Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-817/2024 22.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X5 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı X7, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X13 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(076)-2423/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 22 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Doğum haqqında 01 noyabr 2014-cü il tarixli AZ-İİİ seriyalı 421363 nömrəli şəhadətnamənin sürətindən görünür ki, X10 10 sentyabr 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X2r.
2. Doğum haqqında 22 fevral 2016-cı il tarixli AZ-İİİ seriyalı 686239 nömrəli şəhadətnamənin surətindən görünür ki, X11 26.yanvar.2016-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X2r.
3. Doğum haqqında 23 dekabr 2017-cı il tarixli AZ-İV seriyalı 049600 nömrəli şəhadətnamənin sürətindən görünür ki, X12 16 dekabr 2017-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X2r.
4. Nikahın pozulması haqqında 12 fevral 2021-ci il tarixli AZ-İ seriyalı 375804 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah Ağdam rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur.
5. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarətçi vəzifəsində işləyir və 613 manat əmək haqqı alır. a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1648/2021 saylı 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin artırılaraq, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinik yaşına çatanadək saxlanmaları üçün, hər uşağa hər ay 220 manat olmaqla, cəmi 660 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını 27 may 2014-cü ildə Bakı 1 saylı ASAN xidmət mərkəzində qeydə aldırmışlar və birgə nikahlarından üç uşaqları anadan olmuşdur. Ağdam Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 2(013)-1079/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1648/2021 saylı 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə uşaqlar yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa 80 manat olmaqla, cəmi 240 manat aliment tutulması qət edilmiş. Boşandıqdan sonra maddi vəziyyəti getdikcə ağırlaşmış və uşaqları saxlamaqda çətinlik çəkir. İcarə və səhiyyə kimi əsas xərclər hər gün artır. Uşaqların saxlanılması üçün alimentin miqdarının artırılması ona ağlabatan həyat səviyyəsini qorumağa və əsas xərclərini ödəməyə kömək edər.
8. Şəmkir Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(076)-2423/2023 nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia tələbi qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1648/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 76, 78, 112-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 112, 119, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsi hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparılmadan qətnamə çıxarılmışdır. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsi çıxarıldığı vaxtdan bügünə kimi uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmiş və cavabdehin əmək haqqı 2 dəfədən çox artmışdır. Uşaqlar üçün yaşayış minimumu 2021-ci ildə 175 manat müəyyən edildiyi halda, 2023-cü il üzrə 220 manat müəyyən edilmişdir. Cavabdeh hazırda 613 manat əmək haqqı alır. Birinci instansiya məhkəməsi isə qeyd olunan bu xüsusatları nəzərə almamış və iddianı qismən təmin etmişdir.
12. Eləcədə qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, iddianın təmin olunması hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəyyən olunmuş alimenti çox çətinliklə ödəyir. 613 manat əmək haqqı alır, tutulmalar çıxıldıqdan sonra özünə 500 manat qalır. 420 manat alimentə tutularsa onda 80 manat qalır və həmin məbləğ onun üçün yetərli hesab oluna bilməz. Əslində aliment əmək haqqının 50% miqdarında müəyyən oluna bilərdi. Eləcədə uşaqları saxlamaq hər iki valideyinin borcudur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və onun tərəfindən verilən apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi alimentin miqdarıni hər uşağa görə 60 manat artırmaqda düzgün nəticəyə gəlməyib. Belə ki, 420 manat alimentlə üç uşağı saxlamaq olmaz. Uşaqların tələbatı hər gün artır. İddiaçı sonda məhkəmə kollegiyasından iddia tələbinin təmin edilməməsi hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı X4 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, işə baxılarkən mülki prosessual normaların tələbi pozulmuş və məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından iddia tələbinin təmin edilməməsi hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X18 nümayəndəsi olduğu şəxsin vermiş olduğu apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarətçi vəzifəsində işləyir və 613 manat əmək haqqı olmasına baxmayaraq tutmalar çıxıldıqdan sonra 500 manat qalır. Həmin məbləğdən 420 manat aliment tutularsa, onda Cavabdeh özünə 80 manat qalar və həmin məbləğ də onun özünün yaşayış təminatı üçün yetərli sayıla bilməz. Nümayəndə sonda məhkəmə kollegiyasından iddiaçı tərəfin vermiş olduğu apellyasiya şikayətinin təmin edilməməsini, cavabdeh tərəfin apellyasiya şikayətinin təmin edilməsini, iddianın təmin edilməsi hissədə qətnamənin ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Sonuncu məhkəmə iclasında nümayəndəsi vastəsilə təmsil olunduğundan, kollegiya işə baxılmasını mümkün saymışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
20. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
21. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
22. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
23. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
24. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
25. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
26. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
27. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
38. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 10 sentyabr 2014-cü ildə Nuray, 26 yanvar 2016-ci il tarixdə Aylin, 16 dekabr 2017-ci ildə isə Turan adlı uşaqları anadan olmuşdur. Ağdam Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 2(013)-1079/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah akt qeydi pozulmuş, uşaqlar ananın yanında saxlanılmış, eləcədə adları qeyd olunan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər bir uşağa hər ay 100 manat, cəmi 300 manat aliment alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Cavabdeh alimentin müəyyən olunması hissədə qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1648/2021 saylı 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hər uşaq üçün 80 manat, cəmi 240 manat müəyyən olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 1648/2021 saylı 12 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilsədə, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı müəyyən olunmuş alimentlə uşaqları saxlamaqda çətinlik çəkdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən həm iddiaçı, həmdə cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.
39. Kollegiya ilkin olaraq iddiaçı tərəfin vermiş olduğu apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şilkayətin dəlilləri əsassızdır və həmin dəlillər iddianın təmin edilməməsi hissədə qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, iddiaçı özü də apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehin aylıq əmək haqqı 613 manatdır. Bu da onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş alimentin miqdarını hər uşaq üçün 60 manat artırmaqda düzgün nəticəyə gəlmişdir.
40. Cavabdeh tərəfin vermiş olduğu apellyasiya şikayətinin “müəyyən olunmuş alimenti çox çətinliklə ödəməsi, 613 manat əmək haqqı alması, tutulmalar çıxıldıqdan sonra özünə 500 manat qalması və həmin məbləğdən də 420 manat alimentə tutularsa onda özünə 80 manat qalması, eləcədə aliment əmək haqqının 50% miqdarında müəyyən oluna bilərdi dəlilini də kollegiya əsasız hesab edir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsüyyə olunmuşdur ki, aliment ödəyən əmək qabliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
41. Eləcədə, “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat müəyyən olunmuşdur. Göründüyü kimi uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi isə müəyyən olunmuş alimentin məbləğini hər uşaq üçün 60 manat artıraraq hər birinə 140 manat aliment müəyyən etmişdir.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, hər iki apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər iddianın təmin və təmin edilməməsi hissələrdə qətnamənin ləğvü üçün əsas deyil. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(076)-2423/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.