Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-723/2024 23.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2099/2023 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 qarşı iddia qaldıraraq, 6980,27 (altı min doqquz yüz səksən ABŞ dolları 27 sent) ABŞ dolları əsas, 11332,29 (on bir min üç yüz otuz iki ABŞ dolları 29 sent) ABŞ dolları faiz, 9042,95 (doqquz min qırx iki ABŞ dolları 95 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1004,92 (bir min dörd ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 28360,43 (iyirmi səkkiz min üç yüz altmış ABŞ dolları 43 sent) ABŞ dolları və iş üzrə ödənilmiş 234.64 (iki yüz otuz dörd manat 64 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2099/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Qamət Əbilov) iddia təmin edilməmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2099/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin əsas borc hissəsində təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən aydın olur ki, borclu Cavabdeh2 Bank tərəfindən 7650 ABŞ dolları məbləğində kredit verilmiş və borclu həmin krediti aldığını öz imzası ilə təsdiq etmişdir. Məxaric orderindəki ödənişin təyinatına əsasən Cavabdeh2 pul kredit əsasında verilmişdir. Pulun alınmasını təsdiq edən kassa məxaric orderi mötəbər sübut olduğundan cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə müraciət edilərkən kassa məxaric orderinin əsli də “PDF” formasında elektron kabinetə yerləşdirilmişdir. Kassa məxaric orderinin əslinin kağız daşıyıcıda təqdim olunması məhkəmə tərəfindən tələb olunmamışdır. Bundan başqa, cavabdeh kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda ödənişlər etmişdir ki, bu da borcun etirafı kimi qəbul olunmalıdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Ləğv prosesində olan «İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, İddiaçı ASC ASC ilə Cavabdeh2 arasında bağlanılmış ********* №-li 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin, eyni zamanda xx.xx.2015-ci il tarixli, №410005687 saylı Kredit Müqaviləsinə bağlı olan xx.xx.2015-ci il tarixli, №410005687/ZM saylı Zaminlik Müqavilələrinin, xx.xx.2015-ci il tarixli №410005687 Əlavə Sazişlərin əsilləri yoxdur, ona görə də, təqdim edə bilmir. Cavabdehə məxsus məxaric orderinin əslini isə təqdim edir. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Ona görə də, şikayətin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2099/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2099/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №410005687 saylı Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixli №410005687 Əlavə Sazişin kserosurətindən görünür ki, xx.xx.2015-ci il tarixli, №410005687 saylı Kredit Müqaviləsinə əsasən kredit öhdəliyinin qalığı 7388,65 (yeddi min üç yüz səksən səkkiz dollar, altmış beş sent) ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. İddiaçı ASC, Cavabdeh2, Cavabdeh3 və X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №410005687/ZM saylı Zaminlik Müqaviləsinin kserosurətindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, №410005687 saylı Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda zaminlər Cavabdeh3 və X4 bank qarşısında borclu ilə birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdürlər. İddiaçı ASC, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış №410005687/ZM saylı xx.xx.2015-ci il tarixli Zaminlik Müqaviləsinə xx.xx.2015-ci il tarixli №410005687 Əlavə Sazişin kserosurətindən görünür ki, tərəflər müqaviləyə dəyişikliklər edilməsi barədə razılığa gələrək, Kredit Müqaviləsinə əsasən kredit öhdəliyinin qalığı 7388,65 (yeddi min üç yüz səksən səkkiz dollar, altmış beş sent) ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. İddiaçı ASC, Cavabdeh2, X4 arasında bağlanmış №410005687/ZM saylı xx.xx.2015-ci il tarixli Zaminlik Müqaviləsinə xx.xx.2015-ci il tarixli №410005687 Əlavə Sazişin kserosurətindən görünür ki, tərəflər müqaviləyə dəyişikliklər edilməsi barədə razılığa gələrək, Kredit Müqaviləsinə əsasən kredit öhdəliyinin qalığı 7388,65 (yeddi min üç yüz səksən səkkiz dollar, altmış beş sent) ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli Maliyyə arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №410005687 saylı kredit müqaviləsi üzrə sonuncunun 6980,27 ABŞ dolları əsas, 11332,29 ABŞ dolları faiz, 9042,95 ABŞ dolları cərimə, 1004,92 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği borcu olmaqla, cəmi 28360,43 ABŞ dolları kredit borcu mövcuddur. bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 13 yanvar 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 imza edərək 7650 (yeddi min altı yüz əlli) manat məbləğində pulu İddiaçı ASC-dən götürmüşdür. Məhkəmə kollegiyasının iclasında müəyyyən olundu ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-ti və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 7650 ABŞ dolları məbləğində pul vəsaiti verməsini göstərsə də, həmin müqavilənin əsli, eyni zamanda xx.xx.2015-ci il tarixli, №410005687 saylı Kredit Müqaviləsinə bağlı olan xx.xx.2015-ci il tarixli, №410005687/ZM saylı Zaminlik Müqavilələrinin, xx.xx.2015-ci il tarixli №410005687 Əlavə Sazişlərin əsilləri iş materiallarına əlavə edilməmiş və iddiaçının nümayəndəsi həmin sənədlərin mövcud olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının MM-nin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, iddiaçı LPO İddiaçı ASC cavabdehə məxsus 13 yanvar 2015-ci il tarixli 1/13/77774737 saylı məxaric orderini təqdim etsə də, xx.xx.2015-ci il tarixli, №410005687 saylı Kredit Müqaviləsinə bağlı olan xx.xx.2015-ci il tarixli, №410005687/ZM saylı Zaminlik Müqavilələrinin, xx.xx.2015-ci il tarixli №410005687 Əlavə Sazişlərin əsilləri, xx.xx.2015-ci il tarixli, №410005687 saylı Kredit Müqaviləsinin isə ümumiyyətlə nə əsli, nə də ki, təsdiq olunmuş surəti məhkəməyə məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(102)-575/2023 saylı*** iş üzrə mövqeyini qeyd etməyi zəruri hesab edir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının (kreditorun) üzərinə düşür. Bu məqsədlə iddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti), o cümlədən kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri əsaslı hesab edilmir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir. Məhkəmə kollegiyasının iclasında iddiaçı bankın nümayəndəsi öz izahatında kredit və zaminlik müqavilələrinin əsillərinin olmadığını bildirmiş, yalnız cavabdehə məxsus 13 yanvar 2015-ci il tarixli, 1/13/77774737 USD saylı məxaric orderinin əslini məhkəməyə təqdim etmişdir. Ona görə də, kollegiya hesab edir ki, iddia tələbi yalnız əsas borc hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi əsas borc hissəsində təmin edildiyi üçün, iddia tələbi gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi hissəsində də qanuni olduğundan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1004,92 (bir min dörd ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına qismən uyğun olmamış və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-ci maddələrinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2099/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh2 6980,27 (altı min doqquz yüz səksən ABŞ dolları 27 sent) ABŞ dolları əsas borc, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1004,92 (bir min dörd ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 7985,19 (yeddi min doqquz yüz səksən beş ABŞ dolları 19 sent) ABŞ dolları məbləğinin ödəniş anına manata məzənnə ilə, manat ekvivalentində və ödənilmiş 234,64 (iki yüz otuz dörd manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumunun 100 manat hissəsi iddiaçı «Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası MPM-in 384-385, 392- 393, 402-407-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2099/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 6980,27 (altı min doqquz yüz səksən ABŞ dolları 27 sent) ABŞ dolları əsas borc, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1004,92 (bir min dörd ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 7985,19 (yeddi min doqquz yüz səksən beş ABŞ dolları 19 sent) ABŞ dolları məbləğinin ödəniş anına manata məzənnə ilə, manat ekvivalentində və ödənilmiş 234,64 (iki yüz otuz dörd manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumunun 100 manat hissəsi iddiaçı «Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-723/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-723/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver