Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-736/2024 13.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(076)-2476/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehədn 3500 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(076)-2476/2023 nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədli) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsinı və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasına barışıq sazişini təqdim edərək, təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə kollegiyasından barışıq sazişinin təqdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil1 da məhkəmə kollegiyasından tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə 13 may 2024-cü il tarixli barışıq şazişi bağlanmışdır. göstərilmişdir:
1. Cavabdeh öhdəsinə götürmüşdür ki, iddiaçı X1 aldığı 3500 manatı hər ay 100 manat olmaqla, imkanı olduğu təqdirdə isə 150 manat və daha çox olmaq şərti ilə 2024-cü ilin may ayının sonundan başlayaraq hər ayın sonunda iddiaçının kartına köçürəcək.
2. İddiaçı qeyd olunan şərti qəbul edir və özünə məxsus kart hesab nömrəsini cavabdehə təqdim edir.
3. Tərəflər sazişin təsdiq olunmasını və şərtlər əsasında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir.
4. Barışıq sazişinin hüquqi nəticələri tərəflərə aydındır və barışıq sazişinin şərtləri yerinə yetirilmədiyi halda məhkəmə qaydasında icra olunacaqdır. Məhkəmə kollegiyası təqdim olunmuş barışıq sazişinin şərtlərini tərəflərə izah etmiş və tərəflər barışıq sazişinin şərtlərinin onlara aydın olduğunu və təsdiq olunmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3. maddəsinə görə, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1. maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2. maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370.1. maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2. maddəsinə görə, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanunvericiliyin tələbinə uyğun olmaqla sonuncuların öz iradəsi əsasında bağlanmış və hər iki tərəf onu imzalamışdır. Ona görədə kollegiya hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2.4 maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 263-264, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 may 2024-cü il tarixli barışıq şazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh öhdəsinə götürür ki, iddiaçı X1 aldığı 3500 manatı hər ay 100 manat olmaqla, imkanı olduğu təqdirdə isə 150 manat və daha çox olmaq şərti ilə 2024-cü ilin may ayının sonundan başlayaraq hər ayın sonunda iddiaçının kartına köçürəcək.
2. İddiaçı qeyd olunan şərti qəbul edir və özünə məxsus kart hesab nömrəsini cavabdehə təqdim edir.
3. Tərəflər sazişin təsdiq olunmasını və şərtlər əsasında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir.
4. Barışıq sazişinin hüquqi nəticələri tərəflərə aydındır və barışıq sazişinin şərtləri yerinə yetirilmədiyi halda məhkəmə qaydasında icra olunacaqdır. Şəmkir Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(076)-2476/2023 nömrəli qətnaməsi ləğv edilsin və işin icraatına xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.