Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-814/2024 03.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-536/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2006-cı il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 165 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir.
2. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1512/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, X5 ilə Cavabdeh birgə nikahlarından 10 sentyabr 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 manat aliment tutularaq X4 ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1512/2019 saylı qətnaməsi ilə xx.xx.2007-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan 160 manat alimentin məbləğinin artırılaraq hər ay sabit pul məbləğində 1000 manat aliment ödənilməsi barədə qətnamə qəbul edilmsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində birgə nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.2007-ci il tarixdə X7 doğulmuşdur. Lakin tərəflər arasında münasibətlər pozulmuş və onlar ayrılmışlar. Hazırda uşaq iddiaçı ilə birgə yaşayır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1512/2019 saylı qətnaməsi ilə, X5 ilə Cavabdeh birgə nikahlarından 10 sentyabr 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 manat alimentin tutularaq, X4 ödənilməsi qət edilmişdir. Cavabdeh saz ustasıdır, maddi gəlirləri yüksəkdir. Bu səbəbdən alimentin artırılmasını istəyir. Cavabdeh aşıqdır. Toy mərasimlərində iştirak edərək, yüksək gəlir əldə edir. Bundan başqa, müəllimlik fəaliyyəti göstərərək, dərslər verir. Bu faktlar təqdim etdiyi fotoşəkillərdən də aydın olur.
5. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-536/2023 nömrəli qətnaməsi (hakim Fizuli Mirzəquliyev) ilə, iddianın qismən təmin edilməsi, 10 sentyabr 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1512/2019 saylı qətnaməsi ilə təyin edilmiş 160 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 500 manat miqdarında müəyyən edilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh 80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi, alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 78.1, 112.1, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2023-ci il tarixli Azərbaycan Respublikası Qanununa və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.2, 216- 220, 227, 233-cü və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-536/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə alimentin miqdarını artırarkən onun maddi vəziyyətində hər hansı bir yaxşılaşmanın olmadığını, eləcə də nə iddiaçının, nə də onun ailə vəziyyətində heç bir dəyişikliyin olmamasını nəzərə almamış, tərəflərin maddi vəziyyətini hərtərəfli araşdırmamış, onun heç bir rəsmi iş yerinin olmadığını, kirayədə yaşadığını nəzərə almamışdır. Eləcə də məhkəmə alimentin miqdarının artırılması məsələsinə baxarkən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edildiyini nəzərə almamış, bununla da məhkəmə alimentin məbləğini yüksək həddə təyin etməklə qanuni və əsaslı olmayan qətnamə çıxarımışdır. Həmçinin, bildirir ki, o 160 manat alimenti belə ödəməyə çətinlik çəkir, çox vaxt həmin pulu onun yaşlı atası öz pensiyasından ödəyir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı apellyasiya şikayətinə qarşı məhkəməyə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)- 536/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlə 2005-ci ildə qeyri-rəsmi ailə qurmuşlar. Daha sonra onlar xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 10 sentyabr 2007-ci il təvəllüdlü X7 doğulmuşdur. Sonradan aralarında olan narazılığa görə 2007-ci ildən faktiki olaraq ayrılmışlar. Hazırda övladı onunla yaşayır. Nəzərə çatdırmaq istəyir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)- 1512/2019 saylı qətnaməsi ilə övladımız, 10 sentyabr 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 manat alimentin tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. Sonralar isə azyaşlı uşağın saxlanılması xərcləri artmış, uşağının təhsili, geyimi və səhhəti ilə bağlı özümün maddi vəziyyətim pisləşmişdir. Gədəbəy rayon Məhkəməsi bu hallları və cavabdehin maddi imkanlarını nəzərə alaraq 21 sentyabr 2023-cü il tarixli, e-2(042)-536/2023 nömrəli qətnaməsi ilə xx.xx.2007-ci il doğum tarixli X1 üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1512/2019 saylı qətnaməsi ilə təyin edilmiş 160 manat alimentin miqdarı artırılaraq 500 manat miqdarında müəyyən edilməsinə dair qətnamə elan etmişdir. İş materiallarında mövcud olan fotoşəkillərdən və görüntülərdən də müəyyən olunur ki, Cavabdeh tanınmış aşıqdır. Tez-tez toy mərasimlərində iştirak etdiyinə və bununla yanaşı müəllimlik fəaliyyəti ilə məşğul olub musiqi dərsləri keçdiyinə görə maddi vəziyyəti yaxşı səviyyədədir. Eyni zamanda qeyd edilməlidir ki, Cavabdeh saz məktəbi işlətməsinə və buradan xeyli gəlir əldə etməsinə baxmayaraq, vergi orqanında qeydiyyatdan keçməyərək vergidən yayınır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə ailə münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü Mehri adlı uşaqları doğulmuşdur. Daha sonra ailədaxili narazılıqlara görə faktiki olaraq ayrılmışlar. Bundan sonra Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1512/2019 nömrəli qətnaməsi ilə, X5 ilə Cavabdeh birgə nikahlarından 10 sentyabr 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 manat aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Belə ki, onun hazırda rəsmi iş yeri yoxdur. Əvvəllər “Lider TV” kanalına aparıcılıq etmiş, lakin daha sonra kanal bağlanmışdır. Həmçinin, artıq saz dərslərini də keçmir və yanına dərslər üçün gələn yoxdur. Özü isə hazırda kirayədə yaşayır. Lakin, göstərilən hallar nəzərə alınmamışdır. O, alimentin miqdarının artıralaq 240 manat məbləğdə müəyyən edilməsinə razıdır. Odur ki, şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilməsini məhkəmədən xahiş etmişdir.
12. İş üzrə İddiaçı və nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Konvensiya
20. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
22. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
23. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı
24. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu
25. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə;
30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
35. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
39. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız təyin edilmiş alimentin miqdarını mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)- 536/2023 nömrəli qətnaməsi – 10 sentyabr 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1512/2019 saylı qətnaməsi ilə təyin edilmiş 160 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 500 manat miqdarında müəyyən edilməsi –hissəsində dəyişdirilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1512/2019 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 10 sentyabr 2007-ci il təvəllüdlü X2 üçün hər ay tutulan alimentin miqdarının dəyişdirilərək 240 manat məbləğdə müəyyən edilməsi qət edilməlidir.
41. Belə ki, işin halları ondan ibarətdir ki, tərəflər xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü Mehri adlı uşaqları doğulmuşdur. Daha sonra ailədaxili narazılıqlara görə faktiki olaraq ayrılmışlar. Bundan sonra Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1512/2019 nömrəli qətnaməsi ilə, X5 ilə Cavabdeh birgə nikahlarından 10 sentyabr 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 manat aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş 160 manat məbləğində aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
42. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
43. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
44. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
45. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, 2019-cü ildə uşaqlar üçün yaşayış minimumu 160 manat təşkil etmişdir.
46. Yuxarıda qeyd olunan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Hazırda hər ay uşaq üçün cavabdehdən tutulan 160 manat sabit pul məbləğində alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər.
47. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğininin artırılmasının mümkünlüyü barədə düzgün nəticəyə gəlsə də, alimentin miqdarını düzgün müəyyən etməmişdir.
49. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
50. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
51. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
52. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir.
53. Valideyn uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Lakin aliment təyin olunarkən uşaqların mənafelərinə üstünlük verilməklə tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar nəzərə alınmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı tərəflərin maddi vəziyyəti və diqqətəlayiq halları ilə müqayisədə qanunauyğun və əsaslı hesab olunmur. Çünki, cavabdeh heç bir yerdə işləmir və rəsmi olaraq iş yeri yoxdur. Bundan əlavə isə iddiaçı cavabdehin gələri və ya keçən müddət ərzində gəlirlərinin artması barədə sübutlarını təqdim etməmişdir.
54. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
55. Nəzərə alınmalıdır ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
56. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq 240 manat məbləğdə müəyyən edilməsi tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-536/2023 nömrəli qətnaməsi – 10 sentyabr 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(041)-1512/2019 saylı qətnaməsi ilə təyin edilmiş 160 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 500 manat miqdarında müəyyən edilməsi – hissəsində dəyişdirilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)- 1512/2019 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 10 sentyabr 2007-ci il təvəllüdlü X2 üçün hər ay tutulan alimentin miqdarının dəyişdirilərək 240 manat məbləğdə müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.
59. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 960 manat təşkil edir.
60. Göründüyü kimi, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382.1, 384.0.3, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-536/2023 nömrəli qətnaməsi – 10 sentyabr 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)- 1512/2019 saylı qətnaməsi ilə təyin edilmiş 160 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 500 manat miqdarında müəyyən edilməsi – hissəsində dəyişdirilsin. 10 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq 240 (iki yüz qırx) manat miqdarında müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.