Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-706/2025 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (cavabdeh) İddiaçı cavabdeh (iddiaçı) Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı (cavabdeh) İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil, cavabdeh (iddiaçı) Cavabdeh iştirakları ilə, İddiaçı (cavabdeh) İddiaçı cavabdeh (iddiaçı) Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2285/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən və iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1222/2025 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 28 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən 1993-cü il tarixdə verilmiş 57465 seriyalı X4 surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür.
2. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Bərdə Rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 615 saylı, 04 iyul 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə Rayonu Həsənqaya kəndində yerləşən 866 yerlik X5 bina 3, mənzil 46-da müvəqqəti məskunlaşmışdır.
3. 30 may 2024-ci il tarixli, Yevlax Rayon Polis X2 Cinayət İşi Başlanmasının rədd edilməsi barədə Qərarında olan İddiaçı izahatından görünür ki, o, Cavabdeh 10.000 manat pul götürmüş, əvəzinə kartalarını vermiş, Cavabdeh 4 ildir ki, onun kartlarından 9600 manat artıq pullar çıxarmış, Bərdə Rayon Polis Şöbəsində həmin pulun 3000 manatını Nazim ona qaytarmış, hazırda Nazimin ona 6600 manat borcu qalmışdır. Həmin Qərarda olan Cavabdeh izahatından görünür ki, o, hazırkı İddiaçı borcu olmadığını, əksinə İddiaçı ona olan pul borcunu ödəmək istəmədiyi, onun barəsində dediklərinin şər və böhtan olduğunu bildirmişdir.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi qeydiyyat dəftər yazılarından görünür ki, o, İddiaçı 2023-cü ilin iyun ayında 17 ay müddətinə 14.700 manat pul verir, Vaqif həmin borcu 2024-cü ilin oktyabr ayına kimi qaytarmalıdır, Vaqif bu məqsədlə Nazimə kart verir, Nazim Vaqifin kartını 2024-cü ilin oktyabr ayında qaytaracaq. Həmin əlyazısı Vaqif tərəfindən imzalanmışdır.
5. İddiaçı Bərdə Rayon Polis Şöbəsinin rəisinə yazdığı 07 oktyabr 2023-cü il tarixli izahatından görünür ki, o, 2019-cu ildə Cavabdeh 2000 manat, 2020-ci ildə 3000 manat, 2021ci ildə yenidən 3000 manat pul aldığını qeyd edir, Cavabdeh onun kartlarından 15000 manat çıxarmasını, buna görə də Nazimin ona 9000 manat borcu qalmasını qeyd edir və həmin məbləğin qaytarılmasını istəyir. Həmin materiallarda olan Cavabdeh izahatında isə o, göstərmişdir ki, İddiaçı vəziyyətinin pis olması səbəbindən ondan sonuncu dəfə 10.500 manat pul götürmüş, pulları geri qaytarmamışdır.
6. İddiaçı tərəfindən 15 dekabr 2023-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsinin rəisi, cənab Ənvər Həsənovun adına yazılmış ərizədə o, göstərmişdir ki, Cavabdeh ona 3000 manat pul verəcək, həmin pul ödənildikdən sonra Nazimin ona borcu qalmayacaq.
7. İddiaçı tərəfindən 31 dekabr 2023-cü il tarixdə yazılmış qəbzdə o, göstərmişdir ki, Cavabdeh 3000 manat pulu aldı, 6500 manat pulu ona bağışladı, hazırda onun Nazimə 10.500 manat borcu qalır, bu borca görə Nazimə 1 ədəd pensiya kartını verəcək.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 11.500 manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 10.500 manat sələm qaydasında hissə-hissə ödəmək şərti ilə pul götürmüş, onun əvəzinə sələmin və borcun ödənilməsi üçün bacısı Meliura Ağayevanın pensiya və çörəkpulu kartını, özünün prezident təqaüdü kartını və çörəkpulu kartını cavabdehə vermişdir. Cavabdeh ümumilikdə 25.000 manat həmin kartlardan pul çıxartmışdır. Həmçinin, Cavabdeh şikayət etdikdən sonra cavabdeh ona Bərdə Rayon Polis Şöbəsində 3000 manat pul qaytarmış, lakin 11.500 manat pulunu hələ də qaytarıb verməmişdir. Hər dəfə də pulu istəyəndə cavabdeh müxtəlif bəhanələr gətirmişdir. Əgər sorğular edilərsə "xxxx" ASCdən cavabdehin onların kartlarından pulu alması öz təsdiqini tapacaqdır. Bunu təsdiq edən şahidləri də vardır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2285/2024 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov), iddianın təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 14.1, 16.1 və 329.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 214 və 218-ci maddələrinə istinad etmişdir.
12. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10600 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı Vaqif Qarayevə maddi dəstəyə ehtiyacı olduğu üçün aralarında olan borc müqaviləsinə əsasən 22 iyun 2023-cü ildə 14 ay müddətinə ayda 757 manat qaytarmaq şərtilə ümumilikdə 10600 manat borc vermişdir. O həmin pulu İddiaçı müqaviləyə şəxsən imza etdirməklə vermişdir. Şərtləşdikləri kimi cavabdeh verdiyi pulları hissə-hissə geri qaytarmaq üçün ona üç ədəd pensiya kartını vermişdir. Növbəti ayda o, cavabdehdən aldığı üç ədəd kartdan pulu çıxartmaq istədikdə, məlum olmuşdur ki, cavabdeh ona verdiyi kartları bloklamışdır. Cavabdehdə qalan 10600 manat pulu dəfələrlə tələb etsə də, sonuncu pulu geri qaytarmamışdır.
14. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1222/2025 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev), iddia tələbi qismən təmin edilmiş, İddiaçı 8000 manat pulun və 100 manat ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçı Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 739.2, 529.1 və 529.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 214 və 218-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
b) Apellyasiya şikayətlərinin dəlilləri
16. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2285/2024 nömrəli qətnaməsindən narazı qalan İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, 2019-cu ilin yanvar ayından Cavabdeh 11.500 manat sələm qaydasında hissə-hissə ödəmək şərti ilə pul götürmüş, onun əvəzinə sələmin və borcun ödənməsi üçün bacım Melurə Ağayevanın pensiya və çörəkpulu kartını, özünün prezident təqaüdü kartını və çörək pulu kartını cavabdehə vermişdir. Cavabdeh 2023-cü ilin sentyabr ayınadək ümumilikdə həmin kartlardan 25.000 manat pul çıxartmışdır. O Cavabdeh şikayət etdikdən sonra o, Bərdə rayon Polis Şöbəsində ona 3000 manat pul qaytarmış, lakin 11.500 manat pulu hələ də qaytarmamışdır. Əgər sorğular edilərsə "xxxx"dan cavabdehin həmin kartlardan pulu alması öz təsdiqini tapacaqdır. O "xxxx" ASC-nin Bərdə rayon filialına sorğu verərək Nazimə verdiyi kartlardan çıxarışlar etmişdir. Pulun bir hissəsini onun Ağcabədi rayonunda yaşayan Sahil adlı kürəkəni "xxxx" ASC-nin Ağcabədi rayon filialının yanındakı bankomatdan çıxarmışdır, bir hissəsini isə Cavabdeh "xxxx" ASC-nin Yevlax rayon filialından bankomatlardan çıxarmışdır.
18. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1222/2025 nömrəli qətnaməsindən narazı qalan İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh iddiaçı Cavabdeh hissə-hissə olmaqla 10500 manat sələmə pul almışdır. Axırıncı dəfə iddiaçıdan 2020-2021-ci ildə pul almışdır. Bunun əvəzində özünə və ailə üzvlərinə məxsus dörd ədəd kartı iddiaçıya vermişdir. İddiaçı həmin kartlardan ümumilikdə 28080 manat pul çıxarmışdır. Belə olan halda iddiaçının özünün cavabdehə 14580 manat borcu qalır. İşə baxan məhkəmə isə həmin halları araşdırmamışdır.
20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-1692/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair 2(104)-1692/2025 saylı mülki iş, digər icraatda olan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(104)-706/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi və birləşmiş mülki işə 2(104)-706/2025 nömrə verilməsi qərara alınmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (cavabdeh) İddiaçı apellyasiya şikayətlərini müdafiə edərək, izahatında göstərmişdir ki, Cavabdeh hissə-hissə ümumilikdə 10.500 manat sələmə pul götürmüşdür. Nazim hər 3000 manata sələmlə ondan 4500 manat pul istəmişdir. Pulu götürdükdən sonra Cavabdeh pul çıxartması üçün özünə aid 2 ədəd, bacısına aid olan bir ədəd kart vermişdir. Həmin kartlardan 2023-cü ilin sentyabr ayına kimi Cavabdeh ümumilikdə 25.000 manat pul çıxarmışdır. Cavabdeh artıq çıxardığı pulları vermədiyi üçün ondan polis şöbəsinə şikayət etmiş, Polis şöbəsində Cavabdeh könüllü olaraq həmin məbləğdən 3.000 manat ona qaytarmış, qalanını isə sonra verəcəyini bildirmişdir. Cavabdeh polisdə araşdırma aparılarkən ona 9.600 manat borcunun olmasını özü etiraf etmiş, həmin borcu qaytaracağı öhdəliyini götürmüşdür. Ona görə də, hər iki iş üzrə apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (cavabdeh) İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, əlavə olaraq göstərmişdir ki, İddiaçı 1-ci qrup ümumi gözdən əlildir. İddiaçı Cavabdeh uzun illərdir ki, sələm verən şəxs kimi tanımışdır. Cavabdeh hazırda Yevlax rayonunda Yeni Qəsəbədə yaşayır və poçt işçisidir. O, ayrı-ayrı şəxslərə sələm verməklə məşğuldur. 2019-cu ildə İddiaçı bacıları xəstə olduğu üçün onları tibbi əməliyyatlara aparmaq lazım olduğundan Cavabdeh sələmlə pul götürmək qərarına gəlmiş, Nazimdən hissə-hissə ümumilikdə 10.500 manat pul götürmüşdür. Nazim hər 3000 manata sələmlə iddiaçıdan 4500 manat pul istəmişdir. İddiaçı pulu götürdükdən sonra Cavabdeh özünün 300 manatlıq prezident təqaüdü kartını, 60 manatlıq çörək pulu kartını və bacısının 120 manatlıq 2 nəfərlik çörək pulu kartını və 2-ci qrup bacısının 200 manatlıq pensiya kartını vermişdir. Həmin kartlardan 2023-cü ilin sentyabr ayına kimi Cavabdeh pulları götürmüşdür. Cavabdeh həmin kartlardan pulları Yevlax və Ağcabədi rayonlarında çıxartmışdır. Beləliklə, Cavabdeh iddiaçının və onun bacısının kartlarından 25.000 manat pul çıxartmışdır. Cavabdeh artıq çıxardığı pulları vermədiyi üçün ondan polis şöbəsinə şikayət etmişdir. Polis şöbəsində Cavabdeh könüllü olaraq həmin məbləğdən 3000 manatı iddiaçıya qaytarmış, polisdə olarkən qalanını isə sonra verəcəyini bildirmişdir. Cavabdeh polisdə araşdırma aparılarkən Vaqifə 9600 manat borcunun olmasını özü etiraf etmiş, qaytaracağını bildirmişdir. Cavabdeh iddiaçının aldadaraq bildirmişdir ki, polis onu vergi vermədiyi və sığorta ödəmədiyi üçün cərimələyə bilər, polisdən çıxandan sonra qalan pullarını da verəcək, ona görə də ondan şikayət etməsin. Ona görə də, hər iki iş üzrə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (iddiaçı) Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, Vaqif ondan pul götürməmiş, pulu vasitəçilər olan Elçin və İmdad adlı şəxslərin vasitəsi ilə Vaqifə vermişdir. İddiaçı onda 300, 60 və 120 manatlıq kartları olub. Vaqifə vasitəçilərlə ilk dəfə ümumilikdə 10.000 manat vermişdir. Bu söhbətlər 2019-cu ildən 2023-cü ilin mart ayına kimi davam etmişdir. 2023-cü ildə Vaqiflə aralarında olan haqq hesabı qurtarmışdır. Vaqifə İmdad və Elçinin vasitəsi ilə 02 iyun 2020-ci ildə 2070 manat, 24 oktyabr 2020-ci ildə 1400 manat, 26 fevral 2021-ci ildə 3780 manat, 08 aprel 2021-ci ildə 1800 manat, 03 iyul 2021-ci ildə 520 manat, 07 avqust 2021-ci ildə 2400 manat, 07 sentyabr 2021-ci ildə 4900 manat, 16 oktyabr 2021-ci ildə 5200 manat, 13 fevral 2022-ci ildə 3600 manat, 14 iyun 2022-ci ildə 4220 manat və 01 noyabr 2022-ci ildə 1000 manat, ümumilikdə 30.890 manat pul vermişdir. 2023-cü ilin dekabr ayında Vaqif ondan Bərdə Rayon Polis Şöbəsinə şikayət etmiş, orada polis əməkdaşları tərəfindən araşdırma aparılmış, Vaqifə 3000 manat orada pul vermişdir. Vaqifin ona 10.500 manat borcu qalmışdır. Vaqif ona borca görə 3 kart vermişdir. Həmin kartlardan bir müddət pul çıxartmış, sonra Vaqif onu aldatmış, kartları dayandırmışdır. İşdə olan “**********927424” və “**********965698” nömrəli kartlar İddiaçı özünə məxsus olmişdur. Həmin kartlardan pulu çıxardıb Vaqifə şəxsən özü vermişdir. Ona görə də, hər iki iş üzrə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnamələrinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
26. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
34. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
36. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
37. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
38. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
46. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
47. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər
Apellyasiya baxışının hədləri
48. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, iki apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin qətnamələri bütövlükdə mübahisələndirilmişdir. Ona görə də hər iki qətnamələrin əsaslığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, birləşdirilən 1-ci iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2285/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, cavabdeh (iddiaçı) Cavabdeh 1220 (min iki yüz iyirmi) manat məbləğində pul tutularaq iddiaçı (cavabdeh) İddiaçı ödənilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, iddia tələbi qalan hissədə təmin edilməməli, birləşdirilən 2-ci iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1222/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.
52. Məhkəmə kollegiyası işin faktiki halları kimi müəyyən etmişdir ki, cavabdeh (iddiaçı) Cavabdeh iddiaçı (cavabdeh) İddiaçı sələmə pul vermiş, sonuncu isə əvəzində özünə və bacısına məxsus olan kartları həmin pulların çıxarılması üçün Nazimə vermişdir. Hazırda Cavabdeh həmin pulun geri qaytarılmadığını, İddiaçı isə verilmiş pulun artıqlaması ilə qaytarıldığını iddia edir. Belə olan halda qeyd edilən halların sübut olunması tərəflərin üzərinə düşür.
53. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
54. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
55. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
56. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
58. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
59. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
60. Belə ki, məhkəmə kollegiyasında işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı sələm kimi 10600 manat məbləğində pul verilmişdir. Vaqif Qarayev isə həmin pulların geri qaytarılması üçün özünə bacısına məxsus olan kartları Nazimə vermişdir. Məhkəmə Kollegiyası qeyd edilən kartlardan xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək olan dövr ərzində pul vəsaitlərinin köçürmə əməliyyatları barədə "xxxx" ASC-yə sorğu vermiş, həmin sənədlər götürülmüş və bununla bərabər iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/5205/2025 saylı rəyinə əsasən **********927424 nömrəli kart hesabı üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək mədaxil olunan məbləğlərin cəmi 2880 manat, məxaric olunan məbləğlərin cəmi isə 2880 manat məbləğində, **********587527 nömrəli kart hesabı üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək mədaxil olunan məbləğlərin cəmi 5280 manat, məxaric olunan məbləğlərin cəmi isə 5280 manat məbləğində, **********965698 nömrəli kart hesabı üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək mədaxil olunan məbləğlərin cəmi 8940 manat, məxaric olunan məbləğlərin cəmi isə 8940 manat məbləğində, **********304352 nömrəli kart hesabı üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək mədaxil olunan məbləğlərin cəmi 3120 manat, məxaric olunan məbləğlərin cəmi isə 3120 manat məbləğində, **********474855 nömrəli kart hesabı üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək mədaxil olunan məbləğlərin cəmi 6120 manat, məxaric olunan məbləğlərin cəmi isə 6120 manat məbləğində, **********031211 nömrəli kart hesabı üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək mədaxil olunan məbləğlərin cəmi 13196.95 manat, məxaric olunan məbləğlərin cəmi isə 13196.95 manat məbləğində, **********571695 nömrəli kart hesabı üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək mədaxil olunan məbləğlərin cəmi 9340 manat, məxaric olunan məbləğlərin cəmi isə 9340 manat məbləğində müəyyən edilmişdir.
61. Məhkəmə kollegiyasının iclasında cavabdeh (iddiaçı) Cavabdeh bildirmişdir ki, **********927424 nömrəli və **********965698 nömrəli kartlar iddiaçı (cavabdeh) İddiaçı məxsusdur. Həmin kartlardan pulları özü çıxartmış və Vaqifə vermişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən pulların İddiaçı qaytarılmasını sübut etmək vəzifəsi Cavabdeh üzərinə düşür. Göründüyü kimi, Cavabdeh qeyd edilən pulların İddiaçı qaytarılmasını sübut edə bilməmişdir. İddiaçı də həmin pulların qaytarılmamasını bildirmişdir.
62. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
63. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
64. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
65. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
68. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
69. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı sələm kimi 10600 manat məbləğində pul verilmişdir. Vaqif Qarayev isə həmin pulların geri qaytarılması üçün özünə bacısına məxsus olan kartları Nazimə vermişdir. Cavabdeh özünün də etirafına görə **********927424 nömrəli və **********965698 nömrəli kartlar iddiaçı (cavabdeh) İddiaçı məxsus olması və həmin kartlardan Cavabdeh pul çıxarması öz təsdiqini tapmışdır. İşdə olan rəyə əsasən həmin kartlardan ümumilikdə 11820 (2880+8940) manat məbləğində pul çıxarılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı məxsus kartlardan çıxarılan 11820 manatdan, ona borc kimi verilmiş 10600 manat çıxıldıqda Cavabdeh İddiaçı kartlardan çıxartdığı artıq 1220 manat məbləğində pulu qaytarmalı olduğu qənaətinə gəlmək olur. Bundan başqa, birləşdirilən hər iki iş üzrə qalan iddia tələblərinə dair subut təqdim olunmadığı üçün həmin hissələrdə iddia tələbləri təmin oluna bilməz.
70. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)- 2285/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, cavabdeh (iddiaçı) Cavabdeh 1220 (min iki yüz iyirmi) manat məbləğində pul tutularaq iddiaçı (cavabdeh) İddiaçı ödənilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1222/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.
71. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 392, 393, 402, 403 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Birləşdirilən 1-ci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2285/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh (iddiaçı) Cavabdeh 1220 (min iki yüz iyirmi) manat məbləğində pul tutularaq, iddiaçı (cavabdeh) İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Birləşdirilən 2-ci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1222/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. İddia tələbinin təmin olunması hissəsindən kassasiya şikayəti verə bilməz. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.