Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-807/2023 02.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(042)-1085/2022 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Gədəbəy rayonu, Plankənd kənd sakini Cavabdeh əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmədiyinə görə dövlət meşə fonduna dəymiş 870.11 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(042)-1085/2022 nömrəli (hakim: M.Kazımov) qətnaməsi ilə iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzi tələbini onunla əsaslandırmışdır ki, Əliyev X3 meşəbəyliyinin 10 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsində işləmişdir. X5 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 06 iyul 2022-ci il tarixdə Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısında meşələrin qorunub mühafizə olunması vəziyyəti araşdırılarkən meşəbəyliyin 10 saylı meşə dolayısında qəfləti yoxlama zamanı müəyyən olunmuşdur ki, qanunsuz olaraq kök üstə yaş halda vələs cinsindən 20 sm 1 ədəd, 24 sm 1 ədəd 32 sm 2 ədəd, 36 sm 3 ədəd, 40 sm 2 ədəd, 48 sm 1 ədəd, Fıstıq cinsindən 36 sm 1 ədəd, 40 sm 2 ədəd, 44 sm 5 ədəd, 48 sm 4 ədəd, 52 sm 1 ədəd, 56 sm 1 ədəd, 72 sm 1 ədəd, 36 sm 1 ədəd cəmi 25 ədəd ümumi həcmi 30,47 m3 olan ağacları kəsilərək aparılmış və 1 ədəd fıstıq cinsindən olan ağacın kəsilərək kütlələrinin yerində qalması aşkar edilmişdir, eləcə də bu barədə akt tərtib olunmuşdur. Bununla da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş 7 saylı əlavəsinin tələbləri pozularaq dövlət meşə fonduna 870.11 manat ziyan vurulmuşdur. Cavabdeh əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmədiyinə görə dövlət meşə fonduna 870.11 manat ziyan dəymişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, X5 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 06 iyul 2022-ci il tarixdə Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısında meşələrin qorunub mühafizə olunması vəziyyəti araşdırılarkən meşəbəyliyin 10 saylı meşə dolayısında qəfləti yoxlama zamanı müəyyən olunmuşdur ki, 25 ədəd ağac qanunsuz olaraq kəsilmişdir. X5 Təsərrüfatı Mərkəzinin əsasnaməsinə görə meşəbəylik müəyyən olunmuş qaydada təşkil edilmiş meşə dolaylarından ibarətdir və meşə dolaylarında meşələrin mühafizəsi və qorunması işi bilavasitə meşə gözətçiləri tərəfindən həyata keçirilir. Yəni meşə gözətçiləri məsul olduğu dolayda birbaşa olaraq meşə mühafizə işlərinə nəzarət etməli, ağacları qanunsuz kəsilmə hallarından qorumalıdır. İş saatları müddətində dolayı mühafizə etməlidir. Cavabdeh birinci instansiya məhkəməsində vermiş olduğu izahatında bildirmişdir ki, mövcud qırıntılar onun iş saatları müddətində baş verməmişdir. Cavabdeh dedikləri doğru olsa belə, o, iş saatı başladığı anda bu hüquqpozuntusu barədə dərhal Mərkəzə məlumat verməli idi və bu hal Mərkəzin əməkdaşları tərəfindən aktlaşdırılmalı idi. Lakin meşə gözətçisi Cavabdeh tərəfindən dolayda qanunsuz ağackəsmə baş verməsi barədə məlumat Mərkəzə daxil olmamışdır. Həmin fakt sözügedən ərazidə qəfləti yoxlama aparılması nəticəsində müəyyən olunmuşdur. Cavabdeh əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə Mərkəzə ziyan dəymişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Cavabdeh dolayda meşə gözətçisi işlədiyi müddətdə 30 kub həcmində ağac kəsilib və sonuncu bu barədə Mərkəzə məlumat verməmişdir. Ağac kəsmələr bir neçə gün ərzində baş vermişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, meşə ərazisi 624 ha təşkil edir. İş saatı ərzində meşə dolayında olmuşdur. Ağacların kəsilməsini müəyyən edib araşdırma apardığı zaman Mərkəzin əməkdaşları yoxlamaya gəlmişlər. Ağacları gecə saatlarında kəsib oğurlayıblar və 1-2 gün keçdikdən sonra yoxlama gəlmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının və Cavabdeh iştirakı ilə tərtib edilmiş aktın və vurulmuş ziyanın hesablanması cədvəlinin surətindən görünür ki, Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısında 06 iyul 2022-ci il tarixdə aparılan yoxlama zamanı kök üstə yaş halda vələs cinsindən 20 sm 1 ədəd, 24 sm 1 ədəd 32 sm 2 ədəd, 36 sm 3 ədəd, 40 sm 2 ədəd, 48 sm 1 ədəd, Fıstıq cinsindən 36 sm 1 ədəd, 40 sm 2 ədəd, 44 sm 5 ədəd, 48 sm 4 ədəd, 52 sm 1 ədəd, 56 sm 1 ədəd, 72 sm 1 ədəd, 36 sm 1 ədəd cəmi 25 ədəd ümumi həcmi 30,47 m3 olan ağacların kəsilərək aparılması 1 ədəd fıstıq cinsindən olan ağacın kəsilərək kütlələrinin yerində qalması və meşə fonduna ümumilikdə 870.11 manat ziyan dəyməsi aşkar edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş işəgötürən X5 Təsərrüfatı Mərkəzi və işçi Cavabdeh arasında bağlanmış 22 iyul 2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi Əliyev X3 meşəbəyliyinə meşə gözətçisi vəzifəsinə təyin edilmişdir; Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının və Cavabdeh iştirakı ilə tərtib edilmiş aktın və vurulmuş ziyanın hesablanması cədvəlinin surətindən görünür ki, Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısında 06 iyul 2022-ci il tarixdə aparılan yoxlama zamanı kök üstə yaş halda vələs cinsindən 20 sm 1 ədəd, 24 sm 1 ədəd 32 sm 2 ədəd, 36 sm 3 ədəd, 40 sm 2 ədəd, 48 sm 1 ədəd, Fıstıq cinsindən 36 sm 1 ədəd, 40 sm 2 ədəd, 44 sm 5 ədəd, 48 sm 4 ədəd, 52 sm 1 ədəd, 56 sm 1 ədəd, 72 sm 1 ədəd, 36 sm 1 ədəd cəmi 25 ədəd ümumi həcmi 30,47 m3 olan ağacların kəsilərək aparılması 1 ədəd fıstıq cinsindən olan ağacın kəsilərək kütlələrinin yerində qalması və meşə fonduna ümumilikdə 870.11 manat məbləğində ziyan dəyməsi aşkar edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2, 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 200-cü maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 203-cü maddəsinə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 X2 Anar Əli oğlunun Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsində işləmiş olduğunu, X5 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 06 iyul 2022-ci il tarixdə Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısında meşələrin qorunub mühafizə olunması vəziyyəti araşdırılarkən meşəbəyliyin 10 saylı meşə dolayısında qəfləti yoxlama zamanı qanunsuz olaraq kök üstə yaş halda vələs cinsindən 20 sm 1 ədəd, 24 sm 1 ədəd 32 sm 2 ədəd, 36 sm 3 ədəd, 40 sm 2 ədəd, 48 sm 1 ədəd, Fıstıq cinsindən 36 sm 1 ədəd, 40 sm 2 ədəd, 44 sm 5 ədəd, 48 sm 4 ədəd, 52 sm 1 ədəd, 56 sm 1 ədəd, 72 sm 1 ədəd, 36 sm 1 ədəd cəmi 25 ədəd ümumi həcmi 30,47 m3 olan ağacların kəsilərək aparıldığının və 1 ədəd fıstıq cinsindən olan ağacın kəsilərək kütlələrinin yerində qaldığının aşkar edildiyini və bu barədə akt tərtib olunduğunu, beləliklə Cavabdeh əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmədiyinə görə dövlət meşə fonduna 870.11 manat ziyan dəydiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, əmək qanunvericiliyinə görə ziyanın həqiqətən vurulduğu aşkar edilməsi, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması, habelə təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olması barədə şərtlərin hər üçü eyni zamanda mövcud olduqda işəgötürən və işçi arasında birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı (işəgötürən) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzi cavabdeh (işçi) Cavabdeh əmək müqaviləsi üzrə vəzifələrini icra etməməsi nəticəsində ona ziyan vurduğunu iddia etsə də, lakin işdən göründüyü kimi Cavabdeh həqiqətən təqsirkar olması, onun əməlinin yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması, habelə qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olması halları müəyyən olunmur. Məhkəmə kollegiyası gəlmiş olduğu qənaətini onunla əsaslandırır ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzi meşə dolayısında ağacların kəsilməsinin məhz cavabdeh (işçi) Cavabdeh iş saatı ərzində baş verməsi, habelə işçinin səhlənkarlığı nəticəsində baş verməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eləcə də təqsirinin Bundan əlavə Cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyasında icraat zamanı vermiş olduğu izahatında bildirmişdir ki, dolayda ağacların kəsilməsi onun iş saatı ərzində baş verməmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasında tam maddi məsuliyyət barədə müqavilə də bağlanmamışdır. Göründüyü kimi Cavabdeh əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi halı müəyyən olunmur. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh ağacların kəsilməsi barədə Mərkəzə məlumat verməyərək əmək müqaviləsi üzrə vəzifələrini icra etməməsi barədə dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, şikayətin həmin dəlili əsassızdır. Belə ki, apellyasiya instansiyasında icraat zamanı məhkəmə kollegiyasına təqdim edilmiş işçi Cavabdeh əmək müqaviləsi üzrə vəzifə təlimatlarından görünür ki, işçinin meşə dolayında baş vermiş qanuna zidd hərəkətlər barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzinə məlumat verməsi barədə vəzifəsi olmamışdır. Göründüyü kimi Cavabdeh əmək müqaviləsi üzrə vəzifələrini icra etməməsi, habelə bu səbəbdən iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzinə ziyan dəyməsi sübut olunmur. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə düzgün və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 402.1. maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(042)-1085/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-807/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-807/2023
02.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver