Məhkəmə qərarları › İş №2(104)-783/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-783/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-783/2024 07.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1319/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3100 (üç min yüz) manat pulun və ödənilmiş 51(əlli bir) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-1319/2023 saylı 20 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh 3100 (üç min yüz) manat və 51 (əlli bir) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayəti vermə müdətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin bərpa edərək, mülki işi Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2(023)-1319/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borc pulun qaytarılması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin Qazax Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(023)-1319/2023 nömrəli qətnaməsindən Cavabdeh vermiş olduğu apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi, Cavabdeh tərəfindən Qazax Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(023)-1319/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Cavabdeh 06 fevral 2024-cü il tarixdə şikayətlə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2(023)-1319/2023 nömrəli qərardadının ləğv edilməsi, əks təqdirdə şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən əsas göstərmişdir ki, qətnamə xx.xx.2023-cü il tarixində onun yaşadığı ünvanda poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə rəsmi qaydada verilmişdir. Bu tam yalandır, iş üzrə xəbərnamədəki imza müqayisəli şəkildə yoxlanılmalıdır. Xəbərnamədə olan imzanın kim tərəfindən imzalanmasını müəyyən edilməsi üçün xətşünaslıq ekspertizası keçirilməlidir. O, hərbçi olmaqla, müharibə veteranıdır, xx.xx.2023-cü il tarixdə o, müharibə zonasında hərbi xidmətdə olmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1319/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə icra icraatının tərəflərinə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1319/2023 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Cavabdeh verdiyi şikayətə yenidən baxılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olunur ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1319/2023 saylı 20 oktyabr 2023-cü il tarixli qətnaməsi 24 oktyabr 2023-cü il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş və 31 oktyabr 2023-cü il tarixdə həmin ünvanda qətnamə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Lakin cavabdeh apellyasiya şikayətində xəbərnamədəki imzanın ona məxsus olmadığını göstərir. Birinci instansiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1319/2023 saylı 20 oktyabr 2023-cü il tarixli qətnaməsi 19 dekabr 2023-cü il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş və 31 oktyabr 2023cü il tarixdə həmin ünvanda qətnamə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Lakin apelyasiya şikayətinə şikayət vermə müddətinin üzürlü səbəbdən buraxılmasını təsdiq edən rəsmi sənədlər və müddətin bərpası barədə ərizə əlavə edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, xəbərnamədə olan imza ona məxsus deyil. Birinci instansiya məhkəməsi isə, cavabdehin həmin dəlillərinin yoxlanılması istiqamətində heç bir araşdırma aparmamış, xəbərnamədə olan imzanın kim tərəfindən imzalanmasını araşdırmamış və cavabdehin həmin dəlilini yoxlayıb hüququ qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsində müəyyən olunmuş səlahiyyətə və yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1319/2023 saylı qərardadı qismən yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Cavabdeh verdiyi şikayətə yenidən baxılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə işə baxarkən, yuxarıda qeyd edilən halları araşdırmalı, lazım gələrsə məhkəmə-xətşünaslıq ekspertizası keçirilməlivvə qanunu qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1319/2023 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Cavabdeh verdiyi şikayətə yenidən baxılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar