Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-771/2025 27.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-2298/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. Şəmkir rayon Atabəy kəndində qeydiyyatdadır.
2. Qəbzdən görünür ki, qara qalın boru, xamut sarı, üzük 40-32, üzük 32-25, arkoirxa, izolet yanmıyan, vilka mirsa, tros baraban üçün ümumilikdə 256,50 manat ödəniş edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 790 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı kənddə su qıtlığıdır. Ona görə də, əvvəllər onların kəndində arteziyan quyusu qazdırmış həmkəndlisi Xeyrəddindən xahiş etmişdir ki, həmin ustanı onunla tanış etsin. O, 19 oktyabr 2022-ci il tarixdə ustanı gətirmişdir. Söhbət zamanı bilmişdi ki, həmin şəxs Bərdə rayon sakini Cavabdehdur. Onun yanında Teymur adlı sürücü də, olmuşdur. Belə razılaşmışlar ki, Bəhrəm əvvəlcə bir quyu qazacaq. Əgər həmin quyudan su çıxmasa 2-ci quyunu da, qazacaq. Su çıxsa ona 420 manat pul verəcək. Əgər su çıxmasa verəcəyi pulun hamısını qaytaracaq. O, razılaşaraq Cavabdeh 420 manat pul vermişdir. Bəhmən ona 370 manat (quyuya sallamaq üçün boru, 20 kisə çınqıl, tros və s.) dəyərində avadanlıqlar aldırmışdır. Onun qazdığı quyulardan su çıxmamışdır. O, şərtlərini ona xatırladıb verdiyi pulu geri istəmişdir. O, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. O, hətta Bəhrəmdən Şəmkir rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin pulunu ala bilməmişdir. Bu günə kimi Bəhrəm ümumilikdə 790 manat olan borcunu qaytarmamşdır. Ona görə də, Cavabdeh 790 manat pulunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini istəmişdir.
5. Bərdə Rayon Məhkəməsinin 2(021)-2298/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 633 (altı yüz otuz üç) manat pulun tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi bağlanmış podrat müqaviləsinə əsasən podratçı Cavabdeh sifarişçi İddiaçı həyətində su quyusu qazıb təhvil verməli idi. Şifahi razılaşmada qazılmış birinci quyudan su çıxmadığı təqdirdə ikinci quyunun qazılması nəzərdə tutulmuş, lakin quyunun biri qazılmış, su çıxmamasına baxmayaraq 2-ci quyu qazılmamış, müqavilənin şərtləri podratçı tərəfindən pozulmuşdur. Həmçinin, cavabdehin ifadəsindən də, müəyyən olunur ki, o, sifarişçiyə quyudan su çıxmasına dair qarantiya vermişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh qızından 633 manat pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 1096-cı maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Bərdə Rayon Məhkəməsinin 2(021)-2298/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ailəsinin təlabatlarını ödəmək üçün Bərdə rayonundan başqa digər rayonlarda da, işləyir. İddiaçı bir çox şəxslərin vasitəçiliyi ilə onu tapmış, ondan artezian quyusunun qazmağını xahiş etmişdir. O, işləmək üçün 2022-ci ilin oktyabr ayının 19-da iddiaçının dediyi Şəmkir rayon Samanlı kəndinə işləmək üçün getmişdir. İlk öncə İddiaçı ilə artezian quyusunu qazmaq üçün öz aralarında danışmış və 5-6 nəfərin yanında razılaşaraq ilkin olaraq quyunu qazacağını, qazdığı birinci quyudan su çıxmasa ikinci quyunu qazacağını, qazdıqdan sonra Arazın ona 420 manat verəcəyini, 2-3 ay sonra su quruyarsa əgər vermiş olduğu pulun yarı məbləği yəni 210 manat geri verəcəyini bildirmişdir. İddiaçıla razılaşmış və o, quyunu qazmağa başlamışdır. Quyunu qazdıqdan sonra İddiaçı qonşudan mator gətirmək istədiyini, həmin mator ilə suyu yoxlamaq istədiyini bildirmişdir. O, da Arazla razılaşmış və Araz qonşudan mator gətirərək suyu işlətmişdir. O, quyunu qazıb matoru qoyduğu zaman su gəlməyə başlamışdır və heç bir problem olmamışdır. İndi isə quyunun qazılmasından 2 il keçməsinə baxmayaraq iddiaçı hansı əsasla ondan verdiyi puldan daha çox pul istəməsi qanunsuzluqdur. O, iddiaçı ilə 2-3 ay zamanına danışıb razılaşmışdır. Bundan əlavə iddiaçı ona sadəcə 420 manat vermişdir və o, 420 manatın 130 manatını onu gətirən taksiyə gözlədiyi üçün vermişdir. Həmçinin, onun iddiaçının quyu üçün aldığı avadanlıqlardan xəbəri yoxdur. Çünki o, orada olan zaman iddiaçı heç bir avadanlıq almamışdır. O, iddiaçıya heç bir avadanlıq aldırmamışdır. Bunun üçün də, qətnamə əsassızdır. Həmçinin, o, bütün məhkəmə iclaslarına gəlmiş və etirazını bildirmişdir. Lakin qətnamədə hakim məhkəmə iclaslarına gəlmədiyini bildirmişdir.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, onlar quyunu qazdıqdan sonra iddiaçı onlara 420 manat pul verib yola salmışdır. Su az olsa da, çıxmışdır. 15-16 metr qazıntı işi görmüşlər. Danışıqları belə olmuşdur ki, su qurusa, aldıqları pulun yarısını qaytaracaqlar. Hazırda belinə mil qoyulduğu üçün işləyə bilmir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, cavabdehdən pulunu istəmir, istəyir ki, cavabdeh gəlib işini qurtarsın. Quyu 2 gün sonra qurumuşdur. Cəmi 50-60 litr su çıxara bilmişlər. 100 manat əməkhaqqına çıxır. 320 manat qaytarılmasına etirazı yoxdur.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
16. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
17. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
18. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
19. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
20. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
21. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.3. Apellyasiya instansiyası qətnaməni dəyişdirə bilər;
29. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
30. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
31. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-2298/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməlidir.
37. Belə ki, iş materialları və tərəflərin verdiyi izahatlar ilə müəyyən edilmişdir ki, tərəflərin arasında bağlanmış şifahi podrat müqaviləsinə əsasən cavabdeh iddiaçı üçün su quyusunun qazıntısını həyata keçirmiş, bunun müqabilində isə 420 manat muzd almışdır. Tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Razılaşmaya əsasən əgər quyudan su çıxmazsa cavabdeh 2-ci quyunu qazacaqdır. Cavabdeh iddiaçı üçün cəmi bir quyu qazmışdır. Həmin quyudan 2 gün su çıxmış, sonra isə qurumuşdur. Hazırda iddiaçı quyunun qazılması üçün çəkdiyi xərcləri tələb edir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki iddia üzrə cavabdeh podrat müqaviləsinə əsasən cavabdehlə razılaşmaya uyğun olaraq quyunu qazmış və quyudan ilkin olaraq su çıxmışdır. Tərəflər hər ikisi işin bu halını etiraf edir və bu işin mübahisəsiz halıdır. Göründüyü kimi, iddiaçı podrat müqaviləsinin işin görülməsi ilə bağlı şərtini icra etmişdir. Lakin iddiaçının mübahisələndirdiyi hal tərəflər arasında quyudan çıxan su 2-3 ay ərzində qurudu halda cavabdehin qaytaracağı məbləğlə dair razılaşma ilə bağlıdır. Belə ki, iddiaçı ilkin olaraq iddia ərizəsində cavabdehin pulun hamısını qaytaracağını bildirsə də, sonradan 320 manat qaytarılması ilə bağlı razılığın olduğunu qeyd etmiş, cavabdeh isə verilmiş 420 manatın yarısının qaytarılması ilə bağlı razılığın olmasını bildirmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı məhkəmə kollegiyasının iclasında cavabdehdən gördüyü yarımçıq işə görə 100 manat əməkhaqqını istəmədiyini bildirmiş, 320 manat pulunun ona qaytarılmasına etirazının olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin 2-ci quyunun qazmaq öhdəliyinin olmasını, lakin quyudan 2 gün su çıxdığı üçün 2-ci quyunu qazmadığını nəzərə alaraq iddiaçının 320 manatın qaytarılması ilə bağlı razılığın olması ilə izahatını daha inandırıcı hesab edir və həmin hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, cavabdeh birinci quyunun qazılması ilə bağlı öhdəliyini icra etmiş və həmin quyudan 2 gün su çıxmışdır. İddiaçının həmin quyunun mövcud standartlara uyğun qazılmaması və bu səbəbdən də, 2 gün sonra suyun quruması ilə bağlı hər hansı bir pretenziyası yoxdur. Belə olan halda birinci instansiya məhkəməsi quyunun qazılması üçün sərf edilmiş vəsaitin də, cavabdehdən tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-2298/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 320 (üç yüz iyirmi) manat pul alınaraq, İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Bərdə Rayon Məhkəməsinin 2(021)-2298/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2298/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 320 (üç yüz iyirmi) manat pul alınaraq, İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.