Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-826/2025 19.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Cavabdeh və üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyətinin Cavabdeh (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “maddi zərər” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, “KİA Sorento” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyətinə məxsusdur.
2. “Avtomotoservis və Ticarət Gəncə Müəssisəsi tərəfindən verilmiş qüsur aktından görünür ki, qəzaya uğramış “KİA Sorento” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş və boz metal rəngli, 2011-ci il buraxılışlı, nəqliyyat vasitəsinə vurulmuş ziyan sərbəst bazar qiymətləri əsasında 14874 manat məbləğində müəyyən edilmişdir.
3. 26 may 2023-cü il tarixli, MVC-B 00137-23 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyəti arasında bağlanmış sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyətinə məxsus olan “KİA Sorento” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023cü il tarixdən xx.xx.2025-ci il tarixinədək "xxxx" ASC-də avtomobillərin tam sığorta növü ilə sığortalanmışdır.
4. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, sürücülər Cavabdeh və X4 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh və X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati təbdir görülməsi üçün qərarın surətinin Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarda Cavabdeh izahat verərək bildirmişdir ki, “mən təxminən 2 ilə yaxındır ki, avtomobili idarə edirəm. Mənim sürücülük vəsiqəm yoxdur. Mən hərdən atam Elçin Əliyevə məxsus “Hyundai Sonata” markalı, **-CM-*** dövlət nömrə nişanlı avtomobili idarə edirəm. 06 noyabr 2023-cü il tarixdə saat təxminən 21 radələrində mən atama məxsus “Hyundai Sonata” markalı avtomobillə Gəncə şəhəri, V.Xudiyev küçəsi ilə təxminən 40 km/saat surətlə hərəkət edirdim. Mən Gəncə şəhəri, V.Xudiyev küçəsinin Z.Məmmədov küçəsi ilə kəsişməsinə yaxınlaşdıqda avtomobilin surətini bir qədər də azaltdım. Mən Z.Məmmədov küçəsinin Vaqif Xudiyev küçəsi ilə kəsişməsini keçən vaxt qəfildən hərəkət istiqamətimin sağ tərəfindən Z.Məmmədov küçəsindən çıxan “Kia Sorento” markalı, **-AB- ***v dövlət nömrə nişanlı avtomobil mənim idarə etdiyim avtomobilin qabaq sağ qapısından və arxa sağ qapısından vurdu. Mən idarə etdiyim avtomobilin hərəkət istiqamətinin sağ tərəfində yolun kənarında çəkib saxladım. “Kia Sorento” markalı avtomobil isə hərəkət istiqamətinin əksi istiqamətində dayandı. Mən tez idarə etdiyim avtomobildən düşüb həmin avtomobilə yaxınlaşdım və avtomobilin sürücüsünün qadın olduğunu və avtomobildə iki nəfər az yaşlı uşaq olduğunu gördüm. Mən həmin vaxt sürücüyə kömək təklif etdim. Bundan sonra isə hadisə yerinə polis əməkdaşları gəldilər.”.
5. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 30 iyul 2024-cü il tarixli, ******* nömrəli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:00-da Gəncə şəhəri, Z.Məmmədov küçəsi ilə Vaqif Xudiyev küçəsinin kəsişməsində “Hyundai Sonata” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır.
6. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 dəqiqədə Gəncə şəhəri yol-nəqliyyat hadisəsi baş vermişdir. Yolnəqliyyat hadisəsinin növü toqquşmadır. xx.xx.2023-cü il tarixdə İddiaçı BOKT ASC-yə məxsus olan və X9 tərəfindən idarə olunan “KİA Sorento” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X6 məxsus olub, Cavabdeh tərəfindən idarə olunan “Hyundai Sonata” markalı, 20-CM035 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə zamanı “KİA Sorento” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə xəsarət dəymişdir. Cavabdeh sürücülük hüququ yoxdur.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 9/7567 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Avtomotoservis və Ticarət Gəncə Müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktında 2011-ci il buraxılışlı “Kia Sorento” markalı, **-AB-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 13164,0 müəyyən edilir. O cümlədən: dəyişilməli hissənin qiyməti -9364,00 manat, təmir-bərpa işlərinin qiyməti – 3800,00 manat. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir.
8. İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyətinin arayışından görünür ki, xx.xx.2024-cü il tarixində MVC-B-00137-23 saylı sığorta şəhadətnaməsinə əsasən Qala Sığorta ASC tərəfindən 4000 (dörd min) AZN vəsait mülkiyyətçi İddiaçı BOKT ASC-nin hesabına köçürülmüşdür. Qala Sığorta ASC-nin xx.xx.2024-cü il tarixində köçürdüyü vəsait yuxarıda göstərilən avtomobilin qəzası ilə bağlı olmuşdur.
9. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş İnzibati Xəta haqqında İXP ******* nömrəli Protokolun surətindən görünür ki, Cavabdeh idarə etdiyi Hyundai Sonata markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə İnizabti Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir.
10. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Yol hərəkəti qaydaları, Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və Avtomobil yollarında istifadə Qaydaları əleyhinə olan və bu Qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan İnzibati Tənbeh vermə haqqında ******* saylı Qərardan görünür ki, İXP ******* nömrəli xx.xx.2023 tarixli protokola baxılmış və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:00-da Gəncə şəhər Z.Məmmədov küçəsi ilə Vaqif Xudiyev küçəsinin kəsişməsində Əliyev X10 Sonata markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Cavabdeh 40 manat məbləğində cərimə edilmişdir.
11. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş İnzibati Xəta haqqında İXP ******* nömrəli Protokolun surətindən görünür ki, X9 idarə etdiyi Kia Sorento markalı 20AB155 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə İnizabti Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir.
12. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Yol hərəkəti qaydaları, Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və Avtomobil yollarında istifadə Qaydaları əleyhinə olan və bu Qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan İnzibati Tənbeh vermə haqqında ******* saylı Qərardan görünür ki, İXP ******* nömrəli xx.xx.2023 tarixli protokola baxılmış və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:00-da Gəncə şəhər Z.Məmmədov küçəsi ilə Vaqif Xudiyev küçəsinin kəsişməsində X3 Sorento markalı 20AB155 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X9 40 manat məbləğində cərimə edilmişdir.
13. Məhkəmə sorğusu əsasında əldə olunmuş "xxxx" ASC-nin MVC0082/24 saylı işə dair Sığorta Aktından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 21:30-da Gəncə şəhəri, V.Xudiyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Kia Sorento markalı avtomobilə dəymiş zərərin ümumu həcmi 7550 manat müəyyən edilmiş və 4393,15 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyəti Cavabdeh (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “maddi zərər” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh İddiaçı BOKT-a məxsus avtomobilə dəymiş və nəticədə ödənilməmiş 7114 (yeddi min yüz on dörd) manat pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2024-cü il tarixdə Gəncə şəhərində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi «Hyundai Sonata» markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Finoko şirkətinə məxsus olan və etibarnamə ilə X7 idarə etməyə verilmiş “KİA Sorento” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə Finoko BOKT-a məxsus olan avtomobilə vuraraq qəza törətmişdir. Qəzadan sonra hadisə yerinə X17 əməkdaşları gələrək ölçmə və qəzanın səbəbinə dair protokol tərtib edərək araşdırmaya başlamışlar. Araşdırma nəticəsində cavabdehin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrinin tələblərinin pozulması aşkar edilmişdir. Hazırda Finoko BOKT-a məxsus avtomobilə 11,114 manat məbləğində maddi zərər dəymişdir. Dəymiş zərərin məbləği yüksək təhlükə mənbəyinin yəni cavabdehə ödənilməsi təklif edilsə də ödənilməmişdir. Bu baxımdan qalıq 7114 manat məbləğində zərərin ödənilməsi təmin edilmədiyindən hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir.
16. Bundan sonra İddiaçı BOKT ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, bildirmişdir ki, ekspertiza rəyinə əsasən avtomobilə dəymiş zərər 13164 (on üçmin yüz altmış dörd) manat müəyyən edildiyindən və həmin zərərdən 4000 manat ödənildiyindən hazırda avtomobilə dəymiş zərərdən sığorta məbləği çıxılaraq, Cavabdeh 9164 (doqquz min yüz altmış dörd) manat pulun – zərərin tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Gəncə Şəhər Məhkəməsinin 2(125)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia tələbinin təmin edilməsi, Cavabdeh iddiaçıya məxsus avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi kimi 9164 (doqquz min yüz altmış dörd) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumu olmaqla, cəmi 9256 (doqquz min iki yüz əlli altı) manatın tutularaq, İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyətinə ödənilməsi, məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir. iddiaçı tərəf məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, ekspertiza rəyinə əsasən avtomobilə dəymiş zərər 13164 (on üç min yüz altmış dörd) manat müəyyən edildiyindən və həmin zərərdən 4000 manat sığorta şirkəti tərəfindən ödənildiyindən hazırda avtomobilə dəymiş zərərdən sığorta məbləği çıxılaraq, Cavabdeh 9164 (doqquz min yüz altmış dörd) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 9/7567 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə “Kia Sorento” minik markalı, **-AB-***dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 13164 (on üç min yüz altmış dörd) manat müəyyən edildiyindən və iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında xx.xx.2024-cü il tarixində MVC- B-00137-23 saylı sığorta şəhadətnaməsinə əsasən Qala Sığorta ASC tərəfindən 4000 (dörd min) AZN vəsait mülkiyyətçi İddiaçı BOKT ASC-nin hesabına köçürüldüyü bildirildiyindən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 9164 manat məbləğində pul əsaslı olmaqla, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
20. Gəncə Şəhər Məhkəməsinin 2(125)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsin 2(125)- 90/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ddianı təmin edən birinci instansiya məhkəməsi nəzərə almamışdı ki, delikt törətmiş şəxs X9 olmuş və məsuliyyət onun üzərində düşür. Bundan əlavə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktları mövcud olmadığına dair ehtimal ortayaçıxır. Hazırkı iş üzrə məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, bununla da adıçəkilən prossesual hüquq normalarını pozmuşdu. Belə ki, məhkəmənin istinad etdiyi ”cinayət işinin başlanmasının rədd edilməsi” barədə 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, sürücülər Cavabdeh və X4 əməlindəcinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh və X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-cimaddəsi ilə inzibati təbdir görülməsi üçün qərarın surətinin Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Eyni zamanda həmin araşdırma zamanı avtonəqliyyat ekspertizası keçirilmişdi ki, həmin ekspertza rəyində də, hadisənini törədilməsində X2 da, günahı müəyyən edilmişdi. Əslində hazırda onun tərəfindən Gəncə şəhər Prokurorluğuna ”cinayət işinin başlanmasının rədd edilməsi” barədə 29 dekabr 2023-cü il tarixli qərarından şikayət verilib və şikayət təmin edilərək iş təkrar araşdırma üçün müstəntiqə qaytarılıb. Amma hazırda istinad olan qərarın özündə də, yuxarıda qeyd elədiyi kimi hadisə hər iki hadisə iştirakcısının təqsiri nəticəsində baş verməsi müəyyən edilliyindən dəyən ziyanda tək cavabdehdən tutula bilməz. Həmçinin Gəncə şəhər Prokurorluğuna verilən şikayətin də, əsas dəlili ondan ibarət olmuşdur ki, cavabdehin həmin qərardan və aparılmış araşdırmadan ümumiyətlə məlumatı olmayıb. O izahat verməyib. Ola bilsin ki, müstəntiq onun adından izahat yazıb və onun yerimə imza atıb. Məhkəmədə həmin izahata əsaslanaraq qərar qəbul etmişdir. O, sadəcə hadisə günü hadisə barədə hadisə yerinə gələn təhqiqatçıya şifahi izahat vermişdi ki, həmi izahat qərarda göstərilən izahatdan tamamilə fərqlidi. Eyni zamanda məhkəmə dəymiş ziyanla bağlı da, düzgün nəticəyə gəlməmişdir. Belə ki göstərilən rəqəmlər həddindən artıq şişirdirilmişdi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 izahat verib bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlamasının rədd edilməsi barədə qərar qəbul edilərək Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmamışdır. O, polis şöbəsində olmuş, lakin, yol nəqliyyat hadisəsinin baş verməsində onun təqsiri müəyyən edilməmişdir. Barəsində inzibati tədbir görülməmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, mübahisələndirilən məsələlərdən biri də odur ki, yolnəqliyyat hadisəsi hər iki tərəfin təqsirinə görə baş vermişdir. Cinayət işinin başlanması rədd edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür:
28. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır;
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
32. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
33. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
“Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu:
34. Maddə 23. Sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. Maddə 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Maddə 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
43. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
44. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan mülki qanunvericlyin tələbinə görə mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli əməldir. Həmçinin, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
50. Məhkəmə kollegiyasının apellyasiya şikayətinin dəymiş zərərin məbləğinin həddən artıq şişirdilməsi dəlili ilə bağlı qeyd edir ki, apellyasiya araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:00-da Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobillə, İddiaçı BOKT ASC-yə məxsus X9 idarə etdiyi “Kia Sorento” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh və X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməsinə görə 40 manat məbləğində cərimə edilmişlər. Apellyasiya instansiyasında məhkəmə araşdırması zamanı əldə edilmiş "xxxx" ASC-nin MVC0082/24 saylı Sığorta Aktından Kia Sorento markalı avtomobilə dəymiş zərərin ümumu həcminin 7550 manat olması müəyyən edilmişdir. "xxxx" ASC “Kia Sorento” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4393,15 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh dəymiş maddi ziyanın məbləğini mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 9/7567 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə 2011-ci il buraxılışlı “Kia Sorento” markalı, **-AB-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 13164,0 manat olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC-nin MVC0082/24 saylı Sığorta Aktından Kia Sorento markalı avtomobilə dəymiş zərərin ümumu həcminin 7550 manat məbləğində müəyyən etməsi ilə razılaşmış və həmin məbləği mübahisələndirməmişdir. "xxxx" ASC isə “Kia Sorento” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4393,15 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu 23cü maddəsinə əsasən, sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir. Yəni sığorta ödənişi hissəsində tələb hüququ sığortaşıya keçir və zərərçəkinin həmin hissədə tələb etməyə subyektiv hüququ itir.
51. Kollegiya qeyd edir ki, iddiaçı avtomobilə dəymiş zərərlə bağlı "xxxx" ASC-nin hesabladığı 7550 manat məbləğlə razılaşdığından və həmin məbləği mübahisələndirmədiyindən, onun yalnız 7550 manatın 4393,15 manat məbləğində sığorta ödənişindən artıq hissəsində dəymiş zərəri tələb etmək hüququ yaranmışdır. Belə ki, iddiaçı "xxxx" ASC-nin hesabladığı 7550 manat məbləği mübahisələndirib hazırda ekspert rəyi ilə müəyyən edilmiş məbləği tələb etsəydi, o zaman sığorta şirkəti də, sığortalanmış daha çox məbləği ödəmək məcburiyyətində qalacaqdı. Odur ki, kollegiya hesab edir ki, dəymiş zərər münasibətdə iddia tələbi yalnız "xxxx" ASC-nin hesabladığı 7550 manat məbləğində qiymətləndirilməlidir.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin zərərin hadisənin törədilməsində təqsirli olan şəxslər arasında bölünməli olması dəlili ilə bağlı qeyd edir ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş İnzibati Tənbeh vermə haqqında ******* saylı Qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:00-da Gəncə şəhər Z.Məmmədov küçəsi ilə Vaqif Xudiyev küçəsinin kəsişməsində X3 Sorento markalı 20AB155 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X11 vermə haqqında ******* saylı Qərardan görünür ki, İXP ******* nömrəli xx.xx.2023 tarixli protokola baxılmış və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:00-da Gəncə şəhər Z.Məmmədov küçəsi ilə Vaqif Xudiyev küçəsinin kəsişməsində Əliyev X10 Sonata markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə olan halda isə qəza baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı BOKT-a məxsus Kia Sorento markalı avtomobilə dəymiş ziyan həm Cavabdeh, həm də üçüncü şəxs X4 təqsiri ucbatından baş vermişdir. Mülki Məcəllənin 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi isə işin həmin hallarını nəzərə almamış, iddia tələbini tam həcmdə cavabdehə münasibətdə təmin etmişdir və bu isə qanuvericiliyin yuxarıda qeyd edilən tələbinə uyğun gəlməmişdir.
53. Beləliklə işin hallarından göründüyü kimi, xx.xx.2023-cü il tarixdə saat 21:00-da Gəncə şəhər Z.Məmmədov küçəsi ilə Vaqif Xudiyev küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı BOKT-a məxsus Kia Sorento markalı avtomobilə 7550 manat məbləğində ziyan dəymiş və "xxxx" ASC tərəfindən 4393,15 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Nəzərə alınsa ki, iddiaçı kredit təşkilatına məxsus Kia Sorento markalı avtomobilə dəymiş zərər hər iki tərəfin, yəni Cavabdeh və üçüncü şəxs Fatimə Quliyevanın təqsiri ucbatından baş vermişdir, belə olan halda maddi ziyana görə ödənilməli olan 3.156,85 manatın yarısı, yəni 1578, 43 manatı Cavabdeh tutulmalıdır.
54. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Odur ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin 2(125)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçıya məxsus avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi kimi 1578,43 (bir min beş yüz otuz səkkiz manat qırx üç qəpik) manat tutularaq, İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyətinə ödənilsin. İoddia tələbi qlan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.