Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-756/2023 05.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, cavabdehlər Cavabdeh və X2 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh qarşı “pul” tələbinə dair bir icraata birləşdirilmiş mülki işlər üzrə, müvafiq olaraq Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-1912/2022 saylı və 03 noyabr 2022-ci il tarixli, 2(021)- 3547/2022 saylı və qətnamələrindən iş üzrə cavabdehlər X4 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat və işin halları: İddiaçı cavabdehlər X3 və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 2800 manat, Cavabdeh isə 2000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 ilə "Paşainşaat” şirkətində birlikdə işləmiş və iş yoldaşı olmuşlar. Ona pul lazım olduğu üçün 2020-ci ilin yay aylarında yaxın qohumundan 3200 manat məbləğində pulu götürərək borc şəklində ona vermişdir. Həmin puldan 2021-ci ilin mart ayında 500 manat qaytararaq, 2800 manatını qaytarmamışdır. Bundan sonra o, həmkəndlisi Cavabdeh pul lazım olduğunu bildirmiş və ondan Nicata 2000 manat məbləğində pul verməsini istəmişdir. O, Cavabdehla razılaşdıqdan sonra 04 iyul 2020-ci il tarixdə tarixdə onun bank kartına (hesabına) 2000 manat məbləğində pul göndərmişdir. Bu barədə qəbzin surətini də saxlamışdır. Həmin şəxslərdən dəfələrlə pulunu istəsə də pulunu qaytarmırlar. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(021)-1912/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər X3 və Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraat cavadbehlərin hər birinə münasibətdə ayrıca icraata ayrılmışdır. Birinci iddia üzrə qətnamə: Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-1912/2022 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi təmin edilərək, cavabdeh X1 2800 (iki min səkkiz) manatın alınaraq İddiaçı ödənilməsi və iş üzrə ödənilməmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdeh X1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İkinci iddia üzrə qətnamə: Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-3547/2022 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi təmin edilərək, Cavabdeh 2000 (iki min) manatın alınaraq İddiaçı ödənilməsi və iş üzrə ödənilməmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci iddia üzrə apellyasiya şikayətinin dəlilləri: Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-1912/2022 saylı qətnaməsindən narazı qalan X4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X4 apellyasiya şikayətini onunla əsalandırmışdır ki, iddiaçı pulun ona və Cavabdeh verilməsini istinad etdiyi qəbzi hər ikisinə olan tələblər üzrə istifadə edib. Həmin qəbz iki nəfərə münasibətdə istifadə edilərək, 2800 manat bir, 2000 manat da əlavə kimi qəbul etdirilkəklə 4800 manat pul tələb edilmişdir. Halbuki, Nicata 2000 manat göndərilmiş, həmin məbləğ də onun əmək haqqısı olmuşdur. Öz kartından çıxarıb, iddiaçıya vermişdir ki, Nicatın kartına köçürsün. Lakin, məhkəmə düzgün nəticəyə gəlməyib. Buna görə də qətnamənin ləğv edilməsini xahiş etmişdir. İkinci iddia üzrə apellyasiya şikayətinin dəlilləri: Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-3547/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona və X3 qarşı Bərdə Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldıraraq ondan 2000 manat və ödənilməmiş dövlət rüsumu əvəzində 40 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsi də xx.xx.2022-ci il tarixli, 2(021)- 3547/2022 saylı qətnamə qəbul edərək iddiaçının iddiasını təmin etmişdir. Həmin pulun ona və Elnura verilməsi barədə təqdim etdiyi ödəniş qəbzini hər iki qətnamədə istifadə edilib. 2000 manat ödəniş qəbzi olduğu halda həmin pulu iki nəfərə istifadə etməklə 2800 manat bir, 2000 manat da bir kimi qəbul edərək 4800 manat pul tələb edir. Bu da göründüyü kimi haqsız və düzgün olmayan nəticədir. Qeyd edir ki, o həmin şəxsi tanımır və iddiaçı da onu tanımır. Belə olduğu halda pulu ona necə verə bilər. Apellyasiya məhkəməsində icraat: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli 2(104)-757/2023 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair 2(104)-757/2023 nömrəli mülki işlə, İddiaçı Cavabdeh qarşı pul tələbinə tələbinə dair 2(104)- 756/2023 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. İştirakçılıqla bağlı prosessual məsələlər və proses iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, o, iddiaçının tanımır. İddiaçının iddia ərizəsində onunla razılaşaraq ona 2000 manat borc verdiyini qeyd etməsi yalandır. Belə ki, o iddiaçını tanımamaqla, onunla heç telefon vasitəsi ilə də hər hansı bir danışığı olmamışdır. Sadəcə olaraq 2020-ci ilin iyul ayında tanışı Elnur Rüstəmov ona zəng edərək, onun bank hesabına 2000 manat pul göndərəcəyini, həmin pulu çıxrıb onun ailəsinə verməsini xahiş etmişdir. O, da hesabına köçmüş pulu çıxarıb Elnurun atasına vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin pulu iddiaçı öz hesabından ona göndərmişdir. O, Bərdə rayonunda yaşadığından tanışı olan və Bərdə rayonundan olan, lakin Bakı şəhərində işləyən Elnurun xahişini yerinə yetrimişdir. O, iddiaçıdan hər hansı bir məbləğdə borc almamışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 izahat verib bildirmişdir ki, Nicata iddiaçı tərəfindən göndərilmiş pul onun əmək haqqısı olmuşdur. Nicat iddiaçıdan hər hansı bir borc pul almamış və o da bu işdə hər hansı bir vasitəçilik etməmişdir. Özü isə iddiaçıdan əvvəllər borc alsa borcunu ödəmişdir. Onun iddiaçıya borcu yoxdur. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, polis orqanında verdiyi izahatında iddiaçıya 2800 manat borcunun olmasını etiraf etsə də, polisdə izahat verdikdən 3-4 gün sonra başqa şəxslərdən borc alaraq iddiaçıya olan borcunu ödəmişdir. Borcu şəxsən ödəmiş, borcu ödəməsinə dair iddiaçıdan hər hansı bir yazılı ödəniş sənədi almamışdır. Mülki iş materiallarında olan sübutlar: xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh hesab nömrəsi AZ96AZEN******************** olan bank kartına 2000 manat pul mədaxil olunmuşdur. Bakı şəhər Yasamal rayon Polis Şöbəsindən əldə edilərək iş materiallarına əlavə edilmiş materiallardan görünür ki, xx.xx.2021-ci il tarixdə Sabunçu rayonu, Zabrat- Maştağa 150 ünvanında yaşayan X5 şikayət ərizəsi ilə Bakı şəhər Yasamal rayon Polis Şöbəsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə "Access Bankdan" 5000 (beş min) manat kreditlə pul götürməsini, həmin pulun 3300 (üç min üç yüz) manatını borc məqsədi ilə X3 verməsini, E.Rüstəmovun isə həmin pulun 500 manatını qaytarmasını qalan hissəsini isə geri verməməsini bildirirərək pulunun alınıb verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Şikatə ərizəsi üzrə araşdırma zamanı izahatı alınan X4 izahatında həmin pulu Sevil Əsədovadan yox, S.Əsədovanın qohumu olan Sadətqulu adlı iş yoldaşından aldığını, hazırda 2800 manat borcu qaldığını, ailəsində yaranmış problemlərlə bağlı borcunu tam qaytara bilməməsini, Sadətqulunun isə borcu tam şəkildə qaytarmasını tələb etdiyini, Sadətqulunun hissə-hissə ödənişə razı olmadığı halda məhkəməyə müraciət edə biləcəyini bildirmişdir. Həmçinin izahatı alınan İddiaçı izahatında E.Rüstəmovun onun iş yoldaşı olmasını, 2020-ci ilin iyul ayında onun pula ehtiyacı olması səbəbindən qohumu Sevil Əsədovadan 3300 manat borc pul alaraq E.Rüstəmova verməsini, həmin pulun 2000 manatını 2020-ci ilin iyul ayında aparat vasitəsi ilə köçürdüyünü, 1000 manatını isə şəxsən verdiyini, 300 manatı isə 15 gün sonra verdiyini, Elnurun həmin borcdan 500 manatını qaytarmasını lakin qalan 2800 manatını isə qaytarmamasını bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehlərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-1912/2022 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-1912/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-3547/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-3547/2022 saylı qətnaməsi ləğv edilməli, həmin iddia üzrə yeni qətnamə çıxarılaraq, Cavabdeh qarşı iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 2020-ci ilin iyul ayında iddiaçı tərəfindən cavabdeh X3 2000 manat, 1000 və 300 manat olmaqla, ümumilikdə 3300 manat borc pul verilmiş, X4 tərəfindən həmin borcdan 500 manat qaytarılsa da, qalıq 2800 manat qaytarılmamışdır. Cavabdeh 2800 manat pulu qaytardığını iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Hərçənd ki, X2 polis orqanında verdiyi izahatından görünür ki, o, ailəsində yaranmış problemlərlə bağlı borcunu tam qaytara bilmədiyini iddiaçının isə borcu tam şəkildə qaytarmasını tələb etdiyini, hissə-hissə ödənişə razı olmadığı halda iddiaçının məhkəməyə müraciət edə biləcəyini bildirmişdir ki, işin qeyd edilən halı da cavadbehin borcu qaytarması ilə bağlı izahatının da mötəbər olmamasını təsdiq etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, X2 apellyasiya şikayəti əsassız olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-1912/2022 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-1912/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Lakin, məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini əsaslı hesab etmişdir. Belə ki, İddiaçı polis orqanında verdiyi izahatından görünür ki, o, E.Rüstəmova 3300 manat borc pulun 2020-ci ilin iyul ayında 2000 manatını aparat vasitəsi ilə köçürdüyünü, 1000 manatını isə şəxsən verdiyini, 300 manatı isə 15 gün sonra verdiyini bildirmişdir. Hazırkı iddia ərizəsində isə Elnur Rüstəmova 3300 manat pulu hansı qaydada verdiyini qeyd etməyərək, Cavabdeh 2000 manat pulu 04 iyul 2020-ci l tarixdə onun bank hesabına köçürməklə verdiyini bildirmiş və bunun təsdiqi kimi pul köçürmə qəbzini məhkəməyə təqdim etmişdir. İddiaçının polis orqanında verdiyi izahat nəzərə alındıqda onun tərəfindən 2000 manatın Elnur Rüstəmova, 2000 manatın isə Cavabdeh bank hesabına pul köçürməsi yolu ilə borc verməsi anlaşılır. Lakin, iddiaçı məhkəməyə yalnız Cavabdeh bank hesabına pul köçürməsi ilə bağlı qəbzi məhkəməyə təqdim etmiş, Elnur Rüstəmovun hesabına pul köçürməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdeh isə iddiaçını tanımadığını, ondan borc pul almadığını, sadəcə olaraq 2020-ci ilin iyul ayında tanışı Elnur Rüstəmovun ona zəng edərək, onun bank hesabına 2000 manat pul göndərəcəyini, həmin pulu çıxrıb atasına verməsini xahiş etdiyini, pul köçürüldükdən sonra isə pulu çıxarıb Elnurun ailəsinə verdiyini bildirmişdir ki, onun bu izahatı işin yuxarıda qeyd olunan hallarına uyğun olmaqla, digər cavabdeh Elnur Rüstəmov da bu halı təsdiq etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh hesabına köçürdüyü 2000 manat pul, onun Elnur Rüstəmova verdiyi 3300 manat borc pulun köçürmə vasitəsi ilə edilmiş 2000 manatdan ibarət hissəsi olmuşdur. İddiaçı isə məhkəmə kollagiyasının iclaslarına gəlməməklə, işin qeyd olunan hallarını inkar edən hər hansı bir dəlil irəli sürməmiş və sübut təqdim etməmişdir ki, bununla da iddiaçının Cavabdeh borc pul verməsi sübut olunmamışdır. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən halını nəzərə almayaraq, Cavabdeh münasibətdə iddia tələbini təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hedab edir ki, Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-3547/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)- 3547/2022 saylı qətnaməsi ləğv edilməli, həmin iddia üzrə yeni qətnamə çıxarılaraq, Cavabdeh qarşı iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-1912/2022 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-1912/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanısın. Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-3547/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(021)-3547/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-756/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-756/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver