Məhkəmə qərarları › İş №2(104)-711/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-711/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-711/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Əli oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(062)-1250/2022 saylı qətnaməsindən Cavabdeh Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh Əli oğluna qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5500 manat pulun, 3 il ərzində əldən çıxmış faydaya görə illik 5% olmaqla 825 manat zərərin ümumilikdə 6325 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 93,25 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(062)-1250/2022 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia tələbi qismən təmin edilmiş, 5500 manat məbləğində pul və ödənilmiş 93,25 manat dövlət rüsumu Cavabdeh Əli oğlundan alınaraq İddiaçı verilməsi qət edilmiş, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh Əli oğlu apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən 5000 manat hissəsində təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Əli oğluna 2019-cu ilin aprel ayında pensiya düzətməyə söz verdiyinə görə bank köçürməsi ilə 5000 manat, sonradan isə 500 manat pul vermişdir. Aradan keçən müddət ərzində Cavabdeh Əli oğlu nə ona pensiya düzəltmiş, nə də ondan aldığı 5500 manat pulu qaytarmışdır. Hər dəfə Cavabdeh Əli oğlundan pulunu tələb etdikdə o, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan yayınır. Ona görə də məcbur olub hazırkı iddia ilə məhkəməyə müracit etməli olmuşdur. Həmçinin, Cavabdeh Əli oğlu ondan aldığı pulu ona vaxtında qaytarmadığına görə ona maddi zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh Əli oğlu məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul edərək iddiaçıdan borc aldığını etiraf etmişdir. Mülki iş materialarında olan: xx.xx.2019-cu il tarixli, 61 nömrəli qəbzdən görünür ki, Babayev X1 Etibar Əli oğluna məxsus olan AZ02UBAZ**********5270AZN017 nömrəli hesaba 5015 manat məbləğində pul köçürmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmədə baxılan zaman mən məhkəmə iclasında iştirak etmiş və izahatında iddiaçıdan 5000 manat borc aldığını bildirmişdir. Lakin, məhkəmə nədənsə 5500 manat borc aldığını qeyd edərək iddianı həmin məbləğdə təmin etmişdir. Belə ki, iddiaçı ona bir dəfə bank vasitəsi ilə 5000 manat göndərib. Ondan əlavə olaraq 500 manat almamışdır. İddiaçı ondan əlavə olaraq 500 manat pul almağı barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşdə iştirak edən şəxsin apelyasiya məhkəməsində verdiyi izahatı İddiаçı İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız iddianın təmin edilmiş 500 manat məbləğində olan borc hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh Əli oğluna oğluna bank vasitəsilə 5000 manat və sonra isə 500 manat məbləğində borc pul vermiş, cavabdeh isə aldığı borcu iddiaçıya qaytarmamışdır. Cavabdeh iddiaçıdan 5500 manat borc almasını və həmin borcu qaytarmamasını etiraf etmişdir. Həmçinin, bu barədə birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına borcla bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsində deyilir ki, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəkllənin 740.2-ci maddəsinin tələblərinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında borc verilməsi barədə şifahi razılaşma mövcuddur. Məhkəmə kollegiyası həmin razılaşmanı şifahi borc müqaviləsi kimi tərəflərin arasında hüquq və vəzifələrin yaranması üçün əsas kimi qəbul edir. İş üzrə cavabdehin özünün izahatı və ərizəsi ilə müəyyən edilir ki, 5500 manat məbləğdə borc pul almışdır. Lakin, həmin pulun qaytarılması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın qismən təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası cavabdehin “birinci instansiya məhkəməsinin icraatı zamanı verdiyi izahatının təhrif olunması” barədə göstərdiyi xüsusatla bağlı qeyd edir ki, cavabdehin həmin xüsusatları əsassızdır. Çünki, iş materiallarına nəzər saldıqda cavabdeh tərəfindən onun izahatının əks olunduğu məhkəmə iclasının protokoluna dair hər hansı qeydlərin verilməsi müəyyən olunmamış, eləcə də, bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar müəyyən olunmadığından apellyasiya şikayəti təmin edilməli və Tovuz Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(062)- 1250/2022 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilmiş 500 manat hissəsində mübahisələndirildiyindən hazırda həmin hissə 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(062)-1250/2022 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar