Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-767/2025 19.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X8 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadədə olan əmlakın müdaxilədən müdafiəsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli 2(023)-08/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 06 may 2019-cu il tarixli 74 nömrəli sərəncamından görünür ki, Qazax rayonu Fərəhli kənd sakini İddiaçı Ağstafa rayonu ərazisindəki Ceyrançöl qış otlaqlarından 353,0 ha torpaq sahəsi 10 il müddətinə icarəyə verilməsi qərara alınmışdır.
2. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 06 may 2019-cu il tarixli müqavilədən görünür ki, Qazax rayonu Fərəhli kənd sakini İddiaçı Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 06 may 2019-cu il tarixli 74 nömrəli sərəncamına əsasən 353,0 ha torpaq sahəsi örüş üçün 10 il müddətinə istifadəyə verilmişdir.
3. X12 İnkişaf Mərkəzinin mütəxəssis rəyindən görünür ki, 1 ha arpa məhsulunun becərilməsinə bütün aqrotexniki tədbirlər həyata keçirilməklə hazırki bazar qiymətləri nəzərə alınaraq, ümumilikdə şum – 40 manat, malalama – 30 manat, toxum – 200 kq x 0,50 manat=100 manat, səpin – 30 manat, gübrə (şumaltı) Ammofoz (150 kq x 1,63 manat) – 244,50 manat, cəmi 444,50 manat vəsait tələb oluna bilər.
4. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli 9/2773 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən arpa məhsulunun 1 tonunun 2023-2024-cü il tarixlərə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 450,00 (400-500) manat müəyyən edilir. Ekspert qeyd edir ki, torpaq sahəsinin becərilməsinə çəkiləcək xərclərin məbləğinin və əldə ediləcək məhsulun miqdarının müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertziasının predmetinə aid deyil. Ekspertiza tədqiqatına təqdim edilmiş, X12 X4 sektorunun müdiri Çingiz Məmmədov tərəfindən tərtib edilmiş “Mütəxəssis rəyi”ndə aşağıdakılar qeyd edilimişdir: “1 ha arpa məhsulunun becərilməsinə bütün aqrotexniki tədbirlər həyata keçirilməklə, hazırkı bazar qiymətləri nəzərə alınaraq, ümumilikdə şum – 40 manat, malalama – 30 manat, toxum – 200 kqx0,50 manat=100 manat, səpin – 30 manat, gübrə (şumaltı) Ammofoz (150 kq x 1,63 manat) – 244,50 manat, cəmi 444,50 manat vəsait tələb oluna bilər.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı istifadədə olan əmlakın müdaxilədən müdafiəsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 06 may 2019-cu il tarixli 74 nömrəli sərəncamı və 06 may 2019-cu il tarixli torpaq sahəsinin icarə müqaviləsi üzrə Ağstafa rayon Ceyrançöl qış otlaqlarından 10 il müddətinə ona icarəyə verilmiş 353,0 ha torpaq sahəsindən qanunsuz istifadə nəticəsində cavabdeh X15 (iddia ərizəsində Alışam yazılıb) oğlu tərəfindən ona vurulmuş 1800 manat ziyanın və ödənilmiş 38 manat dövlət rüsumunun əvəzinin, həmçinin həmin torpaq sahəsindən cavabdehin istifadəsinin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 06 may 2019-cu il tarixli 74 nömrəli sərəncamı ilə Ağstafa rayon Ceyrançöl qış otlaqlarından 353,0 ha torpaq sahəsi 10 il müddətinə ona icarəyə verilmiş və həmin sərəncam əsasında aralarında 06 may 2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsinin 6 ha hissəsində arpa əkmişdir. 28 aprel 2023-cü il tarixdə Qazax rayon Daşsalahlı kənd sakini X9 özünə məxsus qoyun sürüsünü əkmiş olduğu 6 ha arpa sahəsində (xəsillik) otardığını aşkar edilmişdir. Cavabdehə şifahi şəkildə iradını bildirərək, qoyun sürüsünü həmin ərazidən çıxarılmasını tələb etsədə sonuncu buna məhhəl qoymamışdır. Nəticədə ona 1800 manat zərər vurulmuşdur. Belə ki, həmin 3 hektar torpaq sahəsindən ən azı 3600 kiloqram arpa məhsulu götürüləcəkdir ki, həmin arpanın hər kilaqramı 0,50 qəpik olmaqla, cəmi 1800 manat təşkil edir.
7. İddiaçı iddia ərizəsinə əlavə verərək, Cavabdeh 2667 manat ziyan, ödənilmiş 46,67 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 120 manat olmaqla, cəmi 2833,67 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
8. Qazax Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli 2(023)-08/2025 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilərək, X15 (Alşan) oğlundan vurulmuş maddi zərərə görə 2667 (iki min altı yüz altmış yeddi) manat pul, 46,67 (qırx altı manat 67 qəpik) manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 120 manat olmaqla, cəmi 2833,67 (iki min səkkiz yüz otuz üç manat 67 qəpik) manat pul alınaraq İddiaçı ödənilməsi; Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 06 may 2019-cu il tarixli 74 nömrəli sərəncamına və 06 may 2019-cu il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasən İddiaçı istifadəsində olan torpaq sahəsindən X6 istifadəsi qadağan edilməsi; İddiaçı və X5 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməsi qət olunmuşdur.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 158.1.2, 158.4 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 101, 103, 107, 119.1, 217.4, 218.3, 216-220, 227, 360 maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, iddiaçının istifadəsində olan ərazidə 6 ha xəsillik arpa əkini sahəsinə cavabdeh tərəfindən müdaxilə olunmamış, ona məxsus mal-qara həmin sahəyə daxil olmamış və heç bir ziyan vurulmamışdır. Əgər ziyan vurulmuşdursa, onun də iştirakı ilə müvafiq akt tərtib edilməli idi ki, iddiaçı tərəfindən belə bir təklif irəli sürülməmişdir. Həmçinin ziyanın dəyməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. İddiaçıya məxsus torpaq sahəsinə daxil olmadığı halda, iddiaçının istifadəsində olan torpaq sahəsindən istifadəsinə qadağa edilməsi əsassızıdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, təxminin 4-5 ildir ki, tərəflər arasında mübahisə var. Mübahisəli ərazi ilkin olaraq Cavabdeh ayrılsada, lakin sonradan həmin ərazidən iddiaçıya da torpaq sahəsi verilmişdir. Nümayəndəsi olduğu şəxsə məxsus qoyunların iddiaçının istifadəsində olan torpaq sahəsində otarılması sübut olunmasada, lakin məhkəmə iddianı təmin etmişdir. Vəkil2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəf iddianı qəbul etməsədə, lakin nümayəndəsi olduğu şəxsin əkdiyi arpa sahəsinin cavabdeh tərəfindən heyvanlara otarılması şahid ifadələri ilə təsdiq olunur. Vəkil1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılıması xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Hər ikisi nümayəndə vastəsilə məhkəmədə təmsil olunduğundan kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
28. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
33. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 06 may 2019-cu il tarixli 74 nömrəli sərəncamına əsasən Qazax rayonu Fərəhli kənd sakini İddiaçı Ağstafa rayonu ərazisindəki Ceyrançöl qış otlaqlarından 353,0 ha. torpaq sahəsinin 10 il müddətinə icarəyə verilməsi qərara alınmış və həmin tarixdə də tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. İddiaçı istifadəsində olan torpaq sahəsinin 6 ha. hissəsində arpa əkdiyini, lakin cavabdeh Mehman Eyubbovun özünə məxsus heyvanlarla həmin ərazinin otarmasını və nəticədə ona ziyan dəyməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadəsini, eləcədə təqdim olunmuş sübutlara istinadən hesab etmişdir ki, iddia təmin olunmalıdır.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Kollegiya ilkin olaraq qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
36. Bundan əvvəldə qeyd olunduğu kimi İddiaçı dəymiş ziyanla bağlı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh onun icarəyə götürdüyü torpaqda əkmiş olduğu arpa (xəsil) sahəsini özünə məxsus heyvanlara otardığını 28 aprel 2023-cü il tarixdə aşkar etmişdir. İddia ərizəsinə qoyun sürüsü əks olunan iki ədəd fotoşəkildə əlavə olunmuşdur.
37. Təqdim olunmuş hər iki fotoşəkildən müəyyən etmək olur ki, xırda buynuzlu heyvanlar kimsənin nəzarəti altında olmadan hansısa ərazidə otlayır. İddiaçı həmin heyvanların cavabdehə məxsus olmasını iddia etsədə, lakin fotoşəkillərdə əks olunan xırdabuynuzlu heyvanların məhz cavabdehə məxsus olmasını təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır.
38. Bundan əlavə iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X7 isə ifadəsində göstərmişdir ki, İddiaçı 6 ha. torpaq sahəsində əkmiş olduğu arpa sahəsinə 2023-cü ilin aprel ayının axırlarında baxmağa gedərkən orada təxminən 200-250 baş xırdabuynuzlu heyvanların otladığını görmüşdür.Həmin vaxt arpa çox balaca olduğundan yararsız hala düşmüşdür və biçilməsi mümkün olmamışdır.
39. Göründüyü kimi, şahid Mustafa Abdullayev belə bir ifadə versədə, lakin əkin sahəsində aşkar etdiyi heyvanların məhz Cavabdeh məxsus olmasını, xüsusəndə həmin vaxt sonuncunun özünün və ya onun ailə üzvlərindən hər hansı birinin orada qoyun otarmasını göstərməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halına düzgün hüqiqi qiymət vermədən şahid ifadəsini sübut növündən biri kimi qəbul etmişdir.
40. Mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri-xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.
41. Eləcədə qeyd olunmalıdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
42. İşin yuxarıda qeyd oluna hallarından da göründüyü kimi Cavabdeh özünə məxsus xırda buynuzlu heyvanları İddiaçı icarəyə götürdüyü torpaqda əkdiyi arpa (xəsil) sahəsində otarmaqla iddiaçıya 2667 manat zərər vurması sonuncunun özünün deməsindən başqa hər hansı bir möhtəbər sübutla təsdiq olunmur.
43. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qazax Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli 2(023)-08/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbil edilməli, İddiaçı Cavabdeh qarşı istifadədə olan əmlakın müdaxilədən müdafiə və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
44. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir.
45. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilməlidir.
46. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-375, 385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli 2(023)-08/2025 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı istifadədə olan əmlakın müdaxilədən müdafiəsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.