Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-786/2025 29.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 və cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(125)-5219/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-5219/2024 saylı qətnaməsi ilə (hakim C.Quliyev) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiasının təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsi və xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 17.692 (on yeddi min altı yüz doxsan iki) manat 15 (on beş) qəpik məbləğində borcun miras aktivinə mütənasib qaydada hissəsi 5.456 (beş min dörd yüz əlli altı) manat 57 (əlli yeddi) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 74 (yetmiş dörd) manat 56 (əlli altı) qəpik, cəmi 5.531 (beş min beş yüz otuz bir) manat 13 (on üç) qəpik məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5219/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərdən xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsi üzrə 287 manat 66 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 manat 23 qəpik, xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.708 manat 63 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 3.610 manat 63 qəpik, cəmi 17.692 manat 15 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 143 manat 48 qəpik məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 və "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsi üzrə 300 manat, xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsi üzrə 14.100 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən X6 borc verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə ölmüşdür. 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 1204 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən X3 miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 2V-1097 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2024-cü il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən X3 iddiaçı Banka ödənilməmiş əsas borcu 13.708 manat 63 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu 3.610 manat 63 qəpik, xx.xx.2024-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən X4 iddiaçı Banka ödənilməmiş əsas borcu 287 manat 66 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu 85 manat 23 qəpik təşkil edir. Cavabdeh1 və Cavabdeh2 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Buna görə də "xxxx" ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliyin normalarını kobud surətdə pozmuşdur. Belə ki, məhkəmə vərəsələrin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq, mirasın 5456.57 manat məbləğində olmasını əsas götürərək iddianı qismən təmin etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdehlər sübut etməli olsa da məhkəməyə sübut təqdim etməmişlər. Göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmişlər və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mirası qəbul etmişlər. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə bütün sübutları təqdim etməmişlər. Məhkəmə öz mülahizəsinə əsasən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdehlər yalnız vəfat etmiş şəxsin adına avtomaşın olmaması ilə bağlı sübut təqdim etmişdir. Lakin mümkün daşınar əmlakların miras əmlak kimi qalıbqalmaması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Hesab edirlər ki, qətnamə əsassızdır. Belə ki, məhkəmə tərəfindən miras qoyanın borcunun mirasdan çox olması tam araşdırmadan və tam sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir. Cavabdehlərin qanuni nümayəndəsi məhkəməyə apellyasiya şikayətinə etiraz və ərizə göndərərək apellyasiya şikayətinə etiraz etdiyini, mərhum X5 vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qəbul edilmiş pul vəsaitindən başqa hər hansı əmlakının qəbul edilmədiyini və digər əmlakının olması barədə məlumatının olmadığını, X5 ondan boşandıqdan sonra ayrı yaşadıqlarını, uşaqlarına yalnız aliment ödədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər və tərəfin izahatı: Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixə saat 12:00-a iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsinin və bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmanın surətindən görünür ki, "xxxx" ASC X7 60 ay müddətə illik 24 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit limiti açılmış, 36 ay müddətə illik 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsinin və məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən X7 48 ay müddətə illik 20 faiz dərəcəsi ilə 14.100 manat məbləğində pul vəsaiti borc verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, X3 "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə borcu xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsi üzrə 287 manat 66 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 manat 23 qəpik, xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.708 manat 63 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 3.610 manat 63 qəpik təşkil edir. İş materiallarında olan Cavabdeh2 və Cavabdeh1 tərəfindən (ərizələr Cavabdeh2 və Cavabdeh1 əvəzinə qanuni nümayəndələri – anaları Qanuni nümayəndə tərəfindən imza edilmişdir) notariat ofisinə yazılmış xx.xx.2023-cü il tarixli ərizələrdə göstərilir ki, ataları X10 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Ərizəçilər harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət ondan irs qalmış mirası qəbul edir və bütöv miras əmlakdan onların hər birinə çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsini xahiş etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan bərabər irs almalıdırlar. Şəhadətnamə miras əmlak Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-17-5/2-41834/2023 nömrəli məktuba əsasən miras qoyan X3 adına "xxxx" ASC-dəki hesablaşma hesabında olan 435 manat 78 qəpik pul vəsaitindən və əlavə ödəniləcək 5.020 manat 79 qəpik məbləğində pul vəsaitindən ibarətdir. İş materiallarında olan AZ-İ seriyalı 217421 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və X8 arasında olan nikah xx.xx.2014-cü il tarixdə pozulmuşdur. İşdə olan Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İsatehsalat birliyinin 8 nömrəli xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan X10 ölüm haqqında AZ-İİ nömrəli 345621 nömrəli şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə ölmüş və adına heç bir mülkiyyət aşkar edilməmişdir. Ölüm anı atası X11 məxsus evdə yaşamış və vəfat etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, X3 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, DİN Baş X19i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən X3 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Məhkəmə kollegiyasının sorğusuna əsasən 1 saylı Regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 20 may 2025-ci il tarixli 1467 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş-X2 miras qalmış əmlaka dair verilmiş xx.xx.2023-cü il tarixli 2V-1097 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə yalnız mirasın bir hissəsinə (pul vəsaitinə) dairdir. Əlavə olaraq bildirilir ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində mərhumun miras əmlaklarının siyahısı mövcud deyildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X9 və "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsi üzrə 300 manat, xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsi üzrə 14.100 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən X6 borc verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə ölmüşdür. X3 vərəsələri Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ərizə ilə (ərizələr Cavabdeh2 və Cavabdeh1 əvəzinə qanuni nümayəndələri – anaları Qanuni nümayəndə tərəfindən imza edilmişdir) notariat ofisinə müraciət edərək ataları X2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün mirası qəbul etdiklərini və onların hər birinə çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsini xahiş etmiş, Notariat ofisi tərəfindən onlara Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-17-5/2-41834/2023 nömrəli məktuba əsasən miras qoyan X3 adına "xxxx" ASC-dəki hesablaşma hesabında olan 435 manat 78 qəpik pul vəsaitindən və əlavə ödəniləcək 5.020 manat 79 qəpik məbləğində pul vəsaitini irs almaları ilə bağlı qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. X3 iddiaçı Banka xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 13.708 manat 63 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu 3.610 manat 63 qəpik, xx.xx.2024-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən ödənilməmiş əsas borcu 287 manat 66 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu 85 manat 23 qəpik təşkil edir. İddianı qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanunvericiliyin normalarının tələbindən göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü vərəsələrin üzərinə düşür. Mülki işin məhkəmə tədqiqi cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə mərhum X3 5.456 manat 57 qəpik məbləğində miras aktivindən savayı digər əmlakın, yəni daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun, əmlak və qeyri-əmlak hüquqlarının, eləcə də tələb hüququnun miras qalmamasını Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İsatehsalat birliyinin 8 nömrəli xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışını, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışını və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin xx.xx.2024-cü il tarixli arayışını, eləcə də AZ-İ seriyalı 217421 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətini təqdim etmişdir. Bununla da cavabdehlərin qanuni nümayəndəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsində nəzərdə tutulan qaydada miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmişdir. Cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə miras aktivinin yalnız 5.456 manat 57 qəpik məbləğində pul vəsaitindən ibarət olmasını sübuta yetirməklə yanaşı, mirasın tam tərkibdə müəyyənləşdirilməsi üçün qanunla müəyyənləşdirilən bütün hərəkətləri icra etdiyini, lakin miras qoyanın başqa əmlakını aşkar etmədiyini sübuta yetirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənaəfelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mərhum X3 yuxarıda göstərilən miqdarda banka borcunun olması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum ataları X2 qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün mirası qəbul etmələri barədə ərizə ilə müraciət etmələri, miras qoyan X2 qalmış "xxxx" ASC-dəki hesablaşma hesabında olan 435 manat 78 qəpik pul vəsaitindən və iş yeri üzrə əlavə ödəniləcək 5.020 manat 79 qəpik pul vəsaitindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaları işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İddia tələbini yuxarıda göstərilmiş qaydada həll etmiş birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1307-cı maddəsinin tələblərini nəzərə almamışdır. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X6 məxsus əmlakdan tam hissədə irs almışlar. X2 qalmış miras əmlak notarius tərəfindən siyahıya alınmadığına görə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi Mülki Məcəllənin 1307-ci maddəsinin tələbinə görə vərəsələrin üzərinə qoyulmuşdur. Lakin hazırkı işdə vərəsələr miras qoyanın borcunun mirasdan çox olması barədə kifayət qədər sübutları məhkəməyə təqdim etməmiş, birinci instansiya məhkəməsi isə bu hala qiymət verəmədən iddianı qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X2 qalan mirasdan tam olaraq irs aldıqlarından və mirasın həcminin nədən ibarət olduğunu tam göstərmədiklərindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumuna ödənilməsinə sərf edilmiş vəsait qismində 143,48 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-5219/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın İddia tələbi təmin edilsin. "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixli BPM**********92 nömrəli tam kart müqaviləsi üzrə 287 manat 66 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 manat 23 qəpik, xx.xx.2023-cü il tarixli BPM**********24 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.708 manat 63 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 3.610 manat 63 qəpik, cəmi 17.692 manat 15 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 143 manat 48 qəpik məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-786/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-786/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver