Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-712/2025 05.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların, eləcədə digər Cavabdeh3 etibaranmə üzrə nümayəndəsi, vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2(125)-3042/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 05 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əlyazmadan görünür ki, Əli kişinin ümumi borcu 49728 manat məbləğindədir. Həmin əlyazma qəbzində “Həsənov” yazısı qeyd edilmiş və qarşısında imza edilmişdir.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024-cü il tarixli 4/1234 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 43-cü vərəqində olan borc qəbzində “həсəнoв” yazısı və “həсəнoв” yazısının qarşısındakı imza- Cavabdeh2 tərəfindən icra olunmuşdur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 17000 manat və 19903 ABŞ dolları alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə Almaniyayadan avtomobil gətirmək istəmiş, Gəncə şəhərində ''Maksi Marketdə” işləyən kürəkəni ona bildirmişdir ki, Almaniyadan avtomobil gətirib satan Rauf adlı şəxsi tanıyır. X3 gələn zaman gətirdiyi malları satılmaq üçün "Maksi Marketə" verir. Ona görə də o Cavabdeh3la Almaniyaya gedib gəlmişlər. Almaniyadan gələndən sonra Rauf ondan borc pul istəmiş, oda ona 4000 manat vermişdir. Bir müddətdən sonra Cavabdeh3 aldığı borcdan 1500 ABŞ dolları qaytarmışdır. Cavabdeh3 ondan yenə borc istəmiş və nə qədər pul çox olsa bir o qədər çox avtomobil gətirib borcu tez qaytarar biləcəyini demiş və ayrı-ayrı vaxtlarda borc almışdır. Borc artdığından Rauf şərik işləmələrini və hər ikisinin qazanc əldə etməsini demişdir. Birlikdə avtomolbil gətirib satmışlar. Bir müddətdən sonra Rauf digər cavabdehlərin də onlarla birlikdə şərik işləməsini bildirmiş, o da buna etiraz etməmişdir. Ona görədə Raufun atası Əliyə və qardaşı Raminə də borc pul vermiş və bir müddət işləmişlər. Nəticədə cavabdehlərin ona borcu yaranmış, lakin pulu tələb etdikdə hissəhissə qaytaracaqlarını bildirmişlər. Cavabdehlər 17000 manat və 19903 ABŞ dolları borculu olduqlarını etiraf edərək imzaları ilə təsdiq etmişlər. Bir neçə ay bundan qabaq 1000 manat qaytarmışlar, lkin qalan borcu ödənilməmişlər.
5. Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2(125)-3042/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 17000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 82 (səksən iki) manat məbləğində pul alınıb, iddiaçı İddiaçı verilməsi; İddia tələbi qalan hissəslərdə əsassız olduğundan təmin edilməməsi qət olunmuşdur.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 373.1, 373.2, 373.3, 374.1, 374.2, 375.1, 375.2, 380.1, 380.2, 385, 470.1, 471, 739.1, 739.2, 742.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 97.1, 97.5, 106.1, 107, 119.1, 216-220, 357, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh2 iddia tələbinin təmin edilməsi hissədə qətnamədən apellyasiya şikayəti verərərək həmin hissədə qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, oğlanları Rauf və Ramin 2011-ci ildə İddiaçı borc alaraq şərikli iş görmüşlər. 2013-cü ildə Almaniyadan avtomobil gətirəkək satıb birlikdə pul qazanmışlar və həmin ildə iddiaçıya olan borclarını tam olaraq qaytarmışlar. Sonradan manatın devalvasiya olması səbəbindən iddiaçı onlardan əlavə pul tələb etmiş, onlar isə bununla razılaşmamışlar. Çünki borcu tam qaytarmışlar. Buna baxmayaraq, iddiaçı 10 il müddət keçdikdən sonra onlara qarşı məhkəmədə iddia qaldıraraq əsassız olaraq pul tələb etmişdir. Borcun qaytarılması ilə bağlı kifayət qədər sübutlar və iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim etsələrdə, nəzərə alınmamışdır. İddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim olunan cədvəllə iddia ərizəsində qeyd etdiyi tarix bir-birini tamamlamır. Həmçinin DVD olan səs yazıları hansı tarixdə yazıldığı, kimin-kimə hansı məbləğdə borcunun olması barədə heç-bir danışıq yoxdur. Ona görədə həmin səs yazılarıdan iddianın əsasını təstiq edən subut növü kimi istifadə edilə bilməz.
9. İddiaçı da iddia tələbinin təmin edilməməsi hissədə qətnamədən apellyasiya şikayəti verərək, həmin hissədə qətnamənin ləğv edilməsini, iddia tələbinin həmin hisədə də təmin olunması barədə yeni qətnmaə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbində göstərilənlərlə yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin 19903 ABŞ dolları hissəsinə münasibətdə iddia müddətinin ötürülməsinə istinad etmişdir. Halbuki, cavabdehlər son zamanlara kimi onun borcunu ödəyəcəklərini bildirmişlər. Belə olan halda iddia müddətinin ötürülməsi mümkün deyil. Cavabdehlərin səs yazılarıda onun borc verməsini və pulları yaxın vaxt ərzində qaytaracaqlarını bildirmişlər. İddianın təmin edilməməsi hissədə birinci instansiya məhkəməsi təqdim olunmuş subutlara düzgün hüquqi qiymət verməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin və özü tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2013-cü ildə kürəkəni Şahid deməsinə görə Raufla tanış olmuş və maşın gətirmək üçün onunla birlikdə Almaniyaya getmiş və hər ikisi avtomobil alıb gətirmişlər. Münasibətləri yarandığından Rauf ondan borc istəmiş, o da ilk dəfə Raufa 4000 manat borc vermişdir. ABŞ dollarının Azərbaycan manatına kursu 0,78 manat olan zaman Rauf aldığı borcdan 1500 ABŞ dolları qaytarmış və ona şərik işləməyi təklif etmişdir. İşləmək üçün borc kimi Raufa 17000-20000 manat vermişdir. Lakin Rauf avtomobili satıb pulunu verməmiş və bildirmişdir ki, avtomobili nisyə satmışdır. Rauf yenidən ondan pul istəmiş, o da əlavə olaraq borc vermişdir. Ümumilikdə Raufa 75000- 80000 manat (təxminən 38000 ABŞ dollar) borc vermişdir. Bundan əlavə Raufun atasına və qardaşı Raminə də borc vermişdir. Əli kişiyə və Raminə başlanğıcda 15000-20000 manat vermiş, 5-6 dəfəyə isə ümumilikdə 65000 manat vermişdir. Cavabdehlərə verilən borc 2014-2017-ci illəridə olmuşdur. Təxminən 2018-2020-ci illərdə onun yaşadığı evdə cavabdehlərlə birlikdə aralarında yaranmış borcla bağlı üzləşmə aparılmış, Əli kişinin 17000 manat, Raufun isə 19903 ABŞ dollar borcunun qaldığı müəyyən edilmiş və cavabdehlərdə bunu təsdiq etmişlər. Sonradan dəfələrlə cavabdehlərlə telefon əlaqəsi saxlamış, cavabdehlər isə hər dəfə borcu qaytaracaqlarını deyərək onu aldatmışdır. Yalnız 2024-cü ilin fevral ayının axırında Əli kişi ona 1000 manat ödəmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından vermiş olduğu apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfin vermiş olduğu apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin təmin edilməməsi hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. iddia tələbinin tam təmin olunması və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında borc münasibətləri olmuşdur. Borcu təsdiq edən hesabat aparılan dəftərdəki imzalar ona məxsus olsada, lakin aldığı borcun bir hissəsini pul formasında, qalan hissəsini isə borc əvəzi olaraq iddiaçıya maşın verməklə ödəmişdir. Buna baxmayaraq uzun müddət keçdikdən sonra iddiaçı ondan pul tələb edir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçıdan borc almamış, lakin birlikdə işləmişlər və Almaniyadan avtomobil gətirib sataraq əldə olunan gəliri bölmüşlər. Atası ilə iddiaçı arasında pul haqq-hesab olub və iddiaçının qoyduğu mayada tam qaytarılıb. Dolların qiyməti qalxdığı üçün iddiaçı pul tələb edir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı ilə birlikdə iş görmüşlər. İddiaçıya yaranmış borcunu qaytarmışdır. İddiaçı ondan 17000 manat tələb etmiş, aralarında telefon danışıqları olmuş və iddiaçıya 1000-20000 manat qaytaracağını desədə, lakin imkanı olmadığından qaytara bilməmişdir. Ümumiyyətlə 2017-ci ildən sonra iddiaçıya pul verməmişdir.
16. Məhkəmə kolelgiyasının iclasında iştirak edən cavabdehlərin etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə nübayəndəsi olduğu şəxsin vermiş olduğu apaellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə cavabdehlər birlikdə maşın alveri ediblər. Dolların kursu dəyişdikdən sonra iddiaçı ziyana düşüb ona görədə cavabdehlərdən pul tələb edir. İddia müddətinin tətbiqi barədə ərizə verilmiş, Cavabdeh3 tələb olunan 19903 ABŞ dollara münasibətdə iddia müddəti tətbiq olunaraq iddia rədd edilsədə, lakin Cavabdeh2 tələb olunan 17000 manat üzrə iddia müddəti tətbiq edilməmişdir. Halbu ki, ona münasibətdə də iddia müddəti keçib. İddiaçı 2024-cü ilin əvvəllərində, yəni fevral ayında Cavabdeh2 ona 1000 manat ödəməsini desədə, bu yalandır. Cavabdeh2 2017-ci ildən borcunu ödəmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından iddiaçı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin təmin edilməsi hissədə qətnamənin ləğv edilməsini, iddia müddəti keçdiyindən həmin hissədə də iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
20. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
21. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.(əvvəlki redaksiyada)
24. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (əvvəlki redaksiyada) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəımə xərclərindən azad edilməyən iddiaçıdan tutulur.
29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam, yəni həm iddianın təmin, həmdə təmin olunmaması hissələrdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı cavabdehlərdən Cavabdeh3 2014-2017-ci illəridə bir neçə dəfəyə ümumilikdə 75000-80000 manat (təxminən 38000 ABŞ dollar), Cavabdeh2 və Cavabdeh1 isə həmin illərdə 5-6 dəfəyə ümumilikdə 65000 manat borc verməsini, hazırda Cavabdeh3 19903 ABŞ dolları, digər cavabdehlərin isə 17000 manat ödənilməmiş borclarının qalmasını əsas gətirərək, onlara qaşı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir.
35. Yuxarıdada qeyd olunduğu kimi İddiaçı iddia tələbinin təmin edilməməsi, Cavabdeh2 isə iddianın təmin olunması hissədən apellyasiya şikayəti vermişdir.
36. Kollegiya hər iki tərəfin vermiş olduğu apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfin şikayəti təmin edilməməli, cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilməlidir.
37. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə vermiş, işə baxan birinci instansiya məhkəməsi Cavabdeh3 tələb olunan 19903 ABŞ dollara münasibətdə iddia müddətini tətbiq edərək iddian həmin hissədə rədd etmiş, Cavabdeh2 münasibətdə isə iddianı təmin etmişdir.
38. Məhkəmə birinci halda gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh3 arasında yazılı formada borc müqaviləsi olmasa da, lakin cavabdeh iddiaçı ilə borc münasibətlərində olmasını etiraf etmiş, lakin borcu qaytardığını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh3 iddiaçıya hansı məbləğdə borcunun olması təsdiq olunsa belə iddia tələbi ona aid hissədə təmin olunmamalıdır. Belə ki, hər üç cavabdehin etibarnamə üzrə nümayəndəsi Vəkil iddiaya etiraz edərək, irəli sürülən iddiaya iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh3 iddiaçıya olan borclarını son üç il ərzində etiraf edən hərəkətlər etməsi müəyyən olunmamışdır. Borcun isə ən geci 2016-2017-ci illərədək yaranmış olduğu müəyyən edilir. Belə ki, iddiaçı iddia ərizəsində borcun 2013-cü ildən yarandığını göstərmiş və sonuncu dəfə cavabdehlərə hansı tarixdə borc verdiyini qeyd etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi və cavabdehlərdən Cavabdeh3 da etiraf etdiyi əlyazma sənədin üzərində də əlyazmanın 2011-ci ildə yazıldığı qeyd olunmuşdir. Bundan başqa, iddiaçının vəsatətinə əsasən dindirilmiş Şahid da borcun 7 il bundan əvvəl mövcud olduğunu bildirmişdir.
39. Məhkəmə kollegiyasıda bu nəticə ilə razılaşır. Belə ki, apellyasiya icraatı zamanı İddiaçı izahatında bildirmişdir ki, 2014-2017-ci illərdə Cavabdeh3 bir neçə dəfəyə ümumilikdə 75000-80000 manat (təxminən 38000 ABŞ dollar) borc vermişdir. 2018-2020ci illərdə onun yaşadığı evdə cavabdehlərlə birlikdə aralarında yaranmış borcla bağlı üzləşmə aparılmış və Raufun ona 19903 ABŞ dollar borcunun qaldığı müəyyən edilmiş və cavabdeh bunu təsdiq etmişdir. Həmin vaxtdan borcu tələb etsədə sonuncu qaytarmaqdan imtina etmişdir. İşin qeyd olunan bu halını iddiaçı ilə cavabdeh arasında 2023-cü ildə (iddiaçının özünün deməsinə görə) olan CD diskdəki səs yazıları ilədə müəyyən etmək olur. Qeyd olunan səs yazıda iddiaçı cavabdeh Rahuf Həsənova “19903 ABŞ dollar borcu qaldığını” deyir, sonuncu isə “hə” deyə cavab verir.
40. Göründüyü kimi Cavabdeh3 19903 ABŞ dollar borcunun qalması iddiaçının özünün deməsinə görə təxminən 2018-2020-ci illərdən ona bəlli olmuşdur. Hazırkı iddia isə məhkəməyə 25 aprel 2024-cü ildə verilmişdir. İddia müddətlərinə riayət olunmasını aydınlaşdırmaq üçün həmin müddətin başlanğıcının müəyyən edilməsi isə mühüm əhəmiyyət kəsb edir.
41. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
42. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
43. Qeyd olunan Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il, 373.2-ci maddəsinə görə isə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
44. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
45. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
46. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
47. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti barədə göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
48. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
49. Yuxarıda göstərilənləri nəzərə alan kollegiya bir daha qeyd edir ki, Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddia tələbini Cavabdeh3, yəni 19903 ABŞ dollara münasibətdə rədd etməkdə düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfin vermiş olduğu apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv olunması üçün əsas deyil.
50. Cavabdeh2 münasibətdə iddia tələbinin təmin edilməsinə münasibətdə isə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
51. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmədə tədqiq olunmuş əlyazma sənədində qeyd edilmişdir ki, Əli kişinin ümumi borcu 49728 manat məbləğindədir. Həmin əlyazma qəbzində “Hsənov” yazısı qeyd edilmiş və qarşısında imza edilmişdir. İddiaçı məhkəmədə izahat verərəkən həmin imzanın Cavabdeh2 tərəfindən icra edildiyini və sonradan həmin borcdan bir qisminin ödənildiyini, Cavabdeh2 sonuncu dəfə özünun həmin borcundan 2024-cü ilin fevral ayında 1000 manat ödədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1234 saylı, 18 oktyabr 2024-cü il tarixli rəyi ilədə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş, mülki işin 43-cü vərəqində olan borc qəbzində “həsənov” yazısı və “həsənov” yazısının qarşısındaki imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının izahatını, onun məhkəməyə təqdim etdiyi sözügedən əlyazmanı və həmin əlyazma ilə bağlı ekspert rəyini birlikdə məcmu halında qiymətləndirib, belə qənaətə gəlmişdir ki, cavabdehlərdən Cavabdeh2 iddiaçıya 17000 manat məbləğində borcunun olması işin faktiki halı kimi təsdiq olunur, ona görədə Cavabdeh2 17000 manat alınıb iddiaçıya verilməlidir.
52. Bundan əvvəldə qeyd olunduğu kimi birinci instansiya məhkəməsində işə baxılarkən Vəkil (vəkil) hər üç cavabdehin etibarnamə üzrə nümayəndəsi olmuş və hər üç cavabdehə münasibətdə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Cavabdeh3 münasibətdə iddia müddəti tətbiq olunsada, Cavabdeh2 münasibətdə iddia müddəti bundan əvvəl qeyd olunan əsaslara görə tətbiq edilməmişdir. Cavabdeh1 münasibətdə isə iddia başqa əsasla rədd olunmuş və bu iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
53. Yuxarıda da qeyd olunduğu kimi iddianın təmin olunması hissədə qətnamədən verilən apellyasiya şikayətini kollegiya əsaslı sayır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən hissədə qətnaməniun ləğvi üçün əsasdır.
54. Belə ki, birinci instansiya məhkəməsi bu qətnamənin 51-ci bəndində qeyd olunan əsaslarla iddianı həmin hissədə təmin etsədə, lakin məhkəmə kollegiyası bununla razılaşmır və gəldiyi nəticəni onunla əsaslandırır ki, İddiaçı Cavabdeh2 münasibətdə də iddia müddətini ötürmüşdür. İddiaçı özü izahatında bildirmişdir ki, 2014-2017-ci illərdə Cavabdeh2 və onun oğlu Raminə ilkin olaraq 15000-20000 manat, daha sonra isə 5-6 dəfəyə ümumilikdə 65000 manat vermiş, təxminən 2018-2020-ci illərdə isə onun yaşadığı evdə cavabdehlərin iştirakı ilə aralarında yaranmış borcla bağlı üzləşmə aparılmış, həmin vaxt Cavabdeh2 ona ödənilməmiş 17000 manat borcunun qalması müəyyən edilmişdir. Cavabdeh tərəf isə iddiaçıdan aldığı borcu tamamilə qaytardığını bildirmişdir.
55. Birinci instansiya məhkəməsi iddiaçının izahatına istinadən Cavabdeh2 sonuncu dəfə 2024-cü ilin fevral ayında 1000 manat ödəməsini əsas götürsədə, lakin birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, İddiaçı Cavabdeh2 tərəfindən 2024-cü ilin fevral ayında ona 1000 manat verməsini bildirsədə, lakin onun bu dəlili iş materialları ilə sübut olunmur. İddiaçının təqdim etdiyi CD diskdə olan iddiaçı ilə Cavabdeh2 arasındakı 2023-ci ildə aparılan (iddiaçının özünün deməsi) danışıqlar apellyasiya icraatı zamanı dinlənilmişdir. İddiaçı Cavabdeh2 borcu nə vaxt qaytaracağını soruşur, eləcədə bir ailənin üzvlərinin ona 30000-40000 manat ziyan vurduğunu deyir, Cavabdeh2də cavabında bildirir ki, 1000-2000 manat bu yaxınlarda verəcək, qalanını da qaytaracaq. Göründüyü kimi Cavabdeh2 tərəfindən 2018-2020-ci (sonuncu üzləşmə) illərdən sonra iddiaçıya hansısa məbləğdə pul qaytarması sübut olunmur, 2024-cü ilin fevral ayında 1000 manat qaytarmasına münasibətdə isə, kollegiya qeyd edir ki, əvvəla iddiaçı qeyd edilən vaxtda 1000 manat qaytarılmasına dair məhkəməyə sübut təqdim etmir, eləcədə izahatında bildirmişdir ki, 2024-cü ilin fevral ayında Cavabdeh2 1000 manat qaytarması ilə bağlı aralarında yazışma və ya hər hansı digər formada yazışma aparılmamışdır. Cavabdeh2 iddiaçının bu dəlilini təsdiq edməmişdir.
56. Azərbaycan Respublikasınını Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Lakin, istinad olunan maddədə göstərilən halların yalnız iddia müddəti bitmədən baş verməsi iddia müddətinin axımını kəsə bilər. Əgər bu hallar baş verənədək artıq iddia müddəti keçibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz.
57. Göründüyü kimi, hətta cavabdehin 2024-cü ilin fevral ayında iddiaçıya 1000 manat ödəməsi təsdiq olunsaydı belə, qanunvericiliyin tələbinə əsasən qeyd olunan bu hal iddia müddətinin axımının kəsilməsi kimi nəzərə alına bilməzdi. Çünki bundan əvvəldə qeyd olunduğu kimi 2014-2017 illərdə Cavabdeh2 5-6 dəfəyə verilən 65000 manat borca dair tərəflər arasında təxminən 2018-2020-ci illərdə son üzləşmə aparıldığı vaxtdan Cavabdeh2 17000 manat ödənilməmiş borcunun qalması iddiaçıya bəlli olmuşdur. Belə olan təqdirdə isə üç illik iddia müddəti nəzərə alınmaqla, (hətda 2020-ci ilin sonunadək olan müddət götürülsə belə) iddia müddətinin axımı bitdiyi 2023-cü ildə müvafiq ödənişlərin edilməsi sübut olunmalıdır ki, həmin tarixdən iddia müddətinin yenidən hesablanması mümkün olsun.
58. Qeyd olunanları nəzərə alan kollegiya bir daha vurğulayır ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 münasibətdə təmin edərkən işin yuxarıda qeyd olunan faktiki hallarını tam araşdırmamış, sübutetmə yükünü düzgün bölüşdürməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
59. Kollegiya qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
60. İşin yuxarıda qeyd oluna hallarından da göründüyü kimi Cavabdeh2 münasibətdə də iddia müddətinin keçməsi digər Cavabdeh3la eynilik təşkil edir. Yəni iddiaçının özünün deməsinə görə təxminən 2018-2020-ci illərdə hər iki cavabdehlə borca dair son üzləşmə aparılmış və həmin vaxtdan da iddiaçıya bəlli olmuşdur ki, Cavabdeh2 ona 17000 manat borcu qalmışdır. Buna baxmayaraq sonuncuya qarşı üç illik iddia müddəti keçdikdən sonra, 25 aprel 2024-cü ildə iddia qaldırılmışdır.
61. İddia müddətinin tətbiqi ilə bağlı maddi hüquq normaları, bu qətnamənin 41-46-cü bəndlərində qeyd olunmuşdur. Bu baxımdan həmin normaların təkrar olaraq yeni bəndlərdə yazılmasına kollegiya lüzum görmür.
62. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2(125)-3042/2024 nömrəli qətnaməsi Cavabdeh2 17000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 82 manat alınıb İddiaçı verilməsi hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə Cavabdeh3 19903 ABŞ dollar tutulub İddiaçı verilməsinin təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
64. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin ekspertiza xərcinə dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manatdır.
65. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 127 manat İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilməlidir.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372.1, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2(125)-3042/2024 nömrəli qətnaməsi “Cavabdeh2 17000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 82 manat alınıb İddiaçı verilməsi hissədə” ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2(125)-3042/2024 nömrəli qətnaməsi “Cavabdeh3 19903 ABŞ dollar tutulub İddiaçı verilməsinin təmin edilməməsi hissədə” dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 127 manat İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.