Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-706/2023 03.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(052)-189/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1280 manat məbləğində pulun və 33 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naftalan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(052)-189/2023 saylı qətnaməsi ilə (hakim T.Ələkbərov) iddia qismən təmin edilərək, Cavabdeh 278 manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Naftalan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(052)-189/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini, dövlət rüsumuna görə ödədiyi 17 manatın cavabdehdən alınaraq ona verilməsi xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı və Cavabdeh ilə aralarında barışıq sazişi bağladıqlarını bildirib, barışıq sazişini təsdiq etməyi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasına təqdim olunmuş barışıq sazişi aşağıdakı məzmunda bağlanmışdır: “Cavabdeh iddiaçının tələb etdiyi 1280 (min iki yüz səksən) manat pul məbləğindən 800 (səkkiz yüz) manat məbləğini 01 iyun 2023-cü il tarixdən etibarən hər ay 100 (yüz) manat olmaqla 8 (səkkiz) ay müddətində İddiaçı ödəməyi öhdəsinə götürür.” Məhkəmə kollegiyası iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb, tərəflərə barışıq sazişinin məhkəmə tərəfindən təsdiqlənməsinin və bununla bağlı iş üzrə icraata xitam verilməsinin nəticələrini izah edib hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalı, Naftalan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(052)-189/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261, 263-264, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, qə r a r a a l d ı : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 03 mart 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Cavabdeh İddiaçı tələb etdiyi 1280 (min iki yüz səksən) manat pul məbləğindən 800 (səkkiz yüz) manat məbləğini 01 iyun 2023-cü il tarixdən etibarən hər ay 100 (yüz) manat olmaqla, 8 (səkkiz) ay müddətində İddiaçı ödəməyi öhdəsinə götürür. Naftalan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(052)-189/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-706/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-706/2023
03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver