Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-740/2024 04.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin 2(013)-2266/2017 saylı mülki iş üzrə 08 yanvar 2024-cü il tarixli qərardadından borclu Cavabdeh2 Yusibəyli oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ASC-nin borclu Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 817 ABŞ dolları əsas borcun, 416 ABŞ dolları faiz borcun, və 20,0 ABŞ dolları cərimə bocu olmuqlu, cəmi 1253 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə əmr çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-2266/2017 saylı 17 aprel 2017-cı il tarixli məhkəmə əmri ilə qeyd olunan ərizə təmin edilmişdir. Həmin məhkəmə əmrindən borclu X1 29 dekabr 2023-cü il tarixdə məhkəməyə etirazı daxil olmuş və o, həmin etirazda Ağdam Rayon Məhkəməsinin 2(013)-2266/2017 saylı 17 aprel 2017-ci il tarixli məhkəmə əmrin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-2266/2017 saylı mülki iş üzrə 08 yanvar 2024-cü il tarixli qərardadı ilə həmin məhkəmə əmrindən verilmiş etiraz müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə baxılmadan borclu X2 geri qaytarılmışdır. Həmin qərardadla razı olmayan borclu X3 29 yanvar 2024-cü il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, ünvan 1rdadının ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-2266/2017 saylı mülki iş üzrə 31 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə 7 (yeddi) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi ərizəyə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxıldığı üçün tərəflər məhkəmə iclasına dəvət edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-2266/2017 saylı mülki iş üzrə 08 yanvar 2024-cü il tarixli qərardadı tam, onunla bağlı 31 yanvar 2024-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, məhkəmə əmrindən verilmiş etiraza yenidən baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 281.3-cü maddəsinə əsasən məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir. Həmin Məcəllənin 282-ci naddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Birinci instansiya məhkəməsi məhkəmə əmrinə qarşı verilmiş etirazı geri qaytararkən qeyd etmişdir ki, borclu Cavabdeh2 məhkəmə əmrindən xx.xx.2023-cü il tarixdə, yəni 6 ildən çox müddət keçdikdən sonra etiraz vermişdir. Belə ki, o, etiraz vermək üçün Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərdə turulmuş 10 gün müddəti ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmır və aşağıdakıları qeyd edir. Kollegiya ilk öncə onu qeyd edir ki, mülki işin materiallarında Ağdam Rayon Məhkəməsinin 2(013)-2266/2017 saylı 17 aprel 2017-cı il tarixli məhkəmə əmrinin borclu Cavabdeh2 göndərilməsi barədə müşaiyət məktubu olsa da, həmin məhkəmə əmrinin Cavabdeh2 çatdırıldığı barədə rəsmi sənəd aşkarlanmır. İş materiallarından görünür ki, borclu Cavabdeh2 Ağdam Rayon Məhkəməsinin 2(013)- 2266/2017 saylı 17 aprel 2017-cı il tarixli məhkəmə əmrinin ona təqdim edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət etmiş, sözügedən məhkəmə əmrininin surəti həmin tarixdə ona rəsmi şəkildə göndərilmiş və borclu tərəfindən məhkəmə əmrinə etiraz verilmişdir. Birinci instansiya məhkəməsi isə Ağdam Rayon Məhkəməsinin 2(013)-2266/2017 saylı 17 aprel 2017-cı il tarixli məhkəmə əmrindən borclu Cavabdeh2 daha əvvəllər rəsmi qaydada məlumatlı olub olmaması məsələlərini araşdırmadan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Ağdam Rayon Məhkəməsinin 2(013)-2266/2017 saylı mülki iş üzrə 08 yanvar 2024-cü il tarixli qərardadı tam, onunla bağlı 31 yanvar 2024-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, məhkəmə əmrindən verilmiş etiraza yenidən baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi isə Ağdam Rayon Məhkəməsinin 2(013)-2266/2017 saylı 17 aprel 2017-cı il tarixli məhkəmə əmrindən borclu Cavabdeh2 daha əvvəllər rəsmi qaydada məlumatlı olub olmaması məsələlərini tam araşdırmaqla qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Cavabdeh2 Yusibəyli oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-2266/2017 saylı mülki iş üzrə 08 yanvar 2024-cü il tarixli qərardadı tam, onunla bağlı 31 yanvar 2024-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilsin. Məhkəmə əmrindən verilmiş etiraza yenidən baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-740/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-740/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver