Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-777/2025 02.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Səmədova (Məmmədova) Səma Firdusi qızının və ilk iddia üzrə cavabdeh X1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Səmədova (Məmmədova) Səma Firdusi qızı və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilk iddiası və Səmədova (Məmmədova) Səma Firdusi qızının İddiaçı qarşı “avtomobil və ya onun dəyəri” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5776/2024 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Səmədova (Məmmədova) Səma Firdusi qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5776/2024 saylı qətnaməsi ilə (hakim F.Fərhadov) ilk iddianın qismən təmin edilməsi, Səmədova (Məmmədova) Səma Firdusi qızından 5000 (beş min) manat, Cavabdeh2 700 (yeddi yüz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “VAZ 2107” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı (BAN XTA **********0459 nömrəli, ******* mühərrik nömrəli, 2005-ci il buraxılışlı) avtomobil naturada, bu mümkün olmadıqda onun dəyəri olan 5700 (beş min yeddi yüz) manat pul vəsaitinin İddiaçı alınıb Səmədova (Məmmədova) Səma Firdusi qızına verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, hər iki tələb üzrə pulun tutulması və avtomobilin qaytarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Qətnamədən narazə qalan ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Səmədova (Məmmədova) Səma Firdusi qızı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5776/2024 nömrəli qətnaməsinin ondan pulun tutulub iddiaçıya verilməsi və iki tələb üzrə pulun tutulması və avtomobilin qaytarılması eyni vaxtda icra edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada avtomobil üçün ödədiyi 5700 manat, avtomobilin təmirinə xərclədiyi 1300 manat olmaqla, cəmi 7000 (yeddi min) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 70 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırmaq üçün göstərmişdir ki, maşın almaq istəmiş, cavabdehləri də bu vasitə ilə tanımışdır. Maşın almaq məqsədi ilə Cavabdeh2 ilə görüşmüş, maşına baxmış, bəyənmişdir. Cavabdeh2 ona bildirmişdir ki, maşın həyat yoldaşının, yəni digər Cavabdeh1 adınadır. Hər iki cavabdehlə görüşüb maşının dəyərini 6000 manata razılaşmışlar. Sözügedən maşın **-FB-*** nömrəli, VAZ 2107 markalı, ağ rəngli maşın idi. Maşın saz vəziyyətdə deyildi, təmirə ehtiyac vardı. Öz aralarında razılaşmışlar ki, o, 5700 manatı nağd şəkildə cavabdehlərə versin, maşının dəyərindən çıxılan 300 manata isə təmir olunacaq hissəni təmir etdirsin. O, cavabdehlərə 5700 manatı razılaşdıqları kimi nağd şəkildə vermişdir. Amma təmirə 300 manatdan çox, yəni 1300 manat xərci çıxmışdır. Maddi vəziyyəti aşağı olduğundan həmin ərəfədə alğı-satqı edə bilməmişdir. Cavabdehlərlə birlikdə notariat ofisinə yaxınlaşmış və Cavabdeh1 xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında maşını onun istifadəsinə vermişdir. Öz aralarında razılaşmışlar ki, bir müddət sonra maşını onun adına rəsmiləşdirərlər. Lakin sonra ona məlum olmuşdur ki, Cavabdeh1 ona verdiyi etibarnaməni ləğv etdirib, aralarında olan razılaşmanın şərtlərini pozmuşlar. Göründüyü kimi cavabdehlər ondan aldıqları 5700 manat məbləğində pulu və maşının təmiri üçün xərclədiyi 1300 manatı ona qaytardıqdan əsassız olaraq imtina edirlər. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus “VAZ 2107” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı (BAN XTA **********0459 nömrəli, ******* mühərrik nömrəli, 2005-ci il buraxılışlı) avtomobilin natura şəkildə və ya onun dəyəri olan 6500 manat pulun və iddia ərizəsi üçün ödədiyi 85 manat dövlət rüsumunun əvəzinin İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının qeyd etdiyi hər şey cəfəngiyyatdır. İşin halları əslində belə olmuşdur: 2023-cü il iyul ayının 25-də o, "xxxx"dan maşın almaq üçün 6500 manat miqdarında kredit götürmüşdür. Bundan sonra, yəni 31 iyul 2023-cü il tarixdə Cavabdeh2la nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra ərinin köməyi ilə o, özünə mübahisə edilən avtomobili 6500 manata almışdır. Sürücülük vəsiqəsi olmadığından həmin avtomobili sürə bilmədiyindən həyat yoldaşı sürülmədiyi halda avtomobilin mühərrikinin və transmissiyasının yağının xarab olduğunu bildirirək avtomobili müvəqqəti sürmək üçün qohumu İddiaçı vermək istədiyini bildirmişdir. O həyat yoldaşı ilə razılaşmışdır və xx.xx.2024cü il tarixdə həyat yoldaşı onu işdən çağıraraq notariat ofisinə gəlməyini istəmişdir. O işdən 30 dəqiqəlik icazə alaraq 5 saylı notariat ofisinə getmiş və orada İddiaçı avtomobilə dair etibarnamə vermişdir. O, zaman heç bir alqı-satqıdan söhbət getmirdi və orada İddiaçı heç kimə pul verməmişdir. O, hesab etmişdir ki, İddiaçı avtomobillə öz işlərini aşırandan sonra avtomobili geri qaytaracaqdır. Lakin cavabdeh avtomobilə yaxşı qulluq etmədiyindən və avtomobili qaytarmadığından həyat yoldaşından avtomobilin İddiaçı geri alınmasını tələb etmişdir. Həyat yoldaşı avtomobili geri almadığından o, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 1 saylı Notariat ofisinə müraciət edərək İddiaçı verdiyi etibarnaməni ləğv etmiş və bundan sonra DYPŞ-nə müraciət edərək avtomobilin axtarılması barədə ərizə vermişdir. Yalnız bundan sonra İddiaçı ona və həyat yoldaşı Cavabdeh2 qarşı iddia qaldıraraq guya avtomobili onlardan aldığını, avtomobilin nasaz olduğunu bildirərək onlardan pul tələb edir. İddiaçı iddiası yalandır, ona məxsus avtomobillə bağlı heç bir alqı-satqı razılaşması olmamışdır. İddiaçı avtomobili qaytarmaq istəmədiyindən belə qondarma iddia fikirləşmişdir. Hazırda ona məxsus VAZ 2107 markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçıdır. O, həmin avtomobili qanunsuz olaraq özündə saxlamışdır. Bu səbəbdən də o avtomobili İddiaçı tələb etməyə məcbur qalmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə İddiaçı izahat verərək göstərmişdir ki, oğlu məktəbi qurtardığı üçün ona avtomobil almaq istəmişdir. Cavabdeh Nailin qohumu olan usta ilə birlikdə bazardan gələndə binanın qabağında cavabdeh Naili görmüş, cavabdeh Naillə sözügedən avtomobili əvvəlcə 6000 manata razılaşsalar da, avtomobilin təmirə ehtiyacı olduğundan təmir xərcini öz üzərinə götürmüş, həmin təmir xərci avtomobilin dəyərindən çıxılmışdır. Sonda usta Ramilin də yanında cavabdeh Naillə avtomobilin dəyərini 5700 manata razılaşmışlar. Bu zaman cavabdeh Nail həyat yoldaşı olan digər cavabdeh Səmaya zəng edərək avtomobili 5700 manata satdığını bildirmişdir. Cavabdeh Nail avtomobilin digər cavabdeh Səmanın adına olduğunu bildirdiyindən o, Nail və Ramil adlı usta ilə birlikdə cavabdeh Səmanı da iş yerindən götürərək notariusa getmişlər. Onun özündə 5000 manat olsa da, qalan 700 manat məbləğində pulu cavabdeh Nailin qohumu olan dayısıoğlundan borca götürmüşdür. O, notariusda cavabdeh Nailə 700 manat pul vermiş, notariusda cavabdeh Səma ona etibarnamə verdikdən sonra həmin avtomobillə qayıtmışlar. Həmin avtomobildə onu idarə edən Nail, onun yanında qabaq əyləcdə cavabdeh Səma, arxa əyləclərdə isə o və usta oturmuşdu. O, avtomobildə olarkən 5000 manat məbləğində pulu sayaraq təsadüfi şəkildə cavabdeh Səmaya vermişdir. Etibarnamənin verilməsi ilə pulun verilməsi eyni gündə olmuşdur. O, cavabdehlərin rəsmi nikahda olmalarını bilərək 700 manat məbləğində pulu cavabdeh Nailə vermişdir. Cavabdeh Nail polis olduğu və cavabdehlər ailə olduğu üçün onlara inanmış, həmçinin maddi imkanı aşağı olduğundan avtomobili rəsmi qaydada alqı-satqı etməmişdir. Bundan 6 ay keçdikdən sonra cavabdeh Nail ona bildirmişdir ki, avtomobili öz adına keçirtsin. O notariat ofisinə müraciət etdikdə avtomobili onun adına keçirtmək üçün avtomobilin mülkiyyətçisinin iştirak etməli olduğunu bildirmişlər. Cavabdeh Nail digər cavabdeh Səmanın nömrəsini ona vermiş, Səma ilə danışdıqda Səma ona avtomobili ona qaytarmalı olduğunu bildirmişdir. Avtomobil bu ilin fevral ayının 18-dən onda olmuşdur. Hazırda avtomobil ondadır, avtomobilin texpasportu da daxil olmaqla bütün sənədləri, həmçinin açarı da onun özündədir. Heç onun ağlına gəlməzdi ki, belə halla qarşılaşar. Cavabdehlər pulunu qaytardığı təqdirdə avtomobili qaytarmağa razıdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə Cavabdeh1 izahat verərək göstərmişdir ki, mülkiyyətçi kimi öz avtomobilini Sahildən tələb edir. Təxminən keçən ilin noyabr ayında həyat yoldaşı, hazırkı iş üzrə digər cavabdeh Nail avtomobilin binanın qarşısında qalıb işlənməməsi nəticəsində akkumlyatorunun xarab olduğunu, avtomobilin getdikcə sıradan çıxdığını bildirərək onu Sahilə müvəqqəti istifadə üçün verməyi təklif etmiş, o da cavabdeh Naillə razılaşmışdır. Nail ona iddiaçının onun qohumu - bibisiqızının həyat yoldaşının qardaşı olduğunu bildirmişdir. Bunun nəticəsində iddiaçı Sahilə notariusda etibarnamə vermişdir. Dəfələrlə cavabdeh Naildən iddiaçı Sahilin avtomobili geri qaytarmasını tələb etsə də, buna nail ola bilməmişdir. Bunu təsdiq edən digər cavabdeh Naillə olan mesajlaşmalar var. Notariusa cavabdeh Nail, iddiaçı Sahil və digər bir tanımadığı şəxslə bərabər getmişdir. Həmin avtomobillə də qayıtmış, o yolda düşüb işə qayıtmışdır. İddiaçının bildirdikləri tamamilə yalandır. Ona heç bir pul verilməmişdir, cavabdeh Naillə iddiaçı arasında pul söhbətinin olub-olmamasından xəbəri yoxdur. Sentyabr ayının 26-da iddiaçıya zəng edərək ondan avtomobilini tələb etsə də, iddiaçı avtomobili ona verməyəcəyini, benzin töküb avtomobilini yandıracağını bildirmişdir. Həmçinin avtomobil iddiaçıya verilərkən saz vəziyyətdə olmuşdur. Bundan başqa bildirmişdir ki, şahid qismində dindirilmiş Ramili ümumiyyətlə tanımır, ilk dəfədir ki, məhkəmə iclasında görür. Həmçinin, əlavə etdi ki, mexaniki nəqliyyat vasitəsini hazırda da idarə edə bilmir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə Cavabdeh2 izahat verərək göstərmişdir ki, təxminən bir ildir ki, digər cavabdeh Səma ilə rəsmi nikahdadır, sözügedən avtomobili isə rəsmi nikaha daxil olduqdan sonra almışdır. Hazırda da cavabdeh Səma ilə rəsmi nikahdadır. Avtomobili öz adına rəsmiləşdirə bilmədiyi üçün məcbur olaraq avtomobili digər cavabdeh Səmanın adına rəsmiləşdirmişdir. Həmin avtomobil birgə nikah dövründə alınmışdır. Bibisioğlu ona iddiaçının avtomobil axtardığını bildirmiş, iddiaçıya avtomobili göstərdikdən sonra əvvəlcə qiymətini 6000 manata razılaşsalar da, sonradan avtomobilin çatışmayan cəhətləri olduğundan 300 manat təmir xərcinə çıxmış, nəticədə avtomobilin 5700 manat müqabilində alqı-satqısına razılaşmışlar. Notariusda digər cavabdeh Səma iddiaçıya etibarnamə vermişdir. İddiaçı ona notariusda 700 manat məbləğində, digər cavabdeh Səmaya isə maşının içərisində 5000 manat məbləğində pul vermişdir. Cavabdeh Səma ilə 4 aydır ki, faktiki ayrı yaşayırlar, münasibətləri korlanıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, bu ilin fevral ayında tanışı olan iddiaçı ilə birlikdə avtomobil bazarında tanışı Naillə rastlaşanda Nailə avtomobil axtardıqlarını bildirmiş, o isə cavabında elə öz avtomobilini satdığını bildirmişdir. Naili tanıdığından həmin avtomobili iddiaçıya məsləhət görmüşdür. Asif, Emil, o və iddiaçı gedəndə görmüşlər ki, avtomobil binanın qabağındadır, avtomobilə baxış keçirib, təmir xərcini çıxdıqdan sonra 5700 manata razılaşmışlar. Notariusa o, iddiaçı, cavabdeh Nail və cavabdeh Səma birlikdə getmişlər. İddiaçı 700 manat məbləğində pulu notariusa daxil olanda cavabdeh Nailə verdikdən sonra, qalan 5000 manat məbləğində pulu notariusun qarşısında olan avtomobilin içərisində özü sayaraq iddiaçıya vermiş, iddiaçı isə həmin pulu digər cavabdeh Səmaya təqdim etmişdir. Bundan sonra həmin avtomobillə kəndə qayıtmışlar, qayıdanda isə cavabdeh Səma “Gəncə Mall” ticarət mərkəzinin qarşısında düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun tanışı, cavabdeh Nail isə dayısıoğludur. Naillə birlikdə avtomobil bazarında olarkən iddiaçı ilə qarşılaşmışlar, iddiaçı onlara avtomobil axtardığını, Nail isə avtomobil satdığını bildirmişdir. Avtomobilə binanın qarşısında baxdıqdan sonra iddiaçı Sahil ilə cavabdeh Nail avtomobilin alqısatqısı barədə razılaşmışlar. Bundan sonra Nail həyat yoldaşı Səmanı da işdən götürüb Sahil və Ramillə birlikdə notariusa getmişlər. Bundan əvvəl binanın qarşısında iddiaçı Sahil ondan 700 manat məbləğində borc pul almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ondan pulun tutulub iddiaçıya verilməsi və iki tələb üzrə pulun tutulması və avtomobilin qaytarılması eyni vaxtda icra edilməsi hissəsində maddi və prosessual hüquq normalarını pozaraq yanlış nəticəyə gəlmişdir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Cavabdeh2la mübahisə edilən avtomobilin alqı-satqısı barədə razılığa gəlmişlər. Avtomobilin mülkiyyətçisi o, olduğu halda onunla avtomobilin satılması ilə bağlı heç bir razılıq olmamışdır və ona ödənilməyən pulu iddiaçıya qaytarmalı deyi. O, burada mülkiyyətindən məhrum olunmuş şəxsdir və ona məxsus VAZ 2107” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil heç bir məhdudiyyət qoyulmadan ona qaytarılmalı idi. Birinci instansiya məhkəməsi qətnamənin icra üsulunu müəyyən edərək, yəni pulun tutulub iddiaçıya verilməsi və iki tələb üzrə pulun tutulması və avtomobilin qaytarılmasının eyni vaxtda icra edilməsini qət edərək onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Məhkəmənin qətnaməsinə görə, Cavabdeh2 idiaçıya pul vermədiyi halda ona məxsus avtomobili iddiaçı qaytarmayacaqdır. Məhkəmə nəzərə almamışdır ki, o, burada zərərçəkən şəxsdir (mülkiyyətindən məhrum olunmuş şəsxdir) və ona məxsus “VAZ 2107” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil heç bir məhdudiyyət qoyulmadan ona qaytarılmalı idi. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Səmədova (Məmmədova) Səma Firdusi qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, ilk iddia üzrə İddiaçı guya ona 5000 manat pul verilməsi ilə bağlı göstərdiyi yalandır. Əvvəla onlar həmin avtomaşını satmaq niyyətində olmamışlar, İddiaçı da ona hansısa məbləğdə pul verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh2 izahatında bildirdi ki, həmin avtomaşını digər cavabdeh Səma ilə birgə nikah dövründə, lakin özü almışdır. Avtomaşını etibarnamə ilə aldığına görə öz adına sənədləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən də onu həyat yoldaşının, yəni Səmədova (Məmmədova) Səma Firdusi qızının adına sənədləşdirmişdir. Həmin avtomaşını satmaq niyyətində olmuşdur. 2024-cü ilin fevral ayının 18-də polis nəfəri kimi işdə olmuş, həmin gün bibisi oğlu ona avtomaşını üçün alıcı tapıldığını bildirmiş, o, iddiaçı Sahil, maşın ustası Ramil və Emillə görüşərək avtomaşını göstərmiş, avtomaşının 5700 manata alğı-satqısı ilə bağlı razılaşdıqdan sonra həyat yoldaşı Səmanı işdən götürərək notariat kontoruna getmişlər. Notariat kontorunda etibarnamə verilməsi üçün İddiaçı ona 700 manat pul vermişdir. 5000 manat isə avtomaşında olarkən Səmədova (Məmmədova) Səma Firdusi qızına verilmişdir, lakin o, avtomaşını idarə etdiyinə görə pulun verildiyini görməmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, kollegiyanın iclasında iştirak etmiş tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilmiş Səmədova (Məmmədova) Səma Firdusi qızından 5000 (beş min) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməsi hissəsində və hər iki tələb üzrə pulun tutulması və avtomobilin qaytarılmasının eyni vaxtda icra edilməsi hissəsində ləğv edilməli və iddia tələbinin həmin hissələrdə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış nikah Gəncə şəhər Qeydiyyat şöbəsində 155 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Cavabdeh1 ünvanlandığı məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin surətindən görünür ki, 2005-ci il buraxılışlı, mühərrik №-si 8129149, ban №si XTA**********0459 olan “Vaz 21074” minik markalı avtonəqliyyat vasitəsi X5 tərəfindən Cavabdeh1 5500 manata satılmışdır, satıcı qrafasında Xıdırovun əvəzinə Məmmədov imza etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə, 2005-ci il buraxılışlı, ağ rəngli, “Vaz 21074” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil (mübahisəli avtomobil) qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən reyestrdə 7E- 4689 nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, “VAZ 21074” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi Cavabdeh1 tərəfindən İddiaçı 1 il müddətinə (xx.xx.2025-ci il tarixinədək) etibar edilmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh1 tərəfindən Gəncə şəhər 1 saylı notariat ofisində reyestrdə 8İ-9118 nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli, **********118 nömrəli ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər 5 saylı notariat ofisində İddiaçı verdiyi reyestrdə 7E-4689 nömrə ilə qeyd olunmuş etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sisteminə qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Cavabdeh1 ünvanlanmış 3-13-57-5/2-5- 27968/24 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, etibarnaməsinin müddəti bitmiş və qanunsuz idarə olunan “VAZ 2107” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə şöbənin şəxsi heyəti məlumatlandırılmış, onun xətdə saxlanılmasını təmin etmək məqsədilə, Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinə rəsmi məktub göndərilmiş, lakin həmin avtomobili xətdə müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 GNNPU- 04452/4 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 məxsus olduğu qeyd edilən “*** *** ** **” mobil telefon nömrəsi ilə Cavabdeh1 arasında Whatsapp sosial şəbəkə platformasında aparılan yazışmalardan görünür ki, cavabdeh Səma digər cavabdeh Naildən barışmaq istəyirsə, avtomobilini Sahildən alıb ona gətirməli olduğunu bildirmiş, cavabdeh Nail isə cavabında Sahilə avtomobili gətirməli olmasını deyəcəyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Səmədova (Məmmədova) Səma Firdusi qızı ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, Cavabdeh2 etibarnamə əsasında almış olduğu “VAZ-2107” markalı avtomaşını öz adına sənədləşdirə bilmədiyinə görə xx.xx.2023-cü il tarixli alğı-satqı müqaivləsi əsasında həyat yoldaşı Səmədova (Məmmədova) Səma Firdusi qızının adına rəsmiləşdirmişdir. Cavabdeh2 istifadəsində digər avtomaşın olduğundan, Səmədova (Məmmədova) Səma Firdusi qızı isə mexaniki ötürücülü avtomaşını idarə edə bilmədiyinə görə avtomaşın bir müddət evin həyətində istifadəsiz qalmış, daha sonra isə Cavabdeh2 təklifi ilə avtomaşını müəyyən müddətə idarə etməsi üçün sonunsunun bibisi qızının həyat yoldaşının qardaşı olan ilk iddia üzrə İddiaçı verilməsi barədə razılığa gəlmişlər. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə Səmədova (Məmmədova) Səma Firdusi qızı tərəfindən İddiaçı adına etibarnamə verilmiş, sonuncu həmin avtomaşını bir müddət – altı aya yaxın müddətdə idarə etdikdən sonra ər-arvad Cavabdeh2 ilə Səmədova (Məmmədova) Səma Firdusi qızı arasında ailə münasibətləri pisləşmiş və əri Nailə demişdir ki, İddiaçı avtomaşınını geri götürsün. Əri Nailin avtomaşınını geri qaytartmadığını gördükdə, o, notariat ofisinə gedərək verdiyi etibarnaməni ləğv etdirmiş və Sahildən avtomaşınını geri istəmişdir. Səmədova (Məmmədova) Səma Firdusi qızına həmin avtomaşının alğı-satqısı ilə bağlı pul verildiyi təsdiq olunmur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2024-cü ilin fevral ayında iddiaçı ilə cavabdehlər 5700 manata avtomobilin alqı-satqısı barədə razılaşmışlar. İddiaçı 700 manat məbləğində pulu notariusa daxil olanda Cavabdeh2 verdikdən sonra, qalan 5000 manat məbləğində pulu notariusun qarşısında olan avtomobilin içərisində digər Cavabdeh1 təqdim etmişdir. İşin bu halları ilkin iddia üzrə iddiaçının, Cavabdeh2 izahatları və şahidlərin ifadələri ilə sübuta yetirilir. Başqa sözlə, məhkəmə iclasında onlar bir-birini təsdiq edən izahat və ifadə vermişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 işin bu hallarının mövcudluğunu inkar etsə də, avtomobili İddiaçı satmaq niyyətində olmadığını təsdiq edən hər hansı mötəbər dəlilə istinad etməmişdir. Cavabdeh1 avtomobili iddiaçıya verməyə razılığını avtomobilin binanın qarşısında qalıb işlənməməsi, nəticədə akkumlyatorunun və mühərrikinin xarab olacağından ehtiyat etməsi ilə əlaqələndirmişdir. Məhkəmə bu arqumenti əsaslı və inandırıcı saymır ona görə ki, Cavabdeh1 mülkiyyətində olan avtomobil barədə İddiaçı yalnız onu idarə etmə barədə etibarnamə verə bilərdi. Lakin işin materiallarından da göründüyü kimi, Cavabdeh1 sözügedən avtomobil barədə İddiaçı məhz nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. Digər tərəfdən, avtomobil 6 ayadək müddətdə İddiaçı sərəncamında və istifadəsində olmuş, mülkiyyətçi Cavabdeh1 buna etiraz etməmiş, avtomobilin qaytarılması barədə hər hansı orqana müraciət etməsi barədə iş materiallarına hər hansı sübut təqdim etməmişdir. Bu da onu göstərir ki, avtomobil faktiki olaraq İddiaçı sərəncamına verilmişdir. Göründüyü kimi, mübahisəli avtomobilin mülkiyyət hüququnun iddiaçıya keçməsi və (ya) həmin avtomobilin alğı-satqısının dövlət qeydiyyatına alınması məhkəmə tədqiqatı zamanı müəyyən edilməmişdir. Halbuki, avtomobil qanunvericiliyə əsasən rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyadır və onun alqı-satqısına daşınmaz əmlakın alqı-satqısına dair qaydalar tətbiq edildiyindən mülkiyyət hüququnun keçirilməsi qanunvericiliklə müəyyən edilmiş müqavilə qaydasında təsdiqlənməli və dövlət qeydiyyatına alınmalı idi. Beləliklə, tərəflər arasında mübahisəli avtomobilə dair müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsızdır. Bu səbəbdən, əqd etibarsız olduğundan və Mülki Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığından, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Yəni mübahisəli avtomobil və onun dəyərinə görə ödənilmiş pul əvvəlki vəziyyətinə qayıtmalıdır. Bununla yanaşı, qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız olduğundan sözügedən avtomobilin müqabilində Cavabdeh1 5000 manat, digər Cavabdeh2 isə 700 manat pulu əldə etməkdə haqlı olmamışlar. Belə ki, mülkiyyətçi Cavabdeh1 məxsus avtomobili cavabdehlərin etibarnamə əsasında iddiaçıya verməsi, iddiaçının həmin avtomobilə görə Cavabdeh1 5000 manat, digər Cavabdeh2 isə 700 manat məbləğində pul verməsi iş materiallarında olan sübutlarla, izahat və ifadələrlə öz təsdiqini tapır. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Səmədova (Məmmədova) Səma Firdusi qızından 5000 manat, Cavabdeh2 700 manat alınıb İddiaçı verilməli, qarşılıqlı iddia qismən təmin edilərək “VAZ 2107” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı (BAN XTA **********0459 nömrəli, ******* mühərrik nömrəli, 2005ci il buraxılışlı) avtomobil naturada, bu mümkün olmadıqda onun dəyəri olan 5700 manat pul İddiaçı alınıb Səmədova (Məmmədova) Səma Firdusi qızına verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia avtomobilin təmirinə görə 1300 manat tələbi hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı bu hissədə tələbinin əsasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, avtomobilin dəyərinin 6500 manat olması barədə qarşılıqlı iddia üzrə iddiaçı hər hansı dəlilə istinad etməmişdir. Məhkəmə sözügedən avtomobilin dəyərinin 5700 manat olması qənaətinə gəlir. Belə ki, bu faktı ilk iddiaçı izahatında təsdiq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, avtomobil naturada, bu mümkün olmadıqda isə onun dəyəri olan 5700 manat qarşılıqlı iddia üzrə cavabdehdən alınmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticənin Səmədova (Məmmədova) Səma Firdusi qızından 5000 (beş min) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi və hər iki tələb üzrə pulun tutulması və avtomobilin qaytarılmasının eyni vaxtda icra edilməsi hissəsi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Hazırki halda müəyyən olunmuşdur ki, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixdən rəsmi nikahdadırlar. Mübahisəli avtomobil - 2005-ci il buraxılışlı, ağ rəngli, “VAZ 21074” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, həmin avtomobil Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən reyestrdə 7E-4689 nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında mülkiyyətçi Cavabdeh1 tərəfindən İddiaçı 1 il müddətinə (xx.xx.2025-ci il tarixinədək) etibar edilmişdir. Cavabdeh1 tərəfindən verilmiş və Gəncə şəhər 1 saylı notariat ofisində reyestrdə 8İ-9118 nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli, **********118 nömrəli ərizə əsasında sözügedən etibarnaməyə xitam verilmişdir. İddiaçı notariusda Cavabdeh2 avtomobilin pulundan 700 manat verdiyini bildirmiş Cavabdeh2 isə həmin halı etiraf etdiyindən birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Bundan başqa İddiaçı 5000 manat məbləğində pulu notariusun qarşısında olan avtomobilin içərisində özü sayaraq Cavabdeh1 verdiyini qeyd etsə də, həmin halı sübut edə bilməmiş, Cavabdeh1 iddianı qəbul etməmiş və avtomobilin dəyərinin ödənilməsi iş materialları ilə müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməkdə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərkən qeyd etmişdir ki, iddiaçının həmin avtomobilə görə Cavabdeh1 5000 manat, digər Cavabdeh2 isə 700 manat məbləğində pul verməsi iş materiallarında olan sübutlarla, izahat və ifadələrlə öz təsdiqini tapır. Halbuki, ilk iddia üzrə Cavabdeh1 avtomaşına görə ona pul verildiyini və ümumiyyətlə avtomaşının alğı-satqısı ilə bağlı danışığın olduğunu təsdiq etməmişdir. Məhkəməı kollegiyası hesab edir ki, istər birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrini, istərsə də İddiaçı tərəfindən Cavabdeh1 5000 manat məbləğində pulun verilməsinə dair Cavabdeh2 izahatını, şahid ifadələri ilə Cavabdeh2 izahatı ziddiyyət təşkil etdiyinə görə şübhələrdən kənar sübut kimi qəbul edilə bilməz. Çünki birinci instansiya məhkəməsində dindirilmiş şahidlərdən Şahid1 ifadəsində maşın bazarında Sahil üçün maşın axtararkən Naillə qarşılaşdıqlarını, digər Şahid2 da ifadəsində Naillə birlikdə maşın bazarında olanda Sahil və Ramillə qarşılaşdıqlarını göstərdikləri halda məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh2 izahatında həmin gün maşın bazarında yox, polis nəfəri kimi iş növbəsində olduğunu, digər tərəfdən Şahid1 ifadəsində maşında olarkən 5000 manat pulu özü sayıb ilk iddia üzrə Cavabdeh1 verdiyini bildirdiyi halda, İddiaçı həmin pulu özünün Cavabdeh1 verdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında isə Cavabdeh2 Cavabdeh1 5000 manat pulun verildiyini bilsə də, lakin pulun verildiyini şəxsən görmədiyini bildirdi ki, bu da avtomobildə onunla yanaşı oturan şəxsə 5000 manat məbləğində pulun verildiyini görməməsi, həm də özünün almış olduğu avtomaşının dəyərinin əsas hissəsini təşkil edən məbləğlə maraqlanmamsı inandırıcı deyildir. Digər tərəfdən cavabdehlər Səmədova (Məmmədova) Səma Firdusi qızı ilə Cavabdeh2 arasındakı Whatsapp sosial şəbəkə platformasında aparılan yazışmalardan göründüyü kimi Cavabdeh2 həmin avtomaşının qaytarılacağını bildirməklə, onun satılmasına dair ifadə işlətmir. Qeyd olunanlar isə apellyasiya şikayətinin dəlillərinin əsaslı, ilk iddianın isə Səmədova (Məmmədova) Səma Firdusi qızına aid hissədə əsassız olması qənaətinə gəlməyə əsas verir. Kollegiya həm də hesab edir ki, qətnamə ilk iddianın təmin edilmiş Səmədova (Məmmədova) Səma Firdusi qızından 5000 (beş min) manat pul vəsaitinin alınıb İddiaçı verilməsi hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilmədiyindən, qətnamə hər iki tələb üzrə pulun tutulması və avtomobilin qaytarılmasının eyni vaxtda icra edilməsi hissəsində ləğv edilməlidir. Beləliklə də kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilk iddianın təmin edilmiş Səmədova (Məmmədova) Səma Firdusi qızından 5000 (beş min) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi hissəsində və hər iki tələb üzrə pulun tutulması və avtomobilin qaytarılmasının eyni vaxtda icra edilməsi hissəsində ləğv edilməli və həmin hissələrdə ilk iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Səmədova (Məmmədova) Səma Firdusi qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5776/2024 saylı qətnaməsi qismən – ilk iddianın təmin edilmiş Səmədova (Məmmədova) Səma Firdusi qızından 5000 (beş min) manat pul vəsaitinin alınıb İddiaçı verilməsi hissəsində və hər iki tələb üzrə pulun tutulması və avtomobilin qaytarılmasının eyni vaxtda icra edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-777/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-777/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver