Məhkəmə qərarları › İş №2(104)-722/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-722/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-722/2024 03.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3235/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3235/2023 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi, uş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3235/2023 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35.000 manat pulun və 195 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh onlara məxsus evi "xxxx" Qapali Səhimdar Cəmiyyəti BOKT-nun Bərdə filialına ipoteka qoyaraq pul götürmüşdür. Cavabdeh həmin pulu ödəməmişdir. Onlar da məcbur qalıb evi satıb 35.000 manat banka pul ödəmişdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)3235/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə "xxxx" QSC BOKT müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən iddia tələbini təmin etməmişdir. Belə ki, Cavabdeh onları aldadaraq etibarlarından sui-istifadə etmiş və külli miqdarda Bankdan pul götürərək sonda, ödəniş etmədiyindən yeganə yaşayış evlərii əllərindən çıxmışdır. İki ildir ki, kirayələrdə, son vaxtlar maddi imkansızlıqdan qohuməqraba evində yaşayırlar. Dəfələrlə Cavabdeh evlərinin onun borcuna görə satıldığını, evlərinin dəyərini ödəməsini xahiş və tələb etsələr də, uzun illərdir müxtəlif bəhanələrlə onalrı aldatmaqda davam edir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Sadalananlara əsasən hesab edir ki, hazırki qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflərdən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" QSC BOKT-un nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq göstərdi ki, mərhum həyat yoldaşı X10 yaşadıqları və mülkiyyətində olan Bərdə rayonunun Qaradağlı kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evini Cavabdeh xahişi ilə sonuncunun "xxxx" QSC BOKT-dan götürmüş olduğu kreditin qaytarılmasının təminatı kimi ipoteka qoymuş, lakin cavabdeh götürmüş olduğu krediti ödəmədiyinə görə tələb ipoteka predmetinə yönəldilmiş, ailə üzvləri həmin evdən çıxarılmış, ev "xxxx" QSC BOKT-a təhvil verilmişdir. Əri vəfat etdiyinə görə məhkəməyə hazırkı iddia ilə o müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, kredit müqaviləsi onunla bağlanmış olsa da, o, götürdüyü pulun hamısını iddiaçının mərhum həyat yoldaşına vermişdir. Belə ki, o, sahibkrlıq fəaliyyəti ilə məşğul olmuş və iddiaçının həyat yoldaşı ilə ilə yaxşı münasibətlərdə olmuşdur. İddiaçının həyat yoldaşının təklifi ilə "xxxx" QSC BOKT-dan öz adına kredit götürərək iddiaçının ərinə vermiş, iddiaçının əri isə mülkiyyətində olan evi ipoteka ilə yüklü etmişdir. Ona görə də iddia tələbini əsassız sayır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin təmin edilməsinə dair cavabdehin, həmin şikayətin təmin edilməməsi barədə iddiaçının izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Qaradağlı kəndində qeyiyyatdadır. İş materiallarına əlavə olunmuş xx.xx.2007-ci il tarixli 57 saylı Kredit Müqaviləsindən görünür ki, "xxxx" SKT tərəfindən Cavabdeh 36 ay müddətinə illik 7% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" SKT və Abdulǝliyev Arif Məhər oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli 59 saylı İpoteka Müqaviləsindən görünür ki, "xxxx" SKT tərəfindən Cavabdeh xx.xx.2007-ci il tarixli 57 saylı Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin yerinə yetirilməsi məqsədilə Abdulǝliyev Arif Məhər oğlunun mülkiyyətindəki Bərdə rayonu, Qaradağlı kəndində olan 0.08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 85 kv.m yaşayış, 140 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi "xxxx" SKT-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekanın predmeti 51000 (əlli bir min) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş **********75-10301 Reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH, №0002542 nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu, Qaradağlı kəndində olan 0.08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 85 kv.m yaşayış, 140 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Abdulǝliyev Arif Məhər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş **********75-10301 Reyestr nömrəli, ********* qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abdulǝliyev Arif Məhər oğlunun mülkiyyətində olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi yerləşdiyi 0.08 ha torpaq sahəsi ilə birlikdə "xxxx" SKT – nin Bərdə filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)514/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" QSC ilə cavabdehlər Cavabdeh arasında bağlanmış 11 sentyabr 2007-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Bərdə şəhəri S.Vurğun küçəsi ev 5-də yaşayan Cavabdeh və ipoteka qoyan Abdulǝliyev Arif Məhər oğlundan 31079 (otuz bir min yetmiş doqquz) manat əsas kredit borcu, faiz borcunun müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyirinə ödənilməsi, 31079 manat kredit məbləğinin cavabdeh tərəfindən ödənilmədikdə, tutulacaq məbləğ kreditin təminatı kimi X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 85 kv,m yaşayış, 140 kv.m köməkçi sahəsindən ibarət 2 mərtəbəli 4 otaqlı, fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq herrac satiş yolu ilə rializə edilərək satışdan əldə edilən məbləğ borcunun ödənilməsinə yönəldiməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)872/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)514/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 29 iyun 2010-cu il tarixli 2(021)-514/2010 nömrəli qətnaməsi kredit müqaviləsinin ləğvi və borcun ipoteka qoyan A.Abduləliyevdən tutulması barədə tələb olmadığından həmin hissədə qismən ləğv edilmiş, qətnamənin Bərdə şəhəri S.Vurğun küçəsi ev 5-də yaşayan Cavabdeh 31079 manat əsas kredit borcu və faiz borcunun tutularaq "xxxx" QSC-nin xeyirinə ödənilməsi, cavabdehlərdən 20 manat dövlət rüsumunun iddiaçının xeyirinə tutulması, 31079 manat kredit məbləği cavabdeh tərəfindən ödənilmədikdə, tutulacaq məbləğin kreditin təminatı kimi X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 85 kv.m yaşayış, 140 kv,m köməkçi sahədən ibarət 2 mərtəbəli 4 otaqlı, fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satış yolu ilə realizə edilərək satışdan əldə edilən məbləğin borcun ödənilməsinə yönəldilməsi hissəsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)720/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Abdulǝliyev Arif Məhər oğlu və İddiaçı "xxxx" QSC-BAnk Olmayan Kredit Təşkilatına məxsus olan ünvan 1ində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 85 kv. metr yaşayış, 140 kv. metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməklə həmin evdən çıxarılmaları qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)55/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 "xxxx" QSC Bank Olmayan Kredit təşkilatı ilə X10 arasında Bərdə rayonuun Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi barəsində bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab olunmasına dair iddiası ilə yüklü edilmiş bununla bağlı bankla ipoteka qoyan arasında 11 sentyabr 2007-ci ildə ipoteka müqaviləsi bağlanmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinə qarşı 11 sentyabr 2007-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X4 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyətində olan ünvan 1ində yerləşən fərdi yaşayış evindən çıxarılması qət olunmuşdur. İş materiallarına əlavə olunmuş “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın yekunları barədə xx.xx.2012-ci il tarixli №Y-996 nömrəli Protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)872/2010 saylı xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən X5 məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evi 25500 manata "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına satılmışdır. İş materiallarına əlavə olunmuş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2012-ci il tarixli Müqavilədən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)872/2010 saylı xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən X5 məxsus Bərdə rayonun Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi 25500 manata "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına satılmışdır. İş materiallarına əlavə olunmuş **********75-10301 Reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-cı il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, №0075969 nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu, Qaradağlı kəndində olan 0.08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 85 kv.m yaşayış, 140 kv.m köməkçi, 225 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi "xxxx" QSC BOKT-nin tam mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Orta Kredit Komitəsinin 16/22-P saylı xx.xx.2022-ci il tarixli iclasının Protokolundan Çıxarışdan görünür ki, "xxxx" Səhmdar Kredit Təşkilatının mülkiyyətində olan Bərdə rayonun Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi 0.08 ha torpaq sahəsi ilə birlikdə 30000 manata X1. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli AN-İ №1031185 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 225 kv/m, yaşayış sahəsi 85 kv/m, yardımçı sahəsi 140 kv/m olan 4 otaqlı fərdi yaşayış evini X2. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 82 saylı arayışdan görünür ki, X11 ilə İddiaçı nikahı haqqında 11 iyun 1975-ci il tarixdə 01 nömrəli akt qeydə alınmışdır. Qeyd: nikah X8 xx.xx.2021-ci ildə ölməsi ilə xitam verilmiş və ölüm xx.xx.2021-ci ildə 147 nömrə ilə Bərdə rayon qeydiyyat şöbəsində dövlət qüeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 195 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixli 57 saylı Kredit Müqaviləsinə əsasən "xxxx" SKT tərəfindən Cavabdeh 36 ay müddətinə illik 7% olmaqla 30000 manat məbəğində kredit verilmişdir. "xxxx" SKT və Abdulǝliyev Arif Məhər oğlu (iddiaçının əri) arasında bağlanmış xx.xx.2007-ci il tarixli 59 saylı İpoteka Müqaviləsinə əsasən "xxxx" SKT tərəfindən Cavabdeh xx.xx.2007-ci il tarixli 57 saylı saylı Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin yerinə yetirilməsi məqsədilə Abdulǝliyev Arif Məhər oğlunun mülkiyyətindəki Bərdə rayonu, Qaradağlı kəndində olan 0.08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 85 kv.m yaşayış, 140 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi "xxxx" SKT-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)514/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSC ilə cavabdehler Cavabdeh arasında bağlanmış 11 sentyabr 2007-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Bərdə şəhəri S.Vurğun küçəsi ev 5-də yaşayan Cavabdeh və ipoteka qoyan Abdulǝliyev Arif Məhər oğlundan 31079 (otuz bir min yetmiş doqquz) manat əsas kredit borcu, faiz borcu müştərək qayda da tutularaq "xxxx" QSC-nin xeyirinə ödənilməsi, 31079 manat kredit məbləği cavabdeh tərəfindən ödənilmədikdə, tutulacaq məbləğ kreditin təminatı kimi X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 85 kv,m yaşayış, 140 kn köməkçi sahəsindən ibarət 2 mərtəbəli 4 otaqlı, fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac satis yolu ilə rializə edilərək satışdan əldə edilən məbləğ borcunun ödənilməsinə yönəldiməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)872/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 2(021)514/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 29 iyun 2010-cu il tarixli 2(021)-514/2010 nömrəli qətnaməsi kredit müqaviləsinin ləğvi və borcun ipoteka qoyan A.Abduləliyevdən tutulması barədə tələb olmadığından həmin hissədə qismən ləğv edilmiş, qətnamənin Bərdə şəhəri S.Vurğun küçəsi ev 5-də yaşayan Cavabdeh 31079 manat əsas kredit borcu və faiz borcunun tutularaq "xxxx" QSC-nin xeyirinə ödənilməsi, cavabdehlərdən 20 manat dövlət rüsumunun iddiaçının xeyirinə tutulması, 31079 manat kredit məbləği cavabdeh tərəfindən ödənilmədikdə, tutulacaq məbləğin kreditin təminatı kimi X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 85 kv.m yaşayış, 140 kv,m köməkçi sahədən ibarət 2 mərtəbəli 4 otaqlı, fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satış yolu ilə realizə edilərək satışdan əldə edilən məbləğin borcun ödənilməsinə yönəldilməsi hissəsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2012-ci il tarixli Müqaviləyə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)872/2010 saylı xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən X5 məxsus Bərdə rayonun Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi 25500 manata "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına satılmışdır. xx.xx.2022-ci il tarixli AN-İ №1031185 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 225 kv.m, yaşayış sahəsi 85 kv.m, yardımçı sahəsi 140 kv.m olan 4 otaqlı fərdi yaşayış evini X2. Mərhum Abdulǝliyev Arif Məhər oğlu İddiaçı əri olmuşdur. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarında dəfələrlə İddiaçı əgər tərəfindən vərəsəlik qəbul olunubsa sənədlərin məhkəməyə təqdim olunmasını tələb etmiş, lakin iddiaçı həmin sənədləri məhkəməyə təqdim etməmiş və məhkəməyə dolğun cavab verə bilməmişdir. Buna görə də məhkəmə iddiaçının hazırki iddia tələbini qaldırmağa subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirə bilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 82 nömrəli arayışdan görünür ki, X11 ilə İddiaçı ilə 11 iyun 1975-ci il tarixdə 01 nömrəli akt qeydi ilə qeydə alınmış, X8 xx.xx.2021-ci ildə ölməsi ilə bağlı nikaha xitam verilmişdir. Göründüyü kimi İddiaçı X8 arvadı olmuş və X11 xx.xx.2021-ci ildə öldüyündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən İddiaçı onun birinci növbədə vərəsəsidir. Ona görə də məhkəmə kollegiyası İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İddiaçıya dəymiş ziyanla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Maddə 509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Maddə 509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Maddə 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. İstinad edilən maddədə düzünə göstəriş olmasa da, normanın məzmunundan belə nəticə çıxır ki, kreditor olan bank təmin edilərsə, onun tələb hüququ mülkiyyətçiyə keçir. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Buna görə də “tələb hüququnun mülkiyyətçiyə keçməsi”nə aydınlıq gətirilməsi üçün Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbi baxımından analoji norma kimi həmin Məcəllənin 196-cı maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Qanunun analogiyası kontekstində yanaşıldıqda, kreditoru təmin edən mülkiyyətçi kreditorun yerinə keçir. Bu isə o deməkdir ki, kreditorun bütün hüquqları da mülkiyyətçiyə keçir. Başqa sözlə, öhdəlik tam icra edilmədiyi halda, kreditorun istər əsas borcluya, istər zaminə qarşı, istərsə də girov və ipotekaya nə hüquqları var idisə, bu hüquqlar tam şəkildə öhdəliyi icra etmiş şəxsə keçir. Çünki öhdəliyi icra etmiş şəxs kreditora çevrilir, kreditorun yerini tutur. İş materiallarındana da göründüyü kimi kimi Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə ipoteka predmeti olan X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 85 kv,m yaşayış, 140 kv.m köməkçi sahəsindən ibarət 2 mərtəbəli 4 otaqlı, fərdi yaşayış evi hərracda satılmış və İddiaçı onun təqsirindən mülkiyyətindən məhrum olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tamamilə ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, əmlakın hərracda satıldığı dəyəri 25500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbinin qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3235/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 25500 manat pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar