Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-743/2024 04.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 2(021)-2462/2023 saylı mülki iş üzrə 09 yanvar 2024-cü il tarixli qərardadından Cavabdeh şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Bərdə rayon Zümürxan kənd sakini Cavabdeh 5400 manat pulunun və ödənilmiş 74 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(021)-2462/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3500 manat məbləğində pul və ödənilmiş 70 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 4 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən 14 noyabr 2023-cü il tarixdə Cavabdeh apellyasiya şikayəti vermiş, qətnamədən 1 aylıq şikayət vermə müddəti ötürüldüyündən Bərdə Rayon Məhkəməsinin 2(021)-2462/2023 saylı mülki iş üzrə 09 yanvar 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 iyul 2023cü il tarixli, 2(021)-2462/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin geri qaytarılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-2462/2023 saylı mülki iş üzrə 09 yanvar 2024-cü il tarixli qərardadından xx.xx.2024-cü il tarixdə Cavabdeh elektron şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2462/2023 saylı mülki iş üzrə 30 yanvar 2024-cü il tarixli qərardadı ilə məhkəmənin iş üzrə 09 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi ərizəyə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxıldığı üçün tərəflər məhkəmə iclasına dəvət edilməmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tədqiq edib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)- 2462/2023 saylı mülki iş üzrə 09 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının MPM-in 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı işüzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları vəşikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda adıçəkilən prosessual normaların tələblərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsindən tərəf 1 ay müddətində şikayət verə bilər. İş materiallarının 51-ci vərəqində olan məhkəmə qəbzindən görünür ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh Saxay oğlunun atası Xasay Şadmanov xx.xx.2023-cü il tarixdə şəxsən poçt xəbərnaməsinə imza etməklə götürmüşdür. Bu hal iş materiallarında olan Bərdə Rayon Poçt filialının xx.xx.2024-cü il tarixli BRPF 12/01 nömrəli arayışı ilə də öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 1 aylıq müddət ərzində qətnamədən apellyasiya şikayəti verilməmiş və şikayətə ötürülmüş müddətin bərpası barədə ərizə əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2462/2023 saylı mülki iş üzrə 09 yanvar 2024-cü il tarixli qərardadı işin hallarına uyğun və hərtərəfli araşdırılmaqla qəbul edilmişdir. Qərardad qəbul edilərkən prosessual hüquq normaların pozulmasına yol verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası həmin qərardadın ləğv edilməsi üçün əsas görmür və qərardadın dəyişdirilmədən saxlanılmalı olması nəticəsinə gəlir. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2462/2023 saylı mülki iş üzrə 09 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi gündən qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №2(104)-743/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-743/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver