Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-70/2023 26.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-41/2021 nömrəli qətnaməsindən İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəməyə iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Cəmiyyət arasında bağlanmış 17 may 2017-ci il tarixli 001-AS/17 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehin İddiaçı ASC-yə olan 22465,90 manat əsas, 2329.07 manat faiz, 3398.59 manat cərimə, cəmi 28193.56 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh bankın xeyrinə tutulması, həmin borcun bankla X5 arasında bağlanmış 18 may 2017-ci il tarixli 001-AS/17-01 saylı ipoteka müqaviləsinə əsasən X4 məxsus, Abşeron rayonu Novxanı kəndi, Bağlar massivində istifadəsində olan 0,0132 ha torpaq sahəsində yerləşən 314,0 kv.m ümumi sahədən ibarət bağ evinə 0,0132 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakn satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-41/2021 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia qismən təmin edilmiş, Cavabdeh 22465.90 manat əsas, 1820.51 manat faiz, 150 manat cərimə, cəmi 24436.41 manat məbləğində kredit borcu ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 30 (otuz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, həmin məbləğin ipotekaya qoyulmuş, X4 məxsus Abşeron rayonu Novxanı kəndi, Bağlar massivində istifadəsində olan 0,0132 ha torpaq sahəsində yerləşən 314,0 kv.m ümumi sahədən ibarət bağ evinə (0,0132 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin dəyərinin 80.000 (səksən min) manat məbləğində müəyyən edilməsi, X4 məxsus Abşeron rayonu Novxanı kəndi, Bağlar massivində istifadəsində olan 0,0132 ha torpaq sahəsində yerləşən 314,0 kv.m ümumi sahədən ibarət bağ evinin (0,0132 ha torpaq sahəsi ilə birlikdə) açıq hərracda satılması, həmin əmlakın satışından əldə olunan məbləğ hesabına borcun ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 150 (üç yüz əlli) manatın İddiaçı ASC-dən və Cavabdeh müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməsi, 300 (üç yüz) manat pulun İddiaçı ASC-dən və Cavabdeh müştərək qaydada alınaraq Kapital Bank hesab № AZ84AİİB******************** hesabına keçirilməsi, 150 (bir yüz əlli) manatın İddiaçı ASC-dən və Cavabdeh müştərək qaydada alınaraq VÖEN:**********, hesabN AZN: AZ30GUNA******************** Bank: Gunay Bank ASC, VÖEN: **********, Müxbir hesab:AZ25NABZ******************** KOD:505594: S.W.İ.F.T GUNAAZ22 hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(023)-41/2021 nömrəli qətnaməsini əmlakın qiymətləndirilməsi hissəsində ləğv edərək, əmlakın likvid qiymətə uyğun olaraq qiymətləndirilməsi, qətnamənin qalan hissədə, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh arasında bağlanmış 17 may 2017-ci il tarixli 001-AS/17 nömrəli kredit müqaviləsi üzrə cavabdehin əsas borcundan 22.465,90 manat, faiz borcundan 5130,73 manat, cərimə faizindən 3398,59 manat olmaqla, cəmi 30.995,22 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün tərəfimizdən ödənilmiş 30 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar tərəfimizdən ödənilmiş 30 manat rüsumun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, həmin borcun bankla X5 (ipotekaqoyan) arasında bağlanmış 18 may 2017-ci il tarixli 001_AS/17-01 nömrəli ipoteka müqaviləsinə əsasən X4 məxsus Abşeron rayonu Novxanı kəndi, Bağlar massivində istifadəsində olan 0,0132 ha torpaq sahəsində yerləşən 314,0 kv.m ümumi sahədən ibarət bağ evi (0,0132 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan məbləğin hesabına borcun ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 16 dekabr 2019-ci il tarixli 21568 nömrəli rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 22 aprel 2019-cu il tarixədək olan əsas borcu 22506.26 manat, faiz borcu 1820.51 manat təşkil edir. Hesab edirik ki, ekspert faiz hesablanmasının davam etməsini nəzərə almadan rəy vermişdir. Bundan başqa, ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti kimi likvid dəyəri Əmlak ekspertizasının rəyi ilə 80.000 manat müəyyənləşdirilməlidir. Halbu ki, tərəflər arasında bağlanılmış ipotrka müqaviləsində ipotrka predmetinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(023)-41/2021 nömrəli qətnaməsinin dəyişdirilməsi və iddianın faiz borcları hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təşkilat qəsdən vaxtı uzadaraq əsassız olaraq faiz hissəsini şişirtmişdir. İpotekanın qiymətləndirilməsində isə evin qiymətinin yarı hissəsi qədər qiymətləndirmişlər. Ona görə də qətnamə ilə razılaşmır. Cavabdeh X4 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında onlar tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-41/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, iddiaçının verdiyi apellyasiya şikayətinə isə etiraz edərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-41/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-41/2021 nömrəli qətnaməsi qismən, faiz borcu və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 22465.90 manat əsas, 3528,53 manat faiz, 150 manat cərimə, cəmi 26.144,43 manat məbləğində kredit borcu ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 30 (otuz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 346500 dəyərinin manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərindən görünür ki, iddiaçı şikayətin dəlillərində Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)- 567/2020 nömrəli qətnaməsini faiz borcunun təmin edilməmiş hissəsini və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsini, cavabdeh isə şikayətin dəlillərində faiz borcu və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində mübahisələndirilən hissələrdə və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İşə əlavə edilmiş: 17 may 2017-ci il tarixli 001-AS/17 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASCnin Ağstafa filialı illik faiz dərəcəsi 7 faiz olmaqla 36 ay müddətinə Cavabdeh 25000 manat məbləğində kredit vermişdir. 18 may 2017-ci il tarixli 001_AS/17-01 nömrəli ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi X4 məxsus, Abşeron rayonu Novxanı kəndi Bağlar massivində yerləşən 0,0132 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 314 kvm olan fərdi yaşayış evi banka girov qoyulmuşdur. Müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur ki, ipoteka predmeti tərəflərin razılığı ilə 60.000 müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2011-ci il tarixli RX 00235793 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Novxanı kəndi, Bağlar massivində istifadəsində olan 0,0132 ha torpaq sahəsində yerləşən 314,0 kv.m ümumi sahədən ibarət bağ evi X2 adına qeydə alınmışdır. 24 iyun 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 24 iyun 2021-ci il tarixə 22465.90 manat əsas, 5130.73 manat faiz, 3398.59 manat cərimə, cəmi 30995.22 manat borcu vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 16 dekabr 2019-ci il tarixli 21568 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları və 17 may 2017-ci il tarixli 011-AS/17 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə 22 aprel 2019-cu il tarixədək olan əsas borcu 22506.26 manat, faiz borcu 1820.51 manat təşkil edir. "xxxx"MMC-nin 05 dekabr 2019-cu il tarixli 177 saylı hesab-fakturadan görünür ki, X4 məxsus Abşeron rayonu Novxanı kəndində Bağlar massivində olan 0.0132 ha torpaq sahəsində yerləşən 314 kvm ümumi sahədən ibarət olan bağ evinin hazırda bazar qiyməti 370200 manata qiymətləndirilmişdir. "xxxx"MMC-nin 11 avqust 2020-ci il tarixli 180 saylı hesab-fakturadan görünür ki, X4 məxsus Abşeron rayonu Novxanı kəndində Bağlar massivində olan 0.0132 ha torpaq sahəsində yerləşən 314 kvm ümumi sahədən ibarət olan bağ evinin hazırda bazar qiyməti 250.000 manata qiymətləndirilmişdir. Əmlak Ekspert Mərkəzinin 26 may 2021-ci il tarixli ƏEM/M 73-531/21 saylı hesabfakturadan görünür ki, X4 məxsus Abşeron rayonu Novxanı kəndində Bağlar massivində olan 0.0132 ha torpaq sahəsində yerləşən 314 kvm ümumi sahədən ibarət olan bağ evinin 26 may 2021-ci il tarixinə bazar qiyməti 80.000 manata qiymətləndirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, X4 məxsus Abşeron rayonu Novxanı kəndində Bağlar massivində olan 0.0132 ha torpaq sahəsində yerləşən 314 kvm ümumi sahədən ibarət olan bağ evinin hazırda bazar qiyməti 185000 manata qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 25 avqust 2023-cü il tarixli 10/2489, 9/2704 nömrəli rəyindən görünür ki, Abşeron rayonu Novxanı kəndində Bağlar massivində olan 0.0132 ha torpaq sahəsində yerləşən 314 kvm ümumi sahədən ibarət olan fərdi yaşayış evinin hazırda bazar qiyməti 385000 manat, likvid dəyəri isə 346500 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında 17 may 2017-ci il tarixli 001-AS/17 nömrəli kredit müqaviləsi bağlanmış və Bank tərəfindən cavabdehə illik faiz dərəcəsi 7 faiz olmaqla 36 ay müddətinə, cəmi 25000 manat məbləğində kredit verilmiş, cavabdeh də öz növbəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 25.000 manat məbləğində əsas borc və 3163,59 manat məbləğində faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında 18 may 2017-ci il tarixli 001_AS/17-01 nömrəli ipoteka müqaviləsi bağlanaraq, sonuncuya məxsus Abşeron rayonu Novxanı kəndi Bağlar massivində yerləşən 0,0132 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 314 kvm olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və həmin yüklülük Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 00235793 nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka müqaviləsinin 2.3-cü bəndində ipoteka predmeti olan ipoteka predmetinin ilkin satış qiyməti 60.000 manat dəyərində müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit borcunu müəyyən olunmuş ödəniş qrafikinə uyğun olaraq qaytarmaq barədə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçı Banka borclu qalmışdır. İddiaçı ASC tərəfindən xx.xx.2018-ci il tarixli bildirişlə cavabdehlərdən Banka yaranmış borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə kredit borcunun ödənilməsini təmin etmək məqsədilə ipoteka predmetinə tutma yönəldilməsi proseduruna başlanması barədə xəbərdar edilmiş, həmin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş və qeydə alınmışdır. Məhkəmə kollegiyasının iclasında həmçinin, müəyyən edildi ki, iddiaçı Bankın xx.xx.2019-cu il tarixli maliyyə arayışında Cavabdeh xx.xx.2019-cu il tarixə kredit müqaviləsi üzrə 22465,90 manat əsas kredit borcu, 2329,07 manat faiz borcu, 3398,59 manat cərimə borcu olmaqla, cəmi borcu 28193,56 manat məbləğində olması göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh xx.xx.2017-ci il tarixədək yaranmış əsas və faiz borcunun məbləği müəyyənləşdirilməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-ci il tarixli 21568 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəydən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixə (iddia ərizəsində qeyd edilən tarixə) banka əsas borc üzrə 22506,26 manat, faiz borcu üzrə 1820,51 manat borcu vardır. İşə baxan məhkəmə həmin ekspert rəyinə əsaslanmaqla, iddia tələbini əsas və hesablanmış faiz borcu hissəsində həmin ekspert rəyində göstərilmiş məbləğlərdə təmin etmiş, cərimə borcunu isə 150 manat məbləğində təmin etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 17 may 2017-ci il tarixli 001-AS/17 nömrəli kredit müqaviləsi 36 ay müddətinə bağlanmış və İddiaçı ASC iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışında isə Cavabdeh faiz borcu xx.xx.2019-cu il tarixədək hesablanmış və tələb olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 16 dekabr 2019-ci il tarixli 21568 nömrəli rəyi ilə tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları və 17 may 2017-ci il tarixli 011-AS/17 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə 22 aprel 2019-cu il tarixədək olan olan əsas və faiz borcu hesablanmış və həmin tarixə əsas borcu 22506.26 manat, faiz borcu 1820.51 manat təşkil etmişdir. Halbu ki, İddiaçı ASC-nin iddia tələbinin həcminin artırılmasına dair ərizəsi ilə 24 iyun 2021-ci il tarixə olan borcu tələb edilmiş və həmin tarixə olan maliyyə arayışı ilə cavabdehin İddiaçı ASC-yə 22465,90 manat əsas, 5130,53 manat faiz və 3398.59 manat cərimə məbləği hesablanmışdır. Lakin iş materiallarından görünür ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müdədəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Ona görə də, faiz borcu həmin tarixə qədər hesablanmalıdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 16 dekabr 2019-ci il tarixli 21568 nömrəli rəyinin tədqiqat hissəsindən görünür ki, həmin rəylə hər günə 4,38 manat olmaqla, 22 aprel 2019-cu il tarixədək 416 gün üçün 1820,51 manat faiz hesablanmışdır. Müqavilə müddəti xx.xx.2020-ci il tarixdə bitdiyi üçün, qalan 390 gün üçün, hər günə 4,38 manat olmaqla, 1708,2 manat, ümumilikdə isə həmin tarixə (1820,51+1708,2=3528,53 manat) 3528,43 manat faiz borcu yaranır. Azərbaycan Respublikasının MM-nin: 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh iddiaçı Bank ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdə bitdiyi tarixə 3528,75 manat faiz borcu qalmışdır. Azərbaycan Respublikasının MM-nin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə də, Cavabdeh 22465.90 manat əsas, 3528,75 manat faiz, 150 manat cərimə, cəmi 26.144,65 manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinə tutma yönəldilməsi barədə qərar qəbul edərkən, Əmlak Ekspert Mərkəzinin 26 may 2021ci il tarixli ƏEM/M 73-531/21 saylı rəyindəki qiyməti əsas götürməklə, X4 məxsus Abşeron rayonu Novxanı kəndində Bağlar massivində olan 0.0132 ha torpaq sahəsində yerləşən 314 kvm ümumi sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiymətini 80.000 manat dəyərində müəyyən etmişdir. İş materiallarından göründüyü kimi, ipoteka predmeti olan X4 məxsus Abşeron rayonu Novxanı kəndində Bağlar massivində olan 0.0132 ha torpaq sahəsində yerləşən 314 kvm ümumi sahədən ibarət olan bağ evi barədə birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş ekspert rəyləri arasında əmlakın bazar qiyməti barədə ziddiyətlər vardır. Ona görə də, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 10 fevral 2023-cü il tarixli Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/67982 nömrəli arayışından görünür ki, daşınmaz əmlak obyektinin xx.xx.2023-cü il tarixinə likvid dəyəri 150000 (yüz əlli min) manat təşkil edir. Cavabdeh məhkəmə kollegiyasının yazılı vəsatət ünvanlayaraq, ipoteka predmeti olan əmlakın bir neçə dəfə qiymətləndirildiyini, lakin həmin qiymətlər arasında kəskin fərq olduğunu, eyni zamanda həmin ipoteka predmetinin real bazar dəyərinin daha yüksək olduğunu göstərərək, ipoteka predmetinin yenidən qiymətləndirilməsi ilə bağlı iş üzrə yenidən ekpertiza təyin edilməsini xahiş etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər; ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddədə razılaşma dedikdə, ipoteka predmetinə tutma yönəldilməsi proseduru başladıqdan sorna əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən əmlaka tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. Yəni, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (yəni, ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində əmlakın istifadəsi (istismarı) ilə bağlı dəyərini dəyişməsi qaçınılmazdır və bu səbəbdən də əmlakın ipoteka müqaviləsində göstərilən qiyməti real olmayacaqdır. Ona görə də məhkəmə kollegiyası cavabdeh apellyasiya dəlilləri əsasında məhkəməəmtəşünaslıq ekspertizasının keçirilməsini qərara almış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 25 avqust 2023-cü il tarixli 10/2489, 9/2704 nömrəli rəyini əldə etmişdir. Həmin rəydən görünür ki, Abşeron rayonu Novxanı kəndində Bağlar massivində olan 0.0132 ha torpaq sahəsində yerləşən 314 kvm ümumi sahədən ibarət olan fərdi yaşayış evinin hazırda bazar qiyməti 385000 manat, likvid dəyəri isə 346500 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli 10/2489, 9/2704 nömrəli rəyi daha mötəbər heesab olunmalı və həmin rəy nəzərə alınmaqla, Abşeron rayonu Novxanı kəndində Bağlar massivində olan 0.0132 ha torpaq sahəsində yerləşən 314 kvm ümumi sahədən ibarət olan fərdi yaşayış evinin hazırda likvid dəyəri, yəni ilkin satış qiyməti 346500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əldə edilmiş ekspert rəyi üzrə ekspertiza xərcinin 50 manatı Cavabdeh, 50 manatı isə İddiaçı ASC-nə aid edilməli və həmin məbləğ onlardan alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-41/2021 nömrəli qətnaməsi qismən, faiz borcu və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissələrdə ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 22465.90 manat əsas, 3528,53 manat faiz, 150 manat cərimə, cəmi 26.144,43 manat məbləğində kredit borcu ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 30 (otuz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 346500 manat məbləğində müəyyən edilsin. İş üzrə əldə edilmiş ekspert rəyi üzrə ekspertiza xərcinin 50 manatı Cavabdeh, 50 manatı isə İddiaçı ASC-nə aid edilsin və həmin məbləğ onlardan alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-70/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-70/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver