Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-812/2024 02.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(042)-1233/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona dəymiş ziyanın əvəzi olaraq 1700 manatın və dövlət rüsumu olaraq ödəmiş olduğu 35 manat pulun alınıb ona verilməsinə dair çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(042)-1233/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim M.Kazımov) iddia təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyana görə 1700 (bir min yeddi yüz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(042)-1233/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla həmin elektrik xətt 10 il əvvəl Gədəbəy elektrik şəbəkəsinin işçiləri tərəfindən qalın kabel xətt ilə çəkilmişdir. Elektrik xətlərinin üzəri bağlı olmuşdur. Daimi olaraq həmin metal tor setkaya onun ailə üzvləri taxunmuş və onda elektrik keçirmə halları olmamışdır. Həmçinin hadisə vaxtı metal tordan olan setkanın elektrik keçirib-keçirməməsi yoxlanılmamış və hər hansı akt tərtib olunmamışdır. Həmçinin hadisənin səhəri günü elektrik şəbəkəsinin əməkdaşları tərəfindən də yoxlanış keçirilmiş və hər hansı elektrik keçirmə halı aşkar olunmamışdır. Hazırda da, həmin elektrik xəttinə müdaxiə olunmamış və əvvəlki vəziyyətdədir. İddiaçı tərəfindən ona şər atılmış, iddiaçıya məxsus bir baş inək dəmir setkanın üzərindən yıxılaraq ölmüşdür. Eyni zamanda hadisə xx.xx.2023-cü il tarixdə gecə saat 22 radələrində baş vermiş, həmin akt isə bir gün sonra yəni xx.xx.2023-cü il tarixdə baxış keçirilməklə tərtib olunmuşdur. Aktın tarixi isə bir gün əvvələ qeyd olunub. Həmin akt tərtib olunan zaman oğlu Mahir Rzayev də iştirak etsə də, akta adı salınmamışdır. İddiaçı əvvəlcə ona dəymiş ziyanı Gədəbəy elektrik şəbəkəsindən tələb edəcəyi ilə aldatmış, özünə yalan sübutlar toplamış, sonra isə şər-böhtanla ona qarşı iddia qaldırmışdır. Məhkəmənin sübut kimi qəbul etdiyi X7 Laboratoriyasının hər hansı protokolu isə ekspert rəyini əvəz etmir və sübut kimi qəbul oluna bilməz. Eyni zamanda ölmüş birbaş inəyin bazar qiyməti ilə bağlı alınmış arayışda da 6 illik dişi inəyin dəyəri şişirdilmiş şəkildə 1700 manat müəyyən olunmuşdur Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını, Gədəbəy Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(042)-1233/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, özünə məxsus iri və xırda buynuzlu mal-qara saxlayır. Cavabdeh ilə yaxın qonşudur. Onların aralarında heç bir münaqişə və digər mübahisə olmamışdır. Onun inəyi xx.xx.2023-cü il tarixdə örüşdə otlayan zaman Cavabdeh həyətyanı torpaq sahəsinin ətrafına çəkilmiş metal tor setkaya toxnmuş və inəyini elektirik cəryanı vurub öldürmüşdür. Cavabdeh evinə üstü bağlı kabellə metal tor hasarın baş hissəsinə bağlamaqla elektirik xətti çəkmişdir ki, nəticədə çəkilmiş kabelin üstü açıq olan hissəsindən elektirik cəryanı keçərək bir baş inəyini öldürmüşdür. Həmin elektrik xətti cavabdehin yaşayış evinə gedən xəttdir. Həmin vaxt kənd icra nümayəndəsi X.Zeynalov, baytar həkim Tofiq Əliyevin, cavabdehin və onun iştirakı ilə inəyin meyitinə baxış keçrilmiş və inəyin daxili orqanlarından nümunələr götrülərək inəyin meyiti ekskovatorla çala qazılaraq bastırlmışdır. Heyvanın daxili orqanlarından götrülmüş nümunələr Göy-Göl Regoinal sınaq labaratoryasına göndərilmiş və nəticədə inəyin ölmə səbəbi elektirik cəryanının təsirindən olduğu aşkarlanmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı sayır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını, Gədəbəy Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(042)-1233/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(042)-1233/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı müraciəti əsasında Gədəbəy rayonu, Düzərsullu kənd İƏD üzrə nümayəndəsi X5, Düzrəsullu baytarlıq özəl baytar həkimi X6 və Düzrəsullu özəl baytarlıq sahəsinin sosial işçisi X3 iştirakları ilə İddiaçı məxsus Cavabdeh həyətyanı torpaq sahəsində ölmüş bir baş cinsi dişi olan inəyin cəsədinə ilkin baxış keçirilmiş, inək Cavabdeh həyətyanı torpaq sahəsindəki setkanın üzərinədən yıxılmış və arxa ayağı setka məftilinə dolaşmış şəkildə olmuşdur. X7 Laboratoriyası tərəfindən verilmiş sınaq protokolundan və yarma protokolundan görünür ki, İddiaçı məxsus inək gərginliyə düşmə nəticəsində ölmüşdür. Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 31 oktyabr 2023-cü il tarixli, 169 nömrəli arayışdan görünür ki, bir baş 6 illik dişi iri buynuzlu heyvan – inək 1600- 1700 manat təşkil edir. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus bir baş iribuynuzlu 6 illik heyvan cavabdehə və onun ailə üzvlərinə məxsus iki evdən bir-birinə, həyətyanı torpaq sahəsinin ətrafına çəkilmiş metal toru saxlayan dəmir dirəklərin üzəri ilə çəkilmiş elektirik xəttinin cərəyan buraxması nəticəsində ölmüşdür. Bu fakt iddiaçının izahatı, şahid ifadələri və digər sübutlarla öz təsdiqini tapır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında qeyd edilən elektirik xəttinin Gədəbəy elektrik şəbəkəsi işçiləri tərəfindən çəkildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədi. Məhkəmədə müəyyən olundu ki, qeyd edilən elektirik xətti Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş X1ydalarına uyğun olaraq çəkilməmiş və həmin elektirik xəttinin mövcud olması ətraf mühit üçün real təhlükə yaratmışdır. Cavabdeh ona məxsus evlərə çəkilmiş elektirik xəttinin daha təhlükəsiz və qaydalara uyğun olaraq çəkilməsi üçün tədbirlər görməmiş, kobud ehtiyatsəzlıq etmiş, bu isə iddiaçıya məxsus bir baş iribuynuzlu 6 illik heyvanın ölməsi ilə nəticələnmişdir. Belə olan halda, iddiaçıya həmin iribuynuzlu heyvanın dəyərində ziyan dəymişdir. Odur ki, iddiaçı ona dəymiş maddi ziyanı cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə kolllegiyasının iclasında müəyyən edildi ki, İddiaçı məxsus bir baş iribuynuzlu 6 illik heyvan cavabdehə və onun ailə üzvlərinə məxsus iki evdən bir-birinə, həyətyanı torpaq sahəsinin ətrafına çəkilmiş metal toru saxlayan dəmir dirəklərin üzəri ilə çəkilmiş elektirik xəttinin cərəyan buraxması nəticəsində ölmüşdür. Qeyd edilən elektirik xətti cavabdehin evinə gedən və hazırda istifadə etdiyi elektrik xəttidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfə cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilməmiş, işə mahiyyəti üzrə baxılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona məxsus inəyin elektrik cərəyanı vurması nəticəsində ölməsi əsası ilə ona maddi ziyan vurulduğunu iddia edirsə, belə olan halda, iddia tələbi hazırki iddiaya cavab verməli olan şəxs "xxxx"ASC -nin X10 Təchizat və Satışı İdarəsinə qarşı irəli sürə bilərdi. Azərbaycan Respublikası MPM-in: 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Məhkəmə kollegiyası hesab edir ki, iddia ona cavab verməli olmayan (iddiaya aidiyyəti olmayan) şəxsə qarşı qaldırıldığından, iddiaçı tərəfindən cavabdeh əsl cavabdehlə əvəz edilmədiyindən, birinci instansiya məhkəməsi düzgün olmayaraq, iddianı ona cavab verməli olımayan şəxsə qarşı təmin etmişdr. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(042)-1233/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385,392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(042)-1233/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-812/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-812/2024
02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver