Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-769/2024 03.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3815/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) X2 tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Göygöl Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat pulun və ödənilmiş 41(qırx bir) manat dövlət rüsumunun (məhkəmə xərcinin), ümumilikdə 2041(iki min qırx bir) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Cavabdeh Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən mal-qara bazarında 2000 (iki min) manat qarşılığında yanı buzovlu bir baş iribuynuzlu mal (inək) almışdır. Malı alanda Elşən ona heyvanın sağlam olduğunu, heç bir xəstəliyinin olmadığını və hər gün 10 (on) litr süd verdiyini demişdir. Lakin, o, heyvanı evinə aparanda heyvanın xəstə olduğunu və süd vermədiyini görmüşdür. Bundan sonra cavabdehin istifadəsində olan (050)571-75-20 nömrəli mobil nömrəsinə zəng edərək, onun satdığı heyvanın xəstə olduğunu və onun dediyi qədər süd verməməsi barədə ona bildirmişdir. Növbəti bazar günü yəni xx.xx.2023cü il tarixdə (qeyd edilən ünvanda mal-qara bazarı hər həftənin bazar günü keçirilir) o, cavabdehdən aldığı inəyi Elşənə qaytarmaq məqsədi ilə Göygöl rayon Yeni Qızılca kəndində yerləşən mal-qara bazarına aparmışdır. Həmin vaxt onun qardaşı X1 da onunla birlikdə bazara getmişdir. O, bazarda Cavabdeh tapa bilmədiyindən ona zəng etmiş, Elşən öz oğlunun və Aqil adlı tanışının bazarda olduğunu, özünün isə bazarda olmadığını bildirmişdir. Bazarda Elşənin oğlunu və onun tanışı Aqili tapmış və onlarla görüşmüşdür. Həmin vaxt Aqil Elşənlə kirvə olduqlarını bildirmişdir. Elşənin oğlu atası telefon əlaqəsi saxlamış və Elşən oğluna heyvanı ondan götürməsini demişdir. Elşənlə telefonla o, özü də danışmış və o, həmin heyvanın əvəzinə ona başqa heyvan verəcəyini demişdir. O isə onunla razılaşmamış və ona iradını bildirərək verdiyi 2000 (iki min) manat pulunu özünə geri qaytarmasını tələb etmişdir. Cavabdeh onunla razılaşıb pulu növbəti bazar günü qaytaracağını demişdir. Cavabdeh dediyi vaxtda ona zəng etmişdir ki, 2000 (iki min) manat pulunu geri qaytarsın, lakin ona pulu geri qaytarmayacağını bildirmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə Göygöl rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, Rayon Polis Şöbəsində bu barədə araşdırma aparıldıqdan sonra ona bildirilmişdir ki, bu mülki mübahisədir və məhkəməyə müraciət etməlidir.
4. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3815/2023 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov), iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş 40 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı iddianın təmin olunması sübutetmə yükü ilə əlaqədardır.
6. İddiaçı iddia ərizəsində göstərilən halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Şahid ifadəsinə istinadən iddianın uğurlu həll olacağına əsaslanmışdır.
7. Lakin məhkəmə qeyd edir ki, bu tip iddialarda iddianın uğurlu həlli üçün şahid ifadələri digər sübutlarla yanaşı yoxlanılmaqla qiymət verilir.
8. Buna baxmayaraq şahid X3 ifadəsində vizual müşahidə ilə heyvanın alınan zaman xəstə olmadığını demişdir.
9. Məhkəmə tərəfindən Göygöl rayon Polis şöbəsinə araşdırma ilə bağlı materialı istəmiş, həmin materialada olan baytar həkim Xəqani Hüseynov heyvana qan parazitar diqanozu qoyulmuşdur.
10. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları və sadalanan qanunvericilik normalarını qarşılıqlı təhlil edərək belə nəticəyə gəlir ki, heyvanının xəstəliyi MM-nin 609cü maddəsində nəzərdə tutulan xəstəliklər müəyyən edilməmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 448.2, 609.2, 609.2.2, 609.3 və 609.3.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 106.1, 119.1, 213, 214, 216-220, 227 və 233.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3815/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən mal-qara bazarında 2000 (iki min) manat qarşılığında yanı balalı bir baş iri buynuzlu mal (inək) almışdır. Həmin inək cavabdehin dediyi şərtlərə cavab vermədiyi üçün həmin malı onun özünə qaytarmış və ondan pulunu tələb etmişdir. Lakin, o pulunu verməkdən imtina etmişdir. Cavabdeh (satıcı) malın xəstə olmadığını və 10 litr süd verdiyini bildirdiyinə görə o həmin heyvanı almışdır. Cavabdeh ona satdığı inək Elşənin dediyi şərtlərə cavab vermədiyindən o, həmin malı onun özünə qaytarmışdır. 3. Birinci instansiya məhkəməsi işin hallarını araşdırarkən Cavabdeh ona bir baş iribuynuzlu malqaranın (inəyin) satdığını və 2 həftədən sonra inəyi onun özünə qaytarmağını müəyyən etmişdir. Belə ki, cavabdeh iddianı qəbul etməsə də lakin, izahatında ona 2000 (iki min) manata yox, 1750 (min yeddi yüz əlli) manata bir baş iribuynuzlu mal satdığını bildirmişdir. Yəni malın alqı-satqısı (gerçəkləşməsi) ilə bağlı aramızda heç bir mübahisə yaranmamışdır. Cavabdeh onun pulunu qaytarmamasına dair gətirdiyi dəlillərə isə birinci instansiya məhkəməsi düzgün qiymət verməmişdir. Birinci instansiya məhkəməsi işin hallarını araşdırarkən hüququn tətbiqində səhvə yol vermişdir ona görə ki, onun Cavabdeh bir baş yanı balalı inək aldığı və həmin inək satıcının dediyi şərtlərə cavab vermədiyindən həmin malı ona qaytardığı sübut olunsa da, lakin cavabdehin inəyin ona qaytarıldıqdan sonra baytar həkimə göstərməsi və inəkdə qan paraziti xəstəliyinin olması və 2 gündən sonra inəyin ölməsi halını yalnız cavabdehin verdiyi izahata uyğun müəyyən etmişdir. Bir sözlə cavabdehin inəyin ona qaytarıldıqdan sonra baytar həkimə göstərməsi və inəkdə qan paraziti xəstəliyinin olması və 2 gündən sonra ölməsi halını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin də əgər cavabdehin dedikləri doğru olsa da bu halı sübut etmək vəzifəsi onun üzərinə düşürdü ki, birinci instansiya məhkəməsi yanlış olaraq bu vəzifənin onun üzərində olduğu qənaətinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Heyvan bazarından Cavabdeh 2000 manat qarşılığında yanı balalı bir baş iribuynuzlu heyvan almışdır. Həmin heyvanı yaşadığı evə gətirdikdən sonra heyvanın xəstə olmasını, süd verməməsini görmüşdür. Cavabdeh isə heyvanı ona satan zaman heyvanın gün ərzində 10 litr süd verməsini ona bildirmişdir. Bundan bir həftə sonra, yəni xx.xx.2023-cü il tarixdə aldığı bir baş yanı balalı iribuynuzlu heyvanı cavabdehə qaytarmaq məqsədi ilə Göygöl rayon Yeni Qızılca kəndində yerləşən Heyvan bazarına aparmışdır. Lakin, cavabdeh orada olmamış, sonuncunun oğlu və tanışı ilə danışmışdır. Bundan sonra o aldığı heyvanı cavabdehə geri qaytarmış, lakin sonuncu aldığı pulu ona geri qaytarmamışdır. Hazırda isə ona 2000 manat məbləğində dəymiş ziyan vardır. O, cavabdehin maddi vəziyyətinə görə, cavabdehdən 1000 manat məbləğində pulun geri qaytarılmasını istəyir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın qismən təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, o, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Heyvan bazarında mal-qaraların alqı-satqısı ilə məşğul olur. İddiaçı ondan bir neçə dəfə mal-qara alıb qaytarmışdır. Sonuncu dəfə İddiaçı satdığı yanı balalı, bir baş qara rəngli heyvanın qarşılığı olaraq Bayramdan 1750 manat pul almışdır. Sonuncu dəfə yanı balalı bir baş qara rəngli iribuynuzlu heyvanı İddiaçı 2000 manata yox, 1750 manata satmışdır. Həmin vaxt heyvanı iddiaçıya satan zaman xəstə olmamışdır, lakin İddiaçı heyvanı xəstə vəziyyətdə ona geri qaytarmış və buna görə də heyvan onda olarkən ölmüşdür. Bu səbəbdən də 1750 manat pulu ona geri qaytarmamamışdır. Hazırda onun maddi vəziyyəti zəifdir və iddiaçının pulunu qaytarmağı imkanı yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
18. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
21. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
38. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
39. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
40. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
41. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
42. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Apellyasiya baxışının hədləri
43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
46. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
48. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
49. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bir neçə dəfə iribuynuzlu heyvan alqı-satqısı baş vermiş, sonuncu dəfə isə İddiaçı Cavabdeh bir baş yanı balalı iribuynuzlu heyvan almış, lakin İddiaçı heyvan xəstə olması və süd verməməsi səbəbindən həmin heyvanı Cavabdeh geri qaytarmış, sözügedən heyvan öldüyü üçün cavabdeh iddiaçının pulunu geri qaytarmamışdır.
50. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə tərəfindən Göygöl rayon Polis şöbəsinə araşdırma ilə bağlı materialı istəmiş, həmin materialada olan baytar həkim Xəqani Hüseynov heyvana qan parazitar diqanozu qoyulmuşdur. Heyvanının xəstəliyi MM-nin 609-cü maddəsində nəzərdə tutulan xəstəliklər müəyyən edilməmişdir.
51. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.
52. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
53. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
54. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
55. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
56. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
57. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
58. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
59. Bu baxımdan hazırki mübahisə araşdırılan zaman İddiaçı iddiasının əsası kimi, ibtidai istintaq orqanının qərarını birinci instansiya məhkəməsinə təqdim etmişdir.
60. Nəzərə alınmalıdır ki, əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.
61. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, o, Bərdə rayonu Kürdborakı kəndində ailəsi ilə birlikdə yaşayır, 2 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada mal-qara alqı-satqısı ilə, belə ki, Bərdə, İmişli və Göygöl rayonunda yerləşən heyvan bazarlarında heyvan alıb-satır. İzahat verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, İddiaçı onun barəsində etdiyi şikayət ilə tanış oldu. Qeyd etmişdir ki, 2023-cü ilin təxminən mart ayının sonlarında Göygöl rayon Yeni Qızılca kəndində yerləşən Heyvan bazarında İddiaçı 1850 manat dəyərində yanı balalı bir baş iribuynuzlu heyvan satmış, bundan təxminən 2 ay müddət keçdikdən sonra İddiaçı ona zəng edərək, ona satdığı heyvanın südünün qurumasını, süd verməməsini bildirərək, həmin heyvanın satılmasında ona köməklik etməsini xahiş etmişdir. Cavabdeh da Bayramın iştirakı ilə ona satdığı heyvanı 1600 manata Göygöl rayonu Heyvan bazarında digər şəxsə satmış, bundan sonra İddiaçı 1600 manat pulun üzərinə 150 manat pul qoyaraq, yəni 1750 manat pulu ona vermiş, o, isə İddiaçı 1750 manat dəyərində yanı balalı bir baş iribuynuzlu heyvan satmışdır. Təxminən iki həftə sonra İddiaçı ona zəng edərək, sonuncu dəfə ona satdığı heyvanın məməsində şiş olmasını bildirib, həmin heyvanı geri qaytarmaq istədiyini demiş və növbəti bazar günü Bayram həmin heyvanı Göygöl rayonu Heyvan bazarına gətirmişdir. Qeyd etmişdir ki, onlar bazarda görüşmüş və o, heyvana baxdıqda heyvanın məməsində şiş olmamasını görmüş, Bayrama heç bir şişin olmamasını bildirdikdə, o, xəbərinin olmamasını, arvadının ona heyvanın məməsində şiş olmasını bildirməsini deyərək, heyvanı geri qaytarmaq istədiyini, əvəzində isə ona başqa heyvan verməsini ondan xahiş etmişdir. Həmin vaxt özündə yanı balalı bir baş qara rəngli iribuynuzlu heyvan olmuş, o, həmin heyvanı bazara satmağa çıxartmışdır. İddiaçı həmin heyvanı gördükdə, geri qaytardığı heyvanın əvəzinə qara rəngli heyvanı ona verməsini istəmiş, Elşəndə onunla razılaşmış və əvvəlcə ona satdığı heyvanı ondan geri alaraq əvəzinə özündə olan, yanı balalı bir baş qara rəngli heyvanı Bayrama vermişdir. Bundan iki həftə sonra İddiaçı sonuncu dəfə ona satdığı heyvanı xəstə vəziyyətdə Göygöl rayonu Heyvan bazarına gətirərək, oğlu Fikrət Qaçayzadəyə geri qaytarmış və ona 2000 manat pul verməsini bildirmişdir. Qeyd etmişdir ki, həmin bazar günü o, şəxsi işləri ilə bağlı bazara gedə bilməmiş, lakin oğlu Fikrət bazarda olmuşdur. Bu zaman oğlu Fikrət ona zəng edərək, bu barədə ona məlumat verərək, heyvanın yeriyə bilməməsini, heyvanın xəstə olmasını bildirmiş, o, isə oğluna heyvanı götürməməsini bildirmişdir. Buna baxmayaraq İddiaçı sonuncu dəfə ona satdığı yanı balalı, bir baş qara rəngli iribuynuzlu heyvanı onların heyvan apardığı yük avtomaşınına bağlayaraq çıxıb getmişdir. Bundan sonra oğlu X4 satdığı heyvanı yaşadığı evə gətirən zaman, o, heyvanın yeriyə bilməməsini, heyvanın xəstə olmasını görmüş, yaşadığı kənddə yaşayan baytar həkimi Şükür adlı həkimi çağıraraq heyvana baxmasını xahiş etmiş, həkim heyvana baxdıqdan sonra heyvanın qızdırmasını bildirərək, müalicə olunması üçün dərman vuracağını, lakin heyvanın sağalmayacağını bildirmişdir. Cavabdeh heyvana dərman və sistem almış, buna baxmayaraq heyvan sağalmamış və ölmüşdür. Qeyd etmişdir ki, sonuncu dəfə İddiaçı satdığı yanı balalı, bir baş qara rəngli heyvanın qarşılığı olaraq Bayramdan 1750 manat pul almışdır. Abbasov Elşən Qaçay oğlu sualları cavablandırarkən, o, sonuncu dəfə yanı balalı bir baş qara rəngli iribuynuzlu heyvanı İddiaçı 2000 manata yox, 1750 manata satmasını, həmin heyvanı Bayrama satan zaman xəstə olmamasını, İddiaçı heyvanı xəstə vəziyyətdə ona geri qaytarmasını, heyvanın ölməsini, bu səbəbdən də 1750 manat pulu ona geri qaytarmamasını bildirmişdir. Cavabdeh araşdırma müddətində bir ədəd CD diski və həkim sənədini təhqiqata təqdim etmişdir.
62. Göründüyü kimi, ibtidai araşdırma orqanında aparılmış araşdırma materialı zamanı cavabdeh sonuncu dəfə iddiaçıya satdığı yanı balalı, bir baş qara rəngli heyvanın qarşılığı olaraq sonuncudan 1750 manat pul almışdır. Daha sonra iddiaçı aldığı mal-qaranı qaytarmış, cavabdeh isə mal-qaranı qəbul etmişdir. Lakin, cavabdeh iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Sonuncu isə iddiaçı tərəfindən qaytarılan mal-qaranın xəstə olduğunu və sonra öldüyünü üçün pulu geri qaytarmadığını bildirmişdir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə aldığı malqaranı xx.xx.2023-cü il tarixdə cavabdehə qaytarması, keçən müddət ərzində, yəni bir həftə ərzində iddiaçının hərəkəti (hərəkətsizliyi) nəticəsində mal-qaranın xəstələnməsi və cavabdehin mal-qaranı aldıqdan sonra ölməsi ağlabatan və əsaslı deyildir. Əksinə, iş materiallarında olan Göygöl rayon Polis şöbəsində toplanılmış materialda olan baytar həkim Xəqani Hüseynov heyvana qan parazitar diqanozu qoyulmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya satılmış heyvanda xəstəliyin olması müəyyən edilmişdir. Belə olan halda, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (28&).
65. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir. Bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir
66. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (31&).
67. İş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.
68. Həmçinin, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə və iddia tələbini rədd edə bilər.
69. Məhkəmə kollegiyası hesab edir ki, belə olan təqdirdə iddianın hüquqi əsası kimi əmlak əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər.
70. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
71. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
72. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (27-29&).
73. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehdən aldığı yanı balalı bir baş qara rəngli heyvanı sonuncuya vermiş, lakin pul geri qaytarılmamış, nəticədə isə iddiaçıya maddi ziyan dəymişdir. Buna görə də cavabdeh iddiaçıya məxsus pulu qaytarmamaqla əsassız varlanmışdır.
74. Digər tərəfdən, İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatda bildirmişdir ki, ona hazırda maddi ziyanın dəydiyini və 1000 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmiş, bu barədə kollegiyaya ərizə təqdim etmişdir. Buna görə də kollegiya hesab edir ki, cavabdehdən 1000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
76. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
77. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
78. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
79. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
80. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
83. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
84. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.
85. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 41 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
86. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3815/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 41 (qırx bir) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.