Məhkəmə qərarları › İş №2(104)-724/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-724/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-724/2024 24.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul, əldən çıxmış fayda və dövlət aktının qaytarılması. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ilk iddiasına, ilk iddia üzrə Cavabdeh İddiaçı qarşı əldən çıxmış fayda və dövlət aktının alınıb verilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3649/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2719/2023 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh məhkəmədə iddia qaldıraraq, İddiaçı ona və ailə üzvülərinə "Torpağa mülkiyyət hüququna dair" JN 0031 saylı Dövlət Aktı əsasında məxsus olan Bərdə rayonu, Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)- 3123/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)- 841/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)- 841/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

2. “X5” MMC-nin xx.xx.2023-cü il tarixli Mütəxəssis Rəyindən görünür ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi 1.28 ha torpaq sahəsinin əkinə yararlı olması, su kanalının və körpünün salınması üçün çəkilən xərc 8040 manat dəyərində qiymətləndirilmişdir.

3. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2021-xx.xx.2022–ci il tarix üzrə 3781.78 manat subsidiya ödənişi olunmuşdur

4. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(021)-717/23 saylı qərardadından görünür ki, İddiaçı icra sənədinin dayandırılmasına dair ərizəsi təmin olunmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8.040 manat pul vəsaitinin və 100,40 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəmədə iddia qaldıraraq, ona və ailə üzvülərinə "Torpağa mülkiyyət hüququna dair" JN 0031 saylı Dövlət Aktı əsasında məxsus olan Bərdə rayonu, Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddia təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)- 841/2023 saylı qətnaməsi ilə (hakimlər L.Süleymanov sədrlik edən, məruzəçi, İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 2719/2023 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)-841/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan qətnamələrdən də göründüyü kimi hazırki iş üzrə cavabdeh onun sözügedən torpaqdan çıxarılmağına nail olmuşdur. O, ötən illər ərzində sözügedən torpaq sahəsini əkinə yararlı vəziyyətə salmaq üçün 7 il müddətində 70 kamaz peyin, 49 kisə gübrə, torpaq sahəsinə gəlmək üçün körpü, torpaq sahəsinin suvarılması üçün su kanalı və torpaq sahəsinin düzləşdirilməsi üçün “X7” MMC-nin verdiyi "xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ümumilikdə 8.040 manat xərc çəkmişdir. Həmin xərcləri tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulunu geri vermir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Bundan sonra ilk iddia üzrə Cavabdeh İddiaçı qarşı əldən çıxmış fayda və dövlət aktının alınıb verilməsi tələbi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı vurduğu maddi zərərin əvəzi olaraq 4440 (dörd min dörd yüz qırx) manat pulun, qanunsuz olaraq özündə saxladığı ona və ailə üzvlərimə aid olan "Torpağa mülkiyyət hüququna dair" JN-0031 KOD 61001018 nömrəli Dövlət Aktının və onun adına olan subsidya öpdənişini almaq üçün olan bank kartının alınıb ona verilməsinə və hazırkı iddia tələbinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 65,0 manatın ondan alınaraq ona qaytarılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddiada iddiaçı, qarşılıqlı iddiada cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəyə müraciət etməyini əsaslı və qanuni hesab edir. Belə ki, Bərdə rayonu Alpoud kəndində daimi yaşayır. Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı ilə ona ailə üzvlərihəyat yoldaşı X4 və qızı X3 Alpoud kəndində kənd təsərrüfatı təyinatlı cəmi 1.28 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ona və sözügedən ailə üzvlərinə məxsus olması barədə onlara "Torpağa mülkiyyət hüququna dair" JN-0031 KOD 61001018 nömrəli Dövlət Aktı da verilmişdir. 2014-cü ilədək bu torpaqdan özləri istifadə etmişlər. 2014-cü ilin yanvar ayında ürəyindən açıq cǝrahiyyə əməliyyatı olunmağı üçün pul lazım olduğuna görə həmin torpağı həmkəndlisi və yaxın münasibətdə olduğu cavabdeh İddiaçı 8 il müddətinə istifadəyə vermişlər, əvəzində ondan elə həmin 2400 manat pul almışdır. Torpağı İddiaçıa istifadəyə verərkən aralarında rəsmi müqavilə o, cümlədən də icarə müqaviləsi bağlanmamışdır, lakin şifahi razılaşmışlar ki, torpağı ona 01 yanvar 2022-ci il tarixədək, həm də 1 hektarına görə illik 300 manat hesabı ilə istifadəsinə verir, torpaq vergisini də İddiaçı ödəyəcəkdir. İddiaçı isə vəd etmişdir ki, torpaqdan yaxşı məhsul əldə edərsə, qalan 0,28 ha torpağa görə də ona əlavə pul verəcəkdir. Lakin əlavə pulun məbləğini və nə vaxt verilməli olmasını razılaşdırmamışdırlar. Odur ki, ötən 8 ildə o, İddiaçı vəd etdiyi əlavə pulu heç vaxt istəməmişdir. 2014-cü ilin yanvar ayında torpağı İddiaçı istifadəsinə verərkən onun Dövlət Aktını da İddiaçı vermişdir ki, dövlət tərəfindən fermerlərə dəstək kimi verilən pul subsidyasını, kübrə, toxum və sairəni özü ala bilsin. Beləliklə, İddiaçı 2014-cü ilin yanvar ayından başlayaraq hal-hazıradək torpaqlarından istifadə etmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərindən başlayaraq ondan xahiş etmişdir ki, torpaqlarından istifadəni dayandırsın və onu özlərinə qaytarsın. Lakin, cavabdeh 2022ci ilin yanvar ayından etibarən torpağından çıxmır, hətta Bərdə rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixliş 2(021)-3123/2022 saylı qətnaməsinə baxmayaraq yenə də torpağını özünə qaytarmayaraq onu istidadə etməkdə davam edir, qanunlara və məhkəmə qətnaməsinə məhəl qoymur. Bərdə rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsi ilə də müəyyən olunmuşdur ki, o, 1.28 ha torpaq sahəsini cavabdeh İddiaçı 2014-cü ilin yanvar ayının əvvəllərindən 2022-ci ilin yanvar ayınadək olan müddətə, həmdə cəmi 2400 manat pulun əvəzində istifadəsinə vermişdir, cavabdeh 2022-ci ilin yanvar ayının əvvəlində həmin torpağı özünə qaytarmalı olduğu halda onu qaytarmayaraq istifadə etməkdə davam etmişdir. Odur ki, məhkəmə 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə onun 1.28 ha torpaq sahəsindən çıxarılmalı olduğunu qət etmişdir. Bərdə rayon məhkəməsinin sözügedən qətnaməsi ondan apellyasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəyə minmişdir. Sözügedən 1,28 ha torpaq sahəsini 1998-ci ildən 2014-cü ilin yanvar ayınadək özü istifadə etməklə orada hər il buğda, qarğıdalı, yonca və ya pambıq əkmiş, hər mövsümdə 5000 manatdan artıq gəlir əldə etmişdir. Vəkil soğrusuna cavab olaraq Bərdə rayon İcra Hakimiyyətinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3/79 saylı Arayışda göstərilənlərə əsasən “Bərdə rayonu Alpoud kəndində yerləşən 1,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən aqrotexniki qaydalara düzgün əməl olunarsa 2022-ci ildə bir mövsümdə 1 hektardan 90-100 sentner qarğıdalı, 35-40 sentner buğda və 30-40 sentner pambıq məhsulu götrülə bilər. 2022-ci ildə 1(bir) kiloqram qarğıdalının sərbəst satış qiyməti 35-40 qəpik, yem va arzaqlıq buğdanın 1 kiloqramı 30- 50 qəpik arasında, 1 kiloqram xam pambığın 2022-ci ildə alış qiyməti 0,80 qəpik olmuşdur. 2022-ci ildə dövlət tərəfindən fermerlərə pambığın hər kiloqramı üçün 0,17 qəpik, buğda əkininə görə 210 manat (hər hektara) və qarğıdalı əkininə görə isə 230 manat (hər hektara) subsidya ödənilmişdir.”

9. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3649/2023 nömrəli qətnaməsi (hakim Qamət Əbilov) ilə, İddiaçı Cavabdeh qarşı “pul” dair ilk iddia tələbi təmin olunmaması, Cavabdeh İddiaçı qarşı “əldən çıxmış fayda və “Torpağa mülkiyyət hüququna dair” JN-0031 KOD 61001018 nömrəli Dövlət Aktının alınıb verilməsi” tələbinə dair qarşılıqlı iddia qismən təmin olunması, İddiaçı Cavabdeh və ailə üzvlərinə məxsus “Torpağa mülkiyyət hüququna dair” JN-0031 KOD 61001018 nömrəli Dövlət Aktı alınıb Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmaması, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 157, 386.1, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 77.1, 119.1, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3649/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və ilk iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin dəyərini təşkil edən pulun və həmin torpaq münbit hala gətirilməsi üçün çəkdiyi xərcin əvəzi qarşı tərəfdən tutulmalı olmasına baxmayaraq, işə baxan məhkəmə yanlış nəticəyə gələrək iddia tələbini rədd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

21. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

22. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

23. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

39. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyator qətnamənin yalnız qarşılıqlı iddianın təmin edilməməsi hissəsindən narazıdır. Odur ki, qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3649/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Beləliklə, işin halları ondan ibarətdir ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarına əsasən, Bərdə rayonu, Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X6 və X2 mülkiyyətinə verilmişdir. İddiaçı Cavabdeh məhkəmədə iddia qaldıraraq, İddiaçı ona və ailə üzvlərinə “Torpağa mülkiyyət hüququna dair” JN 0031 saylı Dövlət Aktı əsasında məxsus olan Bərdə rayonu, Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)- 841/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)2719/2023 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)-841/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh və ailə üzvlərinə məxsus olan torpaq sahəsini 2014-cü ildən istifadə etmişdir.

44. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

45. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi və bu maddədən irəli gələrək Məcəllənin 1091 və 1092-ci maddələri təşkil edir.

47. Qanunun həmin normalarına əsasən əmlakı mülkiyyətçiyə qaytarmalı olan vicdanlı sahib ayırmaq mümkün olmayan yaxşılaşdırmaların dəyərinin əvəzinin ödənilməsini tələb edə bilər. Belə tələbetmə hüququ isə əsassız varlanmadan irəli gəlir.

48. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

49. Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

50. Hazırda ilk iddia üzrə işin mübahisəli halı torpaq sahəsində yaxşılaşdırmanın aparılması üçün çəkilmiş məsrəflərin əvəzinin ödənilməsi ilə bağlıdır.

51. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

52. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

53. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

54. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

55. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

56. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

57. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

58. İş materiallarından göründüyü kimi, ilk iddia üzrə iddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahəsində yaxşılaşdırmanın aparılması üçün çəkilmiş məsrəflərin əvəzinin (peyin və gübrənin verilməsi, torpaq sahəsinə daxil olmaq üçün körpünün çəkilməsi, torpaq sahəsinin suvarılması üçün su kanalı və torpaq sahəsinin düzləşdirilməsi və s üçün çəkilmiş) ona geri qaytarılmasını istəyir. Bu halda sübutetmə yükü ilk iddia üzrə iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

60. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, ilkin iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, ilkin iddia üzrə iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

61. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.

62. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Həmçinin, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir

63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

65. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

66. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti formal olaraq verildiyindən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3649/2023 nömrəli qətnaməsi mübahisələndirilən - ilk iddianın təmin edilməməsi - hisəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar