Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-783/2025 13.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1776/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: X11 Cavabdeh ilə xx.xx.2023-ci il tarixdə bağladığı kredit müqaviləsinə əsasən ona xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 2000 manat məbləğində borc pul vermişdir. X11 xx.xx.2024-cü il tarixdə ölmüşdür. X3 qalan mirası 23 oktyabr 2024-cü il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı qəbul etmişdir. Qazax Rayon Notariat Ofisinin 2V-817 nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2024-cü il tarixdə ölmüş X5 vərəsələri İddiaçı və digərləridir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı 2000 manat pulun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiasıın onunla əsaslandırmışdır ki, əri X11 xx.xx.2024-cü il tarixdə ölmüş, ondan qalan mirası 23 oktyabr 2024-cü il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən o qəbul etmişdir. X11 Cavabdeh ilə xx.xx.2023-ci il tarixdə bağladığı kredit müqaviləsinə əsasən ona xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 2000 manat məbləğində borc pul vermişdir. Ancaq Cavabdeh borcu geri qaytarmamışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1776/2024 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilərək, cavabdehdən kredit müqaviləsi üzrə 2000 (iki min) manat borc və 40 (qırx) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, X11 ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona 2000 manat məbləğində borc pul verilmiş, cavabdeh həmin krediti xx.xx.2024-cü il tarixədək X6 qaytaracağı barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və borcunu qaytarmamışdır. X11 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X5 vərəsəsi İddiaçıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə borcun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389, 442 və Mülki Prosessual Məcəllənin 284-5, 284-6-cı maddələri ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)- 1776/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qanun üzrə vərəsəlik hüququ haqqında 23 oktyabr 2024-cü şəhadətnamədən görünür ki, 02 mart 2024-cü il tarixdə vəfat etmiş X5 vərəsələri İddiaçı, X7 və X4r. Vərəsəlik şəhadətnaməsindən görünür ki, Habil Musayevin yalnız İddiaçı deyil, yetkinlik yaşına çatmış Aysun Musazadədə vardır. Lakin İddiaçı məhkəmədə iddia tələbini yalnız qaldırmış, bununlada digər vərəsəni gizlətməyə nail olmuşdur. Əlavə olaraq qeyd edilir ki, o, Habil Musayevin sağlığında həmin pulu vermiş, lakin buna baxmayaraq vərəsəsi Rəna Musayeva bu halı gizlətməkdədir. X10 daha əvvəllərdə sələmə pul götürmüş və borcunun təminatı kimi anası X2 məxsus pensiya kartı Habildə olmuş, Habil daima anasının pensiyasını almışdır. Borcu bağlandıqdan sonrada müraciət edərək kartıı tələb etdi, kartı qaytarılmadığından banka müraciət edərək kartı bərpa etmişlər. X14 həmin pulları sələmlə vermiş və İddiaçı mərhum sələm verən şəxs olduğunu bilmişdir. Məhkəmə eyni zamanda ona məhkəmə bildirişini göndərməmiş, onun hüquqlarını məhdudlaşdırmış və o, müvafiq vəsatət və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir O, borcunu tam olaraq icra etmiş və buna sübut anası X1 pensiya kartından X5 pul çıxardaraq özünə götürməsidir. Həmin kart ABB-yə məxsus 6762-6111-0809-6149 nömrəli bank kartı olmuşdur ki, məhkəmə tərəfindən obyektiv araşdırma təmin ediləcəyi təqdirdə Habil Musayevin istifadəsində olması müəyyən ediləcəkdir. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. İş materiallarından görünür ki, X11 Cavabdeh ilə xx.xx.2023-ci il tarixdə bağladığı kredit müqaviləsinə əsasən ona xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 2000 manat məbləğində borc pul vermişdir. X11 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X15 borcu olduğunu bilən hazırki İddiaçı susaraq gözləməsi ona dəlalət edir ki, İddiaçı borcun icra edilməsini qəbul etmiş, icra edilməsini bəyənmiş və susmuşdur. Lakin sonradan məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qətnaməsində maddənin tələbi qeyd edilməsinə baxmayaraq məhkəmə işin obyektiv araşdırılmasını təmin etməyərək Qanun üzrə vərəsəlik hüququ haqqında 23 oktyabr 2024-cü şəhadətnamədən görünür ki, 02 mart 2024-cü il tarixdə vəfat etmiş X5 İddiaçı, X7 və X8 vərəsələri olmasını aydınlaşdırmamış, mirasın digər şəxslər tərəfindən də, qəbul edilməsini nəzərə almamışdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Rəna Əyyubova hüquqdan sui-istifadə edərək icra edilmiş əqd üzrə pulu yenidən ondan tələb etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələmndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). Maddə 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1776/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X11 Cavabdeh ilə xx.xx.2023-ci il tarixdə bağladığı kredit müqaviləsinə əsasən ona xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 2000 manat məbləğində borc pul vermişdir. X11 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Ondan qalan mirası 23 oktyabr 2024-cü il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı qəbul etmişdir. Qazax Rayon Notariat Ofisinin 2V-817 nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamıyı ısasın, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 vərəsələri İddiaçı və digərləridir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdehin apellyasiya şikayətinin dəlili kimi qeyd edilən borc məbləğinin onun tərəfindən ödənilməsi, hazırda onun borcunun olmamasıdır. Bununla bağlı qeyd olunur ki,“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Göründüyü kimi cavabdeh borc pul məbləğinin ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim etməmiş və apellyasiya şikaytinin bu dəlilinin yalnız cavabdehin bildirdikləörindən ibarətdir. Apellyasiya şikayətinin digər dəlili iddiaçının mərhum əri Habil Musayevin yeganə vərəsəsi olmaması halıdır ki, bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıların dairəsinə dair cavabdehin hər hansı müdaxiləsi onun subyektiv hüququ deyildir, bununla bağlı yalnız marağına toxunan digər vərəsələr mübahisələndirmək hüququna malikdir. Apellyasiya şikayətinin dəlili kimi cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən onun iştirakının təmin edilməməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göründüyü kimi, hazırki iddia tələbinə sadələşdirilmiş icraat qaydasında baxılmışdır ki, bu icraat cərcivəsində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1776/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1776/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, mübahisə predmeti olan borcun məbləği 5000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1776/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1776/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-783/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-783/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver