Məhkəmə qərarları › İş №2(104)-728/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-728/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-728/2025 06.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs: Maraqlı şəxs ASC) “birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi”tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) (üçüncü şəxs: Maraqlı şəxs ASC) qarşı “birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)-92/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(021)-92/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 24 fevral 2021-ci il tarixli, 12-BİZ-1-0-7-21 (K) nömrəli kredit müqaviləsinə əsasən verilmiş 100000 (bir yüz min) manat məbləğində kreditin yarı dəyəri olan 50000 (əlli min) manat və 8309,97 (səkkiz min üç yüz doqquz manat 97 qəpik) manat məbləğində faiz borcunun yarı dəyəri olan 4154,98 (dörd min bir yüz əlli dörd manat 98 qəpik) manat; 30 aprel 2021-ci il tarixli, 12-BİZ-1-0-7-21 (K2) nömrəli kredit müqaviləsinə əsasən verilmiş 15000 (on beş min) manat məbləğində kreditin yarı dəyəri olan 7500 (yeddi min beş yüz) manat və 2010,79 (iki min on manat 79 qəpik) manat məbləğində faiz borcunun yarı dəyəri olan 1005,39 (bir min beş manat 39 qəpik) manat; 31 avqust 2021-ci il tarixli, 12-BİZ-1-0-7-21/3 nömrəli kredit müqaviləsinə dair razılaşmaya əsasən verilmiş 200000 (iki yüz min) manat məbləğində kreditin yarı dəyəri olan 100000 (bir yüz min) manat və 34287,66 (otuz dörd min iki yüz səksən yeddi manat 66 qəpik) manat məbləğində faiz borcunun yarı dəyəri olan 17143,83 (on yeddi min bir yüz qırx üç manat 83 qəpik) manat məbləğində pulun, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 469,80 (dörd yüz altmış doqquz manat 80 qəpik) manat məbləğində dövlət rüsumunun və 50 (əlli) manat məbləğində mediasiya xidməti haqqı olmaqla, cəmi 180324 (bir yüz səksən min üç yüz iyirmi dörd) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh (üçüncü şəxs Maraqlı şəxs ASC) qarşı birgə nikah dövründə əldə etdikləri kredit müqavilələri üzrə 515000 (beş yüz on beş min) manat pul vəsaitinin ½ hissəsinin, yəni 257500 (iki yüz əlli yeddi min beş yüz) manat məbləğində pulun və ödənilmiş 550 (beş yüz əlli) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək həmin kredit müqavilələri üzrə faiz məbləğlərinin də cavabdehlə aralarında bölünərək, Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(021)-92/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 24 fevral 2021-ci il tarixli, 12-BİZ-1-0-7-21 (K) nömrəli kredit müqaviləsinə əsasən verilmiş 100000 (bir yüz min) manat məbləğində kreditin yarı dəyəri olan 50000 (əlli min) manat və 8309,97 (səkkiz min üç yüz doqquz manat 97 qəpik) manat məbləğində faiz borcunun yarı dəyəri olan 4154,98 (dörd min bir yüz əlli dörd manat 98 qəpik) manat; 30 aprel 2021-ci il tarixli, 12-BİZ-1-0-7-21 (K2) nömrəli kredit müqaviləsinə əsasən verilmiş 15000 (on beş min) manat məbləğində kreditin yarı dəyəri olan 7500 (yeddi min beş yüz) manat və 2010,79 (iki min on manat 79 qəpik) manat məbləğində faiz borcunun yarı dəyəri olan 1005,39 (bir min beş manat 39 qəpik) manat; 31 avqust 2021-ci il tarixli, 12-BİZ-1-0-7-21/3 nömrəli kredit müqaviləsinə dair razılaşmaya əsasən verilmiş 200000 (iki yüz min) manat məbləğində kreditin yarı dəyəri olan 100000 (bir yüz min) manat və 34287,66 (otuz dörd min iki yüz səksən yeddi manat 66 qəpik) manat məbləğində faiz borcunun yarı dəyəri olan 17143,83 (on yeddi min bir yüz qırx üç manat 83 qəpik) manat məbləğində pulun, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 469,80 (dörd yüz altmış doqquz manat 80 qəpik) manat məbləğində dövlət rüsumunun və 50 (əlli) manat məbləğində mediasiya xidməti haqqı olmaqla, cəmi 180324 (bir yüz səksən min üç yüz iyirmi dörd) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh 18 sentyabr 2024-cü il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(021)-92/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı, üçüncü şəxs Maraqlı şəxs ASC olmaqla, “Birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(021)-92/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən sonra 7 gün müddətində mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(021)-92/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi, Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(021)- 92/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360 və 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bərdə Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Apellyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(021)-92/2024 nömrəli qətnaməsinin Cavabdeh nümayəndəsi (vəkil) X2 poçt xəbərnaməsinə imza etməklə 25 iyul 2024-cü il tarixində götürmüş, nəticədə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Bərdə Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 2(021)-92/2024 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(021)-92/2024 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Cavabdeh 07 yanvar 2025-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(021)-92/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin təmin edilərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)- 92/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsi ilə müəyyən edilmiş müddətin ötürülməsi səbəbləri üzrlü hesab edilməklə buraxılmış prosessual müddətin bərpa edilməsinə və 18 sentyabr 2024-cü il tarixdə Elektron məhkəmə sistemi vasitəsi ilə göndərdiyi apellyasiya şikayətinin aidiyyəti üzrə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-92/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh, yəni ona qarşı "Birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi" tələbinə dair iddiası qismən təmin edilərək qət edilmişdir ki, 2021-ci ildə İddiaçı tərəfindən götürülmüş bank kreditlərinə görə ondan cəmi 179804.20 manat, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 461,80 manat məbləğində dövlət rüsumu və 50 manat mediasiya xidmət haqqı olmaqla, cəmi 180324 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə iclasında onu nümayəndəsi olan Bərdə Rayon Vəkil Bürosunun tərkibində fəaliyyət göstərən vəkil X5 təmsil etdiyindən şəxsən özü iştirak etməmişdir. Məhkəmənin sözügedən qətnaməsi naməlum səbəbdən ona rəsmi qaydada, yəni poçt vasitəsilə göndərilməmişdir. Odur ki, 05 sentyabr 2024-cü il tarixdə Bərdə Rayon Məhkəməsinə gələrək şifahi müraciət etməklə qətnamənin surətinin ona verilməsini istəmişdir. Odur ki, məhkəmə qəbzinə imza etdirməklə həmin gün qətnamənin surəti ona verilmişdir. Beləliklə də, Bərdə Rayon Məhkəməsininin 28 iyun 2024-cü il tarixli, 2(021)-92/2024 nömrəli qətnaməsinin rəsmi qaydada ona verilməsi xx.xx.2024-cü ildir. Qətnamədən narazı olduğuna, yəni onu maddi və prossesual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş qanunsuz qətnamə hesab etdiyindən onun ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına 05 sentyabr 2024-cü il tarixli apelyasiya şikayəti hazırlanmış və apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə Elektron məhkəmə sistemi vasitəsi ilə aidiyyatı üzrə göndərmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-92/2024 nömrəli qərardadına əsasən apellyasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il 2(104)-2183/2024 nömrəli qərardadına əsasən Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(021)-92/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri mümkün hesab edilməsi, Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(021)-92/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Bərdə Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)- 92/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinin özünə qaytarılması qət edilmişdir. Bu qərardadın surətini 29 dekabr 2024-cü il tarixdə poçt vasitəsilə almışdır. Məhkəmənin sözügedən qərardadı onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(021)-92/2024 nömrəli qətnaməsinin surəti 08 iyul 2024-cü ildə poçt vasitəsilə tərəflərə göndərilmiş, cavabdehin nümayəndəsi (vəkili) X5 25 iyul 2024-cü ildə poçt sənədinə şəxsən imza etməklə Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(021)-92/2024 nömrəli qətnaməsini rəsmi qaydada almışdır. Cavabdehin nümayəndəsi (vəkili) X1 Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(021)-92/2024 nömrəli qətnaməsini 25 iyul 2024-cü ildə rəsmi qaydada alsa da, cavabdeh qanunla müəyyən edilmiş müddəti ötürməklə, yəni 18 sentyabr 2024-cü ildə apellyasiya şikayəti vermiş, lakin ötürülmüş prossesual müddətin bərpası barədə məhkəməyə vəsatət verməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-92/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi üzürlü hesab edilməklə buraxılmış müddətin bərpasına dair qərardad qəbul edilməklə apellyasiya şikayətinə yenidən Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Vəkil Cahangir Nəsibov tərəfindən qətnamənin surətinin 25 iyul 2024-cü il tarixdə rəsmi surətdə alınmış olması onun həmin qətnamənin surətini 25 iyul 2024-cü il tarixdə rəsmi qaydada alması demək deyildir. Vəkil Cahangir Nəsibovla onun hüquqi yardım barədə müqaviləsi Bərdə Rayon Məhkəməsində 2(021)-92/2024 nömrəli mülki iş üzrə icraat zamanı onu məhkəmədə təmsil etmək barədə olmuşdur. Odur ki, vəkil Cahangir Nəsibov sözügedən qətnaməni əldə edən kimi həmin qətnamənin surətini ona dərhal vermək və ya onu vaxtında verməyə heç bir təşəbbüs etməmişdir. Vəkil Cahangir Nəsibov 2(021)-92/2024 nömrəli mülki iş üzrə icraat zamanı onu lazımi səviyyədə təmsil etməməklə son nəticədə məhkəmənin onun iddiaçıya 180324 manat pul ödəməli olması barədə qətnamə qəbul etməsindən şifahi olaraq məlumat aldıqdan sonra onunla aralarında ciddi narazılıq olması səbəbindən əməkdaşlıqları sona çatmışdır. Odur ki, 25 iyul 2024-cü il tarixdən çox əvvəl vəkil Cahangir Nəsibovun qətnaməni qəbul etdiyi xx.xx.2024-cü il tarixdən sonra onunla əməkdaşlıqları qurtarmışdır. 05 sentyabr 2024-cü il tarixdə vəkil Cahangir Nəsibova şifahi müraciət edərək qətnamənin surətini indiyənədək ona nə üçün göndərməməsinin səbəbini soruşduqda o, məhkəmənin sözügedən qətnaməsini xx.xx.2024-cü il tarixdə aldığını bildirməmiş, demişdir ki, “get məhkəmənin dəftərxanasına öyrən ki, niyə göndərməyiblər və dəftərxanadan qətnamənin surətini özün al”. Hətta vəkil Cahangir Nəsibov qətnamənin surətini də tapıb ona verə bilməmişdir. Odur ki, xx.xx.2024-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin dəftərxanasına müraciət edərək qətnamənin surətinin ona verilməsini tələb etmişdir. Yalnız bundan sonra dəftərxanada məhkəmə qəbzinə imza etdirilməklə qətnamənin surətini ona verilmişdir. Beləliklə də, qətnamənin surəti rəsmi qaydada aldığı tarix xx.xx.2024-cü ildir. 17 dekabr 2024-cü il tarixli 2(021)-92/2024 nömrəli qərardadda göstərilir ki, qətnamənin surəti 08 iyul 2024-cü il tarixdə poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. Bununla əlaqədar bildirir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-92/2024 nömrəli qətnaməsi poçt vasitəsilə ona göndərilməmişdir və poçt vasitəsilə ona verilməmişdir. Yuxarıda qeyd etdiyi kimi onu yalnız xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanasında məhkəmə qəbzinə imza etməklə rəsmi qaydada əldə etmiş və MPM-nin tələblərinə uyğun olaraq bir ay daxilində apellyasiya şikayətini elektron məhkəmə sistemi vasitəsilə göndərmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)-92/2024 nömrəli qərardadı ilə Cavabdeh Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(021)-92/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunmuşdur. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(021)-92/2024 nömrəli qətnaməsinin surəti 08 iyul 2024-cü ildə poçt vasitəsilə tərəflərə göndərilmiş, cavabdehin nümayəndəsi (vəkili) X5 25 iyul 2024-cü ildə poçt sənədinə şəxsən imza etməklə Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(021)-92/2024 nömrəli qətnaməsini rəsmi qaydada almışdır. Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri Cavabdeh Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)-92/2024 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. a) Qərardaddan şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə onun ünvanına rəsmi qaydada sifarişli poçt göndərişi vasitəsi ilə çatdırılmamış, məhkəmənin dəftərxanasında qəbzə imza etməklə 05 sentyabr 2024-cü il tarixdə almış, 13 gün sonra, 18 sentyabr 2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Habelə, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizədəki xüsusatları sadalamışdır. b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə görə, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə görə, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.5-ci maddəsinə əsasən, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6-cı maddəsinə əsasən, prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. 398.0.1-ci maddəsinə əsasən, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin hüququdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 128.1. maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1. maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.3. maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(021)-92/2024 nömrəli qətnaməsinin surəti 08 iyul 2024-cü ildə poçt vasitəsilə tərəflərə göndərilmiş, cavabdehin nümayəndəsi (vəkili) X5 25 iyul 2024-cü ildə poçt sənədinə şəxsən imza etməklə Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(021)-92/2024 nömrəli qətnaməsini rəsmi qaydada almışdır. Cavabdehin nümayəndəsi (vəkili) X1 Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(021)-92/2024 nömrəli qətnaməsini 25 iyul 2024-cü ildə rəsmi qaydada alsa da, cavabdeh qanunla müəyyən edilmiş müddəti ötürməklə, yəni 18 sentyabr 2024-cü ildə apellyasiya şikayəti vermişdir. Cavabdeh ərizəsində nümayəndəsi (vəkili) X5 ilə aralarında ciddi narazılıq olması səbəbindən əməkdaşlıqlarının sona çatdığını qeyd etsə də, nümayəndəsi (vəkili) X3 verdiyi etibarnamənin ləğv olunması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan 14 iyun 2024-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh bütün məhkəmə instansiyalarında təmsil edilməsini X3 etibar etmişdir. Etibarnamə səkkiz ay müddətinə verilib və 14 dekabr 2024-cü ilə kimi qüvvədədir. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hazırki halda Cavabdeh ötürülmüş prosessual müddətin bərpa olunmasına səbəb olan əsaslı üzrlü səbəb bildirməmiş və prosessual müddətin üzürlü səbəblərinə dair məhkməyə sübut təqdim etməmişdir. Odur ki,şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)-92/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar