Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-794/2023 10.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(076)–2819/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat və işin halları: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 iyul 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1036 manat məbləğin borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ona məxsus fərdi yaşayış evində yaşayır. «Azəriqaz» İB-nin əməkdaşları 21 iyul 2022–ci il tarixdə ona məxsus sayğaca baxış keçirmiş, zavod nömrəsi ******* olan “Elster” markalı qaz sayğacını istifadə müddətinin keçməsi bəhanəsi ilə dəyişmişlər. Lakin sayğac dəyişdiriləndən sonra nəzarətçi ona şifahi olaraq bildirmişdir ki, ona borc yazılmışdır. Lakin, o, hər ay vaxtında ödənişlərini etmişdir. Bundan sonra o, cavabdeh orqana müraciət etmiş, ona sayğaca müdaxilə aşkarlandığı üçün 21 iyul 2022-ci il tarixdə ******* nömrəli akt tərtib edildiyini bildirmişlər. Həmin aktda istifadəsində olan ******* olan Elester markalı qaz sayğacının “hesablama mexaznimin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması” qeyd edilməklə dəymiş ziyanın hesablanıb ödənilməsi göstərilmiş, nəticədə həmin akta əsasən ona 1036 manat əsassız borc yazılmışdır. Lakin, bu barədə istehlakçı olaraq heç bir vaxt ona bildirilməmiş, nə də həmin sayğaca onun iştirakı ilə baxış keçirilməmişdir. Hesab edir ki, sayğacda aşkar olunmuş qüsurlar cavabdeh tərəfindən istehalkçılara qarşı növbəti əsassız cərimə tələb etmək üçün bəhanə olmuşdur. Onun istifadəsində olmuş ******* nömrəli “Elster” markalı qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən hər ilin sonunda yoxlanılaraq heç bir qüsurun olmaması müəyyən edilirdi. Həmin sayğacdan sonra quraşdırılmış sayğacın da eyni həcmdə qaz səriyyatı yazması bunu sübut edir. Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(076)–2819/2022 nömrəli qətnaməsi ilə (hakim K.Məmmədov) iddia təmin edilərək, cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 21 iyul 2022–ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1036 (min otuz altı) manat məbləğində borcun silinməsi qət edilmişdir. İşdə olan sübutlar: “Qaz sayğacının yoxlanılması barədə 21 iyul 2022-ci il tarixli MSK 29/1710-02525-1 saylı aktın, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 iyul 2022-ci il tarixli, ******* saylı aktın və dəymiş ziyanın bərpasına dair 25 avqust 2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, ******* nömrəli zavod nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması müəyyən edilmdiyindən nominal qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qaz itkisi 4x12x90=8640 kub.m hesablanmışdır. Abonentin saldosundan görünür ki, 2022–ci ilin avqust ayına ünvan 1i ünvanında olan abonent İddiaçınun adına 1036,8 manat borc hesablanmışdır. Apellyasiya şikayətinin dəlilləri: Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(076)–2819/2022 nömrəli qətnaməsindən narazı qalan cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(076)–2819/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2022-ci il tarixdə qazdan istifadə qayadalarının pozulması haqqında ******* saylı akt əsasında 1036,80 manat itirilmiş qazın bərpası üçün dəymiş hesablanmışdır. Abonentin ünvanına quraşdırılmış, sonradan abonent tərəfindən müdaxilə olunmuş qaz sayğacı əhali qrupuna aid olduğundan ilkin quraşdırılması "Azəriqaz" İB-nin hesabına aparılmışdır. Lakin, sayğacın işlək vəziyyətdə saxlanılması abonent tərəfindən təmin edilməmiş, ona görə də ünvanda sayğaca müdaxilə halı qeydə alınmışdır. Sayğaca müdaxilə tarixi qeyri-müəyyən olduğundan müdaxilə halı aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2022-ci ilin avqust ayında müəyyən edilmiş 1036,80 manat dəymiş ziyan məbləğinin tam olaraq silinməsini qət etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 onlar tərəfindən qaz sayğacına müdaxilə edilmədiyini, apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavadbehin nüamyəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iddiaçının nümayənədəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(076)–2819/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçınun yaşadığı ünvanda quraşdırılmış ******* nömrəli, G-4 markalı qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmiş, yoxlama zamanı “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması və qaz itkisinə yol verilməsi nəticəsinə gəlinməklə, itirilmiş qazın bərpası ilə məqsədilə 8640 kubmetr,1036,80 manat dəyərində zərər məbləğəği müəyyən edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəliləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və müvafiq ödənişlər edilmişdir. Yeni qaz sayğacı quraşdırıldıqdan sonrakı aylarda isə istifadə edilmiş qazın həcmi əvvəlki sayğacla istifadə edilmiş qazın həcmindən ciddi şəkildə fərqlənməmişdir. Bu fakt çıxarılmış sayğacın qazın həcmini qeydə almaması və ya düzgün qeydə almaması ilə bağlı cavadbeh təşkilatın dəlilini əsassız olmasını təsdiq etmişdir. Həmçinin qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacada hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə hər hansı bir sənəd tərtib edilməmişdir ki, qaz sayğacı çıxarıldıqdan sonra yoxlamaya göndərlidiyi müddət ərzində ehityyatsızlıqdan sayğacda qüsurun yaranması da istisna olunmayan haldır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi sübut olunmuşdur ki, bununla da iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə zərər vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(076)–2819/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(076)–2819/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.