Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-72/2024 25.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və digər İddiaçı1 nümayəndəsi (atası) İddiaçı2 və Cavabdeh iştirakları ilə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(045)-1060/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon İcra Hakimiyyəti və İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 03 nömrəli müqavilə əsasında icarədə olan 900 ha torpaq sahəsindən istifadənin Cavabdeh qadağan edilməsi və Cavabdeh tərəfindən İddiaçı1 qanuni icarəsində olan 900 ha torpaq sahəsində olan otlaq (örüş) sahəsinin və 7 ha arpa sahəsinin 2018-2020-ci illər üzrə otarılması nəticəsində təsərrüfatlarına vurduğu 103,160 manat zərərin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(045)-1060/2021 saylı qətnaməsi ilə (sədrlik edən İ.Abdurəhmanlı) iddia təmin edilməmişdir. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(045)-1060/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında əvvəllər də eyni mübahisənin olmasını və qərarın iddiaçıların ziyanına çıxarılmasını göstərməklə iddialarını rədd etmişdir. Onlar qeyd edir ki, həmin iddia Akif Rzayevə məxsus 800 ha torpaq sahəsində inşa edilmiş özbaşına tikili ilə bağlı olmuş və onların iddiası ilə heç bir əlaqəsi yoxdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 878/2023 saylı qərardadı ilə İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında baxılıb həll edilənədək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 878/2023 saylı qərardadı ilə işin icraatının dayandırılmasına səbəb olmuş hallar aradan qaldığı üçün hazırkı iş üzrə icraat təzələnmişdir. İddiaçı və digər İddiaçı1 nümayəndəsi (atası) İddiaçı2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, Cavabdeh hazırda apellyasiya icraatında olan digər iş üzrə cavabdeh X5 çobanı olsa da, qanunsuz olaraq X5 mal-qarasını onlara aid torpaq sahəsində otarmaqla ziyan vurmuşdur. Bundan başqa, onun mübahisələndiridiyi torpaq sahəsinə icarə hüququ qeydiyyata alınmasa da, həmin torpaq sahəsi ona məxsus olmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(045)-1060/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1625/2023 saylı qərardadı ilə onun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmamış və həmin qərardan şikayət verməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, ailəsi ilə birlikdə Göygöl şəhərində yaşayır. 1992-ci ildə Akif Rzayev adlı fermer tərəfindən yaradılmış "Hacı Tağı" adlı kəndli fermer təsərrüfatmda 2018-2020-ci illərdə çoban işləmiş, yəni bir müddət X5 istifadəsində olan fermada xırda və iri buynuzlu heyvanları otarırdır, lakin 28 sentyabr 2020-ci il tarixdə səhhətində yaranan problemlərlə bağlı iş yerindən öz ərizəsi ilə çıxmışdır və fermaya məxsus qoyun, quzu və digər əşyaları X4 təhvil vermişdir. Çoban işlədiyi dövrdə qoyun və mal-qaraları fermerin ona təhkim etdiyi torpaq sahəsində bəsləmişdir. İddiaçı2 Elmar oğlu ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Sözü gedən torpaq sahəsi, bildiyinə görə qanuni əsaslarla fermer Akif Rzayevə məxsusdur. Eyni zamanda iddiaçıların illərdir Akif Rzayevlə məhkəmə çəkişməsi etməsindən də xəbəri vardır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(045)-1060/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(045)-1060/2021 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 386-cı maddsəinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 6.2-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutlar rədd və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi nəticəsinə gələrkən, heç bir maddi hüquq normasına istinad etməmişdir ki, bu hal şikayətin dəlillərindən asılı olmayaraq, həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(045)-1060/2021 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş: Hacı Tağı adına fermer təsərrüfatının sədri X5 xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xəstəliyi ilə əlaqədar Daşkəsən Rayon Hacı Tağı adına fermer təsərrüfatından azad edilmiş, hesabında olan qoyun-quzunu və s. əmlakı X4 təhvil vermişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2019-cu il tarixli, 2-l(102)-3386/2019 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 2019-cu il tarixli, 2-1(104)- 495/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin olunmamışdır. Həmin qərarla müəyyən edilir ki, İddiaçı1 cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Cavabdeh Köşkül oğluna qarşı Goranboy Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 74 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-530/2019 saylı qərardadına əsasən Goranboy Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mükün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 2019- cu il tarixli, 2-1(104)-495/2019 saylı qərardadı ilə İddiaçı1 şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2-1 (83)- 530/2019 nömrəli qərardadının ləğv edilməsi, İddiaçı1 Goranboy Rayon İcra Hakimiyyəti başçısının 2.07.2018-ci il tarixli, 74 nömrəli sərəncamının mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi, İddiaçı1 cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə qarşı sərəncamm ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş Goranboy Rayon Məhkəməsinin 02 avqust 2018ci il tarixli, 2(045)-287/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdehlər İddiaçı1 və X2 qarşı ona məxsus 800 ha torpaq sahəsində qanunsuz tikdirdiyi tikilinin öz hesabına sökülməsi və həmin ərazidən çıxarılması, vurulmuş ziyan tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı1 və X6 tərəfindən icarə hüququ əsasında X7 məxsus 800 ha torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökiilməsi və həmin ərazidən çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. İş materiallarından göründüyü kimi, əvvəla Cavabdeh X5 "Hacı Tağı" adlı kəndli fermer təsərrüfatmda 2018-2020-ci illərdə çoban işləmiş, yəni bir müddət X5 istifadəsində olan fermada həmin fermerin xırda və iri buynuzlu heyvanları otarmış, 28 sentyabr 2020-ci il tarixdə isə səhhətində yaranan problemlərlə bağlı iş yerindən öz ərizəsi ilə çıxmışdır və fermaya məxsus qoyun, quzu və digər əşyaları X4 təhvil vermişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İddiaçılar ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilərək otarılmasını və ona ziyan vurulmasını göstərdə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Digər tərəfdən, iddiçılar qeyd etdikləri torpaq sahəsi üzərində hər hansı hüquqlarının olması barədə məhkəməyə heç bir sübut növü təqdim edə bilməmişlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. M a d d ə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, iddiaçıların mübahisə edilən torpaq sahəsi üzərində heç bir hüquqları yoxdur. İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbinə dair iddia ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 900 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlkaın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ona görə də, İddiaçı1 ərizəsi nəzərər alınmaqla, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-878/2023 saylı qərardadı ilə İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında baxılıb həll edilənədək hazırkı mülki iş üzrə icraat dayandırılmış, lakin Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1625/2023 saylı qərardadı ilə İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Goranboy Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(045)-287/2018 saylı qətnaməsi ilə, iddiaçı X5 cavabdehlər İddiaçı1 və X2 qarşı ona məxsus 800 ha torpaq sahəsində qanunsuz tikdirdiyi tikilinin öz hesabına sökülməsi və həmin ərazidən çıxarılması, vurulmuş ziyan tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı1 və X6 tərəfindən icarə hüququ əsasında X7 məxsus 800 ha torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökiilməsi və həmin ərazidən çıxarılmaları qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qeyd edilənlərə əsasən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392- 393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(045)-1060/2021 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı Goranboy rayon İcra Hakimiyyəti və İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 03 nömrəli müqavilə əsasında icarədə olan 900 ha torpaq sahəsindən istifadənin Cavabdeh qadağan edilməsi və Cavabdeh tərəfindən İddiaçı1 qanuni icarəsində olan 900 ha torpaq sahəsində olan otlaq (örüş) sahəsinin və 7 ha arpa sahəsinin 2018-2020-ci illər üzrə otarılması nəticəsində təsərrüfatlarına vurduğu 103,160 manat zərərin Cavabdeh tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.