlükdə tələb üzrə cavabdehlərin məsuliyyətlərinin müştərək olması qənaitinə gəlmiş, cavabdehlərin hər birinin məsuliyyət həddini dəqiqləşdirməmişdir. 35.Məhkəmə kollegiyasında müəyyən olundu ki, tərəflərin xx.xx.2020-ci il tarixdə tərtib etdikləri akt ilə, iddiaçı tərəfindən cavabdehlərə 46000 ABŞ dolları əsas borc verilmiş, pulun bir hissəsini, yəni 26000 ABŞ dollarını ayda 3000 (üç min) manat olmaqla hər ayın 25-nə kimi hər iki Cavabdeh2 və Cavabdeh1 ödəməyi öhdəsinə götürmüş, qalan hissəsini, yəni 20000 (iyirmi min) ABŞ dollarının (34000 otuz dörd min manat) iddiaçıya hissə-hissə ödənilməsini isə Cavabdeh1 ayrıca öhdəlik götürmüşdür. Cavabdehlərdən Cavabdeh2 yalnız 588,24 ABŞ dolları ödəniş etmiş, qalan məbləğ isə ödənilməmiş qalmışdır. 36.Apellyasiya şikayətlərində cavabdehlər tərtib olunmuş akta hədə qorxu nəticəsində imza etdiklərini qeyd etsələr də, kollegiya cavabdehlərin bu dəlilini inandırıcı hesab etmir, eləcə də onların bu dəlili iş materialları ilə sübut olunmur. Belə ki, cavabdehlər iddiaçının onlara hədə və zor tətbiq etməsi nəticəsində aktı imzaladıqlarını qeyd etsələr də, lakin iddiaçının qanunsuz hərəkətləri barədə cavabdehlər hüquqmühafizə orqanlarına şikayət etməmişlər. Əksinə işdən müəyyən olunur ki, iddiçı İddiaçı cavabdehlərin barəsində polisə şikayət etmişdir. Digər tərəfdən cavabdehlərdən Cavabdeh2 12 mart 2020-ci il tarixli aktın etibarsız hesab edilməsinə dair iddia qaldırsa da, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(044)- 2109/2021 nömrəli qətnaməsi ilə sonuncunun iddiası təmin olunmamışdır. Apellyasiya şikayətlərinin iddiaçıya 17000 manat ödəniş olunması dəlilini də kollegiya əsassız hesab edir. Cavabdehlər iddiaçıya 17000 manat qaytarıldığını bildirsələr də, lakin bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. 37.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-393/2021 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X1 verilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 25411,76 ABŞ dolları, Cavabdeh1 20000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi ilə alınaraq İddiaçı verilməli, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilməli, iddia tələbi 588,24 ABŞ dolları hissəsində təmin edilməməlidir. 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-393/2021 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X1 verilməsi hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 25411,76 ABŞ dolları, Cavabdeh1 20000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi ilə alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia tələbi 588,24 ABŞ dolları hissəsində təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.