Məhkəmə qərarları › İş №2(104)-757/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-757/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-757/2023 03.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(021)-1912/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2800 manat, X1 isə 2000 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(021)-1912/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı pul tələbinə dair mülki iş cavabdehlərin hər birinə münasibətdə ayrıca icraata alınaraq ayrılıqda baxılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(021)-1912/2022 nömrəli (hakim Q.Əbilov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 2800 manat alınarq İddiaçı ödənilməsi; İş üzrə ödənilməmiş 48 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən icraatı ayrılan mülki iş Gəncə Apellyasiya Məhkəməsinin hakimi Afiq Hüseynzadənin icraatındadır. X5 icraatında olan 2(104)-756/20203 nömrəli işlə hakim Rəhman Muradovun icraatında olan 2(104)-757/20203 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi məsələsinə baxılması üçün mülki işin ona təqdim olunmasını bildirmişdir. Kollegiya hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair mülki işlə hazırkı iş eyni icraatda birləşdirilməlidir. Beləki, apellyasiya instansiyası məhkəməsində olan hər iki mülki iş bir-biri ilə əlaqəlidir və bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez, eləcədə obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. X3 icraatında olan iş daha əvvəl icraata götürüldüyündən mülki işlər 2(104)- 756/2023 nömrə altında bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 43, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(104)-757/2023 nömrəli mülki iş, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə tələbinə dair 2(104)-756/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. 2(104)-757/2023 nömrəli mülki iş 2(104)-756/2023 nömrəli mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin X3 icraatına təhvil verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar