Məhkəmə qərarları › İş №2(104)-808/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-808/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-808/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrilik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-814/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa olunmasına dair ərizəçi Cavabdeh ərizəsinin təmin edilməməsi haqqında Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-814/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək 6 baş iribuynuzlu mal-qaranın bazar dəyəri olan 8600 manat, əlavə olaraq 450 manat müalicə xərci, cəmi 9050 manat pulun və dövlət rüsumu olaraq ödəmiş olduğu 130 manat məbləğində pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 2(042)-814/2022 saylı iş üzrə Cavabdeh ona yetirdiyi maddi ziyanlıqdan əlavə hər an özünə və digər ailə üzvlərinə əsəb gərginliyi yaşatmasına görə maddi təzminat kimi əlavə 3000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-814/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyana görə 5300 (beş min üç yüz) manat məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir. İş üzrə Cavabdeh 13 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə verərək, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-814/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətini ötürülməsinin üzrlü hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı 6 baş iri buynuzlu malqarasına dəymiş 9050 manat ziyanın və əlavə olaraq ödəmiş olduğu 130 manat dövlət rüsumunun, ona və ailə üzvlərinə yaşatmış olduğu əsəb gərginliyinə görə 3000 manat təzminatın alınıb ona verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin mülki işə Gədəbəy Rayon Məhkəməsinin hakimi tərəfindən xx.xx.2022-ci il tarixdə baxaraq iddiaçının iddiası qismən təmin edilmişdir. O, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-814/22 saylı qətnaməsindən narazıdır və həmin qətnamə tam şəkildə ləğv olunmalıdır. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi poçt vasitəsi ilə ona göndərilmiş, həmin qətnamə onun anası tərəfindən qəbul edilmişdir. Anasının savadsızlığı üzündən həmin qətnamə barədə onun məlumatı olmamışdır. O, ailədə yeganə qazanc gətirən şəxsdir və özünün “Kamaz” markalı avtomaşını var. Həmin maşınla pres satışı ilə məşğul olur və ondan əldə olunmuş gəlirlə ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin DYP-nin əməkdaşları tərəfindən onun maşınını saxlatdıraraq Gədəbəy rayon İcra Şöbəsinin qərarı əsasında onun idarə etdiyi avtomaşının üzərinə həbs qoyulduğunu bildirmişlər. Maşının sənədlərini ondan alınmışdır. Hal-hazırda o həmin avtomaşını idarə edə bilmir. O, İddiaçı onun barəsində məhkəməyə vermiş olduğu iddiası əsasızdır. O, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən narazıdır və onun ləğv olunaraq yenidən baxılmasını istəyir. Ona görə də, məhkəmənin qəbul etmiş olduğu qətnaməndən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş və ötürülmüş müddətin üzrlü hesab edilməsini istəyir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-814/2022 saylı qərardadı İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-814/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa olunmasına dair ərizəçi Cavabdeh ərizəsi təmin edilməmişdir. Sadıqov X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-814/2022 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin çıxarmış olduğu qərardadla razlaşmır. Belə ki, məhkəmə prosesinin gedişi zamanı, eləcə də müddətin bərpası ərizəsinə baxılan zaman o, qeyd etmişdir ki, onun ünvanına göndərilmiş xəbərnaməli poçt məktubunu o götürməmişdir. Həmin məktub anasına təqdim edilmişdir. Məktubun hansı tarixdə anasına təqdim edilməsini soruşmadığı üçün vaxtı dəqiq deyə bilməmişdir. Həmin məktub onun anası Ulduz Sadıqovaya poçt şöbə rəisi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. O, məhkəmə qətnaməsindən apellyasiya şikayəti, eləcə də müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin hakim tərəfındən onun apellyasiya şikayətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Məhkəmənin çıxarmış olduğu qərardaddan narazıdır. Belə ki, əlində X2 tərəfindən Gədəbəy Rayon Məhkəməsinin ünvanına verilmiş xx.xx.2023-cü il tarixli N-GPF-515 saylı məktubunda məhkəmənin SS818338705 AZ saylı xəbərnaməli poçt məktubun ona xx.xx.2023-cü il tarixdə təqdim olunduğu göstərilmişdir. Odur ki, o, qanunla müəyyən olunmuş prosessual müddəti ötürməmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-814/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-814/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa olunmasına dair ərizəçi Cavabdeh ərizəsinin təmin edilməməsi haqqında Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-814/2022 saylı qərardadından Cavabdeh şikayətinin əsassız hesab edilməsi, şikayətin baxılması üçün 7 gün müddətində işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilmədən, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-814/2022 saylı qərardadı və həmin qərardadla bağlı 01 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. İş materiallarından görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-814/2022 saylı qətnaməsi rəsmi qaydada sifarişli-xəbərnaməli məktubla 01 noyabr 2022-ci il tarixdə Cavabdeh göndərilmiş, Cavabdeh 15 noyabr 2022-ci il tarixdə qətnamənin surətini rəsmi qaydada əldə etmiş, həmin qətnamədən apellyasiya şikayətini isə xx.xx.2023-cü il tarixdə, yəni qətnaməninin surətini aldıqdan 01 ay 28 gün sonra, yəni apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmaqla vermiş, lakin məhkəməyə prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-814/2022 saylı qətnaməsindən şikayət vermə müddəti ötürüldüyündən və müddətin bərpa edilməsinə əsas olmadığından cavabdehin xahişini təmin etməməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-814/2022 saylı qərardadı və həmin qərardadla bağlı 01 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-814/2022 saylı qərardadı və həmin qərardadla bağlı 01 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad onun çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə biməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar