Məhkəmə qərarları › İş №2(104)-802/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-802/2024

27.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-802/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “42000 (qırx iki min) manat pul vəsaitinin və 216 manat dövlət rüsumunun pul əvəzinin ödənilməsi tələbinə dair” ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “100000 (yüz min) manat pul tələbinə dair” qarşılıqlı iddiasına dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(040)-927/2023 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 42000 (qırx iki min) manat pulun və 216 (iki yüz on altı) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı və X3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 avqust 2020-ci il tarixdə X2 törətmiş olduğu ağır yol-nəqliyyat hadisəsində xidməti vəzifəsini icra edən zaman faciəli şəkildə həlak olan qızı, polis kiçik serjantı Ləman Süleymanzadənin hüquqi və mülki varisi olaraq təqsirkar X1 maddi olaraq - 50500 (əlli min beş yüz) manat, mənəvi olaraq - 49500 (qırx doqquz min beş yüz) manat, ümumilikdə 100000 (yüz min) manat məbləğində təzminatın X1, eləcə də istintaqa və ona təsir göstərən, mərhum Ləman Süleymanzadəyə və mərhum Elnur Çağırqanova guya intihar etdikləri barədə şər-böhtan atan, onun və ailəsinin şərəf və ləyaqətinə xələl gətirən, eləcə də nevroloji-psixoloji durumunu əsassız yerə məhkəmə prosesi ilə gərginləşdirən təqsirkar Allahverdi Behbudovun arvadı İddiaçı 99000 (doxsan doqquz min) manat məbləğində təzminatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(040)-927/2023 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) İddiaçı Cavabdeh qarşı “42000 (qırx iki min) manat pul vəsaitinin qaytarılması və 216 (iki yüz on altı) manat dövlət rüsumunun pul əvəzinin ödəniməsi tələbinə dair” ilkin iddiasının rədd edilməsi, Cavabdeh ilk İddiaçı qarşı “100000 (yüz min) manat pul tələbinə dair” qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(040)-927/2023 saylı qətnaməsini iddilarına aid hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin həmin apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət olunmamış, yəni apellyasiya şikayəti həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1 və 361.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətində digər məlumatlarla yanaşı şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti də göstərilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkil)Nümayəndə apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan qrafalarında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı adi məlumatları göstərmədiyinə görə məhkəmə kollegiyası hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(040)-927/2023 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. İş materiallarından görünür ki Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2024-cü il tarixli 2(104)-802/2024 saylı qərardadı ilə şikayət səhvən mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Sonradan müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi üçün əsas olmamışdır. Belə ki, apellyasiya şikayətindən və iş materiallarından göründüyü kimi vəkil Nümayəndə həm də İddiaçı həm də etibarnamə üzrə nümayəndəsidir. Azərbaycan Respublikası MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin etibarnamənin anlayışından bəhs edən 362.1-ci maddəsində göstərilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İstinad olunan prosessual və maddi hüquq normalarının məzmunundan da aşkar şəkildə görünür ki, hər bir şəxs üşüncü şəxs qarşısında təmsil olunması üçün başqa şəxsə vəkalət verə bilər. O cümlədən məhkəmədə işini nümayəndə vasitəsi ilə təmsil oluna və ya da nümayəndə vasitəsi ilə iddia, məhkəmə aktlarından isə şikayət verə bilər. Lakin bu halda təmsil edən (nümayəndə) iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməli, ona iddia ərizəsini (şikayəti) imzalamaq səlahiyyəti verildiyi halda həmin sənədi imzalaya bilər. Mülki işlər üzrə ümayəndə hər bir halda iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməlidir. Hazırkı halda isə vəkil (nümayəndə) Nümayəndə mülki prosessual qanunvericiliyin istinad olunan normasının tələbini pozaraq apellyasiya şikayətini İddiaçı adından verməli olduğu halda, öz adından vermişdir ki, bu da MPM-in 361.1-ci maddəsinin apellyasiya şikayətinin məzmununa dair tələblərinin pozulmasıdır. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2024-cü il tarixli 2(104)-802/2024 saylı qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 69.2, 366- 368, 402 və 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının apellyasiya şikayətinin mümkünlüyünə dair 26 fevral 2024-cü il tarixli 2(104)-802/2024 saylı qərardadı ləğv edilsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(040)-927/2023 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün sayılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar